Məhkəmə qərarları › İş №2-1(103)-2507/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2507/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2507/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs X4 və tərcüməçi X3 qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(112)- 2284/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 7 saylı “ASAN xidmət” X1rşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan dəqiqləşmə verərək cavabdehin əvəz edilməsini xahiş etmiş, məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla Cavabdeh ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ata milliyyətinin “rus”-dan “ukraynalı”-ya dəyişdirilməsi barədə müraciətindən cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, Ukraynada anadan olmuş, anası ukraynalı olmaqla özünü ukraynalı hesab edir. Onun Azərbaycan dilində yazı və oxu bacarıqları məhdud olmuş, inzibati icraat aparılarkən tərcüməçi ilə təmin edilməmiş və bu səbəbdən yanlışlıqla “rus” olaraq göstərilmişdir. Halbuki, onun milliyyəti ukraynalıdır. Hesab edir ki, rus silahlı qüvvələrinin onun doğma şəhərini dağıtması, insanları öldürməsi səbəbindən milliyyətinin rus olaraq göstərilməsi qəbuledilməzdir və dəyişdirilməlidir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2- 1(112)-2284/2023 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından və İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh 7 saylı “ASAN xidmət” X1rşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək (i/v-33) cavabdehin əsl cavabdeh Xəzər Rayon Qeydiyyat Şöbəsi ilə əvəz edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2022-ci il taixli məhkəmə iclas protokolundan (i/v-38) görünür ki, protokol qaydasında cavabdehin əsl cavabdeh Xəzər Rayon Qeydiyyat Şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra iş üzrə xx.xx.2023-cü il taixli məhkəmə iclas protokolundan (i/v-45) görünür ki, cavabdehin əsl cavabdeh Xəzər Rayon Qeydiyyat Şöbəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilmişdir. Lakin həmin məhkəmə iclasında qəbul edilmiş xx.xx.2023-cü il taixli qərardaddan (i/v-48-49) görünür ki, cavabdehin əsl Cavabdeh olması müəyyən edilmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, cavabdehin əsl Cavabdeh olması barədə iddiaçının razılıq ərizəsi işdə müəyyən olunmur. Bundan başqa məhkəmə iclası barədə bildiriş isə Xəzər Rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir. (i/v-50-51) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, həmçinin yuxarıda sadalananlarla əlaqədar prosessual hüquq normaları pozulmuş, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Odur ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(112)-2284/2023 saylı qərarı ləğv edilsin. İddiaçı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar