Məhkəmə qərarları › İş №2-1(103)-251/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-251/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-251/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1996-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-3643/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 18.01.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Ersoy Universitetinin 20.06.2018-ci il tarixli ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Antropologiya ixtisasına, dövlət sifarişi əsasında (pulsuz) qəbul olunmuşdur. 1 (bir) il Bakı Dövlət Universitetində həmin ixtisasda təhsil aldıqdan sonra təhsilini Türkiyə Cümhuriyyətində davam etdirmişdir. Belə ki, 2014-cü ildə TC X5 Universitetinin Fən Ədəbiyyat fakültəsinin Antropologiya ixtisasına qəbul olunmuşdur və 2014-2018-ci illərdə təhsilini həmin Universitetdə eyni ixtisasda davam etdirmişdir. 2019-cu ildə Ankara Dövlət Universitetində Magistraturaya qəbul olunmuşdur və hal hazırda təhsilini davam etdirir. Təxminən 2020-ci ilin noyabr ayının sonlarında diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Təhsil Nazirliyinə elektron ərizə ilə müraciət etmişdir və 12.12.2020-ci il tarixdə müraciətinə imtina cavabı verilmişdir, Təhsil Nazirliyi imtina məktubunda əsas olaraq göstərmişdir ki, X5 Universiteti tərəfindən verilmiş diplom üzrə aldığı “Antropologiya” ixtisasının ekvivalenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının təsnifatında mövcud deyildir. Halbuki, o BDU-da həmin ixtisasa qəbul olunaraq orada 1 il təhsil almışdır və daha sonra təhsilini təkminləşdirmək, daha keyfiyyətli təhsil almaq və gələcəkdə ciddi tələb və ehtiyacı olduğu bu sahə üzrə ən qabaqcıl mütəxəssislərdən olmaq üçün təhsilini Türkiyədə davam etdirmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, X4 Ersoy Universiteti tərəfindən verilmiş 20.06.2018-ci il tarixli ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-3643/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.10.2021-ci il tarixli, 2- 1(103)-2423/2021 saylı aralıq qərardadı ilə İddiaçı “X4 Ərsoy Universiteti tərəfindən verilmiş 20.06.2018-ci il tarixli ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi” üzrə müraciətinə yenidən baxmaqla əsaslandırılmış cavabın verilməsini cavabdeh Təhsildə Keyfiyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. İşin apellyasiya icraatı zamanı 14.12.2021-ci il tarixdə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə 00-05-548/TKTA nömrəli məktub təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.10.2021-ci il tarixli, 2-1(103)- 2423/2021 saylı qərardadının icrası məqsədilə İddiaçı İlqar qızına Türkiyə Respublikasının Burdur X6 Universiteti tərəfindən verilmiş 20.06.2018-ci il tarixli,1130569 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verildiyini bildirmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 11 saylı Vəkil Bürosu), cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmişlər. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin müvafiq məktubunu araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edildiyindən mübahisə aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Təhsildə X1rşı ( üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “X4 Ersoy Universitetinin 20.06.2018-ci il tarixli ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar