Məhkəmə qərarları › İş №2-1(103)-2500/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2500/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2500/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi» tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən hakim və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X3 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2- 1(112)-259/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 yanvar 2022-ci il tarixli 0103 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, 708-ci Mexanikləşdirilmiş briqadanın (N saylı hərbi hissə) komandiri polkovnik İddiaçı hərbi geyim formasını daşımaq hüququ ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinin komandiri Nazirliyə polkovnik İddiaçı barəsində təqdimat vermiş və təqdimatda İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsinə uyğun olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının məqsədəuyğun hesab edilməsi bildirilmişdir.

3. İddiaçı ilə iki dəfə söhbət vərəqəsi tərtib olunmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Mərkəzin ekspertinin həmin tarixli (ekspertizanın nömrəsi 4/1343) rəyində bildirilmişdir ki, ekspertizaya təqdim edilmiş, 13 yanvar 2022-ci il tarixli birinci “söhbət vərəqəsi”nin aşağı hissəsində “polkovnik İddiaçı” qrafasındakı imza və tarixi qeyd edilməyən ikinci “söhbət vərəqəsi”nin aşağı hissəsində “polkovnik İddiaçı” qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 13 yanvar 2022-ci il tarixli birinci “söhbət vərəqəsi”ndə “Söhbət aparılan şəxsin cavab və mülahizələri” hissəsindəki əlyazmalar, həmçinin 6-cı qrafada “HHK-na göndərilməsi” hissəsi qarşısındakı “zəruri deyil” əlyazması və tarixi qeyd edilməyən ikinci “söhbət vərəqəsi”ndə “Söhbət aparılan şəxsin cavab və mülahizələri” hissəsindəki əlyazmalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndərilmiş sorğuya cavab olaraq aşağıdakı sənədlər iş materiallarına əlavə edilmişdir: - 08.06.2022-ci il tarixli 7324 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətində qeyd edilmişdir ki, Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır. - 27.05.2022-ci il tarixli 7324 nömrəli HHK-nın müayinə vərəqəsinin surətindən görünür ki, Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: Xəstəliklər Cədvəlinin 43b, 13b, 23b maddəsinin ııı qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim ekspertizası haqqında Əsasnaməyə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - 27.05.2022-ci il tarixli 7324 nömrəli Göndərişə əsasən xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Bahadır oğlu (hərbi rütbəsi polkovnik, N saylı hərbi hissə) xx.xx.1992-ci il tarixdə SHXCDX-nın Ağsu rayon şöbəsinə hərbi xidmətə çağırılmış, xəstəliklərin səbəb və əlaqəsini müəyyən etmək üçün tibbi müayinə edilmiş, diaqnoz: partlayış travması, üzün, boyunun, sağ diz oynağı nahiyyəsinin çoxsayılı kor qəlpəyaralanması müəyyən edilmişdir. - 25.05.2022-ci il tarixli 108 nömrəli arayışdan görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı Bahadır oğlu həqiqətən xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant kimi, xx.xx.1996-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 0103 nömrəli əmri və Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin j bəndinə əsasən (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim forması daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - 27.05.2022-ci il tarixli 8625 nömrəli göndərişdən görünür ki, ehtiyatda olan polkovnik İddiaçı Bahadır oğlu barədə diaqnozun nəticəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən müəyyən olunaraq: baş-beyin silkələnməsinin ayrı-ayrılı dağınıq ovaqlı nevroloji nişanələr, postravmatik. - 31.05.2022-ci il tarixli, 5715 nömrəli göndərişdən görünür ki, İddiaçı Bahadır oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına kardioloq (diaqnoz arterial hiperterziya) və endokrinoloq (şəkərli diabet) yoxlanılması üçün göndərilir. - 5937 çıxarış epikrizinin surətindən görünür ki, 193 nömrəli h/h-nin polkovniki İddiaçı Bahadır oğlunun diaqnozu hipertoniy xəstəliyi, İİ (ikinci) mərhələ müəyyən edilmişdir. - 4897 nömrəli, xx.xx.2020-ci il tarixli travma haqqında Arayışdan görünür ki, 193 nömrəli h/h-nin döyüşhazırlığı şöbəsinin rəisi polkovnik İddiaçı Bahadır oğlu xx.xx.2020-ci il tarixdə saat 10:40 radələrində işğal olunmuş torpaqların azad edilməsi uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan atəş nəticəsində üzün, boyunun və sağ diz oynağı nahiyəsinin çoxsaylı kor qəlpə yaralanması diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. - 230 nömrəli hərbi hissənin qəbul bölməsinin Zədələnmə ilə müraciət edən xəstələrin qeydiyyat kitabından çıxarışdan görünür ki, İddiaçı Bahadır oğlu xx.xx.2020-ci il tarixdə saat 10:40 radələrində işğal olunmuş torpaqların azad edilməsi uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan atəş nəticəsində üzün, boyunun və sağ diz oynağı nahiyəsinin çoxsaylı kor qəlpə yaralanması diaqnozu ilə xəsarət almışdır. - 31.05.2022-ci il tarixli, 2402 nömrəli göndərişdən görünür ki, ehtiyatda olan polkovnik İddiaçı Bahadır oğlu müayinə üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına travmatoloqun konsultasiyasna göndərilir. - 536 nömrəli çıxarış epikrizdən görünür ki, 193 nömrəli h/h-nin polkovniki İddiaçı Bahadır oğlunun diaqnozu hipertoniy xəstəliyi, İİ (ikinci) mərhələ və s. müəyyən edilmişdir. - 10153 nömrəli çıxarış epikrizdən görünür ki, 193 nömrəli h/h-nin polkovniki İddiaçı Bahadır oğlunun diaqnozu hipertoniy xəstəliyi, İİ (ikinci) mərhələ və s. müəyyən edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının digər vəzifəyə keçirilməsi və ehiyata buraxılması barədə cavabdehin əmrlərinin ləğv edilməsi, digər əsasla ehtiyata buraxılması və tibbi şəhadətləndirilməsi üçün göndəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j" bəndinin tələblərinə əsaslanaraq 17 iyul 2021-ci il tarixdə Silahlı Qüvvələrdən ehtiyata buraxılması ilə bağlı raportla müraciət etmişdir. Lakin Müdafiə Nazirliyi tərəfindən müraciətə baxılmamış, müraciət nə şifahi, nə də ki, yazılı cavablandırılmamış, müraciətin mahiyyətinə zidd olaraq o, Müdafiə nazirinin 24 sentyabr 2021-ci il tarixli 01437 nömrəli əmri ilə N nömrəli hərbi hissənin komandiri vəzifəsinə təyin edilmişdir. Qeyd olunan vəzifəyə təyin olunması Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə əsasən “bərabər vəzifəyə” xidmət yerinin dəyişdirilməsi hesab edilsə də, yeni təyin olunduğu vəzifənin maaşında əhəmiyyətli dərəcədə fərq (azalma) baş vermişdir. Bundan sonra iddiaçı təkrar olaraq, 13 yanvar 2022-ci il tarixdə ehtiyata buraxılmağı haqqında komandanlığa müraciət etdikdə müraciətdə qeyd olunan hüququ təmin edilsə də, ehtiyata buraxılması ilə əlaqədar «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 162-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl edilməmiş, ehtiyata buraxılması ilə əlaqədar müvafiq tədbirlər (fərdi söhbətlər aparılmamış, hərbi həkim komissiyasında şəhadətləndirilməsi üçün müvafiq göndəriş verilməmiş) görülməmiş, onun tibbi müayinədən keçmək hüququ təmin edilməmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 yanvar 2022-ci il müvafiq əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin 27 yanvar 2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, ehtiyata buraxılma ilə bağlı ilkin müraciətə (17 iyul 2021-ci il tarixli) əsasən onun hüququ təmin edilməli, buna görə Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri vəzifəsinə təyin edilməsi haqqında 24 sentyabr 2021-ci il tarixli 01437 nömrəli əmri dəyişdirilərək əmrdə “ehtiyata buraxılma” göstərilməlidir. Bundan başqa, iddiaçı ehtiyata buraxılarkən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi – hərbi həkim komissiyasında şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını zəruri hesab edir. Qeyd olunan əmrlərin ləğv edilməsi (dəyişdirilməsi) və müvafiq öhdəliyin icrası ilə bağlı məktubla Müdafiə Nazirliyinə 2 fevral 2022-ci il tarixdə müraciət etsə də, Nazirlik tərəfindən ona ünvanlanmış 1 aprel 2022-ci il tarixli məktubda müraciətdə qaldırılan məsələnin həllindən imtina olunduğu göstərilmişdir. Cavabdehin hərəkətləri (hərəkətsziliyi), eləcə də cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt (əmr) qanunsuz və əsassız sayılmalıdır. İddiaçı 1996-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini “tankçı” ixtisası üzrə bitirmişdir, həmin ildən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə (tank bölüyün komandiri, əlahiddə tank tabor komandirinin maddi-texniki təminat üzrə müavini, komandir müavini, hərbi hissə komandiri, əməliyyat idarəsində bölmə, şöbə rəisi və s.) xidmət etmişdir. 2006 – 2008-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil almış, 2018-ci ilin may ayından 2021-ci ilin oktyabr ayınadək 193 saylı Hərbi hissənin döyüş hazırlığı şöbəsinin rəisi, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayınadək N saylı Hərbi hissənin komandiri vəzifələrində xidmət etmişdir. Xidmət etdiyi dövrdə rəhbərlik etdiyi hərbi hissələr Silahlı Qüvvələrdə nümunəvi hərbi hissələr olmuş və buna görə də dəfələrlə mükafatlandırılmış, çoxlu sayda orden və medallarla təltif olunmuşdur. 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərdə aparılan 44 günlük Vətən müharibəsində iştirak etmiş, 3 oktyabr 2020-ci il tarixdə işğal olunmuş torpaqların azad edilməsi uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan atəş nəticəsində “üzün, boyunun və sağ diz oynağı nahiyəsinin çoxsaylı kor qəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. Qısa müddət ərzində yenidən döyüş bölgəsinə qayıdaraq müxtəlif istiqamətlərdə tapşırıqları yerinə yetirmişdir. Hal-hazırda bədənində 4 qəlpə var, həmin qəlpələr bu gün də ona əziyyət verir. Qeyd edilən şəraitdə xəsarət almağı müvafiq sənədlərlə, o cümlədən 230 saylı Hərbi hissənin “zədələnmə ilə müraciət edən xəstələrin qeydiyyatı kitabı”ndan çıxarışla və 193 saylı Hərbi hissə komandirinin 23 noyabr 2020-ci il tarixli 4897 nömrəli “travma haqqında arayış”ı ilə təsdiq edilir. Bundan əlavə, xidmət etdiyi müddətdə səhhətində müəyyən problemlər yaranmış, buna görə dəfələrlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında (SQ BKH) stasionar müalicədə olmuşdur. O, 16 may 2017-ci il tarixdən 1 iyun 2017-ci il tarixədək SQ-nin BKH-da “Hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. Hər iki gözün hipertonik retinopatiyası. Presbiopiyası. Vegetativ damar distoniyası. Qlükozaya qarşı tolerantlığın pozulması. Sağ əng cibində yad cism (plomb hissəciyi). Hepatosteatoz. İkincili hissəvi adentiya diaqnozlu xəstəliklərlə əlaqədar stasionar müalicədə olmuşdur. Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının qərarı ilə (SQ BHK-nın 29 noyabr 2018-ci il tarixli 2300 nömrəli arayışı) onun səhhətində olan xəstəliklərlə bağlı “Xəstəliklər cədvəli”nin “43b” maddəsinin İİİ qrafasına və ƏTC-yə (AR Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömnəli qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında Əsasnamə»yə əlavə) əsasən “sıradankənar hərbi xidmətə yararlı” hesab edilmişdir. Əlavə olaraq, iddiaçı 23 yanvar 2020-ci il tarixdən 8 fevral 2020-ci il tarixlərdə SQ-nin BKH-da “hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. Hər iki gözün hipertonik angiopatiyası. Xroniki boyun və bel-oma radikulitin kəskinləşməsi. Sağ əng cibinin retension kistası. Sağ əng cibində yad cism. Şəkərli diabet İİ tip, kompensasiya mərhələsində, “ikincili hissəvi adentiya” diaqnozlu xəstəliklərlə stasionar müalicədə olmuşdur (SQ BKH-nın 536 nömrəli xəstəlik tarixinin çıxarış epikrizi). İddiaçı 193 saylı Hərbi hissənin əməliyyat şöbəsinin rəisi vəzifəsində xidmət edərkən səhhətində olan problemlərə görə Azərbaycan Respublikası Silahlı X2 “təkliflər, ərizələr və şikayətlər” haqqında V fəslində göstərilən qaydalara uyğun olaraq ehtiyata buraxılması haqqında 17 iyul 2021-ci il tarixdə yuxarı komandanlığa (3-cü Ordu Korpus komandirinə) yazılı raportla müraciət etmişdir. Onun öz arzusu ilə ehtiyata buraxılmaq hüququ Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il 377-İQ №li Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsində təsbitini tapmışdır. Belə ki, həmin maddədə göstərilmişdir ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. O, Silahlı Qüvəllərdə 29 ildən artıq xidmət etdiyi üçün öz arzusu ilə ehtiyata buraxılmaq hüququ əldə etmişdir. İddiaçının bu haqda raportu 3-cü Ordu Korpusunun kargüzarlığında olan “daxil olan sənədlər” kitabında 17 iyul 2021-ci il tarixli 4408 nömrəsi ilə qeydiyyata alınmış, lakin komandanlıq tərəfindən onun müraciətinə baxılmamış, müraciət nə şifahi, nə də ki, yazılı cavablandırılmamışdır. Bununla da, onun (iddiaçının) Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində göstərilən “müraciət etmək hüququ” kobud şəkildə pozulmuşdur. Eyni zamanda, komandanlıq müraciətinə cavab verməməklə «Vətəndaşların müraciətləri haqqında» Qanunun 7-ci maddəsinin tələblərinə əməl etməmişdir. Səhhətində olan xəstəliklərin kəskinləşməsi səbəbindən iddiaçı 30 avqust 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixlərdə SQ-nin BKH-da “hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. PT(xx.xx.2020): Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması nəticəsində keçirilmiş QKBT, baş beyin silkələnməsinin ayrı-ayrı dağınıq ocaqlı, nevroloji nişanələr, vegetativ damar distoniyası və postravmatik ensefalopatiya şəklində nəticəsi ilə PT(xx.xx.2020): Keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı astenonevrotik təzahürlər. Hər iki gözün hipertonik angiopatiyası, görmə itiliyi 1,0 olmaqla. Səthi qastrit. Hepatosteatoz. İnsulindən asılı olmayan şəkərli diabet tip 2. İkincili hissəvi adentiya. 13, 15, 16, 23, 25, 26, 46-cı dişlərin olmaması ilə. Sağ əng cibin yad cismi. Sağ əng cibin retension kistası. Üzün yumşaq toxumasında yad cism (metal qəlpələr) diaqnozlu xəstəliklərlə stasionar müalicədə olmuşdur. Lakin bu dəfə də müalicənin sonunda o, hərbi-həkim komissiyasına təqdim olunmamışdır, buna görə hərbi xidmətə yararlılığının dərəcəsi müəyyən edilməmişdir. Həmin 5937 nömrəli xəstəlik tarixinin çıxarış epikrizində ona 1. Zərərəli vərdişlərdən uzaq olmağı; 2. Dərman müalicəsi, 3. Müvafiq sənədlərlə Hərbi həkim komissiyasına göndərilməsinin məsləhət edildiyi, 4. 7 gün müddətində xidməti vəzifələrdən tam azad edilməsi, 5. Bir ay sonra LOR həkimin təkrar baxışı tövsiyə edilmişdir. İddiaçı hospitaldan müalicədən qayıtdı, xidmət etdiyi hərbi hissəyə, lakin yuxarı komandanlıq tərəfindən ona epikrizdə tövsiyə edilən hərbi həkim komissiyasına göndəriş verilmədi, iddiaçı hərbi həkim komissiyasına təqdim edilməmişdir. Buna görə hərbi xidmətə yararlılığının dərəcəsi qanunamüvafiq qaydalara uyğun olaraq müəyyən edilmədi. Müdafiə Nazirliyi tərəfindən onun ehtiyata buraxılması haqqında müraciətinə baxılmamış, hərbi hospitaldan həkimlər tərəfindən verilmiş sənədlərdə göstərilən tövsiyələrə əməl etməmiş və səhhətində olan xəstəliklər nəzərə alınmadan «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə zidd olaraq 24 sentyabr 2021-ci il tarixli 01437 nömrəli əmrlə N nömrəli hərbi hissənin komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin vəzifəni qəbul edib müəyyən müddət xidmət etsə də, səhhətində olan problemlərə görə təkrar olaraq ehtiyata buraxılması haqqında komandanlığa 13 yanvar 2022-ci il tarixdə müraciət etmiş, bu dəfə müraciətə baxılsa da, ehtiyata buraxılma zamanı Müdafiə Nazirliyi tərəfindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 162-ci və 163-cü maddələrin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Əsasnamənin 163-cü maddəsində “Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər” göstərilmişdir. Əsasnamənin 162-ci maddəsində “Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovniklərlə - bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır” göstərilmişdir. Lakin, ehtiyata buraxılması zamanı Müdafiə Nazirliyi tərəfindən qeyd olunan tələblərin heç birinə əməl edilməmişdir. Belə ki, idduaçı 13 yanvar 2022-ci il tarixdə müraciət etdikdən sonra 14 yanvar 2022-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək 15 gün müddətində növbəti məzuniyyətə buraxılmış (14 yanvar 2022-ci il tarixli 151 nömrəli məzuniyyət bileti), məzuniyyətə buraxılmamışdan əvvəl və məzuniyyətdə olarkən ehtiyata buraxılması ilə əlaqədar onunla heç kim hər hansı fərdi söhbət aparılmamış, ehtiyata buraxılarkən hərbi-həkim komissiyasına təqdim edilməsinə zərurət olması barədə iddiaçıdan heç kim soruşmamış və maraqlanmamış, onun komissiyaya göndərilməməsi barədə hər hansı bir vəsatəti və xahişi olmamışdır. O, ehtiyata buraxıldıqdan sonra hərbi-həkim komissiyasında şəhadətləndirilməsi üçün göndəriş verilməsi barədə xahişlə Müdafiə Nazirliyinə məktubla müraciət etsə də, Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin cavab məktubunda həqiqətdə baş verməyən hallar göstərilmiş, guya 13 yanvar 2022-ci il tarixdə onunla fərdi söhbət aparıldığı, fərdi söhbət zamanı onun hərbihəkim komisisyasına şəhadətləndirilmək üçün göndərilməsinin zəruri olmadığını bildirdiyi göstərilmişdir. Lakin bu hal həqiqəti əks etdirmir. O, dəfələrlə hərbi hospitalda stasionar müalicədə olmuş, hətta 2018-ci ildə “sıradankənar hərbi xidmətə yararlı” olması haqqında hərbi-həkim komissiyasının qərarı verilmiş, bundan sonrakı dövrdə səhhətində xəstəliklər daha da kəskinləşmişdir. Səhhətində ciddi problemlər olduğu halda ehtiyata buraxılmamışdan əvvəl hərbi-həkim komissiyasından şəhadətləndirilməsinə zərurət olmadığını bildirməsi haqda Müdafiə Nazirliyinin məlumatı heç bir məntiqə sığmır. İddiaçı vaxtında hərbi-həkim komissiyasına göndəriş ala bilsəydi, şəhadətləndirilərdi, onda olan xəstəliklərin kəskinləşməsi səbəbindən hərbi xidmətə yararsız dərəcəli olduğunu düşünür. Məhz bu səbəbdən də, ehtiyata buraxılarkən Müdafiə Nazirliyi tərəfindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 157-ci maddəsinin “j” (öz arzusu ilə) deyil, V (xəstəliyə görə) görə əmr verilməli olardı. Bu səbəbdən tibbi komissiyadan keçirilməsi, yəni şəhadətləndirilməsi zəruri hesab edilir. Lakin Müdafiə Nazirliyinin onun ehtiyata buraxıldığı zaman əsassız və qanunsuz olaraq bu hüququndan (tibbi şəhadətləndirmə) məhrum etməsi səbəbindən Azərbaycan Respublikası Konsitusiyasının 38 və 41-ci maddələrdə təsbit edilmiş “sosial təminat” və “sağlamlığın qorunması” hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçıya qarşı qərəzli yanaşılma nəticəsində onunla eyni statusda olan şəxslərlə onun arasında ayrı-seçkilik ortaya çıxır, hüquqları pozulur və bu hüququnun bərpası üçün səmərəli vasitələrə əlçatımlılıq imkanı da məhdudlaşdırılır. Bütün bu hallar ilk növbədə Konstitusiyamıza ziddir, hüquqi dövlət prinsipinə ziddir, bərabərlik hüququ dövlətin əsas xüsusiyyətlərindən sayılır. Göstərilənlərə əsaslanaraq, cavabdehin “iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında 27 yanvar 2022-ci il tarixli və “N saylı hərbi hissənin komandiri vəzifəsinə təyin edilməsi haqqında” 01437 nömrəli 24 sentyabr 2021-ci il tarixli əmrlərinin ləğv edilməsi, iddiaçının 24 sentyabr 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, yaxud həmin tarixdən ehtiyata buraxılmış sayılmasının təmin edilməsi barədə əmr (inzibati akt) qəbul edilməsi və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 163-cü maddəsi ilə nəzərdə tutulmuş hüququ – hərbi-həkim komissiyasında şəhadətləndirilməsi üçün göndəriş verilməsi öhdəliyinin cavabdehin üzəronı qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

8. Sonradan iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «27 yanvar 2022-ci il tarixli 0103 nömrəli əmrdə dəyişiklik edərək iddiaçının “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə) ilə ehtiyata buraxılması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini icraata qəbul etmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. İddiaçı 13 yanvar 2022-ci il tarixdə 051 nömrəli Hərbi hissə komandirinə rapotla müraciət edərək, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə müvafiq olaraq (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxan komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İddiaçı ilə 13 yanvar 2022-ci il tarixdə ehtiyata buraxılması ilə əlaqədar fərdi söhbət aparılmışdır. Fərdi söhbət zamanı hərbihəkim komissiyasına göndərilməsinin zəruri olduğu bildirilmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadılar idarəsinə daxil olmuş təqdimata əsasən İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə müvafiq olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Müdafiə nazirinin 27 yanvar 2022-cı il tarixli müvafiq əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsasnamənin 168-cı maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra, buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilmişdirsə, buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə dəyişikliyə yol verilmir. Odur ki, yuxarıda göstərilənlər nəzərə alınaraq, İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-259/2024, xx.xx.2024-cü il qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi» tələbinə dair iddiası təmin edilməmişdir.

11. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı ehtiyata buraxıldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Bakı şəhəri) Nəsimi rayonu İdarəsinə 02 may 2022-ci il tarixdə qeydiyyata düşdükdən sonra hərbi həkim komissiyasından keçirilərək şəhadətləndirməyi üçün İdarə rəisinə müraciət etmişdir, müraciətinə əsasən hüququ təmin edilərək 25 may 2022-ci il tarixli 16 nömrəli göndərişlə təmin edilmişdir və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasında müayinələrdən və yoxlamalardan keçirilmişdir. Lakin iddiaçı ehtiyata buraxılmamışdan əvvəl komandanlıq tərəfindən yuxarıda qeyd edilən Əsasnamənin tələblərinə əməl edilməmiş, onunla fərdi söhbətlər aparılmamış, hərbi həkim komissiyasından keçirilməyinə zərurət və ehtiyac olması haqqında iddiaçıdan soruşulmamış, hərbi-həkim komissiyasına müayinəyə göndərilmək hüququ təmin edilməmiş, nəticədə iddiaçının səhhətində müxtəlif xəstəliklərin olması səbəbindən onun hərbi xidmətə sülh dövründə yararsız olmağı müəyyən edilməmiş, nəticədə ehtiyata buraxılmağı barədə vəsatətdə və Müdafiə Nazirinin 0103 nömrəli 27 yanvar 2022-ci il tarixli əmrində "Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-c maddəsinin “j" (öz arzusu ilə) bəndi qeyd edilmişdir.

13. İddiaçının ehtiyata buraxılmağı zamanı Müdafiə Nazirliyi tərəfindən qeyd olunan tələblərin heç birinə əməl edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək 15 gün müddətində növbəti məzuniyyətə buraxılmışdır (xx.xx.2022-ci il tarixli 151 nömrəli məzuniyyət bileti), məzuniyyətə buraxılmamışdan əvvəl və məzuniyyətdə olarkən ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçı ilə heç kim tərəfindən hər hansı fərdi söhbət aparılmamış, ehtiyata buraxılarkən hərbi-həkim komissiyasına təqdim edilməyinə zərurət olması barədə iddiaçıdan heç kim soruşmamış və maraqlanmamış, iddiaçının komissiyaya göndərilməməyi barədə hər hansı bir vəsatəti və xahişi olmamışdır. İddiaçı ehtiyata buraxıldıqdan sonra hərbi-həkim komissiyasında şəhadətləndirilməyi üçün göndəriş verilməsinə dair xahişlə Müdafiə Nazirinə məktubla müraciət etsə də, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin cavab məktubunda həqiqətdə baş verməyən hallar göstərilmiş, guya xx.xx.2022-ci il tarixdə iddiaçı ilə fərdi söhbət aparıldığı, fərdi söhbət zamanı iddiaçının hərbi-həkim komissiyasına şəhadətləndirilməyi üçün göndərilməyinin zəruri olmadığını bildirməyi göstərilmişdir.

14. Bu yalan məlumatdır! İddiaçı dəfələrlə hərbi hospitalda stasionar müalicədə olmuşdur, hətta 2018-ci ilə sıradan sıradankənar hərbi xidmətdə yararlı olmağı haqqında hərbi-həkim komissiyasının qərarı verilmiş, bundan sonrakı dövrdə iddiaçının səhhətində xəstəliklər daha da kəskinləşmişdir. Səhhətində ciddi problemlər olduğu halda ehtiyata buraxılmamışdan əvvəl hərbi-həkim komissiyasından şəhadətləndirilməyinə zərurər olmadığını bildirməyi haqda Müdafiə Nazirinin məlumatı heç bir məntiqə sığmır. Yuxarıda qeyd edilən kimi ehtiyata buraxıldıqdan sonra iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Bakı şəhəri) Nəsimi rayonu İdarəsinə 02 may 2022-ci il tarixdə qeydiyyata düşdükdən sonra hərbi həkim komissiyasından keçirilərək şəhadətləndirməyi üçün İdarə rəisinə müraciət etmişdir, müraciətinə əsasən hüququ təmin edilərək 25 may 2022-ci il tarixli 16 nömrəli göndərişlə təmin edilmişdir və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasında müayinələrdən və yoxlamalardan keçirilmişdir, komissiyanın qərarı ilə Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Xəstəlik hərbi xidmət dövründə alınmışdır.

15. Bununla da təsdiq olunur ki, iddiaçı Sülh dövründə hərbi xidmətə yararsız olduğu halda, Müdafiə Nazirliyi tərəfindən iddiaçı Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən Azərbaycan Respublikası Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “v” (xəstəliyə görə) bəndi ilə deyil, “j” (öz arzusu ilə) bəndi ilə buraxılmışdır. Buna görə İddiaçının ehtiyata buraxılmağı haqqında Müdafiə Nazirinin müvafiq əmrinin (0103 nömrəli 27 yanvar 2022-ci il tarixli) (mətnində) dəyişiklik edilməsini ədalətli və haqlı hesab edir.

16. İddiaçının ərizəsinə əlavə etdiyi Xəstəlik haqqında Şəhadətnamədə göstərilən məlumatda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəyi ilə iddiaçı Sülh dövründə hərbi xidmətə yararsızdır. İddiaçının hüquqlarının pozulması nəticəsində səhhətində olan xəstəliklər nəzərə alınmamış, o ehtiyata buraxıldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Bakı şəhəri) Nəsimi rayonu İdarəsinin rəisinə müraciət etdikdən sonra tibbi müayinədən keçmək hüququ təmin edilmiş, müayinələrin nəticəsində iddiaçının Sülh dövründə hərbi xidmətə yararsız olmağı müəyyən edilmişdir. Bu səbəblərdən iddiaçı Müdafiə Nazirinin müvafiq əmrinin (0103 nömrəli 27 yanvar 2022-ci il tarixli) əmrin məzmununda (mətnində) Azərbaycan Respublikası Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndinin “v” (xəstəliyə görə) bəndi ilə dəyişiklik edilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulmasını zəruri hesab edir.

17. İddiaçı qeyd edir ki, birinci instansiya məhkəməsinin 2-1(112)-259/2024 saylı, 29 fevral 2024-cü il tarixli Qərarı qanunsuz və əsassızdır, buna görə də ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

19. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. “İnzibati icraat haqqında” Qanun

Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

23. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu ... 2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar.

24. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun:

Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma

41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ...41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ...41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;...

25. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”:

Bənd 1. bu Əsasnamə «Hərbi xidmət haqqında» Qanuna müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Bənd 2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Bənd 156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar;... ... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Bənd 162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; korpusun (diviziyanın) idarəsində bilavasitə rəis və korpus (diviziya) komandiri və ya onun müavini tərəfindən; Silahlı Qüvvələr növü idarəsində — bilavasitə rəis və müvafiq qoşun (xidmət) növünün rəisi tərəfindən; Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında — bilavasitə rəis və idarə (şöbə, xidmət) rəisi tərəfindən; polkovniklərlə — bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; general və admirallarla — bilavasitə rəis və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən. Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bənd 163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bənd 168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

MƏHKƏMƏNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş 27 yanvar 2022-ci il tarixli 0103 nömrəli əmrin dəyişdirilməsinə yönəlmişdir.

30. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı hərbi qulluqçu olaraq 10 ildən artıq zabit kimi hərbi xidmət keçdikdən sonra cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə öz arzusu ilə ehtiyata buraxılması barədə müraciət etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həyata keçirdiyi inzibati icraatda İddiaçı ilə aparılmış söhbətlə bağlı iki dəfə “söhbət vərəqəsi” tərtib olunmuşdur. Məhkəmə icraatında iddiaçı həmin söhbət vərəqələrindəki imzaları və əlyazmaları mübahisələndirsə də, əldə olunmuş ekspertiza rəyi ilə onun söhbət vərəqəsini mübahisələndirmə üzrə dəlili “imza” hissəsində inkar olunmuşdur.

32. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə icraatında isə ekspert rəyi ilə razılaşmamaq üzrə xüsusat müəyyən edilməmişdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ilə fərdi söhbət aparılması, onun fərdi söhbət vərəqəsini imzalaması məhkəməsinin sorğusuna əsasən iş materiallarına əlavə olunmuş iddiaçı barəsində aparılan inzibati icraat materialları ilə sübuta yetirilmişdir. Bununla da, iddiaçının həmin dövrdə öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması iradəsinin mövcud olduğu öz təsdiqini tapmışdır. Xüsusilə də nəzərə alınmalıdır ki, iddiaçı hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılması barədə ərizəni imzalamasını və müvafiq qaydada təqdim etməsini mübahisələndirməmiş, həmçinin də bu halları təkzib edən hər-hansı mötəbər sübut təqdim etməmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə mövcud qanunvericiliyin hərbi xidmət keçilməsinin qaydasını müəyyən edən normaları ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas olan halların dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “öz arzusu ilə ehtiyata buraxılma” zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət keçmə ilə şərtləndirilir. Hazırki iş üzrə iddiaçının davranışı da (öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması barədə könüllü olaraq raport verməsi, bundan sonra məzuniyət hüququndan istifadə etməsi, fərdi söhbət vərəqəsini imzalaması) açıq-aşkar göründüyü kimi məhz bu hüquqdan faydalanmağa yönəlmişdir. Odur ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 168.-ci bəndinin məzmunundan da aydın göründüyü kimi hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.

35. Hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apardığı inzibati icraat üzrə 27 yanvar 2022-ci il tarixli 0103 nömrəli əmrinin əlverişsiz inzibati akt kimi qəbulunda «İnzibati icraat haqqında» Qanunun 11, 16, 17 və digər müvafiq maddələrinin tələblərinin pozulması halları baş verməmişdir.

36. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmiş və inzibati orqan diskresion səlahiyyətlərindən istifadə edərək iddiaçı barəsində Silahlı Qüvvələrin ehtiyatına buraxlması barədə əmri verməkdə haqlı olmuşdur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri mahiyyətcə iddianın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddianın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur. Bundan başqa, hazırkı iş üzrə məhkəmə qərarının ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

38. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir.

39. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(112)-259/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Səadət Səlimova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar