Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2499/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı, X1, X7, X8, X5, X2 və X3 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra mətndə Nəsimi RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınmaları öhdəliyinin Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı qismində İddiaçı və cavabdeh qismində Nəsimi RPİ-ni göstərməklə, məhkəmədən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyinin Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilərək, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Ərizəçi Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 18 aprel 2024-cü il tarixdə vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək həmin məhkəmənin 2-1(112)- 8243/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, iş üzrə icraatın təzələnməsini, Maraqlı şəxs iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsi tərəfindən 23 aprel 2024-cü il tarixdə vəsatətə əsasən müvafiq sorğular verilmiş və ərizəyə baxılması üçün şifahi məhkəmə iclası təyin edilmişdir. Ərizəçi Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8243/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin mümkün hesab edilib baxılmasını və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin mümkünlük məsələsini yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, ərizəçi Maraqlı şəxs Bakı İnzibati Məhkəməsinə ünvanlanan üçüncü şəxs qismində cəlb olunma ilə bağlı vəsatətinə əsasən həmin məhkəmə tərəfindən müvafiq araşdırma aparılmasına baxmayaraq, ərizəçinin nümayəndəsi və vəkili həmin araşdırmanın nəticəsini gözləmədən apelyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarından ərizəçi Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarından ərizəçi Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2499/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2499/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver