Məhkəmə qərarları › İş №2-1(103)-2505/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2505/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2505/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi vəkil X12, üçüncü şəxsin vəkil X18 iştirakı ilə. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X13 və X14 üçüncü şəxs qismində cəlb olunmaqla) «daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və aparılmış hüquqi qeydiyyatın ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2021 saylı 17.06.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs R.Mehdiyeva tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X8 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair cavabdeh idarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 11 iyul 2013-cü il tarixdə aparılmış hüquqların qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə: «…Keçmiş X11 və İstismarı Birliyi ilə mərhum X7 arasında 25 sentyabr 1981-ci il tarixdə bağlanılmış 17732 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 0,25 ha torpaq sahəsindən ibarət olan 88 saylı bağ sahəsi mərhum X2 icarəyə verilmişdir. Sonradan, mərhum H.A.İbrahimovun və onun ailə üzvlərinin razılığı əsasında 88 saylı bağ sahəsinin 0,12 ha hissəsi H.A.İbrahimovun oğlu X3 adına keçirilmiş və ayrılmış həmin sahə 88 a saylı yeni bağ sahəsi hesab edilməklə, həmin bağ sahəsinə dair X11 və İstismarı Birliyi ilə X10 arasında yeni icarə müqaviləsi bağlanılmışdır. Həmin (88 saylı) bağ sahəsinin yerdə qalan hissəsi isə X1 istifadəsində saxlanılmışdır. H.A.İbrahimov 21 oktyabr 1999-cu ildə vəfat etmiş və onun vəfatından sonra 88 saylı bağ sahəsi H.A.İbrahimovun həyat yoldaşı X8 adına keçirilmiş və onunla X11 və İstismarı Birliyi arasında 01 noyabr 2002-ci il tarixdə, 17732 saylı yeni icarə müqaviləsi bağlanılmışdır. İddiaçı X8 ailə üzvü (qızı) olmaqla 88 saylı bağ sahəsindən anası Məsumə İbrahimova ilə birlikdə istifadə etmişdir. X15 04 mart 2013-cü ildə vəfat etmiş, bundan sonra həmin bağ sahəsi İddiaçı istifadəsində qalmışdır. Lakin bu yaxınlarda iddiaçı həmin bağ sahəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığını görmüş və həmin şəxsin kimliyi və bağ sahəsinə hansı əsasla daxil olaraq, orada tikinti işləri apardığı ilə maraqlandıqda həmin şəxs 88 saylı bağ sahəsinin X13 tərəfindən ona satıldığını bildirmişdir. Bundan sonra, iddiaçı həmin məsələ ilə bağlı müvafiq araşdırmalar aparmış və cavabdeh idarə tərəfindən sorğulara verilmiş 06 sentyabr 2019-cu il tarixli və 22 oktyabr 2019-cu il tarixli cavab məktubları ilə müəyyən edilmişdir ki, iddiaçının anası X15 vəfat etdikdən təqribən dörd ay sonra onun oğlu (iddiaçının qardaşı) X10 mərhum anası Məsumə İbrahimovanın ona verdiyi etibarnamədən istifadə edərək, onun adından həmin idarəyə müraciət etmiş və və 88 saylı bağ sahəsi 11 iyul 2013-cü il tarixdə Məsumə İbrahimovanın adına dövlət reyestrində qeydə alınmışdır. X26 04 mart 2013-cü ildə vəfat etdiyi üçün onun adından verilmiş etibarnamə hüquqi qüvvəsini itirmişdir və bu halda Elmar İbrahimov həmin etibarnamədən istifadə edə bilməzdi. Bundan başqa, Məsumə İbrahimovanın öz sağlığında Elmar İbrahimova həmin bağ sahəsinə dair hər hansı etibarnamə verib-vermədiyi də dəqiq müəyyən deyildir. Çünki, X20 və Rəna adlı iki övladı olmuş və hələ əri X7 sağ olarkən ümumi razılıq əsasında onlar 88 saylı bağ sahəsinin 0,12 ha-dan ibarət olan bir hissəsini Elmara ayırmış və buna dair onun adına yeni icarə müqaviləsi bağlanılmış, qalan hissəsini isə qızları Rənaya, yəni iddiaçıya saxlamışlar. Buna görə də mərhum Məsumə İbrahimovanın həmin bağ sahəsinə dair oğlu Elmar İbrahimova hər hansı etibarnamə verməsi də inandırıcı deyildir…» Cavabdeh iddia ərizəsinə etiraz edərək rədd olunmasını xahiş etmiş və bunu onunlv əsaslandırmışdır ki, Bakı şəhəri 16 saylı notariat kontorunda 20.06.2014-cü il tarixdə qeydə alınmış 2V/131 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsinin 1/2 hissəsi 08.07.2014-cü il tarixdə X3 adına qeydiyyata alınmış, onun vəfatından sonra notarius X29 tərəfindən imzalanmış 19.05.2016-ci il tarixində 2V58 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həyat yoldaşı X4 adına qeydə alınmış və notarius X22 tərəfindən imzalanmış 4- Ə-840 reyestr nömrəli 18.10.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X5(üçüncü şəxs) adına qeydiyyata alınmışdır. Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin digər 1/2 hissəsi isə X8 adında açıq qalmışdır. Üçüncü şəxs X14 da həmçinin, iddia ərizəsinə etirazında iddianı qəbul etməyərək bildirmişdir ki, X13 ilə aralarında Bakı şəhəri 51 saylı notariat kontorunda 18 oktyabr 2016cı il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncuya məxsus ünvan ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,06 ha, 1/2 hissəsini 36000 (otuz altı min) manat ödəməklə almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2021 saylı 17.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X8 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair AR DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edillmiş və X8 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 41145 nömrəli vərəqində 11.07.2013-cü il tarixdə aparılmış hüquqların qeydiyyatının ləğv edilməsi vəzifəsi cavabdeh İdarəyə həvalə edilmişdir. Cavabdeh və üçüncü şəxs X14 həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazına uyğun əsaslandırmış, eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizliyi mövcud olmamış, idarənin qanunsuz hərəkət və hərəkətsiziliyi nə iddiaçı, nə də məhkəmə tərəfindən əsaslandırılmamışdır.Məhkəmə dəqiq və dzgün araşdırma aparmamış, torpaq saphəsinin vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında X4 adına və 4-ə-840 reyestr nömrəli 18.10.2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən X6 adına qeydiyata alınmaları və s. hallar aydınlaşdırılmamış, qanunvericiliyin tələbləri nəzərə alınmamış, iddianın təmin edilməsi barədə qanunsuz nəticəyə gəlinmişdir. Üçüncü şəxs R.Mehdiyeva apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: «…İddiaçının tələbi 2 hissədən ibarət olmuş, iddiaçı həm cavabdehin hərəkətini miibahisələndirmiş. həm də cavabdehin üzərinə öhdəlik qoyulmasını tələb elmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının inzibati orqana müraciət edib-etməməsini araşdırmamışdır. İddiaçı isə iddia ərizəsində konkret olaraq cavabdeh dövlət orqanı tərəfindən onun hansı hüquqlarının pozulduğunu, bu pozuntunun ona nə vaxt məlum olduğunu, bu pozuntunun nədən ibarət olmasını açıqlamamış, timirni sözlərdən istifadə etməklə iddiasını əsaslandırmağa çalışmışdır. On bəsit hal ondan ibarətdir ki. iddiaçı qeyd olunan bağ sahəsinə dair ümumiyyətlə hər hansı dövlət orqanına müraciət etməyib və bağ sahəsinin icarə müqa\ iləsi iddiaçının adına deyil. Əgər həqiqətən də qeyd olunan bağ sahəsi iddiaçıya verilməli olsaydı, Bağlar İdarəsi 2007-ci ilin may ayınadək fəaliyyət göstərdiyi müddəidə, bağın icarə müqaviləsi mərhum Məsumə İbrahimovanın deyil, məhz iddiaçının adına bağlanardı. Yəni, iş materialları ilə müəyyən olunur ki. Buzovna qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 88 saylı bağ 25.09.1981-ci il tarixli 17732 saylı müqavilə ilə mərhum X2 məxsus olmuş, sonuncunun razılığı ilə həmin bağın 0.12 ha hissəsi H.İ.İbrahimovun və ailə üzvlərinin razılığı ilə Elmar İbrahimovun adına keçirilib və həmin 12 sola dair 88a nömrə verilməklə yeni müqavilə bağlanmışdır. 88 saylı bağın qalan 0,12ha torpaq sahəsi X36 vəfalından sonra 01.1 1.2002-ci il tarixli 17732 saylı müqavilə ilə arvadı X8 adma keçirilmişdir. İddiaçının hazırki iddiası isə sırf Məsumə İbrahimovanın adına olan 12 sol torpaq sahəsi ilə bağlı olmuşdur. Məsumə İbrahimova 04.03.2013-cli ildə vəfat edib, onun övladı Elmar İbrahimovun müraciəti əsasında 12 sol torpaq sahəsi olan 88 saylı bağa dair 11,07.2013-cü ildə Məsumə İbrahimovanın adına çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almır ki, Məsumə İbrahimova ərizə verilən anda ölmüş olsa belə, onun övladları ərizə ilə məhz bağ sahəsinin Məsumə İbrahimovanın mülkiyyətində olması barədə çıxarış almaq üçün müraciət etməli idilər. Bununla bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi nəzərdə tutulsa da. mövcud praktikada bu formada cavabdeh inzibati orqan tərəfindən arayışlar verilmir, yalnız ölünün adma müvafiq çıxarış verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülii- yiinə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ça istifadə hüququ əldə elmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət elmədən öldükdə, həmin sənədlər onıın notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Yəni, cavabdeh inzibati orqan tərəfindən ümumiyyətlə hüququn ölmüş şəxsə məxsus olması barədə verilməli olan arayışın forması mövcud deyil və praktikada belə bir arayış verilməsi halı mövcud deyildir. Bundan başqa, iddiaçı bağ sahəsinin 0.12 ha hissəsinin valideynləri tərəfindən mərhum İlqar İbrahimova verildiyi üçün, sahəsi 0,12 ha olan 88 saylı bağ sahəsinin ona məxsus olmasına istinad elsə də. belə bir razılığın olmasım sübut edə bilməmişdir. Eləcə də, mərhum Məsumə İbrahimovanın adına olmuş icarə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi, həmin bağın gələcəkdə iddiaçıya verilməsi və s hallar barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, onun bu pozuntu ilə bağlı hansı hüququnun pozulması halı mövcud de ildir. Çünki, Məsumə İbrahimovanın 2013-cü ildə vəfatı ilə bağlı onun vərəsəsi aidiyyəti üzrə notariat kontoruna müraciət etmiş, bu barədə vərəsəlik işi açılmışdır. Belə olan halda, onsuz da mərhumun adma olan 12 sotlııq 88 saylı bağ sahəsi yalnız 2 vərəsə, yəni övladları Elmar İbrahimov ilə İddiaçı arasında bölünməli və hər birinə bərabər hissədə olmaqla 6 sol torpaq sahəsi düşməli idi. Məhz bıı bölgü hazırda da mövcııd olmaqla, bağın 1/2 hissəsi Elmar İbrahimovun adına sənədləşdirlmiş. qalan l\2 hissəsi isə Məsumə İbrahimovanın adına açıq qalmışdır ki. iddiaçı notariat orqanına müraciət edib, qalan 1/2 hissədə paya hüququnu bərpa edə bilər. İddiaçı bağ sahəsinin sənədləşdirilməsini bilməmiş olsa belə, anası Məsumə İbrahimovanın 04 mart 2013-cii ildə vəfat etməsi ona 2013-cii ildən məlum idi. Belə olan halda, iddiaçı mübahisəli bağ sahəsi üzərində vərəsəlik qaydasında qanunla müəyyən edilmiş müddətdə ümumiyyətlə notariat orqanlarına müraciət etməyib, həmçinin həmin bağ sahəsini yəni miras əmlakı faktiki qəbul etməsini nümayiş etdirməmiş, belə olan halda, bağ sahəsinin digər vərəsə tərəfindən sənədləşdirlməsi zamanı susmuşdur ki. bu hal bağ sahəsindən imtinaya bərabər tutulur. İşin hallarını obyektiv araşdırmadan sırf 2013-cii ildə, yəni 8 il əvvəl adi pozuntuya istinad etməklə, bağ sahəsinə dair daşınmaz əmlakıpn dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə iddianı təmin etməklə məhkəmə mübahisəni obyektiv və ədalətli həll elməmişdir...» Məhkəmə iclasının vaxtı və yeri, eləcə də gəlmədiyi halda işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs R.Mehdiyevanın nümayəndəsi vəkil N.Bağırov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Ü.Məmmədov apellyasiya şikayətlərinə etirazını bildirərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiann rədd olunması barədə yeni qərar çıxarılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsindən görünür ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İş materiallarından görünür ki, iddiaçı 2019-cu ilin avqust və oktyabr aylarında cavabdehə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə dair sonuncunun 06.09.2019-cu il tarixli və 22.10.2019-cu il tarixli cavab məktubları ilə reyestr məlumatlarını əldə etmiş, bundan sonra həmin bağ sahəsinə dair reyestrdə aparılan qeydiyyatı mübahisələndirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı…; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri…» İş matrialarına əsasən müəyyən olunur ki, caabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X8 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş arxiv sənədlərinə əsasən müəyyən olunur ki, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən mübahisələndirilən 88 saylı bağ sahəsi, ilk öncə. 0.25 ha ölçüdə keçmiş X11 və İstismarı Birliyi ilə bağlanılmış 25.09.1981-ci il tarixli, 17732 nömrəli müqavilə əsasında X2 (iddiaçının atası) icarəyə verilmişdir. Daha sonra, X1 və ailə üzvlərinin razılıq ərizəsi əsasında bağ sahəsinin 0.12 hektar hissəsi onun oğlu X3 adına keçirilmiş və bununla bağlı sonuncu ilə X11 və İstismarı Birliyi arasında 88a nömrəli bağ sahəsinə dair müqavilə bağlanılmış, daha sonra onun adına 20.06.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgənikiləşdirilmişdir. Konkret halda, 88a saylı bağ sahəsi məhkəmə araşdırmasının predmetini təşkil etmir, iddiaçı tərəfindən mübahisələndirilmir. Hazırkı mübahisənin predmetin təşkil edən 0.25 ha ilkin ölçüyə malik bağ sahəsinin X1 88 saylı bağ sahəsi kimi öz adında qalan 0,12 ha hissəsi isə onun ölümündən sonra arvadı X8 (iddiaçı Rəna Mikayılova və adıçəkilən Elmar İbrahimovun anası) adına keçirilmiş və X11 və İstismarı Birliyi ilə aralarında 01.11.2002-ci il tarixdə 17732 nömrəli icarə müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfinrdən verilmiş 05.06.2013cü il tarixi 1113 №-li arayışından görünür ki, X30 qızı 04 mart 2013-cü il tarixində ölmüşdür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, mübahisəli 88 saylı bağ sahəsinin arxiv qovluq materiallarına əsasən müəyyən olunur ki, həmin bağ sahəsinin icarəçisi X30 qızı vəfat etdikdən sonra notariusda vərəsəlik işi açılmış və 20.06.2014-cü il tarixində notarius X23 tərəfindən verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən miras əmlak bağ sahəsinin 1/2 hissəsinin ölmüş Məsumə İbrahimova vərəsəsi (oğlu) X3 almalı olduğu təsbit olunmuş, digər ½ hissəsi isə açıq saxlanılmışdır. Həmin vərəsəlik şəhadətnaməsi əsasında da cavabdeh orqan tərəfindən ½ hissədə X3 adına 08.07.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydiyyat aparılaraq, bu barədə ona ******* saylı çıxarış verilmişdir. Sözügedən «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»si ləğv olunmamış, bu günədək qüvvəsindədir. Həmin vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olan 88 saylı bağ sahəsinin 11 iyul 2013-cü il tarixdə ölmüş şəxsin (Məsumə İbrahimovanın) adına reyestrdə qeydiyyatın aparılmasına və bu barədə çıxarış verilməsinə gəldikdə isə cavabdeh tərəfindən vərəsənin müracitinə əsasən həmin qeydiyyatın aparılması və çıxarış verilməsi heç də onun qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın həmin vaxt qüvvədə olan redaksiyasının: 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ça istifadə hüququ əldə elmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət elmədən öldükdə, həmin sənədlər onıın notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Təlimatın qeyd olunan tələblərindən göründüyü kimi, hər hansı bir etibarnamə təqdim edilib-edilməməsindən asılı olmayaraq, istənilən halda, ölmüş şəxsin vərəsəsinin müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrinin daşıyıcısı olan cavabdehə orqan ölmüş şəxsin adına reyestrdə qeydiyyat aparmaqda və bu barədə çıxarışı vərəsəyə verməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni Əsasnaməsindən də görünür ki, 3.0.6-cı bəninə əsasən hüquqları dövlət qeydiyyatına almaq, 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlrinə daxildir (Əsasnamənin 5.1-ci bəndinə əsasən Xidmətin tərkibinə onun apparatı və tabeliyində olan yerli qürumlar daxildir). Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X8 mülkiyyət hüququnun dövlət reyestrində 11 iyul 2013-cü il tarixdə qeydə alınması ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərindən irəli gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamış, iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlinmişdir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qanunsuz hərəkətlərinin əsaslandırılmadığını obyektiv araşdırma araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə ədalətsiz qərar çıxarılmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2021 saylı 17.06.2021-ci il tarixli qərarı ləğv olunmalı və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs X6 apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2021 saylı 17.06.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar