Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-25/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızı və X8 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər – X18 , X21, İddiaçı2 Rüstəm qızı, X5, X19) yeni planölçünün verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-134/2018 saylı qərarından iddiaçılar və üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı1 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, A № 087772 nömrəli, İddiaçı2 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, A № 087773 nömrəli, X6 adına tərtib olunmuş AN 489099 nömrəli və bu sənədə (AN 489099) uyğun gələn torpaq sahəsinin bölünməsi nəticəsində əmələ gəlmiş digər torpaq mülkiyyətçilərinin adlarına tərtib edilmiş (o cümlədən X3 adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli, A № 013587 nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin etibarsız hesab edilməsi, xx.xx.2006-cı il tarixli, MH ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivi, 25 saylı bağ sahəsi) və Dövlət Reyestrində saxlanılan məlumatlara (arxiv sənədlərinə) uyğun olaraq, İddiaçı1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə, xx.xx.2006-cı il tarixli,MH ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa ( Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivi, 25 “a” saylı bağ sahəsi) və Dövlət Reyestrində saxlanılan məlumatlara (arxiv sənədlərinə) uyğun olaraq, İddiaçı2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin “Torpaq sahəsinin planı və ölçüsü”nün Təsviri Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanının tələblərinə uyğun tərtib olunmasının cavabdehə həvalə edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişlər. xx.xx.2017-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Eyni tarixdə cavabdeh vəsatət təqdim edərək, inzibati iş üzrə X9, X13, İddiaçı2 Rüstəm qızının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Kadastr və Ünvan Reyestri Xidmətinin, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin 3-cü şəxs qismində cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(82)- 3460/2017 nömrəli qərardadı ilə (hakim R.Kərimli) cavabdehin vəsatəti qismən təmin edilmiş, X9, X13, İddiaçı2 Rüstəm qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(82)- 3460/2017 nömrəli qərardadı ilə hazırkı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2-1(82)-3460/2017 nömrəli mülki iş üzrə ekspert Teymur Məmmədovun ekspertiza aparmaqdan imtina etməsi haqqında xx.xx.2018-ci il tarixli məlumatı məhkəməyə göndərilmişdir. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında Məlumata əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi ilə birlikdə baxış keçirildiyi və mütəxəssis tərəfindən müvafiq tədqiqat obyektləri üzrə müvafiq ölçü işləri aparıldığı qeyd edilmiş, lakin mütəxəssis tərəfindən sualın həllinə dair tərtib edilərək müvafiq arayış (mütəxəssis rəyi) bu günədək ekspertizaya təqdim olunmadığı və bu səbəbdən də qərardadla ekspertiza qarşısına qoyulmuş sualın həlli mümkün deyildir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən mütəxəssis rəyi (Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi A.Əhmədov) məhkəməyə təqdim edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçılar iddia tələbinin dəyişdirilməsi haqqında ərizə verərək, cavabdeh tərəfindən İddiaçı1 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, A № 087772 nömrəli, İddiaçı2 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, A № 087773 nömrəli, X6 adına tərtib olunmuş AN 489099 nömrəli və bu sənədə (AN 489099) uyğun gələn torpaq sahəsinin bölünməsi nəticəsində əmələ gəlmiş digər torpaq mülkiyyətçilərinin adlarına tərtib edilmiş (o cümlədən X3 adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli, A № 013587 nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi, xx.xx.2006-cı il tarixli, MH ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa ( Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivi, 25 saylı bağ sahəsi) və Dövlət Reyestrində saxlanılan məlumatlara (arxiv sənədlərinə) uyğun olaraq, İddiaçı1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə, xx.xx.2006-cı il tarixli, MH ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa ( Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivi, 25 “a” saylı bağ sahəsi) və Dövlət Reyestrində saxlanılan məlumatlara (arxiv sənədlərinə) uyğun olaraq, İddiaçı2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin “Torpaq sahəsinin planı və ölçüsü”nün Təsviri Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanının və Reyestr Xidmətinin fəaliyyətini tənzimləyən hüquqi aktların tələblərinə uyğun tərtib olunmasının cavabdehə həvalə edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)- 134/2018 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)- 134/2018 nömrəli qərardadı ilə X5 və X19 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 134/2018 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi qismən təmin edilmiş, DƏDRX Bakı şəhər İdarəsi tərəfindən Bakı şəhəri, Türkan bağ massivində yerləşən torpaq sahələrinə dair X3 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” həmin ərazidə İddiaçı1 məxsus 144 kv.metr torpaq sahəsi hissəsində, İddiaçı2 Rüstəm qızının adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” İddiaçı1 məxsus 68 kv.metr torpaq hissəsi və İddiaçı2 məxsus 14 kv.metr torpaq sahəsi hissələrində, X9 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” İddiaçı2 məxsus 57 kv.metr torpaq sahəsi hissəsində X6 adına verilmiş “Torpaq sahəsinin planı ölçü” İddiaçı2 məxsus 71 kv. metr (57 kv.m+14 kv.m) torpaq sahəsi və İddiaçı1 məxsus 182 kv.metr ( 114 kv.m +68 kv.m) torpaq sahələri hissələrində ləğv edilmiş və İddiaçı2 verilmiş A 087773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə və İddiaçı1 verilmiş A 087772 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə dəyişiklik edilərək cizgi-planlara uyğun yeni “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi cavabdehə həvalə olunmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçılar apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-134/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahələrinin hansı hissələrdə və hansı ölçüdə üst-üstə düşməsini təyin etmək məqsədilə, məhkəmə xx.xx.2017-ci tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən ekspertiza keçirilməsi barədə Qərardad qəbul etdi. Ekspertiza Mərkəzinin ekspert rəyi məhkəməyə təqdim olunmalı idi. Ekspertizanın heç bir nəticə verməyəcəyini, sadəcə vaxtın uzanmasına səbəb olacağını bildirmələrinə baxmayaraq, Ekspertiza təyin olundu. Qanunvericiliyin tələblərinə görə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti bir ay müddətində mütəxəssis rəyini Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti öz növbəsində bir ay müddətində ekspert rəyini Məhkəməyə təqdim etməlidir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən müvafiq arayış Ekspertiza Mərkəzinə təqdim olunmadığına görə Ekspertiza Mərkəzi məhkəməyə ünvanladığı xx.xx.2018-ci tarixli məktubu ilə (6 aydan sonra!) ekspertizanın aparılmasından imtina etdiyini bildirmişdi. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və məhkəməyə ünvanladığı xx.xx.2018-ci tarixli məktubda deyilirdi ki, İddiaçı1 adına qeydiyyatdan keçmiş **********14 reyestr nömrəli torpaq sahəsinin 114 kv.m hissəsi X3 adına qeydiyyatdan keçmiş **********14 reyestr nömrəli torpaq sahəsinin reyestr nömrəli və 68 kv.m hissəsi isə **********35 reyestr nömrəli İddiaçı2 Rüstəm qızının adına qeydiyyatdan keçmiş sahələr ilə üst-üstə düşür. İddiaçı2 adına qeydiyyatdan keçmiş **********16 reyestr nömrəli torpaq sahəsinin 14 kv.m hissəsi İddiaçı2 Rüstəm qızının adına qeydiyyatdan keçmiş **********35 reyestr nömrəli sahə ilə və 57 kv.m hissəsi isə vərəsəlik şəhadətnaməsinə əsasən X14 məxsus torpaq sahəsi ilə üst- üstə düşür. Göründüyü kimi, qərarda göstərilən rəqəmlər Ekspertiza Mərkəzinin rəyindən götürülməyib. Bu rəqəmlər heç Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyindən də götürülməyib. Hakimin məhkəməyə cavabdeh qismində cəlb olunan qurumun (DƏDRX) ƏMDK-nın digər qurumuna (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) təqdim etdiyi və saxta sənədlərə əsasən müəyyənləşən rəqəmlərə istinad edərək, qərar qəbul etməsi təəccüb doğurur. xx.xx.2018-ci il tarixdə üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-134/2018 nömrəli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “24K” saylı 0.083333 ha. bağ sahəsini xx xxxx 2015-ci il tarixdə X10 notariat qaydasında 4ə-1586 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq almışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx xxxxxx 2015-ci il tarixli çıxarışa əsasən həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və ona həmin torpaq sahəsinə dair xx xxxxxx 2015-ci il tarixli, A 013587 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. xx xxxxx 2017-ci il tarixli, ТВ seriyalı, 001355 nömrəli tədiyyə bildirişinə əsasən 0.083333 ha. ölçüdə olan həmin torpaq sahəsinin 2017-ci il tarixdən 2020-ci il tarixədək vergisini ödəmişdir. Həmin torpaq sahəsini aldığı zaman hər-hansı bir məhkəmə mübahisəsi olmamış və hazırkı iş üzrə iddiaçılar ona qarşı aldığı torpaq sahəsi ilə bağlı heç bir narazılıq və şikayətləri olmamışdır. Lakin həmin torpaq sahəsini aldıqdan sonra sonradan ona məlum olmuşdur ki, qonşu torpaq sahəsində olan iddiaçılar torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırıblar və həmin iddia üzrə artıq məhkəmə qərarı var. Əgər iddiaçılar güman etmişdilər ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər düzgün deyil, bu halda onlar bu məsələ ilə bağlı cavabdehə yenidən müraciət etməli idilər və əgər cavabdeh onların iradlarını nəzərə alaraq həmin sənədlərdə düzəliş və dəyişikliklər etməsəydi, onda iddiaçıların bu iddia tələbi ilə məhkəmə müraciət etmək hüquqları yaranardı. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-670/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Eyni tarixdə məhkəmə tərəfindən cavabdehə sorğu ünvanlanaraq, işin obyektiv həlli məqsədilə X11 xx.xx.2006-cı ildə verilmiş, JN-28315D saylı kod 00305016 saylı və X15 xx.xx.2006-cı ildə verilmiş JN-28314H saylı kod 00305016 saylı şəhadətnamələrin, X3 adına verilən xx.xx.2015-ci il tarixli, A013587 nömrəli sənədlərin, X6 adına tərtib olunmuş AN 489099 nömrəli sənədin, İddiaçı1 ( JN-28315D) və İddiaçı2 (JN-28314H) adlarına tərtib olunmuş xx.xx.2016-cı il tarixli, A № 087772 və A № 087773 nömrəli sənədlərin verilməsinə əsas olan sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş cavab məktubu ilə X7 adına JN 28315D kod ******* saylı və X12 adına JN 28314H kod 00305016 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin,X6 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №489099 torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən təqdim edilmiş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17285 №-li məhkəmə ekspertizası rəyi məhkəməyə daxil olmuşdur.(ekspert İlham Xudiyev). Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və iddiaçıların nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq, iddiaçıların nümayəndəsi ekspert rəyi ilə razı olmadıqlarını, ekspert rəyində heç bir nəticə olmadığını, məhkəmə tərəfindən qərardadda göstərilmiş suallara cavab verilmədiyini, cavabdeh orqana 2013-cü ildə plan-ölçü ilə bağlı müraciət etdiklərini, planölçünün 2016-cı ildə verildiyini, lakin plan-ölçünün düzgün olmadığını, sənəd və faktiki sahə arasında uyğunsuzluq olduğunu, hazırda hasarın daxilində 12 sotdan çox sahə olduğunu, sənəd üzrə göstərilən sahənin verilməsini istədiyini, artıq sahəni istəmədiklərini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, reyestrdən verilmiş çıxarışın tam qanunauyğun olduğunu və qeydiyyata alınmış sahələrin üst-üstə düşmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Əlavə olaraq, o, ilkin qeydiyyat sənədlərinin tələb olunmalı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər İddiaçı2 Rəhman qızı və digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X19 izahat verərək, hazırkı mübahisənin onun hüquqlarına toxunmadığını və iddia tələbinə dair hər hansı münasibətinin olmadığını bildirdi. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçıların apellyasiya şikayəti tam , üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tam təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılara 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-925/2015 saylı iş üzrə xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi qərara alındığından və dövlət adından çıxarılmış həmin qərar qanuni qüvvəyə mindiyindən, onlara məxsus torpaq sahələri öz koordinatlarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və həmin sahələrə də müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” verilməlidir. Həmin sahə başqa şəxsin istifadəsinə verilə bilməz və bu sahənin koordinatları başqa şəxslərin mülkiyətində olan sahə kimi reyestrdə əks oluna bilməz. Nəzərə alınmalıdır ki, üçüncü şəxslərə məxsus torpaq sahəsinin koordinatlarının müvafiq sahəni əhatə etməsi ilə bağlı cavabdeh inzibati orqan zəruri sübutlar da təqdim etməmişdir. Nə qədər ki, iddiaçılara məxsus torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi barədə xx xxxxxxxx 2015-ci il tarixli məhkəmə qərarı qüvvəsindədir (yeni açılmış hallarla bağlı icraat təzələnməmiş, cəlb etmə ilə bağlı qərar ləğv edilməmişdir), üçüncü şəxslərin adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü” müvafiq hissələrdə ləğv edilməli və iddiaçılara məxsus torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü”ndə müvafiq dəyişiklik edilərək onlara yeni “Torpaq sahəsinin planı və ölçüsü” verilməlidir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən İddiaçı1 adına xx.xx.2016-cı il tarixli, A № 087772 nömrəli, İddiaçı2 adına xx.xx.2016-cı il tarixli, A № 087773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixli, MH ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivi, 25 saylı bağ sahəsi, 0,12 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətinə, xx.xx.2006-cı il tarixli, MH ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivi, 25 “a” saylı bağ sahəsi, 0,12 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə qurumun müvafiq ekspert rəyi daxil olmuşdur. Rəydə aşağıdakılar bildirilmişdir: -Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan torpaq sahələri yanaşı sahələrdə yerləşməklə iki tərəfdən məhəllə daxili küçə ilə, digər tərəflərdən isə qonşu sahələrlə əhatə olunmuşdur. Məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş suallarla əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən “GPS” sistemli ölçmə (qlobal mövqe təyin etmə) aparatı vasitəsilə tədqiq olunan torpaq sahələrinin koordinatları müəyyən edilməklə ölçülmüş, mülki işə əlavə edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında araşdırma aparılaraq, bu barədə xx xxxxxxx 2019-cu il tarixli **********56 saylı mütəxəssis rəyi tərtib olunmuş və sxemlər hazırlanmışdır. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli xx xxx 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X17nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X17 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən qeyd edilən sualın cavablandırılması mümkün olmadığı üçün, mübahisələndirilən torpaq sahələrinin yerində müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edildiyi kimi cavab verilmişdir: -1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı1 adına qeydiyyatdan keçmiş **********14 reyestr nömrəli torpaq sahəsinin 114,0 m2 hissəsi X3 adına qeydiyyatdan keçmiş **********14 reyestr nömrəli və 68,0 m2 hissəsi isə **********35 reyestr nömrəli İddiaçı2 Rüstəm qızının adına qeydiyyatdan keçmiş sahələr ilə üst-üstə düşür. -İddiaçı2 adına qeydiyyatdan keçmiş **********16 reyestr nömrəli torpaq sahəsinin 14,0 m2 hissəsi İddiaçı2 Rüstəm qızının adına qeydiyyatdan keçmiş **********35 reyestr nömrəli sahə ilə və 57,0 m2 hissəsi isə vərəsəlik şəhadətnaməsinə əsasən X14 məxsus torpaq sahəsi ilə üst-üstə düşür (sorğuya qoşma edilmiş sxem rəyə əlavə edilmişdir). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli **********56 saylı mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli xx xxx 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X17nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X17 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən qeyd edilən sualın cavablandırılması mümkün olmadığı üçün mübahisələndirilən torpaq sahələrinin yerində müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edildiyi kimi cavab verilmişdir: -1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı1 adına qeydiyyatdan keçmiş **********14 reyestr nömrəli torpaq sahəsinin 114,0 m2 hissəsi X3 adına qeydiyyatdan keçmiş **********14 reyestr nömrəli və 68,0 m2 hissəsi isə **********35 reyestr nömrəli İddiaçı2 Rüstəm qızının adına qeydiyyatdan keçmiş sahələr ilə üst-üstə düşür. -İddiaçı2 adına qeydiyyatdan keçmiş **********16 reyestr nömrəli torpaq sahəsinin 14,0 m2 hissəsi İddiaçı2 Rüstəm qızının adına qeydiyyatdan keçmiş **********35 reyestr nömrəli sahə ilə və 57,0 m2 hissəsi isə vərəsəlik şəhadətnaməsinə əsasən X14 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Torpaq Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun, torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (238.1.). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın tikinti pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X17nin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan X17 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 27 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Həmin qaydaların 1.4-cü bəndinə əsasən ünvan reyestri daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi olmaqla, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Həmin Qaydaların 1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin 1 – 3-cü bəndlərində qeyd olunmuşdur ki, bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir. Nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Komitənin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlər bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin mülkiyyətində olan göstərilən sahələrin bir hissəsinin iddiaçılara verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki koordinatların formalaşdırdığı ərazilərin hüdudları daxilində yerləşdiyindən həmin şəxslərin iddiaçıların mülkiyyətində olan torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyatının qanunsuz olduğu müəyyən olunur. Belə olan halda işdəki sənədlərdən və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsi üzərində mülkiyyət hüquqları 2006-cı ildə dövlət qeydiyyatına alınmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN -28315D kod ( 003305016) və JN-28314H kod (003305016) saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Mülkiyyət hüququnun qeydiyyatı aparılarkən torpaq sahəsinin koordinatları elektron bazaya daxil edilmişdir. İddiaçılara “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin baza məlumatlarını əsas götürməli idi. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçılara verilmiş plan və ölçü “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə uyğun gəlmir. Belə ki, İddiaçı1 (A № 087772) sənədində 1-2 nöqtələri arasındakı məsafə, Çıxarışın (Reyestr Xidməti, MH 0023212, xx.xx.2006) tərkib hissəsi olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də (DTXK, JN- 28315D, xx.xx.2006) 30 m olduğuna baxmayaraq, 28,46 m göstərilmişdir. Sahəyə giriş isə ümumiyyətlə olmamışdır. Plan-ölçüdə göstərilmiş döngə nöqtələri naturada qeyd olunmayıb. İddiaçı2 (A № 087773) sənədində 1-7 nöqtələri arasındakı məsafə, Çıxarışın (Reyestr Xidməti, MH 0023172, xx.xx.2006) tərkib hissəsi olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də (DTXK, JN- 28314H, xx.xx.2006) 16,4m olduğuna baxmayaraq, 17,5 m göstərilmişdir, 2-3 nöqtələri arasındakı məsafə (giriş) isə 2,47 m göstərilməsinə baxmayaraq, bu məsafə naturada ümumiyyətlə mövcud deyil- sahəyə yol yoxdur (bağlanıb). Plan-ölçüdə göstərilmiş döngə nöqtələri naturada qeyd olunmayıb. Göründüyü kimi, sənədin “Torpaq sahəsinin kadastr göstəriciləri” bölməsindəki məlumatlar Torpaq kadastrından götürülməyib. Eyni zamanda, X1 “11” və İddiaçı1 sənədindəki “1” nöqtələrinin naturada eyni nöqtəyə aid olduğuna baxmayaraq, bu nöqtələrin koordinatlarının müxtəlif göstərilməsindən ibarətdir, yəni bu torpaq sahələri üst-üstə düşür. Torpaq sahələrinin üst-üstə düşməsi faktı, Bakı Regional Torpaq Kadastr Mərkəzinin xx xxxx 2014-cü il Jİİ.48-115B saylı məktubunda (Müəyyən olunmuşdur ki, DT və XK-nın Bakı şəhər şöbəsi tərəfindən göstərilmiş JN-28315D (Rəhman) və JN-28314H (Leyla) №li “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin koordinatları, Komitənin Bakı şəhər şöbəsi tərəfindən verilmiş mərhumə X6 adına tərtib olunmuş (AN 489099) “Torpaq sahəsinin planı və ölçüsü”nün bir hissəsi (135 kv.m) ilə üst-üstə düşür) və Reyestr Xidmətinin xx.xx.2017-ci il tarixli, **********01 saylı məktubunun əlavəsindəki rəydə də (İdarənin elektron baza məlumatlarına əsasən ümumi (1200,0 m2 olmaqla 2 torpaq sahəsi) sənəddə olan 2400,0 m2 torpaq sahəsinin 258,0 m2 hissəsi mülkiyyətdə olan qonşu sahəsi ilə üst-üstə düşür) öz əksini tapmışdır. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-670/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17285 №-li məhkəmə ekspertizası rəyi məhkəməyə daxil olmuşdur.(ekspert İlham Xudiyev). Ekspert rəyinə əsasən – “ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli, **********56 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli, xx xxx 2017-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X17nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X17 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən qeyd edilən sualın cavablandırılması mümkün olmadığı üçün, mübahisələndirilən torpaq sahələrinin yerində müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd edildiyi kimi cavab verilmişdir 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı1 adına qeydiyyatdan keçmiş **********14 reyestr nömrəli torpaq sahəsinin 114,0 m2 hissəsi X3 adına qeydiyyatdan keçmiş **********14 reyestr nömrəli və 68,0 m2 hissəsi isə **********35 reyestr nömrəli İddiaçı2 Rüstəm qızının adına qeydiyyatdan keçmiş sahələri ilə üst-üstə düşür. İddiaçı2 adına qeydiyyatdan keçmiş **********16 reyestr nömrəli torpaq sahəsinin 14,0 m2 hissəsi İddiaçı2 Rüstəm qızının adına qeydiyyatdan keçmiş **********35 reyestr nömrəli sahə ilə və 57,0 m2 hissəsi isə vərəsəlik şəhadətnaməsinə əsasən X14 məxsus torpaq sahəsi ilə üst-üstə düşür” Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həm iddiaçıların, həm də üçüncü şəxslərin adına olan torpaq sahəsinin plan və ölçüsü sənədləri kadastr məlumatlarına uyğun olmadığından ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.2.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.3.). Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh inzibati orqanın yeni plan-ölçünün verilməsini zəruri edən faktiki şərtlərin və hüquqi əsasların mövcudluğu sübuta yetirilir (İPM. m.14.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ona görə də qeyd edilənlərə əsasənməhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçıların apellyasiya şikayətinin dəlili əsaslı olduğundan tam, üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-cı il tarixli, 2-1(82)-134/2018 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tam təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 apellyasiya şikayəti tam və üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-cı il tarixli, 2-1(82)- 134/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 İddiaçı1 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, A № 087772 nömrəli, İddiaçı2 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, A № 087773 nömrəli, X6 adına tərtib olunmuş AN 489099 nömrəli və bu sənədə (AN 489099) uyğun gələn torpaq sahəsinin bölünməsi nəticəsində əmələ gəlmiş digər torpaq mülkiyyətçilərinin adlarına tərtib edilmiş (o cümlədən X3 adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli, A № 013587 nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ləğv edilsin, xx.xx.2006-cı il tarixli, MH ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa ( Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivi, 25 saylı bağ sahəsi) və Dövlət Reyestrində saxlanılan məlumatlara (arxiv sənədlərinə) uyğun olaraq, İddiaçı1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə, xx.xx.2006-cı il tarixli, MH ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa ( Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivi, 25 “a” saylı bağ sahəsi) və Dövlət Reyestrində saxlanılan məlumatlara (arxiv sənədlərinə) uyğun olaraq, İddiaçı2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin “Torpaq sahəsinin planı və ölçüsü”nün Təsviri Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanının və Reyestr Xidmətinin fəaliyyətini tənzimləyən hüquqi aktların tələblərinə uyğun tərtib olunması” cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-25/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-25/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver