Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2500/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: mənzil növbəsinə götürülmə) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X11 ibarət tərkibdə, X16 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-3166/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra mətndə Nizami RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu 3 (arvadı, iki övladı) ailə üzvü ilə birlikdə hərbi qulluqçı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və uçota götürüldükdən sonra mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədi ilə mənzil sahəsi alanadək hər ay ona və onun ailə üzvlərinə kompensasiya ödənilməsi vəzifəsinin Nizami RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci ildə doğulmuşdur. Ailəlidir və iki övlad vardır və hazırda da Xətai rayonu Əhmədli qəsəbəsi, Namiq Əfyarov küçəsi, ev 21a-da kirayədə yaşayır. O xx.xx.1994-cü il tarixdən 2000-ci ilin dekabr ayına kimi Daxili Qoşunlarda xidmət etmişdir. xx.xx.2007-cü il tarixdən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə işləmiş və xx.xx.2024-cü X3 rəisi vəzifəsindən yaşa görə istefaya çıxmışdır. Onun 17 il 13 gün Fövqəladə Hallar Nazirliyində xidməti vardır. 6 il isə Daxili Qoşunlarda xidmətdə olmuşdur. Onun hərbi xidmət üzrə 23 il stajı vardır. Lakin ona kirayə pulu nə də mənzil verilməmişdir. O, ipoteka ilə 2017-ci il tarixdə mənzil götürmüş, belə ki, xx.xx.2017-ci il tarixdə X9 ilə müqavilə bağlayaraq Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev-18 mənzil-2-də yerləşən ümumi sahəsi 51.75 kv.m yaşayış sahəsini ümumi qiymət 63863.00 manata sataraq bunun müqabilində alıcı 26000.00 manat məbləğində vəsaiti notariusun bankdakı depozit hesabı vasitəsi ilə müqavilə üzrə satıcıya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Əkbər ona 26000 manat pul vermiş və 2017-ci il tarixdən sonra ipoteka ödənişlərini o, ödəməyə başlamışdır. Üstündən 6 il keçdikdən sonra ona bildirilmişdir ki, ya pulu tam ödəsin adından çıxarılsın, ya da o, özü məcbur olub satacaq. Bundan sonra o, evi satmış və xx.xx.2023-cü il tarixdə X2. Həmin öhdəlik iddiaçının üstündən artıq 2017-ci il tarixdə çıxmışdır. Lakin ipoteka onun adında qaldığı üçün alqı-satqı onunla olmuşdur. "xxxx" ASC ilə İddiaçı arasında 07 may 2014-cü il tarixli İK-090-İ saylı kredit müqaviləsi bağlanmışdır. 03 iyun 2014-cü il tarixli AFB-İP № 000246 saylı ipoteka kağızında edilmiş 18 iyun 2014-cü il tarixli 06/3-15083 saylı indossament qeydinə əsasən kredit üzrə tələb hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ötürülmüşdür. Hal-hazırda kredit müqaviləsi üzrə xidmət "xxxx" ASC tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq onun ilə "xxxx" ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli İK090-İ saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsi şərtilə borcalan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özgəninkiləşdirilməsinə etiraz etmirlər. 01 mart 2023-cü il tarixinə ümumi kredit üzrə borcu 26973.46 (iyirmi altı min doqquz yüz yetmiş üç manat, 46 qəpik) AZN təşkil edir. O, hazırda Mustafayeva Tərminə ilə müqavilə bağlamış və orada ailəsilə yaşayır. Onun ev almağa maddi cəhətdən pulu yoxdur. O, həm hərbiçi həm də veteran kimi mənzil növbəsinə götürülməsi və ona mənzil verilməsi ilə bağlı Nizami RİH-yə müraciət etsə də, müraciəti icra hakimiyyəti orqanın tərəfindən təmin olunmamışdır.
3. Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-3166/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. ZE seriyalı ******* №li hərbi biletdə (surəti) olan məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.1994-cü il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin DQ-na xidmətə daxil olmuş və xx.xx.2000-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “E” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata tərxis olunmuşdur. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətə daxil olmuş və xx.xx.2024-cü il tarixdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) ehtiyata buraxılmışdır.
10. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli, 12-3/2-R-11xx-xx-1167/2024 №-li məktubunda göstərilmişdir ki, İddiaçı "xxxx" ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli İK-090-İ saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün ona Fondun vəsaiti hesabına 46000 (qırx altı min) manat məbləğində güzəştli ipoteka krediti verilmişdir. Həmin kredit ürə öhdəliklər 06 mart 2023-cü il tarixində tam olaraq yerində yetirilmişdir. Hal-hazırda Fondun mövcud informasiya sistemlərində onun adına aktiv ipoteka krediti mövcud deyildir.
11. İş materiallarında olan İddiaçı (satıcı) ilə X9 (alıcı) arasında bağlanan 22 iyul 2017-ci il tarixli müqavilədən müəyyən edilir ki, satıcı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 18 nömrəli evin, 2 nömrəli mənzilin (ümumi sahəsi – 51.75 kv.m, yaşayış sahəsi – 30.15, yardımçı sahəsi – 21.6, 2 otaq) bu Müqavilə ilə nəzərdə tutulan qiymətə 63863.00 manat (altmış üç min səkkiz yüz altmış üç manat 00 qəpik) müqavilə üzrə alıcının xüsusi mülkiyyətinə vermək öhdəliyini öz üzərinə götürmüşdür.
12. xx.xx.2023-cü il tarixdə bağlanmış AN-İ № ******* “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən müəyyən olunur ki, satıcı İddiaçı ƏMDK-nin yanında DƏDRX-ni Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş № ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən **********61-05101-093006 reyestr nömrəli daşınmaz əmlakı (mənzili) alıcı X1.
13. İddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Nizami RİH-nin xx.xx.2024-cü il tarixli, № 5-16/1-R-42-068/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, “... “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçularına aiddir. Təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Sizinlə "xxxx" ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli İK-090- İ saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün Sizə Fondun vəsaiti hesabına güzəştli ipoteka krediti verilmiş və həmin kredit üzrə öhdəliklər 06 mart 2023-cü il tarixində tam olaraq yerinə yetirilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.4 maddəsinə müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulan imtiyazlar Sizə şamil edilə bilməz.”
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-48065/2024 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı və X10 adlarına hazırda Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 05 avqust 2025-ci il tarixli, 5-15/2-1243/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, hərbi qulluqçu X7 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4332/2019 nömrəli Qərarına əsasən mənzil növbəsinə götürülmüşdür. Bununla əlaqədar aparılmış inzibati icraat materiallarının surəti təqdim olunmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 22 iyul 2025-ci il tarixli, 5-11/2-1588/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X8 Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyəti və ipotekada öhdəliyi olmadığından Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 169 saylı sərəncamı əsasında 1 nəfər (özü) ailə tərkibi ilə ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli mənzil növbəsinə alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1 bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2 yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə;
20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ. 2-ci bənd. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. 7-ci bənd. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər.
21. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X4”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
22. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə 147. 8-ci hissə. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
23. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
24. İlkin olaraq iddia tələbinin hüquqi əsası bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
26. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, istinad olunan qanunvericiliyə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün müəyyən güzəştlər, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı güzəştlər, habelə onlar mənzillə təmin edilənədək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı güzəştlər nəzərdə tutulmuşdur.
27. Qeyd olunmalıdır ki, qanunla müəyyən olunmuş qaydada həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə münasibətdə belə güzəştləri müəyyən etməkdə qanunvericinin məqsədi hərbi xidmətin və konstitusion hərbi vəzifə borcunun əhəmiyyətini və xarakterini, onun cəmiyyətdə xüsusi rolunu nəzərə alaraq, hərbi xidmətdən sonrakı dövrdə həmin şəxslərin sosial müdafiəsini gücləndirmək, onların layiqli həyat və yaşayış səviyyəsini təmin etməkdən ibarətdir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sabiq hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə nail olmaqdan ibarətdir.
29. Cavabdeh inzibati orqanın imtinasından görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmamasında "xxxx" ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli İK090-İ saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün ona Fondun vəsaiti hesabına güzəştli ipoteka krediti verildiyi”nə istinad etmişdir.
30. İlkin olaraq qeyd edilməlidir ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı "xxxx" ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli İK-090-İ saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün ona Fondun vəsaiti hesabına 46000 (qırx altı min) manat məbləğində güzəştli ipoteka krediti verilmişdir.
31. Daha sonra isə İddiaçı güzəştli ipoteka krediti əsasında əldə etdiyi ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə xüsüsi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2023-cü il tarixdə isə X1. Bu isə onu sübut edir ki, İddiaçı xx.xx.2023-cü il tarixə kimi xüsusi mülkiyyətdə mənzil olmuşdur.
32. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı (satıcı) ilə X9 (alıcı) arasında bağlanan 22 iyul 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, satıcı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 18 nömrəli evin, 2 nömrəli mənzilin (ümumi sahəsi – 51.75 kv.m, yaşayış sahəsi – 30.15, yardımçı sahəsi – 21.6, 2 otaaq) bu Müqavilə ilə nəzərdə tutulan qiymətə 63863.00 manat (altmış üç min səkkiz yüz altmış üç manat 00 qəpik) müqavilə üzrə alıcının xüsusi mülkiyyətinə vermək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin bəndilərinə əsasən: -2.1.1-ci Bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 17 il (on yeddi il) müddətində müqavilə üzrə Alıcı ilə Bakı şəhəri, Xətai rayonu, İniqlab İsmayılov küçəsində yerləşən 18 nömrəli evin, 2 nömrəli mənzili (ümumi sahəsi – 51.75 kv.m, yaşayış sahəsi- 30.15, yardımçı sahəsi-21.6, 2 otaq) alqı-satqısı müqaviləsini bağlamaq və müqavilə üzrə Alıcı tərəfindən satıcının mənzil üzrə kredit öhdəliyinin tam icrasına yönələcəkdir və hər ayın 5-nə qədər ödəniş barədə öhdəlik götürdü; -2.1.2. Bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) təqvim günü ərzində yuxarıda göstərilən mənzili Alıcının sərəncamına vermək; -2.1.3. Müqavilə üzrə Alıcı tərəfindən əldə edilən mənzil sonuncuya kredit müqaviləsi bitəndən sonra üçüncü şəxslərin hüquqlarından azad halda vermək; -2.1.4. Satıcı Bakı şəhəri, Xətai rayonu, İniqlab İsmayılov küçəsində yerləşən 18 nömrəli evin, 2 nömrəli mənzili (ümumi sahəsi -51.75 kv.m, yaşayış sahəsi-30.15, yardımçı sahəsi-21.6, 2 otaq) ilə bağlı hər hansı bir dövr ərzində hər hansı şəxsin həyat yoldaşı, mirasçıları, vərəsələri, digər hər hansı bir şəxsin əmlak və şəxslərin iddia tələblərinin, eyni zamanda Satıcı özü X9 tərəfindən iddia irəli sürülməyəcəyinə və hər hansı bir şəxsin iddiası bağlanmayacağına dair öhdəlik götürdü. -2.1.5. Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (reyestr kitabı – 641; varaq – 58818; reyestr nömrəsi – 05101- 093006; qeydiyyat nömrəsi – 111404571; qeydiyyat tarixi – xx.xx.2014-cü il) əsasında mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İniqlab İsmayılov küçəsində yerləşən 18 nömrəli evin, 2 nömrəli mənzilini (ümumi sahəsi -51.75 kv.m, yaşayış sahəsi-30.15, yardımçı sahəsi-21.6, 2 otaq) X9 öz adına müvafiq sənədlərdən təqdim edilməsi və tələb olunan sənədlərin imzalanmasını qeydsiz şərtsiz və mübahisəsiz öhdəsinə götürdü. -3.1.1. Bu müqavilənin notariat qaydasında təsdiqlənməsindən əvvəl 26000.00 (iyirmi altı min manat 00 qəpik) manat məbləğində pulu vasitəni notariusun depozit hesabı vasitəsilə müqavilə üzrə Satıcıya ödəmək. -3.1.2. Bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 17 (on yeddi) il müddətində müqavilə üzrə Satıcı ilə Alıcı arasında Bakı şəhəri, Xətai rayonu, İniqlab İsmayılov küçəsində yerləşən 18 nömrəli evin, 2 nömrəli mənzilinin (ümumi sahəsi -51.75 kv.m, yaşayış sahəsi-30.15, yardımçı sahəsi-21.6, 2 otaq) alqı-satqısı müqaviləsini bağlamaq və hər ayın 5-nə qədər 37863.00 (otuz yeddi min səkkiz yüz altmış üç manat 00 qəpik) manat məbləğini Satıcıya ödəmək öhdəsinə götürür. -4.2. Xüsusi şərt -4.1. Tərəflər razılaşırlar ki, yuxarıda göstərilən mənzil bu müqavilə üzrə Alıcının sərəncamına keçdiyi andan etibarən onun qorunub-saxlanmasına görə məsuliyyət və təsadüfi məhv olmaq riski müqavilə üzrə Alıcıya keçir.
33. Məhkəmə kollegiyası hesab edir ki, əslində iddiaçı sözügedən mənzili 2017-ci ildən faktiki olaraq müqavilə əsasında satmaqla həmin mənzili başqa şəxsin sahibliyinə və istifadəsinə vermişdir. Sonradan mənzilə dair notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi (xx.xx.2023-cü il tarixli) iddiaçı tərəfindən formal qaydalara əməl edilməklə bağlanmış müqavilədir. Belə ki, həmin mənzilə dair iddiaçı ilə xx.xx.2014-cü ildə güzəştli ipoteka kredit müqaviləsi bağlansa da, 2017-ci ilin iyul ayından sonra iddiaçının əvəzinə (müqavilə əsasında) müqavilə öhdəliklərini başqa şəxs icra etmişdir. Odur ki, cavabdehin iddiaçıya imtinası əsassızdır və vaxtı ilə iddiaçının güzəştli ipoteka krediti əsasında yaşayış sahəsinin əldə etməsi, daha sonra özgəninkiləşdirilməsi-iddiaçının bilərəkdən öz vəziyyətini süni pisləşdirməsi kimi qiymətləndirilə bilməz. 34.Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Fövqəladə Hallar Nazirliyində birlikdə işləmiş X12 və X7 mənzil növbəsinə götürülmüşlər. 35.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. 36.Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. 37.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). 38.Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 40.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 41.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-3166/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı və onun 3 (üç) nəfər ailə üzvü ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev