Məhkəmə qərarları › İş №2-1(103)-2507/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2507/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2507/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “fərdi yaşayış evinə dair tikintiyə icazənin dövlət reyestrinə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3036/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi RİH-inin 11-5206/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubunun qanunsuz və ya etibarsız inzibati akt hesab edilərək, ləğv edilməsi və ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamaq hüququ yarandığı üçün tikiləcək fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsinin təmin edilməsi, həmin məlumatların 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilməsi ilə bağlı Binəqədi RİH-nin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3036/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, 285D saylı bağ sahəsinin ərazisi turizm zonasının əhatə dairəsinə daxil edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.3-cü maddəsinin tələblərinin təmin olunması məqsədilə (vətəndaş İddiaçı tikmək niyyətində olduğu fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 504 nömrəli Qərarı ilə təsdiq olunmuş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na zidd olduğundan) diskresion səlahiyyətlərindən istifadə edilərək mövcud qanunvericiliyin tələbləri və “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, 285D saylı bağ sahəsinin ərazisinin turizm zonasının əhatə dairəsinə daxil edilməsi nəzərə alınaraq, vətəndaş İddiaçı göstərilən ərazidə fərdi yaşayış evi inşa etməsi məqsədəmüvafiq hesab edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçı apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İnzibati işin hallarından və iş materiallarından görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0.0250 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin veridiyi ********** nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa görə İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsi-kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları” hesab olunur. Xüsusi mülkiyyəti olan torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.3-cü maddəsinin tələblərinə müvafiq olaraq tikiləcək fərdi yaşayış evinin layihəsi memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölməsi "xxxx" MMC tərəfindən hazırlanmış, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri tərtib edilmiş və sözügedən MMC tərəfindən təsdiq edilmişdir. Qanunvericiliyə müvafiq olaraq məlumatlandırma icraatı qaydasında bütün sənədlər Binəqədi RİH-yə təqdim edilmiş, lakin müraciəti təmin edilməmişdir. Binəqədi RİH-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5- 10/2-A-151-151/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “...Sözügedən ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli, 504 №-li Qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş Planına əsasən çoxfunksiyalı ictimai-işgüzaz (turizm) zonasında yerləşdiyindən hər hansı tikinti işlərinin aparılması məqsədəmüvafiq hesab edilmir”. İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi RİH-inin 11-5206/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubunun qanunsuz və ya etibarsız inzibati akt hesab edilərək, ləğv edilməsi və ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamaq hüququ yarandığı üçün tikiləcək fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsinin təmin edilməsi, həmin məlumatların 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilməsi ilə bağlı Binəqədi RİH-nin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək məhkəmənin qərardakı hüquqi mövqeyini nəzərə almaqla, İddiaçı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Görədil bağ massivi, 285 D saylı bağ sahəsində yerləşən 0,0250 ha torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsinin təmin edilməsi, həmin məlumatların 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilməsi ilə bağlı müraciəti əsasında inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən qənaətə gələrkən qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi hallarının tam müəyyən olunmamasına, bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etməyin mümkün olmamasına istinad edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalı olması qənaətinə gəlmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsi məcburetmə haqqında iddiaya dair məhkəmə qərarının hansı hallarda qəbul edilməsi ilə bağlı müddəaları özündə əks etdirir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin “Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı” adlanan 73-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuşdu ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin maddənin 2-ci bəndinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin maddənin 3-cü bəndinə görə isə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının müraciətinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilməmiş, əksinə məhkəmədən qabaq və həmçinin məhkəmə icraatı dövründə məhkəmə sərəncamının icrası ilə bağlı iddiaya dair yazılı şəkildə münasibət təqdim olunmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçının müraciətinə münasibət bildirməsini nəzərə almadan cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxılması və iddiaçının xeyrinə müvafiq qərar qəbul edilməsi öhdəliyini qoymuşdur. Bu zaman məhkəmə istinad etdiyi İPM-nin 73.2-ci və 73.3.3-cü maddələri baxımından iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmadığını, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsinin zəruri olduğunu, məhkəmə tərəfindən müstəqil şəkildə belə araşdırmanın həyata keçirilməsinin mümkün olmadığını öz qərarında əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından və müvafiq qanunvericilik normalarından aydın olur ki, məhkəmənin iş materiallarını araşdırıb, mahiyyəti üzrə konkret qərar qəbul etməsi mümkün idi. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 16 may 2023-cü il tarixli qərar ləğv edilməli və iş iddiaçının tələblərinə dair iddiasına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-1-ci maddəsinin tələbinə görə 87.7-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85,87.7.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3036/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar