Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-250/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «ezamiyyə xərclərinin ödənilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2 və Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4334/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilir ki, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi «X5»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli, Q-01 nömrəli Qərarına əsasən daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Odur ki, qarnizon daxilində və hərbi hissə ərazisində xidməti tapşırıqların icrası zamanı hərbi qulluqçulara xidməti ezamiyyə xərcləri üzrə ödənişlər nəzərdə tutulmamışdır.”
2. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilir ki, “səhra pullarının ödənilməsi, bu barədə əmrlərin verilməsi qaydaları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi «X5»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli, Q-01 nömrəli Qərarının 1-ci bəndinə əsasən daimi işi yolda keçən və gediş gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Eləcə də qarnizon daxilində və hərbi hissə ərazisində xidməti tapşırıqların icrası zamanı hərbi qulluqçulara xidməti ezamiyyə xərcləri üzrə ödənişlər nəzərdə tutulmamışdır. Həmçinin iddianız üzrə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı Qərarının 6-cı bəndi ilə səhra çıxışı üzrə ezamiyyət qaydaları deyil, səhra pullarının və ezamiyyət günlərinin bir günlük normasının məbləği müəyyən olunmuşdur.”
3. Cavabdehin xx.xx.2024-cü il tarixli digər məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi' tələbinə dair 2- 1(112)-16662/2023 nömrəli inzibati iş üzrə İddiaçı iddia tələbində qeyd etdiyi Horadiz sərhəd dəstəsinin komendant bölüyünün komandiri vəzifəsində olduğu müddətdə xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi xüsusatına münasibətdə qeyd edilir ki, qoşmaya əlavə edilmiş AR DSX N saylı hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 141 №-li əmrin surətindən görünür ki, komendant bölüyünün komandiri kapitan İddiaçı xx.xx.2004-cü il tarixdən 21-ci sərhəd zastavası rəisi vəzifəsinin icrası müvəqqəti həvalə edilmişdir. AR DSX N saylı hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 200 №-li əmrindən çıxarışın surətindən görünür ki, iddiaçı DSX rəisinin (keçmiş DSX SQK) xx.xx.2004-cü il tarixli əmri ilə xidmət yeri dəyişdirildiyindən, xx.xx.2004-cü il tarixdən həmin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır (əmrin surəti qoşmaya əlavə edilir). Həmçinin qoşmaya əlavə edilmiş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(102)-1945/2021 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “pul təminatının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçının AR DSX-nin N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üçün zastava rəisi vəzifəsi ilə komendant bölüyü komadiri vəzifəsinin maaşları arasındakı fərqin hazırkı vəzifə maaşları əsas götürülməklə hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı məhkəməyə müraciət edərək xidmət etdiyi dövr ərzində, 2000-2004-cü illərdə Horadiz Sərhəd dəstəsinin komedant bölüyünün komandiri vəzifəsində olduğu müddətdə xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında və Xudat Sərhəd dəstəsinin X6 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə sərhəd məntəqələrində uzunmüddətli (2008-2013-cü illər ərzində) ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq (hal-hazırki ezamiyyə xərcləri normaları nəzərə alınmaqla) birdəfəlik ödənilməsi üçün cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı təqvim ili 24 il 13 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 29 il 8 ay 20 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 15 iyul 2015-ci il tarixdə (əmr № 1432) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 2000 - 2004-cü illərdə Horadiz Sərhəd dəstəsinin komedant bölüyünün komandiri və 2008 - 2013-cü illərdə Xudat sərhəd dəstəsinin X6 Bölməsinin baş zabiti vəzifəsində xidmət keçmişdir. Xidmət keçdiyi dövrlərdə aşağıdakı maddi təminat hüquqları pozulmuşdur. Belə ki, Horadiz Sərhəd dəstəsinin komedant bölüyünün komandiri vəzifəsində xidmət keçərkən xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək Horadiz sərhəd dəstəsinin 21-ci sərhəd zastavasına və Xudat Sərhəd dəstəsinin DSMB-nin baş zabiti vəzifəsində xidmət keçərkən rəhbərliyin əmri ilə 2008-2013-cü illərdə sərhəd zastavalarına (səyyar-sərhəd məntəqələrinə) uzunmüddətli ezamiyyətlərə göndərilmişdir. Lakin ona ezamiyyətdə olduğu ilə əlaqədar ezamiyyə xərcləri ödənilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsi üçün ərizə ilə tərəfindən 03 avqust 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət edilmişdir. Cavabdeh Dövlət Sərhəd Xidməti müraciətini imtina ilə cavablandıraraq aşağıdakıları bildirmişdir. “Eyni məzmunlu müraciətinizə tərəfimizdən baxılmışdır. Səhra pullarının ödənilməsi, bu barədə əmrlərin verilməsi qaydaları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi “X5”-nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli Q-X10 əsasən daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan işçilərin gedişi ezamiyyət sayılmır. Eləcədə qarnizon daxilində və hərbi hissə ərazisində xidməti tapşırıqların icrası zamanı hərbi qulluqçulara xidməti ezamiyyə xərcləri üzrə ödənişlər nəzərdə tutulmamışdır. Həmçinin iddianız üzrə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli Qərarının 6- cı bəndi ilə səhra çıxışı üzrə ezamiyyət qaydaları deyil, səhra pullarının və ezamiyyə günlərinin 1 günlük normanın məbləği müəyyən edilmişdir.” Beləliklə cavabdeh inzibati orqan müraciəti dolayısı yolla cavablandırmaqla imtinanı əsaslı hesab etmişdir. Hesab edir ki, 2000-2004-cü illərdə Horadiz Sərhəd dəstəsinin komedant bölüyünün komandiri vəzifəsində olduğu müddətdə xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək və Xudat Sərhəd dəstəsinin X6 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə 2008-2013-cü illərdə sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin (Dövlət Sərhəd Xidməti) üzərinə qoyulmalıdır.
6. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi' tələbinə dair 2-1(112)-16662/2023 nömrəli inzibati iş üzrə İddiaçı iddia tələbində qeyd etdiyi Horadiz sərhəd dəstəsinin komendant bölüyünün komandiri vəzifəsində olduğu müddətdə xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi xüsusatına münasibətdə qeyd edilir ki, qoşmaya əlavə edilmiş AR DSX N saylı hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 141 №-li əmrin surətindən görünür ki, komendant bölüyünün komandiri kapitan İddiaçı xx.xx.2004-cü il tarixdən 21-ci sərhəd zastavası rəisi vəzifəsinin icrası müvəqqəti həvalə edilmişdir. AR DSX N saylı hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 200 №-li əmrindən çıxarışın surətindən görünür ki, iddiaçı DSX rəisinin (keçmiş DSX SQK) xx.xx.2004-cü il tarixli əmri ilə xidmət yeri dəyişdirildiyindən, xx.xx.2004-cü il tarixdən həmin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır (əmrin surəti qoşmaya əlavə edilir). Həmçinin qoşmaya əlavə edilmiş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(102)-1945/2021 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “pul təminatının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçının AR DSX-nin N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üçün zastava rəisi vəzifəsi ilə komendant bölüyü komadiri vəzifəsinin maaşları arasındakı fərqin hazırkı vəzifə maaşları əsas götürülməklə hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
7. İddiaçının Dövlət Sərhəd Xidmətinin məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd edilənlərlə bağlı mülahizəsində bildirmişdir ki, cavabdehin məktubuna Əsasnamənin 1.9. bəndin birinci cümləsinin (hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətə ödənilir) mahiyyətinə məhkəməyə etiraz kimi təqdim olunmuş sənədin ikinci cümləsində yanlış təvsir (Yəni, hərbi qulluqçunun və işçinin hüququ yarandığı gündən üç il müddət ərzində müraciə olunubsa ödənilir) verilmişdir. Bu da iddia tələbinə imtina üçün əsas sayıla bilməz. Çünki Əsasnamənin həmin bəndinin birinci cümləsi sözügedən sərhəd zastavalarında ezamiyyətdə olmağa görə ezamiyyə xərclərinin ödənilməməsini özündə ehtiva etmir. Əksinə, Əsasnamənin bu bəndinin birinci cümləsi hərbi qulluqçuya hüququn yarandığı təqdirdə edilən müraciətdən ən azı əvvəlki üç il dövrü üçün ödənişin edilməsini tövsif edir. Ezamiyyətə getməyini və qayıtmağını təsdiqləyən rəsmi əmrlərin mövcud olmasının özü onun ezamiyyə xərclərini ala bilmək üçün bildirilməlidir ki, ezamiyyət günlərinə dair əmrlər Bakı İnzibati Məhkəməsinin (2-1(112)-4748/2022 nömrəli iş) və Bakı Apellyasiya Məhkəməsinin (1(103)-363/2023 nömrəli iş) sorğuları əsasında əldə edilmişdir. Sənədin sonuncu cümləsinin (Qeyd olunan müddətdən 10 il artıq vaxt keçdiyi üçün hər hansı bir məlumat və iş üçün əhəmiyyət kəsb edən digər sənədlərin təqdim edilməsi imkan xaricindədir) qaldırdığı iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Çünki, inzibati orqanın etdiyi şərhindən fərqli olaraq pul təminatı haqqında Əsasnamənin 1.9cu bəndin sonuncu cümləsində tələb başqa cür qoyulmuşdur: - “Birdəfəlik pul müavinəti, bu müavinətə hüququn yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa ödənilir”. Onun müraciəti birdəfəlik müavinət deyil, ezamiyyə xərcləri ilə bağlıdır. Hərbi qulluqçulara isə birdəfəlik müavinətlər il ərzində maddi yardım, məzuniyyət müavinəti, əşya-geyim əvəzinə verilən pul kompensasiyası, müalicə xərcləri üçün verilən müavinət, on üçüncü əmək haqqı (birdəfəlik pul mükafatı) şəklində verilir. Məhkəməyə təqdim olunan etiraz xarakterli 12.03.24-cü il tarixli 3-38- 16/7-1811/24 nömrəli sənədin ikinci abzasında aşağıdakılar qeyd olunmuşdur: “Bildiririk ki, yuxarıda adıçəkilən arayışda ehtiyatda olan sabiq hərbi qulluqçu İddiaçı N №-li hərbi hissədə 2008-ci ildən 2013-cü ilədək Dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti vəzifəsində xidmət etdiyi müddətdə xx.xx.2008-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərci DSX-nin “Pul təminatı haqqında Əsasnamə”yə əsasən hərbi hissə daxilində ezamiyyətə görə ödəniş nəzərdə tutulmadığı üçün ödənilmədiyi qeyd edilmişdir. Nəzərə almağınızı xahiş edirik”. Belə ki, hərbi hissə ilə sərhəd zastavalarının ayrı-ayrı coğrafi məkanlarda və biri-birindən kifayət qədər uzaq məsafədə yerləşməsi xidməti ezamiyyəti zəruri edən başlıca amildir. Odur ki, imtina xarakterli cavablarda sərhəd zastavası hərbi hissənin tabeliyində deyil, daxilindədir kimi təqdim edilməsi cavabdehin öz ifadələrində sərhəd zastavasının statusunu kiçiltməyə və sözügedən hərbi bölmələrdə zamanında reallaşmış olan xidməti ezamiyyətin əhəmiyyətsiz hal olduğuna məhkəməni inandırmaq cəhdidir. Hərbi hissələr DSX tabeliyində xidməti fəaliyyətini davam etdiyi kimi, eyni ilə sərhəd zastavaları da hərbi hissənin tabeliyində xidməti fəaliyyətini davam edirlər. DSX aparatından onun tabeliyindəki hərbi hissələrə ezam olunan hərbi qulluqçu ilə hərbi hissədən (sərhəd dəstəsindən) onun tabeliyindəki sərhəd zastavalarına ezam olunan hərbi qulluqçu fərqli xidməti tapşırıqları icra etmiş olsalar da, hər iki hal mahiyyət etibari ilə daimi xidmət və daimi yaşayış yerinin uzunmüddətli tərk edilməsi və ya yerdəyişməsilə müşaiyət olunan eyni fəaliyyət formasıdır. Başqa sözlə, birinci halda, zabit Bakı şəhərindən respublikanın rayonlarına, ikinci halda isə zabit Xudat qəsəbəsindən yuxarıda adıçəkilən rayonlarda yerləşən sərhəd zastavalarına uzunmüddətə ezamiyyətə göndərilir. Odur ki, daimi xidmət yeri olan N nömrəli hərbi hissədən (Xudat sərhəd dəstəsi) sərhəd zastavalarına uzunmüddətli xidməti ezamiyyətə getdiyi faktın özü daimi yaşayış yeri olan Xaçmaz rayonu Xudat qəsəbəsini tərk edərək Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarının kəndlərinə uzunmüddətə yerini dəyişməyi deməkdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4334/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
9. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə iddiaya etirazla oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Proses iştirakçılarının izahatları
12. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə istinad edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
13. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
15. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun:1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
16. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi «X5»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli, Q-01 nömrəli Qərarının:
1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir. Daimi işi yolda keçən və gediş gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.
5. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Qeyd olunan xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də daxildir. Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsi.)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə məhkəmə Kollegiyası bildirir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, (Bakı apellyasiya məhkəməsinin 2-1(103)-250/25 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia iddiaçının xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin, həmçinin, xx.xx.2008- xx.xx.2011-ci illər ərzində Xudat Sərhəd dəstəsinin X6 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsində mümkün sayılmamışdır.) iddiaçının tələbinin xx.xx.2011-2013cü illər ərzində Xudat Sərhəd dəstəsinin X6 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsində qərar dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı xx.xx.2011-2013-cü illər ərzində Xudat Sərhəd dəstəsinin X6 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə hərbi hissə daxilində ezamiyyətdə olmuşdur.
23. Belə ki, iş materiallarında olan DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin əmrlərindən çıxarışlara və iş materiallarının 46-cı vərəqində olan Arayışa əsasən müəyyən edilir ki, X7 baş zabiti mayor X1 məntəqələrində, yəni pul təminatı haqqında əsasnaməyə əsasən hərbi hissə daxilində uzunmüddətli ezamiyyətlərdə olmuşdur.
24. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, DSX-nın “Pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq hərbi hissə daxilində ezamiyyətə görə ödəniş nəzərdə tutulmadığından iddia tələbi bu hissədə əsassızdır.
25. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
26. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilərək qeyd olunan hissədə iddia rədd edilmişdir.
27. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslı olmuşdur.
28. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4334/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən ləğv edilməli, (Bakı apellyasiya məhkəməsinin 2-1(103)-250/25 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia iddiaçının xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin, həmçinin, xx.xx.2008- xx.xx.2011-ci illər ərzində Xudat Sərhəd dəstəsinin X6 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsində mümkün sayılmamışdır.) iddiaçının tələbinin xx.xx.2011-2013-cü illər ərzində Xudat Sərhəd dəstəsinin X6 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsində qərar dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4334/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən ləğv edilsin. İddiaçının tələbinin xx.xx.2011-2013-cü illər ərzində Xudat Sərhəd dəstəsinin X6 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsində qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.