Məhkəmə qərarları › İş №2-1(103)-25/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-25/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-25/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X7 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə, X4 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1435/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. İddiaçıya Səbail DSMF tərəfindən 01 avqust 2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 dekabr 2021-ci il tarixli, **********7 nömrəli arayışında İddiaçı xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək pensiyası ilə bağlı cədvəl təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə X3 Zakir Yəhya oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli “Əmək haqqı və digər gəlirlər barədə” məktuba əsasən bildirilmişdir ki, 1991-1994-cü illər əmək haqqı gəlirləri üzrə xx.xx.2021-ci il tarixli, **********7 nömrəli sorğu göndərilmiş, lakin həmin illər üzrə əmək haqqı sənədlərinin Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına təhvil verilməməsi səbəbindən arayışın verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərardan görünür ki, iddiaçının müraciəti əsasında pensiya məbləği yenidən hesablanmış və 366,66 manatdan 236,73 manatadək azaldılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Zakir Yəhya oğluna ünvanladığı 20 may 2022-ci il tarixli, **********6 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktuba əsasən bildirilmişdir ki, 01 avqust 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 313,13 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 31,31 manat olmaqla orta aylıq əmək haqqı 344,44 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında Azərbaycan Rspublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 8 il 3 ay 20 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (344,44 manat) 51 faizi-175,66 manat məbləğində hesablanmalı olduğu halda, 273,11 manat müəyyən edilməklə xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 1851,55 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumillikdə vəzifə maaşının orta aylıq məbləği 515,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 51,50 manat olmaqla orta aylıq əmək haqqı 566,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (566,50 manat) arasındakı fərq məbləğinin (189,06 manat) 27,50 faizi- 51,99 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (187, 74 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 236,73 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 3638,04 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək pensiyalarının artırılması ilə əlaqədar cari ilin yanvar ayından etibarən əmək pensiyası 240,00 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 506,64 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 7841,95 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 7841,95 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bundan əlavə əmək pensiyası 240,00 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 24,00 manat məbləğində maddi yardım ödənilir. Bundan sonra İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdehin 26 may 2022-ci il tarixli, **********6 nömrəli məktubunun və əmək pensiyasının 240 manatadək azaldılmasına əsas olan 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının qanunsuz hesab edilməsi, İddiaçı son iş yeri üzrə 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması, ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitlər nəzərə alınmaqla pensiyanın yenidən qanunauyğun hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyanın üzərinə əlavə etməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01 avqust 2016-cı ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt 273 (iki yüz yetmiş üç) manat pensiya məbləği hesablanmışdır. Pensiya məbləği sonradan 2018-2019-2022-ci illərdə artaraq 403 (dörd yüz üç) manat oldu. Sonradan pensiyanın düzgün hesablanması üçün “Dost” xidmətinə müraciət etmiş, onlar iddiaçıdan əmək və digər gəlirlər haqqında arayış istədilər. Arayışı əldə etmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etdi. İddiaçı 1991-ci ildən 1994cü ilə kimi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər, Nəsimi və Nərimanov rayon şöbələrində işləmişdir. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının direktoru Yavər Məmmədovun xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli **********1 nömrəli, **********7 nömrəli məktublara əsasən bildirilmişdir: “Fondun Hüquq və Kadrlar şöbəsinin əməkdaşları və onları əmək haqqı gəlirləri barədə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında heç bir sənəd olmadığı üçün 1991- 1993-ci illər üzrə əmək haqqı arayışının verilməsi mümkün deyildir.” Fonddan bu cavabı aldıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə “Dost” xidmətinə müraciət etmiş və ərizəyə əmrlərin surətlərini əlavə etmişdir. Əmrlərdə aylıq əmək haqqı məbləğləri yazılıb. Əmrdə göstərilən əmək haqqı ilə onun pensiyası hazırki pensiya məbləğindən 4-5 dəfə artıq olmalıdır. Əmrdə göstərilir ki, aylıq əmək haqqı 12400 rubl (on iki min dörd yüz) yəni 1240 (min iki yüz qırx) manat və 14880 (on dörd min səkkiz yüz səksən) rubl, yəni 1488 (min dörd yüz səksən səkki) manat olub. Bundan əlavə rüblük və illik mükafatlar almışdır. İddiaçının pensiyası hesablanarkən heç bir sənədə baxmadan və araşdırmadan qərar qəbul etmişlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən o, 01 avqust 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 313,13 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 31,31 manat olmaqla orta aylıq əmək haqqı 344,44 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 8 il 3 ay 20 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (344,44 manat) 51 faizi-175,66 manat məbləğində hesablanmalı olduğu halda, 273,11 manat müəyyən edilməklə xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 1851,55 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumillikdə vəzifə maaşının orta aylıq məbləği 515,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 51,50 manat olmaqla orta aylıq əmək haqqı 566,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (566,50 manat) arasındakı fərq məbləğinin (189,06 manat) 27,50 faizi- 51,99 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (187,74 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 236,73 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 3638,04 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək pensiyalarının artırılması ilə əlaqədar cari ilin yanvar ayından etibarən əmək pensiyası 240,00 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 506,64 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 7841,95 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 7841,95 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bundan əlavə əmək pensiyası 240,00 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 24,00 manat məbləğində maddi yardım ödənilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1435/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26 may 2022-ci il tarixli, **********6 nömrəli məktubunun və əmək pensiyasının 240 manatadək azaldılmasına əsas olan 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının qanunsuz hesab edilməsi və İddiaçı son iş yeri üzrə 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması, ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən qanunauyğun hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyanın üzərinə əlavə etməklə (2019-cu ilin aprel ayından) ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin olunmaması haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, 01 avqust 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 313,13 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 31,31 manat olmaqla orta aylıq əmək haqqı 344,44 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 8 il 3 ay 20 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (344,44 manat) 51 faizi-175,66 manat məbləğində hesablanmalı olduğu halda, 273,11 manat müəyyən edilməklə xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 1851,55 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumillikdə vəzifə maaşının orta aylıq məbləği 515,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 51,50 manat olmaqla orta aylıq əmək haqqı 566,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (566,50 manat) arasındakı fərq məbləğinin (189,06 manat) 27,50 faizi-51,99 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (187,74 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 236,73 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 3638,04 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək pensiyalarının artırılması ilə əlaqədar cari ilin yanvar ayından etibarən əmək pensiyası 240,00 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 506,64 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 7841,95 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 7841,95 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bundan əlavə əmək pensiyası 240,00 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 24,00 manat məbləğində maddi yardım ödənilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri Nümayəndə, X9 və X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi”ni tələb etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə mübahisələndirdiyi 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarın onun tərəfindən nə vaxt alındığı iş materiallarından müəyyən olunmur. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçıya Səbail DSMF tərəfindən 01 avqust 2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona pensiya təyin edilərkən 17 iyul 1991- 05 yanvar 1994-cü il tarixlərdə Dövlət Sosial Müdafiə Fondunda qulluq keçib, vəzifə maaşına əlavələr almasının nəzərə alınmadığına istinad edərək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Lakin cavabdeh qurumun xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən iddiaçının müraciəti əsasında pensiya məbləği yenidən hesablanmış və 366,66 manatdan 236,73 manatadək azaldılmışdır. İddiaçının hazırki tələbi cavabdehin 26 may 2022-ci il tarixli, **********6 nömrəli məktubunun və əmək pensiyasının 240 manatadək azaldılmasına əsas olan 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının qanunsuz hesab edilməsi, onun son iş yeri üzrə 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması, ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən qanunauyğun hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyanın üzərinə əlavə etməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsindən ibarətdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında olan əmək haqqı cədvəllərindən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsində 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək işləmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı müraciətinə dair inzibati icraat materialları, o cümlədən iddiaçıya məxsus pensiya işi məhkəməyə təqdim edilmişdir. Pensiya işinin materiallarından məlum olmuşdu ki, iddiaçıya 01 avqust 2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin olunan zaman onun 1991-1993-cü illərdə dövlət qulluqçusu olaraq işlədiyi dövrdəki vəzifə maaşı və ona əlavələr alması nəzərə alınmamışdır. Bununla bağlı iddiaçı pensiyasının yenidən hesablanmasını tələb etsə də, cavabdeh qurum xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarla iddiaçının müraciəti əsasında pensiya məbləğini yenidən hesablamış, lakin bu zaman pensiya məbləğini 366,66 manatdan 236,73 manatadək azaltmışdır. Həmçinin sorğu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 19 yanvar 2023cü il tarixli məktubla İddiaçı 1991-1993-ci illər üzrə əmək haqqı ilə bağlı mövcud sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsinəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-ci hissəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı nəzərə alınır; 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin 26 may 2022-ci il tarixli, **********6 nömrəli məktubunun və iddiaçının əmək pensiyasının 240 manatadək azaldılmasına əsas olan 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının qəbul edilməsi ilə bağlı cavabdeh qurum tərəfindən iddiaçıya pensiya hesablanarkən 17 iyul 1991-ci il tarixdən 05 yanvar 1994-cü il tarixədək olan dövr üzrə vəzifə maaşı, ona əlavələr almasının nəzərə alınıb- alınmadığı haqqında ziddiyyətli məlumatlar təqdim olunmuşdur. İşin apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul olunarkən onun 17 iyul 1991-ci il tarixdən 05 yanvar 1994-cü il tarixədək olan dövr üzrə aldığı əmək haqqı, əmək haqqına əlavələr və müavinətlərin nəzərə alındığını bildirilmişlər. Lakin bu hal iddiaçı tərəfindən mübahisələndirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası ekspert qarşısında “İddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” 29 aprel 2022-ci il tarixli **********9 nömrəli qərar qəbul edilərkən iddiaçının 17 iyul 1991-ci il tarixdən 05 yanvar 1994-cü il tarixədək Dövlət Sosial Müdafiə Fondunda qulluq keçməsi, həmin dövr üzrə aldığı əmək haqqı, ona əlavələr və müavinətlər nəzərə alınıbmı?” sualını qoymaqla xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8893 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının hesablanması üçün əsas götürülən 17 iyul 1991-ci il tarixdən 05 yanvar 1994-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqına vəzifə maaşından mükafat və ixtisas dərəcəsinə görə əlavə ödənilmədiyindən həmin əlavələrin pensiyaya tətbiq edilməsinin qanunvericiliyin tələbləri baxmından mümkün olmadığı və onun əmək pensiyası təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının 31 may 2024-cü il tarixində yenidən hesablanaraq 459,49 manat məbləğində təşkil etdiyi müəyyən olunur. Həmçinin ötən dövr üzrə ona ödənilməli olan 126,73 manat fərq məbləği hesablanıb yuxarıda qeyd olunan qalıq 4602,96 manat artıq ödənilmiş pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edildiyi müəyyən olunur. Göründüyü kimi, ekspert rəyinə əsasən iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının hesablanması üçün əsas götürülən 17 iyul 1991- 05 yanvar 1994-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqına vəzifə maaşından mükafat və ixtisas dərəcəsinə görə əlavə ödənilmədiyindən həmin əlavələrin pensiyaya tətbiq edilmədiyi müəyyən olunur. Lakin apelyasiya baxışı zamanı iddiaçı onun 17 iyul 1991-ci il tarixdən 05 yanvar 1994-cü il tarixləri arasındakı dövrlərdə işlədiyi müddət ərzində əmək haqqına vəzifə maaşından mükafat və ixtisas dərəcəsinə görə əlavələr aldığını bildirmişdir. “Əmək pensiyaları haqqında” Qanununun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçusu olan şəxsin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilə bilər. İşin apelyasiya baxışı zamanı iddiaçının 17 iyul 1991- 05 yanvar 1994-cü il tarixləri arasındakı dövrlərdə işlədiyi müddət ərzində əmək haqqına vəzifə maaşından mükafat və ixtisas dərəcəsinə görə əlavələri alıb-almadığını müəyyən etmək məqsədilə müvafiq quruma sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək aldığı əmək haqqı və digər gəlirləri barədə arayış və əmək haqqı cədvəllərindən çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin araşdırılması zamanı məlum olmuşdu ki, İddiaçı 1991-ci ildə 1956,50 manat vəzifə maaşı, 360 manat vəzifə maaşına əlavə, 1992-ci ildə 32250 manat vəzifə maaşı, 100 manat vəzifə maaşına əlavə, 2866,70 manat mükafat, 6305,35 manat məzuniyyət pulu, 1993-cü ildə isə 274994,28 manat vəzifə maaşı, 103695 manat mükafat, 55848,76 manat məzuniyyət pulu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh qurumun nümayəndələri həqiqətən də iddiaçıya xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək dövlət qulluğundakı fəaliyyətinə görə vəzifə maaşı və həmin vəzifə maaşına əlavələrin ödənildiyi faktını təsdiq etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurumun iddiaçıya dövlət qulluğunda işlədiyi xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək olan dövr üzrə vəzifə maaşına əlavələrin ödənilməməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır və buna görə də cavabdeh qurumun iddiaçının əmək pensiyasının xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək olan dövr üzrə vəzifə maaşına əlavələri almaması səbəbindən yenidən hesablanmasına əsas olmaması və pensiyasının 240 manatadək azaldılması ilə bağlı qəbul etdiyi 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarı qanunsuzdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati orqan iddiaçı barəsində 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati icraatın aparıldığı şəxsi həmin icraata cəlb edib onu dinləməmişdir. Qeyd olunanlarla da cavabdeh qurum iddiaçının konstitusion hüququ olan sosial təminat hüququna müdaxilə etmişdir. Halbuki inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən də inzibati icraat aparırlar. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Hazırki işdə iddiaçıya 01 avqust 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qəbul edilmiş inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallarla bağlı əldə edildiyi müəyyən olunmur. Həmçinin iş üzrə müəyyən olunur ki, iddiaçının pensiyası sonradan dəyişdirilərək məbləği 366,66 manata çatdırılsa da, mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarla pensiya məbləği 236,73 manata azaldılmışdır. Halbuki iddiaçının 366,66 manata çatdırılmış pensiya məbləğinə etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu açıq- aşkardır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya xx.xx.2016-xx.xx.2022-ci illər ərzində 7841,95 manat artıq pensiya məbləğinin ödənildiyini müəyyən etmiş, həmin məbləğin büdcəyə bərpa edilməsi ilə bağlı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə verilməsini istəsə də, iddiaçının buna razılığı olmamışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya xx.xx.2016-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edildikdən sonra cavabdeh qurumun öz təşəbbüsü ilə təzələdiyi inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə aparmadan “Əmək pensiyasının yenidən hesablanması haqqında” 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərar qəbul etməsi və bunun davamı olaraq iddiaçıya xx.xx.2022-ci il tarixli məktub göndərməsi qanunsuz və əsassız olmuşdur. Buna görə də iddiaçı haqlı olaraq cavabdeh qurumun adı çəkilən məktubunun və qərarının qanunsuz saylması, eyni zamanda apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizəsinə əsasən cavabdeh qurumun 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilən əsaslandırmaya görə məhkəmə kollegiyası cavabdeh qurumun “Əmək pensiyasının yenidən hesablanması haqqında” 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının və bunun davamı olaraq iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli məktubun qanunsuz sayılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya onu da qeyd edir ki, iddiaçı son iş yeri üzrə 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması ilə əlaqədar ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən qanunauyğun hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyanın üzərinə əlavə etməklə (2019-cu ilin aprel ayından) ödənilməsini tələb etməkdə də haqlı olmuş və onun bu tələbi də birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. Kollegiya hesab edir ki, iddaçı tərəfindən cavabdeh qurumun qəbul etdiyi 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarın qanunsuz hesab edilməsi tələb olunsa da, əslində onun hüquqi marağının adı çəkilən qərarın ləğv edilməsinə yönəldiyi və “qərarın qanunsuz sayılması” tələbinin hüquqi nəticəsi olmadığını birinci instansiya məhkəməsi nəzərə almasa da, bu hal kobud prosessual pozuntu kimi qiymətləndirilmir. Bununla yanaşı, apellyasiya baxışı zamanı iddiaçıya göstərilmiş hüquqi yardımla bağlı iddia tələbi dəqiqləşdirildiyi üçün məhkəmə kollegiyası adı çəkilən qərarın ləğv edilməsi qənaətinə gəldiyindən bunun birinci instansiya məhkəməsinin mahiyyəti üzrə qanuni və əsaslı olan qərarının ləğvi üçün əsas yaratmadığını hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin 2-1(112)-1435/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarı “cavabdeh qurumun 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1435/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarı “cavabdeh qurumun 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar