Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2504/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı 24 yanvar 2025-ci il tarixli, **********8846 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-1(112)-7520/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24 yanvar 2025-ci il tarixdə **********8846 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 24 yanvar 2023-cü il tarixdən vergi ödəyicisi kimi (VÖEN: **********) vergi orqanlarında qeydiyyata alınmış və əsas fəaliyyəti faktiki olaraq alkoqollu içkilərin pərakəndə satışı olmuşdur. Əsas fəaliyyəti də məhz alkoqollu işçilərin satışı və istehsalı ilə məşğul olan müəssisələrdən alkoqollu içkiləri alaraq pərakəndə qaydada vətəndaşlara satmaqdan ibarət olmuşdur. Lakin vergi qanunvericiliyinin tələblərinə əməl etmək məqsədi ilə pərakəndə satışla məşğul olmaq üçün müəyyən təsərrüfat subyektləri icarəyə götürmək və vergi orqanlarında qeydiyyata qoymaq, daha sonra isə nəzarət-kassa aparatı uçota qoymaq məqsədi ilə axtarsa da, müəyyən səbəblərdən həmin (istəklərinə uyğun) obyektin tapılması mümkün olmamışdır. O, da əldə etdiyi malları təsərrüfat subyekti olmadan və nəzarət-kassa aparatı vergi orqanında uçota qoymadan pərakəndə qaydada satmışdır. O, 19 noyabr 2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən dəvət olunmuş və ona bildirilmişdir ki, barəsində X2n keçirilməsi haqqında qərar qəbul edilmişdir. Ona izah edilmişdir ki, onun barəsində yoxlama başlanılmış və yoxlamaya aid olan müəyyən sənədlərlə tanış olması üçün zərurət yaranmışdır. Özü ölkə xaricində olduğu üçün onu etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1 təmsil etmişdir. Cavabdeh vergi orqanı tərəfindən 27 noyabr 2024-cü il tarixdə nümayəndəsi İlqar Məmmədovun izahatı alınmışdır. İzahatda onun nümayəndəsi İlqar Məmmədov həmin anda mal qalığının olmadığını, heç bir yerdə təsərrüfat subyekti olmadığı üçün bütün malları pərakəndə satdığını, malların üzərinə 8-10% ticarət əlavəsinin gəldiyini, bütün malları "xxxx" MMC və “X4” MMC-dən aldığını, satış zamanı heç bir eqaimə və kassa çeki təqdim etmədiyimi bildirmişdir. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********9326 saylı qərarı ilə barəsində “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi” üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104691 nömrəli X2nin nəticəsi haqqında Akt tərtib edilmişdir. Sözügedən aktda 27 noyabr 2024-cü il tarixdə satış qiymətli ilə 429211,70 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda e-qaimə təqdim edilmədən satıldığının müəyyən olunduğu qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 42921,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən pərakəndə satış qaydasında təqdim etdiyi mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlilmişdir. Həmin akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24 yanvar 2025ci il tarixli **********8846 saylı Qərar qəbul edilmişdir. Sözügedən qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 42921,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Nəzarəti və Uçotun təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********9326 saylı "X2nin həyata keçirilməsi haqqında” Qərarına əsasən, İddiaçı fəaliyyət göstərdiyi ünvan 1 ünvanında X2 tədbiri keçirilmiş, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1.1-ci maddələrinin tələbləri pozulması halları (Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən) aşkar edilərək, nəticəsi xx.xx.2024-cü il tarixli, DVX seriyalı 104691 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi X1 X2nin keçirilməsi haqqında qərar və çıxarışla tanış olmuş, hər hansı əsaslı səbəb göstərmədən aktı imzalamaqdan və aktın nüsxəsini qəbul etməkdən imtina etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilən pozuntuya təqvim ili ərzində iddiaçı tərəfindən birinci dəfə yol verildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş akt əsasında Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, **********8846 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə ümumilikdə 42921,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamənin surəti xx.xx.2025-ci il tarixli, **********585300 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna göndərilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, “vergi orqanının X2nin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandınlmamışdır”. ... xx.xx.2024-cü il tarixli **********9326 nömrəli “X2nin həyata keçirilməsi haqqında” qərar əsaslandırılmışdır. Qərardan da göründüyü kimi qərarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50.2.2-ci maddələri əsas tutulmuş (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) və eyni zamanda X2 tədbirinin keçirilmə səbəbi kimi də qeyd edilmişdir ki, “vergi ödəyicisi tərəfindən dövriyyə onun fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilər üzrə hesablanmış əmək haqqı məbləğinə, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir”. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyinin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir”. Bununla əlaqədar isə bildirilir ki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X2nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X2 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddələrin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********8846 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar da əsaslandırılmışdır. Belə ki, iş materialına əlavə edilmiş qərardan da göründüyü kimi, qərarın qəbul olunma əsası kimi Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü, 71-1-ci maddələrinin tələblərinin pozulduğu, Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 42921,17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi halı əsaslandırılmışdır. Göründüyü kimi Vergi Məcəlləsinin 49.2-ci maddəsində qeyd olunan tələblərin hər biri xx.xx.2025-ci il tarixli **********8846 saylı qərarda öz əksini tapmışdır. İddiaçının iddia ərizəsində digər bir əsaslandırması isə ondan ibarətdir ki, “vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. X2nin keçirilməsi zamanı əvvəlki 3 il ərzində dövrlərin əhatə edilməsi hüququ cavabdeh vergi orqanına yalnız 1 yanvar 2024-cü il tarixindən verilmişdir. Aşağıda göstərilən elektron qaimə-fakturalardan görünür ki, o, 2023-cü il ərzində "xxxx" MMC-dən ümumilikdə (8 ədəd e-qaimə üzrə) 156772,62 manat məbləğində içki məhsulları almış və elə həmin ildə qeyd edilən məhsulları satmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli 1033-VİQ saylı Azərbaycan Respublikasının Qanununun 1.11.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinə aşağıdakı məzmunda 50.4-1ci maddə əlavə edilmişdir: “50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X2 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.” Qeyd olunan maddə isə 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bildirilir ki, baza üzrə məlumatlar araşdırılan zaman 429211,7 manat məbləğində malların elektron qaimə faktura təqdim etmədən satışı olduğu müəyyən edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçının vergi orqanında qeydiyyata alındığı, xx.xx.2024-cü il tarixdə **********553800 saylı məktubla vergi orqanına müraciət fəaliyyət növünün alkoqollu içkilərin topdan satışı olduğunu bildirdiyi, xx.xx.2023-cü ildə fəaliyyətini dayandırdığı, xx.xx.2024-cü ildə fəaliyyətini bərpa etdiyi, xx.xx.2024-cü il tarixdə yenidən dayandırdığı və xx.xx.2025-ci il tarixdə fəaliyyət növünü pərakəndə ticarətə dəyişdiyi müəyyən edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 149893 ədəd (satış qiyməti ilə ümumilikdə 429211,7 manat) olmaqla alkoqollu içkilər aldığı, bunları saxlamaq üçün vergi orqanında qeydiyyata alınmış obyektinin olmadığı və araşdırma zamanı malların mövcud olmadığı müəyyən edilmişdir. Həmin malların vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilmədən verilməsinə görə vergi ödəyicisinə müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. İndiki halda isə qeyd olunan maddə vergi ödəyicisi üçün məsuliyyəti ağırlaşdırmır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 30 noyabr 2018-ci il tarixli 1356-VQD saylı Qanuna əsasən Vergi Məcəlləsinə 58.13-cü maddə əlavə edilmişdir. Həmin maddə 2019-cu ilin yanvar ayının 1-dən qüvvədədir. Həmin tarixdən bugünədək maliyyə sanksiyasının məbləğində də hər hansı dəyişiklik edilməmişdir. Qeyd olunan halda Vergi Məcəlləsinin 2024-cü ilin yanvar ayının 1dən etibarən qüvvədə olan qanunvericiliyə əsasən vergi orqanının OVN tədbiri zamanı əvvəlki 3 illik dövrü yoxlamaq hüququnun olduğunu və OVN tədbirinin də həmin maddənin qüvvəyə minməsindən sonra 2024-cü ilin noyabr-dekabr ayları ərzində keçirildiyini, vergi ödəyicisinin məsuliyyətinə səbəb olan Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarında heç bir dəyişiklik olmadığını, əlavə məsuliyyət yaratmadığını nəzərə aldıqda heç bir maddi hüquq normasının pozuntusundan söhbət gedə bilməz. ... İddiaçı pərakəndə satış fəaliyyətinə xx.xx.2025-ci il tarixdən keçmişdir. İddiaçı iddia ərizəsində pərakəndə satış fəaliyyəti ilə məşğul olduğunu iddia etsə də, onun tərəfindən vergi orqanında təsərrüfat subyektinin (obyektin) və nəzarət-kassa aparatının uçota alınmaması topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğunu sübut edir. Eyni zamanda iddiaçının 429211,7 manat dəyərində malları heç bir işçi qüvvəsi olmadan, vergi orqanında uçotda olan hər hansı obyekti, olmadan pərakəndə qaydada satması qeyri-mümkündür. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-1(112)-7520/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilərək cavabdehin iddiaçı barədə qəbul etdiyi 24 yanvar 2025-ci il tarixli, **********8846 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-1(112)- 7520/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmış, eyni zamanda şikayətdə göstərilmişdir ki, “ ... xx.xx.2024-cü il tarixli **********9326 nömrəli “X2nin həyata keçirilməsi haqqında” qərar əsaslandırılmışdır. İş materialına əlavə edilmiş qərardan da göründüyü kimi qərarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50.2.2-ci maddələri əsas tutulmuşdur (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar). Eyni zamanda X2 tədbirinin keçirilmə səbəbi kimi də qeyd edilmişdir ki, “vergi ödəyicisi tərəfindən dövriyyə onun fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilər üzrə hesablanmış əmək haqqı məbləğinə, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir”. ... Pərakəndə satış üçün daha çox işçi qüvvəsinə ehtiyac vardır. Belə ki, pərakəndə satış fəaliyyəti son istehlakçıya yönəldiyi üçün geniş çeşidli xidmət sahələrini əhatə edir. Bu fəaliyyət növü müştəri qarşılanması və məsləhət xidməti, malın vitrində yerləşdirilməsi və yenilənməsi, kassada əməliyyatların aparılması, malın daşınması, qablaşdırılması və saxlanması, gündəlik təmizlik və gigiyena standartlarının qorunması kimi funksiyaların yerinə yetirilməsini tələb edir. Hansı ki, bu funksiyaların hər biri üçün ayrıca işçi tələb olunur, bu da əmək müqaviləsi əsasında daha çox işçi qüvvəsinin cəlb edilməsinə səbəb olur. Lakin topdan satış fəaliyyəti, hüquqi şəxslər və ya sahibkarlar arasında aparıldığı üçün əməliyyatlar elektron vasitələrlə və ya birbaşa müqavilə əsasında həyata keçirilir, bu da daha az işçi tələb edir və ya fərdi sahibkarın sırf özü tərəfindən də həyata keçirilə bilər. Odur ki, iddiaçının 429211,7 manat dəyərində malları heç bir işçi qüvvəsi olmadan, vergi orqanında uçotda olan hər hansı obyekti olmadan pərakəndə qaydada satması qeyri-mümkündür. ... Məhkəmə qərarında “nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış mallar” qeyd edərkən bunu necə müəyyən etdiyini açıqlamamışdır. Hansı ki, iddiaçı tərəfindən vergi orqanında təsərrüfat subyekti (obyekti) və nəzarət-kassa aparatı uçota alınmamışdır. ... Pərakəndə ticarətlə məşğul olmaq üçün vergi ödəyicisinin özünə məxsus və ya icarə əsasında götürdüyü obyekti olmalı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti göstərildiyi halda müvafiq təsdiqedici sənədlər (icarə müqaviləsi, sürücülük vəsiqəsi, etibarnamə, malların saxlanc müqaviləsi, texniki pasport və s.) olmalı və Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən qəbz təqdimedilməlidir. ... xx.xx.2023-cü il tarixdə iddiaçının vergi orqanında qeydiyyata alındığı, xx.xx.2024-cü il tarixdə **********553800 nömrəli məktubla vergi orqanına müraciət fəaliyyət növünün alkoqollu içkilərin topdan satışı olduğunu bildirdiyi, xx.xx.2023-cü ildə fəaliyyətini dayandırdığı, xx.xx.2024-cü ildə fəaliyyətini bərpa etdiyi, xx.xx.2024-cü il tarixdə yenidən dayandırdığı və xx.xx.2025-ci il tarixdə fəaliyyət növünü pərakəndə ticarətə dəyişdiyi müəyyən edilmişdir. ... Hazırkı iş üzrə X2 yoxlaması zamanı vergi ödəyicisinin cari fəaliyyəti yoxlanılmış və cari fəaliyyətin yoxlanılması zamanı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 149893 ədəd (satış qiyməti ilə ümumilikdə 429211,7 manat) olmaqla alkoqollu içkilər aldığı və yoxlama tədbiri keçirilən zaman malların, malların staılmasına dair sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.3-cü maddəsinə əsasən, törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. İndiki halda isə qeyd olunan maddə vergi ödəyicisi üçün məsuliyyəti ağırlaşdırmır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə 58.13-cü maddə əlavə edilmişdir. Həmin maddə 2019-cu ilin yanvar ayının 1-dən qüvvədədir. Həmin tarixdən bugünədək maliyyə sanksiyasının məbləğində də hər hansı dəyişiklik edilməmişdir. Qeyd olunan halda Vergi Məcəlləsinin 2024-cü ilin yanvar ayının 1-dən etibarən qüvvədə olan qanunvericiliyə əsasən vergi orqanının OVN tədbiri zamanı əvvəlki 3 illik dövrü yoxlamaq hüququnun olduğunu və OVN tədbirinin də həmin maddənin qüvvəyə minməsindən sonra 2024-cü ilin noyabr-dekabr ayları ərzində keçirildiyini, vergi ödəyicisinin məsuliyyətinə səbəb olan Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarında heç bir dəyişiklik olmadığını, əlavə məsuliyyət yaratmadığını nəzərə aldıqda heç bir maddi hüquq normasının pozuntusundan söhbət gedə bilməz”. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə dair etirazını məhkəməyə təqdim etmiş və etiraz aşağıdakı məzmunda əsaslandırılmışdır: “ ... qanunverici X2nin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə X2nin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli **********9326 nömrəli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. ... Vergi orqanın X2nin həyata keçirilməsi haqqında xx.xx.2024- cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində X2nin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanın qərarında həmin əsaslardan hansına görə ... X2nin həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. ... X2n həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi X2n tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqey artıq Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapıb ... "Topdansatış” və "pərakəndə satış” anlayışların açıqlaması vergi qanunvericiliyində öz təsdiqini tapmışdır. Belə ki, həmin Məcəllənin 13.2.62-ci maddəsində qeyd edilmişdir ki, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni Məcəllənin 13.2.63-ci maddəsində isə göstərilmişdir ki, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan anlayışlardan aydın olur ki, pərakəndə satışı topdansatışdan fərqləndirən odur ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət - kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçü və yalnız elektron qaimə-faktura əsasında satılır. Sadalanan qanunvercilik normalarından görünür ki, topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır. Başqa sözlə desək, alıcı vergi orqanında uçotda (VÖEN-ni) olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaiməfaktura təqdim edə biləsən. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, nə Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışı pərakəndə, hansı həddə və ya həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik malların sayında və ya həcmində pərakəndə satışdan topdansatışa keçid həddi müəyyən etməmişdir. Belə olan halda, isə yuxarıda qeyd etdiyim kimi, misal üçün 20 ədəd eyni mal həm pərakəndə satış kimi, həm də topdansatış kimi satıla bilər və bu halda satışın məhz pərakəndə satışa yoxsa topdansatışa aid edilməsi üçün həmin malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməlidir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zamanı həmin malları alan şəxsdən hansı məqsədlər üçün malların aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni, əgər vergi uçotunda olmayan şəxs vergi ödəyicisindən hansısa səbəblə müxtəlif çeşiddə və yaxud bir çeşiddə çoxlu sayda mallar aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda malları təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. ... operativ vergi nəzarət tədbirini keçirən vergi orqanı tərəfindən mənim 2023-2024cü illər dövrü ərzində olan iddiaçının satış dövriyyəsinin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparmadan topdansatış kimi qəbul edilmiş, iddiaçının satdığı malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. ... İddiaçı tərəfindən törədilən pozuntu hallar isə alınmış malları pərakəndə qaydada satışı üçün qanunla nəzərdə tutulmuş qaydada təsərrüfat subyektinin və orada nəzarətkassa aparatının qeydiyyata alınmaması və malları alan vətəndaşlara alınmış mallara dair çeklərin verilməməsi olmuşdur. ... iddiaçının yuxarıda qeyd edilən pozuntu hallarına yol verdiyinə görə vergi ödəyicisi olaraq ona təsərrüfat subyektinin uçota alınmamasına görə 40 manat və malların satışı zamanı nəzarət-kassa aparatı quraşdırmadığına görə birinci dəfə 1000 manat, ikinci dəfə 3000 manat və üç və daha çox dəfə isə 6000 manat maliyyə sanksiyası tətbiq edilə bilərdi. Lakin bu pozuntu halların olması cavabdeh vergi orqanı tərəfindən VM-nin 58.13cü maddəsinin tətbiqi üçün əsas ola bilməzdi. ... Bundan əlavə, qeyd edirik ki, hətta qanunvericilik topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. ... Sadalanan qanun normalarından görünür ki, 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olan vergi qanunvericiliyinə əsasən vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. ... operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ 1 yanvar 2024-cü il tarixədək qüvvədə olan vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. ... Beləliklə, qeyd olunanlardan aydın olur ki, cavabdeh vergi orqanı maddi hüquq normaları düzgün tətbiq etməmiş, yeni normanın qüvvəyə minən tarixədək baş vermiş əməliyyatlara sonradan qanunvericiliyə əlavə edilən normanı tətqbiq etməklə iddiaçını əlavə vergi məsuliyyətinə məruz qoymuşdur ki, bununla da onun qanunla nəzərdə tutulmuş hüquqlarını kobud surətdə pozmuşdur. Ümumiyyətlə yeni qəbul edilən norma qəbul edildiyi tarixdən yalnız sonrakı əməliyyatlara şamil edilməsi qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğundur. İstisna hal kimi yalnız şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdırıldığı təqdirdə həmin normanın geriyə şamil edilməsi məsələsinə baxıla bilər. Vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. ... Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, “Yoxlamanın müddəti” kimi konkret tarixlər göstərilsə də, “Yoxlanılan dövr” kimi dövrün tarixləri deyil, “Cari fəaliyyət” qeyd edilmişdir”. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, qarşı tərəfin verdiyi gəlir bəyannmələri inzibati orqan tərəfindən mübahisələndirilə bilməz. İddiaçı tərəfindən malların - alkoqollu içkilərin satışı təsərrüfat subyekti və nəzarət-kassa aparatı olmadan həyata keçirilmişdir. Lakin alkoqollu içkilərin səyyar formada və ya nəqliyyat vasitəsilə satışı qanunvericiliklə qadağandır. İddiaçının uçot ünvanı onun yaşadığı evin ünvanıdır. Yaşayış sahəsinin təsərrüfat subyekti kimi uçota alınması mümkün deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, gəlir vergisi bəyannaməsində əldə edilən gəlirlər qeyd olunmuşdur. Həmin bəyannamələrdə malların pərakəndə satış qaydasında satılması nəticəsində əldə olunan gəlirlər qeyd olunmuş və vergi orqanı tərəfindən bu hal qəbul edilmişdir. Bu hal şəxsi vərəqələr əsasında da təsdiq olunur. Yəni vergi orqanı özü də malların pərakəndə satış qaydasında satılmasını qəbul etsə də, digər tərəfdən malların pərakəndə satışı təsərrüfat subyekti və nəzarət-kassa aparatının olmaması səbəbindən malların topdan satışının həyata keçirildiyini qeyd edir. Vergi Məcəlləsinə əsasən nəzarət-kassa aparatı mövcud olmaması malların topdan satışının həyata keçirildiyinə dəlalət etmir. Nəzarətkassa aparatı mövcud olmaması ilə bağlı qanunvericiliklə cərimə tətbiqi nəzərdə tutulur. Vergi orqanı tərəfindən 2023-cü ilin yanvar ayından sonrakı 2 il üzrə yoxlama-nəzarət tədbirləri həyata keçirilmişdir. Vergi qanunvericiliyinə xx.xx.2024-cü il tarixindən edilən dəyişikliyə əsasən vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ 01 yanvar 2024cü il tarixədək qüvvədə olan vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar görünür: - İddiaçı vergi orqanlarında ********** saylı VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyəti “Alkoqollu içkilərin satışı” olan, fəaliyyət ünvanı ünvan 2ir. - Cavabdehin xx.xx.2024-cü il tarixli **********9326 saylı qərarı iddiaçı barəsində "Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi” üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2024-cü il tarixli DVX seriyalı 104691 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə X2nin nəticəsi haqqında” Akt tərtib edilmişdir. - Sözügedən aktda 27 noyabr 2024-cü il tarixdə satış qiymətli ilə 429211,70 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda, e-qaimə təqdim edilmədən satıldığının müəyyən olunduğu qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 42921,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaiməfaktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2025-ci il tarixli **********8846 saylı qərarından müəyyən olunur ki, iddiaçıya 42921.17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır ... Vergi Məcəlləsinin 50.3-cü maddəsinə görə, X2 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X2 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X2nin müddəti və X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə müvafiq olaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: … 58.7- 1.9. həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: ... 3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 1-ci bəndinə müvafiq olaraq, bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti. Həmin Qaydanın 4-cü bəndinə görə, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə fakturası” ilə sənədləşdirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə müvafiq olaraq, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən isə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyqun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Birinci instansiyası məhkəməsi qərarında haqlı olarq qeyd etmişdir ki, cavabdehin elektron qaimə faktura ilə digər şəxslərdən aldığı alkoqollu içki məhsullarının pərakəndə deyil, topdan satılmasına dair cavabdehin dəlilləri yalnız ehtimallara aəsaslanır. Cavabdeh bu barədə məhkəməytə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh bildirir ki, iddiaçı nəzarət kassa aparatı quraşdırmamış, işçiləri yoxdur. Lakin iddiaçının nəzarət kassa aparatı qurşadırmaması, iddiaçının həmin malları topdan satması qənaətinə gəlmək üçün əsas deyil. Cavabdeh nəzarət kassa aparatından istifadə etməməsi ilə bağlı iddiaçı barəsində müvafiq tədbir görə bilər. Bundan başqa cavabdeh iddiaçının işçisinin olmamasının, iddiaçının həmin məhuslları topdan satılması ilə bağlı əlaqəni izah edə bilməmişdir. Belə ki, iddiaçının işçisinin olmaması həmin məhuslların pərakəndə deyil, topdan satılması nəticəsinə gəlmək üçün əsas deyildir. Hər hansı məhsulun topdan satılması üçün daha çox işçi tələb edilir ki, nəinki pərakəndə satışı üçün. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Həmçinin birinci instansiyası məhkəməsi qərarında vurğulamışdır ki, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.10-cu yarımbəndinə əsasən, yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Baxılan iş üzrə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, “Yoxlamanın müddəti” kimi konkret tarixlər göstərilsə də, “Yoxlanılan dövr” kimi dövrün tarixləri deyil, “Cari fəaliyyət” qeyd edilmişdir. Başqa sözlə yoxlamanın dövrü kimi cari fəaliyyətin qeyd edilməsi operativ vergi nəzarət tədbirinin başlandığı və başa çatdığı tarixləri arasında həmin tarixlər aralığında aşkar edilən hallara nəzarət edilməsi anlamına gəlir. Cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı əvvəlki dövlərin əhatə edilməsi hüququnu qanunla 1 yanvar 2024cü il tarixdən əldə etsə də, bu hüququn həyata keçirilməsi üçün yoxlamaların vahid məlumat reyestrində yoxlamanı düzgün qeydiyyata almamış, yoxlanılması nəzərdə tutulduğu dövlərin konkret tarixlərini qeyd etməmiş, əksinə yoxlamanın dövrünü cari fəaliyyət kimi qeydiyyatdan keçirməklə öz hüquqlarını məhdudlaşdırmışdır. Nəticə etibarı ilə, cavabdeh vergi orqanı iddiaçıda keçirdiyi operativ vergi nəzarət tədbirinin yoxlama dövrünü yoxlamaların vahid məlumat reyestrində cari fəaliyyət kimi keçirsə də, faktiki olaraq iddiaçının cari fəaliyyətini, yəni yoxlamanın aparıldığı dövrü deyil, əvvəlki dövləri də yoxlama ilə əhatə etməklə qanun pozuntusuna yol vermişdir ki, bu hal da birbaşa operativ vergi nəzarət tədbirinin qanunsuz və əsassız keçirilməsinə dəlalət edir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsi tərəfindən gəlinmiş nəticə ilə razılaşır, eyni zamanda apellyasiya şikayətinin aşağıda qeyd olunan dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qərarının ləğvi əsası kimi ilk olaraq ona istinad etmişdir ki, xx.xx.2024-cü il tarixli, **********9326 nömrəli “X2nin həyata keçirilməsi haqqında” qərar əsaslandırılmışdır. İş materialına əlavə edilmiş qərardan da göründüyü kimi qərarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50.2.2-ci maddələri əsas tutulmuşdur. Eyni zamanda X2 tədbirinin keçirilmə səbəbi kimi də qeyd edilmişdir ki, “vergi ödəyicisi tərəfindən dövriyyə onun fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilər üzrə hesablanmış əmək haqqı məbləğinə, əmtəəmaterial ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir”. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsində X2nin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı təsbit edilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Hazırkı mübahisəyə münasibətdə cavabdehin “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad olunmuşdur). Lakin X2nin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, X2nin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Bu mənada hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz X2nin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan X2nin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 36.1, 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “X2nin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən X2nin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Cavabdehin bu davranışı “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1.-ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-1(112)-7520/2025 saylı saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2504/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2504/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver