Məhkəmə qərarları › İş №2-1(103)-2505/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2505/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2505/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yüklülük haqqında arayışın verlməsi” tələbinə dair ünvan 7i qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 5479 saylı torpaq sahəsinə dair X10 adına verilmiş RX seriyalı, ******* №-li “Çıxarış” üzrə “yüklülük haqqında arayış” ("Forma 1") verilməsi vəzifəsinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi, Bağ sahəsi, ünvanda yerləşən torpaq sahəsinə dair tələb olunan (əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli, əmlak üzərində yüklülüyün və va həbsin olub-olmaması barədə arayış, mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi, ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın bağışlanmasına arvadın notariat qaydada təsdiq edilmiş razılığı və s.) sənədlər 22 saylı Notariat kontoruna təqdim edildikdən sonra, vətəndaş X6 ilə iddiaçı X16 arasında xx.xx.2016-cı il tarixli, 4Ə-259 reyestr nömrəli bağışlama müqaviləsi bağlanmış və Bakı səhəri, Sabunçu rayonu, Ləhis bağ sahəsi ünvanda yerləşən 5479 saylı torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. Daha sonra həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə edilməsi üçün iddiaçı tərəfindən DƏDRX-nin Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edilmiş, tələb olunan sənədlər təqdim edildikdən, sənədləri yoxlanılaraq qəbul edildikdən və təyin edilmiş dövlət rüsumu müvafiq qaydada ödənildikdən sonra Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 5479 saylı torpaq sahəsinə dair adına mülkiyyət hüququnu təsdiq edən- DƏDRXnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, RX seriyalı, ******* №-li Çıxarış və torpaq sahəsinin kadastr göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənəd verilmişdir. Eyni zamanda, həmin torpaq sahəsi ilə bağlı gələcəkdə problem yaşamamaq, hər hansı bir fiziki və hüquqi şəxslərin iddia, tələb, şikayətlərindən sığortalanmaq üçün və cavabdehə təqdim etmək məqsədi ilə 27 saylı Notariat kontorunda vətəndaş X2 həmin torpaq sahəsinə hər hansı iddia və tələbinin olmaması barədə reyestrdə 8İ-2422 № ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim edilmiş, torpaq sahəsindəki hüquqlarını X1 qaydada verdiyini ərizədə qeyd etmişdir. Lakin, yuxarıda qeyd olunanlara baxmayaraq, cavabdeh iddiaçıya qarşı qanuna uyğun olmayan hərəkətlərə yol vermiş və aydın olmayan səbəblərdən həmin bağışlama müqaviləsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemində təsdiq edilmədiyinin bildirmiş, qanunsuz olaraq həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq etmiş, həbs qoymuş və “yüklülük haqqında arayış” ("Forma 1") verilməsindən də qəti şəkildə imtina etmişdir. Bununla bağlı Abşeron Rayon Məhkəməsinin sorğusu 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubla cavablandırılaraq, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8-(012)-277/2021 saylı qərardadın guya ki icra olunduğu və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 5479 saylı torpaq sahəsi üzərinə qoyulmuş əsassız həbsin guya ki, götürüldüyünü rəsmi qaydada bildirsə də, yanlış məlumat verir, məhkəmə qərardadının icrasını qərəzli şəkildə təmin etmir, həmin torpaq sahəsinin üzərinə qoyulmuş qanunsuz məhdudiyyəti götürmür, eləcə də, iddiaçıya “Yüklülük haqqında arayış” ("Forma 1") verilməsindən imtina edir. Eyni zamanda, iddiaçı X12, həmin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 5479 saylı torpaq sahəsinə dair DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-cı il qeydiyyat tarixli, ********** qeydiyyat №-li çıxarışın ləğv edilməsi tələbi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etsə də, ilk öncə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2 (008)- 578/2022 saylı qətanaməyə əsasən, iddia rədd edilmişdir. Eləcə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2 (008)-578/2022 saylı qərardadı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 5479 saylı torpaq sahəsinin üzərinə qoyulmuş həbs və həmin torpaq sahəsi ilə bağlı hər hansı əqdin bağlanması qadağan edilməsi barədə iddianın təmini tədbiri ləğv edilsin qərara alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 5479 saylı torpaq sahəsi üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin götürülməsi ilə bağlı iddiaçı tərəfindən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilsə də, məktuba bu günə kimi cavab verilməmiş, heç bir münasibət bildirilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı hesab edir ki, cavabdeh tərəfindən mülkiyyətçisi və sahibi olduğu Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 5479 saylı torpaq sahəsi üzərinə hər hansı məhkəmə qərarı olmadan məhdudiyyət qoyulması və “Yüklülük haqqında arayış” ("Forma 1") verilməsindən imtina edilməsi qanunsuzdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixində İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 5479 saylı torpaq sahəsinə dair X6 ilə aralarında bağlanılmış 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı tarixli bağışlanma müqaviləsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemində təsdiq edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 7i qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericilik daşınmaz əmlak üzərində sərəncam verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiqlənməsini zəruri şərt kimi müəyyən etmişdir. Hazırkı mübahisədə iş materialları ilə iddiaçı ilə X6 arasında torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2016-cı il tarixli, 4Ə- 259 reyestr nömrəli müqavilənin 22 saylı notariat kontorunda təsdiqləndiyi müəyyən olunur. Həmin müqavilənin Elektron notariat sistemində qeydiyyatdan keçməməsi isə iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Çünki qüvvədə olan qanunverilik şəxsin üzərinə belə bir vəzifə qoymamışdır. Qərardan narazı qalan cavabdeh tərəf qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun şəkildə belə əsaslandırılmışdır ki Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 5479 saylı torpaq sahəsinə dair X6 ilə aralarında bağlanılmış 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı tarixli bağışlanma müqaviləsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemində təsdiq edilmədiyi qeyd olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq, hazırki gündə də sözügedən torpaq sahəsinin mülkiyyətçisinin İddiaçı olduğunu, RX seriyalı ******* nömrəli çıxarışın hazırda da qüvvədə olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı “Yüklülük haqqında arayış”ın verilməsi üçün cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qanunvericlik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə)- qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). 5.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın: 1.2-ci bəndinə əsasən, bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra-Arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 2.1-ci bəndinə əsasən, reyestrdən arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə və ya onların rayon şöbələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən sənədi əlavə etməlidir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin: 139-1.1.3-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 144.2-1-ci maddəsinə əsasən, sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır. 144.3-cü maddəsinə əsasən, notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildivi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İstinad olunan normalardan göründüyü kimi, hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış almaq hüququ vardır. Hazırkı halda isə cavabdeh iddiaçının qanunda təsbit olunan bu hüququnu pozmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı səhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 5479 saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmiş və bu barədə iddiaçı çıxarış əldə etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib və təsdiq edilərək verilmiş xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Nərimanov rayon 22 №li Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 4Ə-259 №li bağışlama müqaviləsi əsasında İddiaçı adına ünvan 8 ünvanda yerləşən 0.12 ha olan torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Birinci instansiya məhkəməsinin sorğusu ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5479 saylı torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması üçün əsas olan sənəd DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənəddən görünür ki, 22 saylı Notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-259 reyestr nömrəsi ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən hədiyyə verən X6 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5479 saylı torpaq sahəsini hədiyyə alan İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5479 saylı bağ sahəsi ilə bağlı X6 ilə İddiaçı arasında Bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2016-cı il tarixdə bağlanmış 4Ə-259 reyestr nömrəli bağışlama müqaviləsinin “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara, habelə notariat hərəkətlərinin qeydi üçün reyestrlərə əsasən təsdiqlənməsinin aşkar olunmadığı bildirilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilən məhkəmə aktlarından görünür ki: - Həmin məhkəmənin 2(012)-9113/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1988-ci ildə Tovuz şəhərində anadan olmuş, ünvan 9 ünvanında qeydiyyatda olan borclu İddiaçı kreditor ünvan 10 ünvanında yaşayan X7 xeyrinə 13978 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulmalıdır. - Həmin məhkəmənin 8(226)-226/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən icra məmurunun təqdimatı təmin edilərək, borclu İddiaçı adına qeydiyyata alınmış ********** qeydiyyat nömrəli və **********28 reyestr nömrəli torpaq sahəsi üzərinə (Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5479 saylı torpaq sahəsiqeyd Bakı İnzibati Məhkəməsinindir) həbs qoyulması barədə qərar qəbul edilmişdir. - Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 8(012)-277/2021 saylı qərardadına əsasən İddiaçı mülkiyyətində olan ********** qeydiyyat nömrəli və **********28 reyestr nömrəli Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 5479 saylı bağ sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. - Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-277/2021 saylı qərardadının inzibati orqan tərəfindən icra olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5479 saylı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürüldüyü bildirilmişdir. - Sabunçu Rayon Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilən həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(008)-578/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər X13 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinə qarşı X8 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5479-cu bağ sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Sözügedən qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. - DƏDKR-in 1 saylı Bakı Ərazi İdaərsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5479 saylı ümumi sahəsi 0.12 hektar olan torpaq sahəsi JN-4464D KOD 00500003 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx.xx.2016-cı il tarixdə X2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 22 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri 17 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-186 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlanma müqaviləsi əsasında 5479 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 17 saylı notariat ofisindən daxil olmuş xx.xx.2020-ci il tarixli 383 nömrəli məktubda İddiaçı ilə X14 arasında 4Ə-186 reyestr nömrəsi ilə qeyd olunmuş bağışlanma müqaviləsi rəsmiləşdirilmişdir. Lakin həmin çıxarışın əldə edilməsi şübhə yaratdığından və texniki pasportun üzərində qeyd edilmiş müqavilə elektron notariat sistemində aşkar edilmədiyindən İddiaçı adına verilmiş çıxarışın özünə qaytarılması və bağışlanma müqaviləsinin xx.xx.2020-ci il tarixdə ləğv edildiyi qeyd edilmişdir. Belə ki, məktubda qeyd edilənləri nəzərə alınaraq X8 verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Bu barədə dövlət reyestr kitabında müvafiq qeyd aparılmışdır. Milli Qeydiyyat Sisteminə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5479 saylı bağ sahəsi hazırda X10 mülkiyyətindədir. Hazırki işin apellyasiya araşdırması zamanı məhkəmənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba cavabdehin nümayəndəsi tərəfindən verilmiş şifahi cavaba əsasən, hazırda da elektron kadastr məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5479 saylı bağ sahəsi iddiaçının adına qeydiyyatdadır və ona cavabdeh orqan tərəfindən təqdim edilmiş çıxarış qüvvədədir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5479 saylı bağ sahəsinin mülkiyyətçisidir. Onun həmin torpaq sahəsi üzərində hüquqları torpağın əvvəlki mülkiyyətçisi ilə aralarında bağlanmış və notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsi əsasında qeydiyyata alınmışdır. Göstərilən müqavilə əsas götürülməklə bəhs olunan torpaq sahəsinə dair iddiaçının adına torpaq sahəsinin planölçüsü tərtib edilmiş və ona dövlət reyestrindən çıxarış verilmişdir. Abşeron Rayon Məhkəməsinin müvafiq qərardadı ilə torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilmiş, həmin qərardad cavabdeh tərəfindən icra edilərək sözügedən bağ sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı yüklülüyün olub-olmaması barədə müvafiq arayışın verilməsi barədə müraciəti cavabdeh tərəfindən X6 ilə iddiaçı arasında bağlanılmış 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı tarixli bağışlanma müqaviləsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemində təsdiq edilmədiyi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə olan halda müraciətin təmin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, bağışlanma müqaviləsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemində təsdiq edilməməsi iddiaçının hərəkət (hərəkətsizliyi) ilə bilavasitə və ya dolayı şəkildə əlaqəli deyildir. Şəxs onunla bağlı olmayan davranışın nəticəsinə görə məsuliyyət daşımır. Qeyd olunan hal mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına əsas deyildir. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 7i qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar