Məhkəmə qərarları › İş №2-1(103)-2505/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2505/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2505/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X13 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (əri) X4, Cavabdehin nümayəndəsi X8, Ərizəçi və ərizəçi X2 nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadından X3 və X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən əmlakın Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 37/6 saylı, 01 iyun 2018-ci il tarixli sərəncamı əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınaraq çıxarışın verilməsinin bir vəzifə olaraq cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 01 iyun 2018-ci il tarixli, 37/6 saylı Sərəncama əsasən mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçı X7 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha girərək evlənib ailə qurmuş və 2008-ci ildən qeydiyyatda olmaqla ünvan 3 ünvanda yaşayır. Qeyd olunmalıdır ki, mənzilə order ilkin olaraq qayınatası X6 verilmişdir və xx.xx.2018-ci il tarixdə adına kirayə müqaviləsi bağlanmasına dair sərəncam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, xx.xx.2018ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. X3 və X5 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2- 1(81)-4176/2018 nömrəli 12 dekabr 2018-ci il tarixli qərarının onların maraqlarına toxunmağı səbəbindən üçüncü şəxs qismində cəlb edilərək həmin qərarın ləğv edilməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 və X2 İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və X1 və X2 üçüncü şəxs qismində cəlb edilməklə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi ilə bağlı ərizəsinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı ilə X12 və X2 İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. X3 və X5 təkrar ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli xx.xx.2023-cü il tarixli qərarının onların maraqlarına toxunmağı səbəbindən üçüncü şəxs qismində cəlb edilərək həmin qərarın ləğv edilməsini xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1955/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunmuşdur. X1 və X2 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi (üçüncü şəxs qismində cəlb edilməklə) ilə bağlı ərizəsinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı ilə (hakim G.Sevdimalıyeva) vəsatət təmin edilməmiş və X12 və X2 İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilməsi qərara alınmışdır. Ərizəçilər qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-4176/2018 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti üçüncü şəxs qismində cəlb etmə barədə ərizəyə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi və ərizəçi X2 nümayəndəsi X18 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 200 nömrəli Qərarına, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 584 saylı Sərəncamına, eləcə də Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2009-cu il tarixli, 11 saylı Sərəncamına əsasən Bünyad Sərdarov adına Maşınqayırma Zavodunun balansından xx.xx.2014-cü il tarixdə əvəzsiz olaraq, mövcud vəziyyətdə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilərək 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. xx.xx.2014-cü il tarixdə bina mövcud vəziyyətdə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilərkən sözügedən binanın ünvanı ünvan 5r. Həmin ünvanın əvvəllər Kirov qəsəbəsi, Kamo küçəsi, 1-ci döngə, yataqxana 9 olması barədə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəsmi məlumat yoxdur. Bina balansa qəbul edilərkən mərtəbələr üzrə yaşayış otaqları Bünyad Sərdarov adına Maşınqayırma Zavodu tərəfindən ikirəqəmli deyil, üçrəqəmli olaraq nömrələnmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 200 nömrəli Qərarının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 584 saylı sərəncamına əsasən, ləğv edilmiş "xxxx" DŞ-nin B.Sərdarov adına X10 Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş qeyd edilən ünvanda yerləşən yataqxana binası 07 may 2014cü il tarixli təhvil-təslim aktı ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı X5 və X18 orada yaşamamış, onların Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı orderin verilməsi tələbinə dair iddiası isə Bakı İnzibatı Məhkəməsində tam araşdırılaraq xx.xx.2023-cü il tarixli, 2-1(112)-1994/2023 saylı qərardadla mümkün sayılmamışdır. İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-2083/2023 saylı qərardadı ilə təmin edilməmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən 9 saylı evin 305 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması barədə xx.xx.2018-ci il tarixli, 37/6 saylı sərəncam verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 9, 305 saylı mənzilin əvvəl Kirov qəsəbəsi, Kamo küçəsi, 1-ci döngə, yataqxana 9, 70 saylı mənzil olması ilə bağlı binanın əvvəllər məxsus olduğu "xxxx" DŞ-nin B.Sərdarov adına X10 Açıq Səhmdar Cəmiyyəti təhvil-təslim zamanı 70 saylı mənzilin mövcud olmasına dair sənəd təqdim etməmiş, mənzillərin sıralanması isə yüz rəqəmi ilə başlanmaqla mərtəbələr üzrə aparılmışdır. - 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bünyad Sərdarov adına Maşınqayırma Zavodunun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən 9 saylı yataqxanası 07 may 2014-cü il tarixdə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına, 78 saylı MKİS-in İstimarına verilmişdir. Yataqxana balansa və istismara qəbul edilərkən orada yaşayan sakinlər və məcburi köçkünlər otaq və otaq, sakinlər isə adlı siyahı ilə qəbul edilmişdir. - 78 saylı MKİS-nin M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9 ünvanında yaşayan sakinlərin siyahısı iş materiallarına əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq edilmişdir. - "xxxx" ASC-nin B.Sərdarov adına X10 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan məktubda qeyd edilmişdir ki, Cəmiyyət tərəfindən adı gedən mənzilə dair iddiaçıların (X12 və X2) adına orderin verilməsinə dair məlumat mövcud deyildir - Azərbaycan Respubliaksı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2815/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(103)-2083/23 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İPM-in 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Azərbaycan Respublikası İPM-in 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, X20 Məhkəməsi dəfələrlə qərarlarında əmlak marağı olduqda “aktiv”i, eləcə də hüququ təsdiq edən məhkəmə qərarlarını (“X14 A.O” Belçikaya qarşı; Burdov Rusiyaya qarşı işlər), icarə hüququnu (İatridis Yunanıstana qarşı iş) mülkiyyət kimi qiymətləndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin mülkiyyətə müdaxilə qanunilik tələbi ilə yanaşı, qanuni məqsəd daşımalı, mütənasib və zəruri olmalıdır. İşin hallarına əsasən məhkəmə həmin ərizəçilərin hüquqlarına təsir edəcək hal müəyyən etməməklə, qərarın onların qanunla qorunan maraqlarına toxunduğunu güman etmir. Odur ki, İddiaçı mülkiyyətinə müdaxilə zəruri deyil. X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 53-cü bəndində əsasən İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 28.1-ci maddəsinə əsasən üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməklə qərarın ləğvi üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, yəni zəruri cəlbetmə zamanı yolverilən hesab edilməlidir. Üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, X12 və X2 ünvan 8ı mənzilinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Belə ki, ərizəçilərin təqdim etdikləri arayış hansı qurum tərəfindən verildiyi aydın olmamaqla xx.xx.1990-cu il tarixli Kirov qəsəbəsi, Kamo küç., İ döngə yataqxana 9, mən. 70 ünvanında yaşamasına və qeydiyyatda olmasına dair arayışdır. Qeyd edilən ünvanın ünvan 8ı mənzili ilə hər hansı şəkildə əlaqəsi, ərizəçilərin həmin ünvan 8ı mənzilinə dair hər hansı aidiyyəti müəyyən edilmir. Qeyd edilən hal məhkəmə tərəfindən təkrar olaraq araşdırılmış və ünvan 9 ünvan rekviziti barədə məlumat aşkar edilməmiş, eləcə də qeyd edilən (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9 ünvanında yerləşən) yataqxana binasında 70 nömrəli mənzilin əvvəllər mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 584 saylı sərəncamına əsasən, ləğv edilmiş “Azneftkimyamaş" DŞ-nin B.Sərdarov adına X10 Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş qeyd edilən ünvanda yerləşən yataqxana binası 07 may 2014-cü il tarixli təhvil-təslim aktı ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Qeyd olunan bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı ərizəçilər X5 və X18 orada yaşamamışdır və 78 saylı MKİS-nin M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9 ünvanında yaşayan sakinlərin siyahısında X1 və X2 adları müəyyən edilməmişdir. Eyni zamanda, digər iş üzrə "xxxx" ASC-nin B.Sərdarov adına X10 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan məktubda qeyd edilmişdir ki, Cəmiyyət tərəfindən adı gedən mənzilə dair ərizəçilərin (X12 və X2) adına orderin verilməsinə dair məlumat mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçilərin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar