Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2497/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səyyar vergi yoxlaması ilə hesablanmış 225751,55 manat vergi məbləğinin hesablanmasının və ona 114955,8 manat maliyyə sanksiyasının tətbiq edilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəssisədə səyyar vergi yoxlaması aparılmışdır. Aparılmış yoxlama Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən təyin edilərək xx.xx.2020-ci il tarixdə başlanıldı və xx.xx.2021-ci il tarixdə başa çatdırıldı. Adıçəkilən yoxlama dövrü 2017-ci ilin 4-cü rübü ilə 2020-ci ilin 1-ci rübünü əhatə edir. Bu dövr ərzində yoxlama müxtəlif səbəblərdən ya müvəqqəti uzadıldı ya da müvəqqəti dayandırıldı. Aparılmış yoxlamanın nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akt iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Yoxlamanın Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aparıldığı qeyd edilmişdir. Lakin Vergi Məcəlləsinin tələblərindən görünür ki, müəssisədə aparılmış yoxlamalar qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Aparılmış yoxlamanın qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh orqan tərəfindən aparılmış yoxlama tam qanunsuz və əsassız olmuşdur. Həmçinin bildirilir ki, aparılmış Səyyar vergi yoxlaması ilə müəssisəyə 225751,55 manat vergi məbləği hesablanmış və həmin vergi məbləğinə 114955,8 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi aparılmış yoxlama qanunsuz və əsasız olduğundan həmin yoxlamanın nəticələri də qanunsuz və əsassız hesab edilməldir. SVY 30 gündən artıq davam edə bilməz, yəni, xx.xx.2020-ci il tarixində yoxlama başlamış, xx.xx.2020-ci tarixində başa çatmalı idi. Lakin SVY qeyd edilən tarixdə başa çatmamış, müddət düzgün olmadan xx.xx.2021-ci il tarixədək davam etmişdir. SVY əsassız olaraq qəbul edilmiş qərarlarla 266 gün davam etdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək bildirmişdir ki, iddiaçı səyyar vergi yoxlaması ilə hesablanmış 225751,55 manat vergi məbləğinin hesablanmasının və həmin məbləğə hesablanmış maliyyə sanksiyasının tətbiq edilməsinin qanunsuz hesab edilməsini iddia etməsinə baxmayaraq, mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarı qeyd etməmiş və bununla bağlı tələbini düzgün əsaslandırmamışdır. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının ərizəsi əsasında cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərarının 225.751,55 vergi məbləğinin və 114.555,8 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi kimi dəyişdirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə təqdim edilən zaman cavabdeh orqan tərəfindən Vergi ödəyicisinin və ya siğortaedəninin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərar müəssisəyə təqdim edilməmişdir. Hazırda adıçəkilən qərar xx.xx.2021-ci il tarixdə təqdim olunduğundan iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin tələbləri pozulmaqla aparılması, cavabdeh tərəfindən aparılan yoxlamanın qanunsuz və əsassız olması, səyyar vergi yoxlamasının 30 gündən artıq davam etməsi, xx.xx.2020-ci il tarixdə başlanan yoxlamanın xx.xx.2020-ci il tarixində başa çatmalı olmasına baxmayaraq düzgün olmadan xx.xx.2021-ci il tarixədək davam etməsi və yoxlamanın əsassız olaraq qəbul edilmiş qərarlarla 266 gün davam etdirilməsi barədə iddia ərizəsində göstərdiyi dəlillər tamamilə əsassızdır. Bununla bağlı aşağıdakılar qeyd edilir. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanı tərəfindən vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün tələblərə riayət olunmuşdur. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması bu maddədə göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Bildirilmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200072 nömrəli qərar ilə təyin edilən yoxlama xx.xx.2020-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş (№ KY201455379; xx.xx.2020-ci il), yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin dayandırılması (təxirə salınması) barədə məlumatlar da reyestrə daxil edilmişdir. Eyni zamanda dayandırma barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd olunmuşdur (çıxarış və qərarlar əlavə olunur). Uçot-baza məlumatına əsasən İddiaçı əsas fəaliyyətinin yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarət olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun apanlmasını təmin etməyə borcludur. Bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 295 saylı sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən 1,25 hektar torpaq sahəsində razılaşdırılmış eskiz əsasında 5 ədəd 1 girişli 16+mansard mərtəbəli, 435 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Tikintinin ümumi sahəsi 80363,14 kv.m. (o cümlədən: yaşayış sahəsi 43576,2 kv.m., qeyri-yaşayış sahəsi 3690,93 kv.m., mansard sahəsi 1591,20 kv.m., zirzəmi 25937,61 kv.m., pilləkən, dəhliz, lift sahəsi 5567,2 kv.m.) təşkil edir. İddiaçındə təməlqoyma işləri 2007-ci il tarixədək aparıldığı üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ödəyicisi olmamışdır. Əvvəlki yoxlamalarla 48507,43 kv.m (o cümlədən yaşayış sahəsi 43576,2 kv.m., qeyri-yaşayış 3690,93 kv.m., mansard 1240,3 kv.m.) satışa yararlı sahə əhatə olunmuşdur. Cari yoxlama ilə əlavə olaraq 1650,70 m mansard sahəsinin və 38 ədəd qarajın (871 kv.m.) satıldığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Bildirilmişdir ki, səyyar vergi yoxlaması ilə bağlı vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********200166 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə təqdim olunmuşdur. Vergi ödəyicisi qeyd olunmuş tələbnaməyə xx.xx.2020-ci il tarixli **********022100 nömrəli məktubla cavab verərək, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək koorperativin fəaliyyətinin rəsmi olaraq 5 illik dayandırıldığını, yoxlama dövrünə aid heç bir sənədlərinin olmadığını bildirərək hər hansı sənədin təqdim edilə bilməyəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixli **********200166 nömrəli tələbnamə üzrə tələb olunan sənədlər yoxlamaya təqdim olunmamış və bu barədə xx.xx.2020-ci il tarixdə “Sənədlərin yoxlamaya təqdim edilməməsi haqqında” akt tərtib edilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli **********137496 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar çıxarılmış, lakin sənədlər yoxlamaya təqdim olunmamış və nəticəsi xx.xx.2020-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” akt tərtib edilmişdir. Yoxlama zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********4406 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarının icrası zamanı vergi ödəyicisinin səyyar vergi yoxlaması dövründə fəaliyyətinin olduğu sənədlərlə müəyyən edilmişdir. Bununla əlaqədar “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli **********4420 nömrəli qərara əsasən xx.xx.2020-ci il tarixli DVX 000148 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" protokolla sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülmüşdür. Qərar, protokol və akt İddiaçı MTK-nın rəhbəri X4 tərəfindən imzalanmışdır. Eyni zamanda S.Əhmədov götürülmüş sənədlərin kserosurətinin çıxarılaraq öz imzası və cəmiyyətin möhürü ilə təsdiq olunduğunu və vergi orqanın yoxlamanı keçirən vəzifəli şəxslərinə təqdim edildiyini izahatı ilə də təsdiq etmişdir. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması Baş İdarənin xx.xx.2020-ci il tarixli **********141574 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisindən götürülmüş satış sənədləri və kooperativin rəhbəri S.Əhmədovun xx.xx.2020-ci il tarixli izahatı əsasında aparılmışdır. Ekspert rəyinə əsasən bazar qiymətlərinin yaşayış sahələrinin hər kv.m.-nin 900,0 manat, qeyri-yaşayış sahələrinin hər kv.m.-nin 1500,0 manat, mansard sahəsinin hər kv.m.-nin 540,0 manat, qarajların (0-25 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 15000,0 manat (26-35 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 18000,0 manat olduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicidən götürülmüş sənədlərlə 2891,0 kv.m. (3601,0 kv.metr-710,0 kv.m. yenidən rəsmiləşdirmə) mansard sahəsinin (cədvəl əlavə olunmuşdur) və 38 ədəd qarajın (cədvəl əlavə olunmuşdur) satıldığı müəyyən olunmuşdur. Əvvəlki yoxlamalarla 1240,3 kv.m. mansard sahəsinin əhatə olunduğunu nəzərə alaraq, cari yoxlama ilə 1650,70 m2 (2891,0 kv.m. ümumi satılmış sahə- 1240,3 kv.m. yoxlama ilə əhatə olunmuş sahə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı, lakin əvvəlki yoxlamalarla əhatə olunmadığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir. Həmin Məcəllənin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakı hesablamalar aparılmışdır. Əlavə dəyər vergisinin yoxlanması üzrə vergi ödəyicisi yoxlanılan dövr ərzində ƏDV-nin ödəyicisi olmuşdur. Əlavə dəyər vergisinin düzgünlüyü yoxlanılarkən aşağıdakılar müəyyən edildi. Mansard satışı üzrə: 1564,70 kv.m. x 540,0 man=844938,00 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. 56 kv.m. x 600,0 man=33600,00 manat satış müqaviləsi qiymətinə əsasən satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. 30,00 kv.m.x 500,0 manat=15000,0 manat satış müqaviləsindəki qiymətə əsasən satış olmaqla ümumilikdə yoxlama ilə 893538,0 manat (ƏDV daxil) satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Qaraj satışı üzrə: 36 ədəd qaraj x 15000,0 man=540000,0 manat bazar qiyməti tətbiq edilməklə satışdan gəlir, (sahələri 0-25 m aralığında olan qarajlar) 1 ədəd qaraj x 18000,0 manat=18000,0 manat bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. (sahəsi 25-35 m aralığında olan qaraj) 1 ədəd qaraj x 12000,0 man=12000,0 manat satış müqavilələrindəki qiymətlərə əsasən satış olmaqla ümumilikdə yoxlama ilə 570000,0 manat (ƏDV daxil) satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Yoxlamanın zamanı əlavə dəyər vergisinin ümumilikdə 1463538,0 manat (ƏDV daxil) satış dövriyyəsinin vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırıldığı müəyyən olunmuşdur. Əlavə dəyər vergisinə cəlb olunan gəlir: 1240286,44 manat (1463538,0 man/1,18). Əlavə dəyər vergisi: 223251,55 manat (1240286,44 manat x 18%) Yoxlama ilə müəyyən olunmuş və vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırılmış ümumi 1240286,44 manat (ƏDV-siz) satış dövriyyəsinin 12711,86 manatı (ƏDV-siz) 2018-ci ilin aprel ayında, 12711,86 manatı (ƏDV-siz) 2019-cu ilin fevral ayında satışdan gələn gəlir olduğu üçün aidiyyəti üzrə 2018-ci ilin aprel və 2019-cu ilin fevral ayının bəyannamələrində müvafiq hesablamalar aparılmışdır. Ümumi satışdan gələn gəlirin 1214862,72 manatının (1240286,44-25423,72) isə 12711,86 manatı (ƏDV-siz) 2020-ci ilin mart ayında, qalan 1202150,86 manat (1214862,72-12711,86) olan hissəsinin isə yoxlama dövründən əvvəl satıldığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 16.8-ci və 67.16-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlama dövrünün son hesabat dövründə, yəni 2020ci ilin mart ayında hesablanması aparılmışdır. Beləliklə, yoxlama nəticəsində əlavə dəyər vergisi üzrə 223251,55 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırılmış 223251,55 manat ƏDV məbləğinə 50% yəni', 111625,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirilmişdir ki, İddiaçı yoxlanılan dövr üzrə mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq 2017-ci, 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması Baş İdarənin xx.xx.2020-ci il tarixli **********141574 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisindən götürülmüş satış sənədləri və koorperativin rəhbəri S.Əhmədovun xx.xx.2020-ci il tarixli izahatı əsasında aparılmışdır. Ekspert rəyinə əsasən bazar qiymətlərinin yaşayış sahələrinin hər kv.metrinin 900,0 manat, qeyri-yaşayış sahələrinin hər kv.metrinin 1500,0 manat, mansard sahəsinin hər kv.metrinin 540,0 manat, qarajların (0-25 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 15000,0 manat, (26-35 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 18000,0 manat olduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicidən götürülmüş sənədlərlə 2891,0 m2 (3601,0 kv.metr-710,0 m2 yenidən rəsmiləşdirmə, cədvəl əlavə olunmuşdur) mansard sahəsinin və 38 ədəd qarajın (cədvəl əlavə olunmuşdur) satıldığı müəyyən olunmuşdur. Əvvəlki yoxlamalarla 1240,3 kv.m. mansard sahəsinin əhatə olunduğunu nəzərə alaraq, cari yoxlama ilə 1650,70 kv.m. (2891,0 kv.m. ümumi satılmış sahə-1240,3 m2 yoxlama ilə əhatə olunmuş sahə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı, lakin əvvəlki yoxlamalarla əhatə olunmadığı müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış yazışmalarda köhnə dövrlərdə yuxarıda qeyd olunmuş qaraj və mansard sahələrinin satılmadığı dəfələrlə qeyd olunmuşdur. Qeyd olunanlar və Vergi Məcəlləsinin 16.8-ci və 67.16-cı maddələrini nəzərə alaraq, kooperativə yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakı qaydada hesablama aparılmışdır. 2017-ci ilin mənfəət vergisi üzrə: Mansard satış üzrə: 75 kv.m. x 540,0 man=40500,0 manat (ƏDV-daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Qaraj satışı üzrə: 1 ədəd qaraj (32 kv.m.) x 18000,0 man=18000,0 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2017-ci ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 49576,27 manat dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinə 1652,54 manat mənfəət vergisi hesablanmışdır. 2018-ci ilin mənfəət vergisi üzrə: Mansard satışı üzrə: 30,00 kv.m. sahə üzrə 15000,0 manat (ƏDV daxil) satış müqaviləsi qiymətinə əsasən satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2018-ci ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 12711,86 manat dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinə 423,73 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu ilin mənfəət vergisi üzrə: Qaraj satışı üzrə: 1 ədəd qaraj (24 kv.m) x 15000,0 man=15000,0 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2019-cu ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 12711,86 manat dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinə 423,73 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama nəticəsində mənfəət vergisi üzrə 2500,0 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırılmış 2500,0 manat mənfəət vergisinə görə 50% yəni, 1250,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur- əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. Nəticədə iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnən əsassız məhkəmə qərarı qəbul edilmişdir. Belə ki, ilkin mühasibat sənədləri yoxlamaya təqdim edilmiş, sənədlərdən də göründüyü kimi vergilərin hesablanmasına əsas gətirilmiş əməliyyatlar yoxlama müddətindən əvvəlki dövrlərə aid olmuşdur. Həmin dövrlər isə son 15 ildə səyyar vergi yoxlama aktları ilə yoxlanılmış və aktlarda məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə bu sübutları qiymtləndirməmişdir. Bu barədə qərarda heç bir təhlil aparılmamışdır. Göstərilənlərdən və məhkəmədə təqdim edilənlərdən bu nəticəyə gəlinir ki, vergi yoxlama və hesablama dövrü keçmiş əməliyyatların ilkin sənədləri araşdırılmamış və Vergi Məcəlləsinin 36.3, 53.1, 53.3, 54.0.1, 54.0.4, 83.1, 85.4, 85.5-ci maddələrinin tələbləri pozulmuşdur. İşin hallarından da göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəssisədə xx.xx.2020-ci il tarixdən başlanaraq xx.xx.2021-ci il tarixə qədər səyyar vergi yoxlaması həyata keçirilmişdir. Sözügedən yoxlama dövrü 2017-ci ilin 4 rübü ilə 2020-ci ilin 1-ci rübünü əhatə edir. Bu dövr ərzində yoxlama müxtəlif səbəblərdən müvəqqəti olaraq uzadılmış və dayandırılmışdır. Aparılmış yoxlamanın nəticəsi olaraq qəbul edilmiş xx.xx.2021-ci il tarixli akt onlara xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir. Belə ki, xx.xx.2021ci il tarixli **********200156 saylı “Səyyar vergi yoxlaması aktı”n tərtibi və məsuliyyətə cəlb edilməsi müddəti ötürüldüyündən Vergi Məcəlləsinin səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə 39.1-39.5-ci maddələrinin tələblərinə zidd olaraq müddətinin artırılması və dayandırılması barədə qanunvericiliyin tələblərinə riayət edilməyərək, növbədənkənar səyyar vergi yoxlamasının müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq yoxlamanın müvəqqəti dayandırılması haqqında xx.xx.2020-ci il tarixdə, daha sonra xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərində yoxlama müddətinin dayandırılması ilə bağlı qərarlar çıxarılmışdır. Həmçinin, Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən səyyar vergi yoxlamasının müddəti 30 gündən artıq davam edə bilməz . Lakin səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********200072 saylı qərarda yoxlama müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və həmin Məcəllənin 38.3.5-ci biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-775/2022 saylı qərarında da qeyd olunduğu kimi, vergi orqanı inzibati orqan hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş hallan və məlumatlan açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin hallan və məlumatlan öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 27 dekabr 2018-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsaslan qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqlan və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqlan arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxanda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərara əsasən vergi orqanı tərəfindən mənfəət və əlavə dəyər vergisi üzrə 225751,55 manat əlavə hesablama, 114555,8 manat maliyyə sanksiyası, torpaq vergisi üzrə 3000 manat artıq hesablama aparılmışdır. Qeyd edilən qərarda qeyd edilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli 295 saylı sərəncamına əsasən İddiaçı barəsində ünvan 2 ünvanda yerləşən 1,25 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında 5 ədəd 1 girişli 16+mansard mərtəbəli, 435 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Tikinti başa çatmış, faktiki olaraq yaşayış vardır. Tikintinin ümumi sahəsi 80363,14 kv.m. (o cümlədən: yaşayış sahəsi 43576,2 kv.m, qeyri-yaşayış sahəsi 3690,93 kv.m., mansard sahəsi 1591,2 kv.m. zirzəmi 25937,61 kv.m., pilləkən, dəhliz, lift sahəsi 5567,2 kv.m. təşkil edir. Əvvəlki yoxlamalarla 48507,43 kv.m. (o cümlədən yaşayış sahəsi 43576,2 kv.m, qeyriyaşayış 3690,93 kv.m. mansard 1240,3 kv.m.) satışa yararlı sahə əhatə olunmuşdur. Yoxlama zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********4406 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının icrası zamanı vergi ödəyıcisinin səyyar vergi yoxlaması dövründə fəaliyyətinin olduğu sənədlərlə müəyyən edilmiş və xx.xx.2020-ci il tarixli DVX 000148 nömrəli "Sənədlərin və nümunə kilin əşyaların götürülməsi haqqında" Protokolla sənədlərin vergi ödəyicısi tərəfindən təsdiq olunmuş surətləri götürülmüşdür. Vergilərin hesablanması Baş idarənin xx.xx.2020-ci il tarixlı **********141574 nömrəli "Ekspertizanın təyin edilinəsi haqqında" Qərarına əsasən “MBA LTD MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Ekspertin rəyi", vergi ödəyicisindən götürülmüş satış sənədləri və koorperativin rəhbərinin xx.xx.2020-ci il tarixli izahatı əsasında aparılmışdır. Ekspert rəyinə əsasən bazar qiymətlərinin yaşayış sahələrinin hər kv.metrinin 900,0 manat, Qeyri-yaşayış sahələrinin hər kv.metrinin 1500,0 manat, Mansard sahəsinin hər kv. metrinin 540,0 manat, Qarajların (0-25 kv metr aralığında olanlar üçün) hər qaraj üçün 15000,0 manat, (26-35 kv metr aralığında olanlar üçün) hər qaraj üçün 18000,0 manat olduğu müəyyən olunmuşdur. Operativ vergi nəzarəti tədbiri ilə ödəyicidən götürülmüş sənədlərlə 2891,0 kv metr (3601,0 kv metr-710,0 kv metr yenidən rəsmiləşdirmə, cədvəl əlavə olunmuşdur) mansard sahəsinin və 38 ədəd qarajın (cədvəl əlavə olunmuşdur) satıldığı müəyyən olunmuşdur, əvvəlki yoxlamalarla 1240,3 kv.metr mansard sahəsinin əhatə olunduğunu nəzərə alaraq cari yoxlama ilə 1650,70 kv metr (2891,0 кv metr ümumi satılmış sahə-1240,3 kv metr yoxlama ilə əhatə olunmuş sahə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı, lakın əvvəlki yoxlamalarla əhatə olunmadığı müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış yazışmalarda köhnə dövrlərdə yuxarıda qeyd olunmuş qaraj və mansard sahələrinin satılmadığı dələlərlə qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq kooperativə yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakı hesablamalar aparılmışdır. Mansard satışı üzrə: 1564.70 kv.metr x 540,0 man=844938,00 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satış dövriyyəsinin olduğu müəyyən edilmişdir (ekspert rəyinə əsasən). 56 kv.metr x 600,0 man = 33600,00 manat satış müqaviləsi qiymətinə əsasən satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. 30,00 kv. metr x 500,0 manat = 15000,0 manat satış müqaviləsindəki qiymətə əsasan satış olmaqla ümumilikdə yoxlama ilə 893538,0 manat (ƏDV daxil) satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Qaraj satışı üzrə: 36 ədəd qaraj x 15000,0 man = 540000,0 manat bazar qiyməti tətbiq edilməklə satışdan gəlir (sahələri 0-25 kv metr aralığında olan qarajlar) 1 ədəd qaraj x 18000,0 manat = 18000,0 manat bazar qiyməsi tətbiq edilməklə satışdan gəlir (sahəsi 25- 35 kv metr aralığında olan qaraj) 1 ədəd qaraj x 12000,0 man = 12000,0 manat satış müqavilələrindəki qiymətlərə əsasən satış olmaqla ümumilikdə yoxlama ilə 570000,0 man (ƏDV daxil) satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq əlavə dəyər vergisi üzrə ümumilikdə 1.463.538,0 manat (ƏDV daxil) satış dövriyyəsinin ödəyici tərəfindən bəyannamə təqdim etməməklə yayındırıldığı müəyyən olunmuşdur. Əlavə dəyər vergisinə cəlb olunan gəlir: 1240286,44 man (1463538,0 man/ 1,18). Əlavə dəyər vergisi: 223251,55 man (1240286,44 man x 18%) Yoxlama ilə müəyyən olunmuş vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırılmış ümumi 1240286,44 manat (ƏDV-siz) satış dövriyyəsinin 12711,86 manatı (ƏDV-siz) 2018-ci ilin aprel ayında, 12711,86 manatı (ƏDV-siz) 2019-cu ilin fevral ayında satışdan gələn gəlir olduğu üçün aidiyyəti üzrə 2018-ci ilin aprel və 2019-cu ilin fevral ayının bəyannamələrində müvafiq hesablamalar aparılmışdır. Ümumi satışdan gələn gəlirin 1214862,72 manatının (11240286,44-25423,72) isə 12711,86 manatı (ƏDV-siz) 2020-ci ilin mart ayında, qalan 1202150,86 manat (1214862,72-12711,86) olan hissəsinin isə yoxlama dövründən əvvəl satıldığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 16.8-ci və 67.16-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlama dövrünün son hesabat dövründə, yəni 2020-cı ilin may ayında hesablanması aparılmışdır. Yoxlama nəticəsində Əlavə dəyər vergisi üzrə 223251,55 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasan vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırılmış 223251,55 manat ƏDV məbləğinə 50%, yəni 111625,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisinin yoxlanılması nəticəsində: 2017-ci il mənfəət vergisi üzrə: Mansard satışı üzrə 75 kv.m x 540,0 man=40500,0 manat (ƏDV-daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Qaraj satışı üzrə: 1 ədəd qaraj (32 kv. metrlik) x 18000,0 man=18000,0 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2017-ci ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 49576,27 manat (58500,0 manat/1,18) dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinə 1652,54 manat (49576,27/6x20%) mənfəət vergisi hesablanmışdır. 2018-ci il mənfəət vergisi üzrə: Mansard satışı üzrə: 30,00 kv. metr sahə üzrə 15000.0 manat (ƏDV daxil) satış müqaviləsi qiymətinə əsasən satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2018ci ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 12711, 86 manat (15000,0 manat/1,18) dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasan vergi ödəyicisinə 423,73 manat (12711,86 / 6x20%) mənfəət vergisi hesablanmışdır. 2019cu il mənfəət vergisi üzrə: Qaraj satışı üzrə 1 ədəd qaraj (24 kv. metrlik) x 15000,0 man = 15000,0 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2019-cu ilin mənfəət vergisi dövrü üzrə ümumilikdə 12711.86 manat (15000,0 manat / 1,18) dövriyyənin azaldıldığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinə 423,73 manat (12711,86 / 6x20%) mənfəət vergisi hesablanmışdır. Yoxlama nəticəsində mənfəət vergisi üzrə 2500,0 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə yayındırılmış 2500,0 manat mənfəət vergisinə görə 50%, yəni 1250,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisinə kameral yoxlama ilə 2018-ci il üzrə 1500, 0 manat və 2019-cu il üzrə 1500,0 manat olmaqla ümumilikdə 3000,0 manat torpaq hesablanmışdır. Vergi ödəyicisindən götürülmüş sənədlərlə yoxlama aparıldıqda torpaq vergisi üzrə kameral hesablanmış 3000,0 manat məbləğin ilkin sənədlərlə təsdiqini tapmadığı üçün müvafiq azaldılma aparılmış, Vergi və sosial hesabatların qanunla müəyyən olunmuş müddətdə vergi orqanlarına təqdim edilmədiyi üçün 1680,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərarının 225.751,55 vergi məbləğinin və 114.555,8 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının dəlili ondan ibarətdir ki, qeyd edilən yoxlama ilə əhatə olunan sahələr (mansard sahəsi və qaraj) əvvəlki yoxlama ilə təqdim edilmiş sahələrin təkrar satışıdır. Vergi orqanı tərəfindən iddiaçının sənədlərlə faktiki olaraq 3601,0 kv.m. mansard sahəsinin satışının həyata keçirildiyi, ondan iddiaçının təsdiq etdiyi 710 kv.m. sahənin yenidən rəsmiləşdirmə apardığı, əvvəlki yoxlama ilə əhatə olunan 1240,3 kv.m. nəzərə alınmaqla cari yoxlama ilə əsaslı olaraq 1650,70 kv.m. mansard sahəsinin təqdim edilməsi nəzərə alınmışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən dəlilləri qəbul etməklə bildirmişdir ki, iddiaçı yoxlama dövründə təqdim edildiyi aşkar olunan və əvvəlki vergi yoxlaması ilə əhatə olunmayan sahələrin ekspert tərəfindən müəyyənləşdirilən satış qiymətini mübahisələndirmədən həmin sahələrin təkrar təqdim olunduğunu (satıldığını) bildirsə də, yoxlama zamanı götürülmüş sənədlərlə faktiki olaraq iddiaçı tərəfindən ümumilikdə 3601,0 kv.m. mansard sahəsinin satışının və 38 ədəd qarajın satışının həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə müvafiq olaraq 1650,70 kv.m. mansard sahəsinin və 38 ədəd qarajın satılması və əvvəlki yoxlama ilə əhatə olunmaması ilə bağlı vergi orqanının qənaətini (sadə riyazi hesablama ilə) və müvafiq olaraq həmin 1650,70 kv.m. mansard sahəsinin və 38 ədəd qarajın satışı ilə bağlı vergi orqanı tərəfindən ƏDV və mənfəət vergisinin hesablanmasını (qərarda göstərilmiş hesablamanı) əsaslı hesab edir. Bu səbəbdən həmin 225751,55 manat vergi məbləğinə 114955,8 manat maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz hesab edilə bilməz. İddiaçı vergi orqanı tərəfindən alınmış ekspert rəyi tərəfindən müəyyənləşdirilmiş bazar qiymətlərini mübahisələndirmir. Məhkəmə ekspert rəyi ilə müəyyənləşdirilmiş sahələrin hər kv.metrinin bazar qiymətini nəzərə almamaq və ya təkzib etmək üçün əsas müəyyən etməmişdir. Yoxlama dövrünün həddən artıq uzun davam etməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, yoxlama müddəti bir neçə dəfə dayandırılmış, vergi orqanının təşəbbüsü ilə ekspertizalar keçirilmiş, həmin müddətdə vergi orqanı tərəfindən hərəkətsizlik göstərilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin 54-cü maddəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməmənin əsaslarını müəyyənləşdirmişdir. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması, 54.0.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qutrması həmin əsaslardandır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İşin hallarından da göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəssisəmizdə xx.xx.2020-ci il tarixdən başlanaraq xx.xx.2021-ci il tarixə qədər səyyar vergi yoxlaması həyata keçirilmişdir. Sözügedən yoxlama dövrü 2017-ci ilin 4 rübü ilə 2020ci ilin 1-ci rübünü əhatə edir. Bu dövr ərzində yoxlama müxtəlif səbəblərdən müvəqqəti olaraq uzadılmış və dayandırılmışdır. Aparılmış yoxlamanın nəticəsi olaraq qəbul edilmiş xx.xx.2021-ci il tarixli akt bizə xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli **********200156 saylı “Səyyar vergi yoxlaması aktı”n tərtibi və məsuliyyətə cəlb edilməsi müddəti ötürüldüyündən Vergi Məcəlləsinin səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə 39.1- 39.5-ci maddələrinin tələblərinə zidd olaraq müddətinin artırılması və dayandırılması barədə qanunvericiliyin tələblərinə riayət edilməyərək, növbədənkənar səyyar vergi yoxlamasının müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq yoxlamanın müvəqqəti dayandırılması haqqında xx.xx.2020ci il tarixdə, daha sonra xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərində yoxlama müddətinin dayandırılması ilə bağlı qərarlar çıxarılmışdır. Həmçinin, Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən səyyar vergi yoxlamasının müddəti 30 gündən artıq davam edə bilməz . Lakin səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********200072 saylı qərarda yoxlama müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və həmin Məcəllənin 38.3.5-ci biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-775/2022 saylı qərarında da qeyd olunduğu kimi, vergi orqanı inzibati orqan hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 27 dekabr 2018-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dəlili ondan ibarətdir ki, qeyd edilən yoxlama ilə əhatə olunan sahələr (mansard sahəsi və qaraj) əvvəlki yoxlama ilə əhatə edən dövrlərə təsadüf edir, yoxlama dövrünə aidiyyatı yoxdur və təqdim edilmiş sahələrin təkrar satışıdır. Vergi orqanı tərəfindən iddiaçının sənədlərlə faktiki olaraq 3601,0 kv.m. mansard sahəsinin satışının həyata keçirildiyi, ondan iddiaçının təsdiq etdiyi 710 kv.m. sahənin yenidən rəsmiləşdirmə apardığı, əvvəlki yoxlama ilə əhatə olunan 1240,3 kv.m. nəzərə alınmaqla cari yoxlama ilə əsaslı olaraq 1650,70 kv.m. mansard sahəsinin təqdim edilməsi nəzərə alınmışdır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlili ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, mübahisələndirilən qərarda qeyd olunur ki, ümumi satışdan gələn gəlirin 1214862,72 manatının (11240286,44-25423,72) isə 12711,86 manatı (ƏDV-siz) 2020-ci ilin mart ayında, qalan 1202150,86 manat (1214862,72-12711,86) olan hissəsinin isə yoxlama dövründən əvvəl satıldığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 16.8-ci və 67.16-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlama dövrünün son hesabat dövründə, yəni 2020cı ilin may ayında hesablanması aparılmışdır. Həmçinin Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması Baş İdarənin xx.xx.2020-ci il tarixli **********141574 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisindən götürülmüş satış sənədləri və kooperativin rəhbəri S.Əhmədovun xx.xx.2020-ci il tarixli izahatı əsasında aparılmışdır. Ekspert rəyinə əsasən bazar qiymətlərinin yaşayış sahələrinin hər kv.metrinin 900,0 manat, qeyri-yaşayış sahələrinin hər kv.metrinin 1500,0 manat, mansard sahəsinin hər kv.metrinin 540,0 manat, qarajların (0-25 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 15000,0 manat, (26-35 kv.m. aralığında olanlar üçün) hər qaraj üçün 18000,0 manat olduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicidən götürülmüş sənədlərlə 2891,0 m2 (3601,0 kv.metr-710,0 m2 yenidən rəsmiləşdirmə, cədvəl əlavə olunmuşdur) mansard sahəsinin və 38 ədəd qarajın (cədvəl əlavə olunmuşdur) satıldığı müəyyən olunmuşdur. Əvvəlki yoxlamalarla 1240,3 kv.m. mansard sahəsinin əhatə olunduğunu nəzərə alaraq, cari yoxlama ilə 1650,70 kv.m. (2891,0 kv.m. ümumi satılmış sahə-1240,3 m2 yoxlama ilə əhatə olumuş sahə) mansard sahəsinin və 38 ədəd qarajın satıldığı, lakin əvvəlki yoxlamalarla əhatə olunmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə müəyyən olunur ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Bununla bağlı kollegiya qeyd edir ki, real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə yeganə mövqeyi olan - iddiaçı MTK-nın təsisçisinin etiraf - izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda əks olunmuş mövqeyinə görə, təkcə etiraf yetərli deyil, bu fakt digər sübutlarla da təsdiq olunmalıdır.” Vergi Məcəlləsinin 67.16-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan norma 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda əlavə edilmiş və 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. İş materiallarında olan İddiaçı üzvlərinin Kooperativ tikintidə qaraj haqqında və mansard haqqında müqavilələrdən isə görünür ki, müqavilələr üzrə qaraj və mansardın satışı qanunun qeyd olunan norması qəbul edilməzdən əvvəlki dövrü əhatə etmişdir. Həmçinin, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 16.8-ci və 67.16-cı maddələrini nəzərə alaraq, kooperativə yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakı qaydada hesablama aparılmışdır. 2017-ci ilin mənfəət vergisi üzrə: Mansard satış üzrə: 75 kv.m. x 540,0 man=40500,0 manat (ƏDV-daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Qaraj satışı üzrə: 1 ədəd qaraj (32 kv.m.) x 18000,0 man=18000,0 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. 2018-ci ilin mənfəət vergisi üzrə: Mansard satışı üzrə: 30,00 kv.m. sahə üzrə 15000,0 manat (ƏDV daxil) satış müqaviləsi qiymətinə əsasən satış dövriyyəsinin olduğu müəyyən edilmişdir. 2019-cu ilin mənfəət vergisi üzrə: Qaraj satışı üzrə: 1 ədəd qaraj (24 kv.m) x 15000,0 man=15000,0 manat (ƏDV daxil) bazar qiyməti tətbiq edilməklə satışdan gəlir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb oluna bilməz. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərinmövcudluğunu sübut etməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə əlavə vergilərin hesablanmasına səbəb olmuş keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının zəruriliyini əsaslandırmamış, həmçinin yoxlama müddətini əsassız olaraq uzatmış, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmiş, nəticədə qanunsuz inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********145811 nömrəli qərarının 225.751,55 vergi məbləğinin və 114.555,8 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2497/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2497/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver