Məhkəmə qərarları › İş №2-1(103)-250/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-250/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-250/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8282/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona 800013669YPS nömrəli forma 88 əsasında təyin edilmiş ikinci dərəcəli əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə X12- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərarın etibarsız hesab edilməsi və qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bilək və əl səviyyəsində sinirlərin travması, sağ mil sümüyünün tipik yerdən sınığından (xx.xx.2019-cu il) sonrakı sağ orta dirsək və mil sinirlərinin postravmatik neyropatiyası oynaqların kontrakturası, sol aşıq-baldır oynağının kontrakturası diaqnozu ilə iddiaçıya əlillik pensiyası təyin edilmişdir. 2022-ci il tarixdə iddiaçı təkrarən cavabdehə əlilliyin təyin edilməsi barədə müraciət etdikdə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlamətinin olmaması barədə qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin onun əlilliyinin etibarsız hesab edilməsində ifadə olunan hərəkətləri qanunsuz olmuş və bu hərəkətlər nəticəsində onun hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-8282/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi barədə cavabdehin qərarı etibarsız hesab edilmiş və qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona 800013669YPS nömrəli forma 88 əsasında əlillik dərəcəsinin təyin edilmiş ikinci dərəcəli əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə X12 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı Bakı 19 nömrəli Poliklinikasının 0108003AACZF nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Forma 88 - 100047925XJX. Qiymətləndirmə tarixi xx.xx.2022-ci il”. İddiaçı cavabdeh qurumda əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin İ00047925XJX nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. Ətraflı səbəb: “əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin İ00047925XJX nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Aşağı ətraf travmalarının nəticələri, Sol baldır sümüklərinin hər ikisinin qeyri-düzgün bitişmiş sınıqları, sümüklərin sinostozu (xx.xx.2015) Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2015 tarixdə “Sol baldır sümüklərinin aşağı 1/3-nin ilizarov vasitəsilə osteosintezi” cərrahi əməliyyatından sonrakı vəziyyət Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Dayaqhərəkət funksiyası, yerişin və trofikan pozulması. Yerişi əsa ilə. Sol ayağını sürüyür Digər koordinasiya pozğunluğu, Koordinator pozulmalarla Bilək və əl səviyyəsində sinirlərin travması, Sağ mil sümüyünün tipik yerdən sınığından (xx.xx.2019) sonrakı sağ orta, dirsək və mil sinirlərinin postravmatik neyropatiyası Oynaqların kontrakturası, Sol aşıq-baldır oynağının kontrakturası (oynaqda açma 100 dər, bükmə 90 dər)) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəl qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə" yə əsasən diaqnoz əlillik əlaməti təyin etmir qərarı verilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X12-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin İ00047925XJX nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X12-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 30 noyabr 2023-cü il tarixli qərarına əsasən İddiaçı əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertiza həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, İddiaçı orqanizm funksiyalarının itirilmə faizinin qiymətləndirilməsi üçün ilk dəfə 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli 0108003AACPT nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında (əsas diaqnoz: “Baldırın çoxsaylı sınıqları, Sol baldır sümüyünün hər ikisinin qeyri-düzgün bitişmiş sınıqlarısümüklərin sinostozu. Yanaşı xəstəlik: Əzginlik (süstlük) və yorğunluq. Ağırlaşma: Oynaqların kontrakturası, sol aşıq baldır oynağının kontrakturası”) Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və tam reabilitasiya qərarı verilmişdir. Bakı 19 nömrəli Şəhər Poliklinikasının 0108003AACQF nömrəli xx.xx.2017-ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən növbəti qiymətləndirilmə aparılmış (əsas diaqnoz: “Sol baldır sümüyünün hər ikisinin qeyri-düzgün bitişmiş sınıqlarısümüklərin sinostozu. Aşağı ətraf venalarının vakrikoz ləlməsi, Xroniki venoz çatmamazlığı İİ-İİİ dərəcə. Oynaqların kontrakturası, sol aşıq dır oynağının kontrakturası”) uzun illər ixtisaslaşmış tibb müəssisəsində müayinə və alicə aparılmadığından “Əlavə müalicəyə ehtiyacın olması” qərarı verilmişdir. Növbəti dəfə, Bakı 19 nömrəli Şəhər Poliklinikasının 0108003AACZE nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşın əlillik vəziyyəti qiymətləndirilərək, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən (əsas diaqnoz: “Baldırın çoxsaylı sınıqları, Sol baldır sümüyünün hər ikisinin qeyri-düzgün bitişmiş sınıqları, sümüklərin sinostozu. Aşağı ətraf venalarının varikoz genəlməsi, Xroniki venoz çatmamazlığı İİ-İİİ dərəcə”) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12 bəndinə müvafiq, Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə beş il müddətinə uzadılaraq ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır ki, orada da əmək zəmanəti “Uzun müddət ayaqüstə dayanma tələb olunmayan işlərdə işləyə bilər” şəklində qeyd edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra, Bakı Baş Səhiyyə İdarəsinin İ00047925XJX nömrəli xx.xx.2022-ci il tarixli rəsmiləşdirilmiş göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilmiş, göndərişin natamam doldurulması, əsas diaqnozun (əsas diqnoz: Aşağı ətraf travmalarının nəticələri, Sol baldır sümüklərinin hər ikisinin qeyridüzgün bitişmiş sınıqları, sümüklərin sinostozu. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2015 tarixdə “Sol baldır sümüklərinin aşağı 1/3-nin İlizarov vasitəsilə osteosintezi”) ağırlaşmaları və ağırlıq dərəcəsi ətraflı qeyd edilməməsi səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-ya müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosialİ Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2023-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri aşağı ətrəflarda ağrılar, hərəkət məhdudluğu, yerişin çətinləşməsi. fiziki hərəkət zamanı döş qəfəsində baş verən göynəmə hissi, ürəkdöyünmə, təngnəfəslik olmuş, anamnestik olaraq uzun illər xəstə və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal oimuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, AT 130/90 mm cv.st., nəbz ritmik (1 dəqiqədə 65 vurğu), dili nəm, ərplidir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikai vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, müayinəyə əsayla gəlmiş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən nevroloji status norma daxilində olmuş, vətər və sümüküstü reflekslər D=S, əzələ gücü yuxarı və aşağı ətraflarda beş bal qeyd edilmiş, ətraflarda atrofiya izlənilməmiş, tonus normal, Romberq vəziyyətində dayanıqlı olmuşdur. xx.xx.2023-cü il tarixində vətəndaşa DTSERA-da EXO- KQ müayinəsi aparılmış və həmin müayinənin nəticəsinə (nəticə: Sol mədəciyin sistoladiastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=60%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq apparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD,VSD yoxdur. Min.MÇ, Min TÇ. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tipdə pozulmuşdur) əsasən əlillik təyinatına əsas verən heç bir patofuksional pozuntu aşkarlanmamışdır. Yanaşı olaraq vətəndaş burada aşağı ətraf arteriyaların doppleroqrafiyası müayinəsinə göndərilsə də, o, müayinədən keçməkdən imtina etmişdir. Təqdim etdiyi sənədlər arasında, Baş Səhiyyə İdarəsinin X13 xx.xx.2015-xx.xx.2015-ci il tarixli stasionar xəstənin xəstənin tibbi kartasından “970 nömrəli çıxarışına əsasən diaqnoz “Sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı, çox zəlpəli yerdəyişən sınığı” və xx.xx.2019cu il tarixli ambulator xəstənin tibbi kartasından 274 nömrəli çıxarışın əsasən diaqnoz “Sağ mil sümüyünün tipik yerdən sınığı”; X5 və Ortopediya institutunun xx.xx.2021-ci il tarixli **********/8389 nömrəli arayışına əsasən diaqnoz “Sol baldır sümüyünün aşağı 1/3- nin bitişmiş sınığı, sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası, əzələ atrofiyası, daimi ağrı sindromu ilə”, xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Sol baldır sümüyünün aşağı 1/3-nin bitişmiş sınığı, sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası, əzələ atrofiyası, daimi ağrı sindromu ilə”, xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Sol baldır sümüyünün hər iki qeyri- düzgün bitişmiş sınıqları, sol aşıq baldır oynağnın ikinci dərəcəli artrozu, oynağın Kontrakturası, yerişin pozulması (oynaqda açma 100 dərəcə, bükmə 90 dərəcə, trofikanın oozulması, sol baldır sümüyünün aşağı 1/3-nün bitişmiş sınıqları”; Elmi Tədqiqat kardiologiya İnstitutunun xx.xx.2022-ci il tarixli ambulator xəstəniin tibbi kartasından 2196 nömrəli çıxarışına əsasən diaqnoz “ÜİX. Stabil gərginlik stenokardiyası İ f.s. Arterial nipertoniya İ dərəcə”; X9 xx.xx.2022-xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartasından 5055 nömrrəli çıxarışına əsasən diaqnoz “Sol aşağı ətraf sinirlərinin neyropatiyası (posttravmatik). Sol aşağı ətrafın süst parezi, hərəkət funksiyasının pozulması. Sol baldır sümüklərinin qeyridüzgün bitişmiş sınıqları, sol aşıq-baldır oynağının kontrakturası. Baş beyin xroniki işemik vertebro-bazilyar sindrom, “coordinator pozulmalar”; Akademik M.A.Topçubaşov adına Cərrahiyə Mərkəzinin xx.xx.2021-ci il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz Hər iki ayağın İ dərəcəli varikoz xəstəliyi” şəklində göstərilmiş, burada aparılmış X15 Doppler müayinəsinin nəticəsinə əsasən hər iki aşağı ətrafın BDV-nin varikoz genişlənməsi, daha çox soldan, hər iki aşağı ətrafın KDV-nin varikoz genişlənməsi daha çox soldan) refluks zəyif müsbət təyin olunmuş, hər iki aşağı ətrafda - perforantlar (daha çox soldan) genişlənmiş, refluks müsbət təyin olunmuş, sol aşağı ətrafda - dərin venalar üzərində refluks və qapaq çatışmazlığı qeyd edilmiş, hər iki aşağı ətrafda retikulyar venalar (daha çox soldan) genişlənmiş və qıvrılmış, Valsava sınağı sağdan müsbət, qapaq çatışmazlığı İ dərəcə, soldan kəskin və davamlı müsbət izlənilmiş, qapaq çatışmazlığı İİ dərəcə təyin olunmuşdur. Həmçinin, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərində vətəndaşa X1 aparılmış EMQ müayinələrinin nəticələrinə əsasən neyromotor aparatda nevral tipli pozuntu (sağ orta, dirsək, mil, sol incik və qamış sinirlərinin neyropatiyası) aşkarlanmış, xx.xx.2022-ci il tarixində “Oksigen” Klinik Xəstəxanasında aparılmış kranial MR müayinəsinin nəticəsinə əsasən sol retroserebllar sahədə ~2x1 sm ölçüsündə araxnoidal kista izlənilmiş (infratentorial), serebral atrofiyaya ikincili sulkuslarda və ventrikulyar sistemdə passiv dilatasiya izlənilmiş, hər iki serebral hemisferdə əsasən sentrum semiovale səviyyəsində və frontoparietal paylarda subkortikal və periventrikulyar ağ maddədə T2-FLAİR rejimdə hiperintens siqnallı xronik qliotik ocaqlar qeyd edilmiş, kəskin mərhələ işemik insult lehinə diffuzion laşması göstərən patoloji ocaq qeyd edilməmişdir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli T/367/2024 saylı ekspert rəyində qeyd edilir: 1968-cı il təvəllüdlü vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsinə, adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X8” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş diaqnoz ona stasionarda müəyyən edildiyindən və xroniki olduğundan onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Həmin diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında qoyulmuşdur. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) X12-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci ildə ilkin olaraq ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Baldırın çoxsaylı sınıqları, Sol baldır sümüyünün hər ikisinin qeyri-düzgün bitişmiş sınıqlarısümüklərin sinostozu, aşağı ətraf venalarının varikoz genəlməsi, Xroniki venoz çatmamazlığı İİ-İİİ dərəcə). Sonradan cavabadeh tərəfindən xx.xx.2022-ci ildə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə iddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əlillik altsistemdən çıxarışlara əsasən iddiaçıda müəyyən edilmiş diaqnoz iddiaçıya xx.xx.2017-ci ildə əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozla eynidir. Bundan başqa, məhkəmə tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli T/367/2024 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində XBT10 kodu ilə qeyd edilmiş diaqnoz ona stasionarda müəyyən edildiyindən və xroniki olduğundan onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz, Həmin diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında qoyulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8282/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar