Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2511/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X9 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh (ərizəçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyi yanmda Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2782/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iş stajının sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(82)-2782/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı Baş Tikinti X14 zavodunda xx.xx.1983-cü ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrün iş stajı sığorta stajına daxil edilməklə xx.xx.2017-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsinə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(82)-2782/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2099/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəmənin 2-1(82)- 2782/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2099/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 87/2018 nömrəli 24 yanvar 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-2099/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(82)-2782/2017 nömrəli xx.xx.2017- ci il tarixli qərarı icra edilməsi üçün 09 mart 2017-ci il tarixdə cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsinə göndərilmiş, həmçinin məhkəmə qərarının icrasının yuxarıda qeyd olunan müddət ərzində təmin olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə xəbərdar edilmişdir. İcra məktubu cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsi tərəfindən 09 aprel 2018-ci il tarixdə qəbul edilmişdir. Daha sonra iddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun əmək pensiyası ödənişinin bərpa edilməsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi üçün məcburi icra tədbirlərinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(82)-2782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarının icra olunmaması səbəbindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 200 (iki yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(103)-1209/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1422/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1209/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “Bakı Baş Tikinti X14 zavodunda xx.xx.1983-cü il tarixindən 03.01,2006-cı il tarixinədək işlədiyi dövrün iş stajının sığorta stajına daxil edilməklə xx.xx.2017-ci il tarixindən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi, ərizəçi Fondun Suraxanı rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ona “Bakı Baş Tikinti X14 zavodunda xx.xx.1983-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrün iş stajının sığorta stajına daxil edilməklə xx.xx.2017-ci il tarixindən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2782/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-2099/2017 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1 (102)-87/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1 (103)-2099/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: Pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, xx.xx.1960-cı il tarixində Goranboy rayonunda doğulmuş, yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, döngə 12, ev 15 N olan İddiaçı adından yazıldığı ehtimal olunan xx.xx.2017ci il tarixli ərizəsi qeydiyyatda olduğu ərazi üzrə keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsində (bundan sonra - şöbə) qeydiyyata alınmış, şöbənin Pensiya üzrə komissiyasının tarixsiz 325 №-li qərarı ilə tələb olunan güzəştli iş stajı olmadığı əsas göstərilməklə İddiaçı ərizəsinə imtina edilərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Şöbənin vətəndaşa ünvanlanmış və bir nüsxəsi pensiya işinə tikilmiş xx.xx.2017-ci il tarixli 18/2662 №-li cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə görə 57 yaşına çatmış sığortaolunan kişilərin azı 25 il sığorta stajı olduqda və bunun azı 12 il 6 ay zərərli və ağır işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğu, lakin əmək kitabçasına əsasən tələb olunan iş stajı və eyni zamanda güzəştli iş stajının yoxlanması mümkün olmadığından onun ərizəsinin təmin edilməsinin mümkünsüzlüyü barədə məlumat verilmişdir. Göründüyü kimi, vətəndaşın ərizəsinə imtina cavabı onun rəsmi müraciətindən 3 ay sonra, imtina qərarı isə tarixi qeyd olunmadan rəsmiləşdirilmiş, bununla da Qanunun 31.4- cü maddəsinin tələbləri şöbə tərəfindən kobud şəkildə pozulmuşdur (31.4. Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə) göndərir). Pensiya işinə tikilmiş sənədlərin icra tarixlərinin araşdırılması ilə müəyyən edilmişdir ki, vətəndaş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ötən dövrlərdən təyin edilməsi ilə əlaqədar hərəkətlərə bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırıldığı qaydada imtina qərarının alınmasından sonra dərhal başlanılmış, sonrakı mərhələlərdə cəmi 9 ay ərzində 3 instansiya məhkəməsinin qərarlarının alınmasına və ötən dövrlərdən hesablanmaqla pensiyanın təyin edilərək ödənilməsinə nail olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin pensiya işinə tikilmiş qərarında qeyd olunanlardan məlum olmuşdur ki, İddiaçı adından şöbəyə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək ona Bakı Baş Tikinti X14 zavodunda xx.xx.1983-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrün iş stajının sığorta stajına daxil edilməklə xx.xx.2017-ci il tarixindən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixində Goranboy rayonunda anadan olmuşdur. Əmək kitabçasına əsasən 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2006-cı il tarixinədək 25 ildən çox əmək stajı vardır. Bakı Baş Tikinti X14 zavodunda xx.xx.1983-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işləmişdir. Həmin dövrün iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993- cü il tarixli 320 saylı qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ verən vəzifələrin İİ nömrəli siyahısına uyğundur. Bununla əlaqədar iddiaçı şöbəyə güzəştli şərtlərlə əmək pensiyası almaq üçün müraciət etmiş, lakin təyin edilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci, 31.1-ci, və 37.8-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 14-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci və 71-ci maddələrinə və Azərbaycan Respublikası İPM-nin 73-1 -ci maddəsinə istinad edərək ona Bakı Baş Tikinti X14 zavodunda xx.xx.1983- cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrün iş stajının sığorta stajına daxil edilməklə xx.xx.2017-ci il tarixindən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şöbənin imtinasının qanunsuz və əsassız olduğu hesab edilmiş, şərh olunanlar və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələri rəhbər tutulmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017- ci il tarixli 2- 1(82)-2782/2017 qəbul etdiyi qərarı ilə iddia təmin edilmişdir. İddiaçı Bakı Baş Tikinti X14 zavodunda xx.xx.1983-cü il tarixindən 03.01,2006-cı il tarixinədək işlədiyi dövrün iş stajının sığorta stajına daxil edilməklə 01.01,2017-ci il tarixindən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərarında qeyd olunanlara əsasən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak etmiş İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə işə baxılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2017- ci il tarixli 01/005 №-li arayışına istinad edilməklə əsaslandırma aparılmışdır. Qərarda qeyd olunanlara əsasən məhkəmədə - “işin araşdırması ilə təsdiq olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək Bakı Baş Tikinti İdarəsinin Tədris Kursunun “Qülləli kran maşinisti” peşəsini bitirdikdən sonra xx.xx.1983cü il tarixindən xx.xx.2006-cı il tarixinədək Ağacdoğrama sexində 4-cü dərəcə qülləli kran maşinisti vəzifəsində işə başlamış və həmin vəzifədə 6-cı, sonradan 5-ci dərəcəli maşinist işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 12 saylı qərarının 35 saylı “Ümumi peşələr” siyahısına əsasən İddiaçı işlədiyi qülləli kran vasitəsi ilə dəmir xətti üzərində olan vaqonlardan ağac dirəklərinin boşaldılması, su hovuzuna yerləşdirilməsi, dirəklərin doğranması üçün mişarlama dəzgahlara ötürülməsi işlərini yerinə yetirdiyi üçün onun vəzifəsi zərərli sahə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sabunçu rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 16/03-617F saylı sığorta stajı və pensiya kapitalı barədə arayışına əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək 3 il 2 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 457,74 manat pensiya kapitalı vardır. Eyni zamanda, Qanunun 9.1-ci maddəsinin tələbinə müvafiq olaraq əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 25 ildən çox ümumi, 12 ildən çox zərərli əmək sahəsində sığorta stajına malik olmuş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.” İstinad edilən məlum arayışda həmçinin qeyd olunmuşdur ki, "xxxx" ASC 2003-cü il tarixində 1977-ci il tarixindən 1997-ci il tarixinədək olan mühasibat və kadrlar şöbəsinin sənədlərini dövlət arxivinin məsul işçisi vasitəsi ilə arxivdə qanunvericilikdə nəzərdə tutulduğu müddətdə saxlanılması üçün sənədləşdirmiş (arxivə təhvil verilməsi üçün) və keçmiş Bakı Baş Tikinti idarəsinin arxivinə təhvil verilməsinə cəhd göstərilmişdir. Lakin BBTl-nin arxivi fəaliyyət göstərmədiyi üçün sənədlərin təhvil verilməsi baş tutmamışdır. Sonradan respublika arxivinə müraciət edilmiş, lakin bu sənədləri aidiyyəti olmadığına görə qəbul etməmişlər. Həmin vaxtdan "xxxx" ASC-də rekonstruksiya işləri ilə əlaqədar olaraq arxiv sənədləri dəfələrlə köçürüldüyünə, sənədləri su basdığına, söküntü altında qaldığına görə sənədlərin çoxu itirilmiş, bu səbəblərdən İddiaçı əmək haqqı barədə arayışı təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 383 saylı xx.xx.1997- ci il tarixli sərəncamına əsasən BBTl-nin Ağac Emalı zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. Bununla belə araşdırma ilə müəyyən edilmişdir ki, sözügedən arayışda sənədlərin saxlanılmaması ilə bağlı yazılanlara baxmayaraq vətəndaşın həmin zavoddakı əmək fəaliyyəti barədə müvafiq məlumatların hansı sənədlərə əsasən qeyd edildiyi ümumiyyətlə göstərilməmişdir. Ehtimal olunur ki, ASC tərəfindən həmin arayış tərtib edilərkən İddiaçı İT-İ seriyalı ******* №-li əmək kitabçasındakı yazılar əsas götürülmüşdür. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan əmək kitabçasının əsli vaxtilə şöbə tərəfindən pensiya təyinatı aparılarkən vətəndaşdan alınaraq pensiya işinin cildinə tikilmiş və hal-hazıradək həmin kitabça pensiya işi ilə birlikdə saxlanılır. Eyni zamanda, araşdırma dövründə Nazirliyə dəvət edilmiş vətəndaşdan onun tam iş günü ərzində insan orqanizmi üçün zərərli olan işlərdə işləməsini təsdiq edən güzəştli arayışın təqdim edilməsi xahiş edilmiş, İddiaçı "xxxx" ASC-nin möhürü və sədri X3 imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli arayışı Nazirliyə təqdim etmişdir. Həmin arayışın məzmununa baxılarkən məlum olmuşdur ki, bu arayışın məzmunu əvvəlki - xx.xx.2017-ci il tarixli 01/005 №-li arayışın məzmunu ilə tam eynilik təşkil edir. Əvvəlki arayışla sonuncu arasında olan fərq birincinin 4 saylı “ASAN” xidmət mərkəzinə, sonuncunun isə Fonda təqdim edilməsi üçün verilməsinin qeyd olunmasıdır. Sonuncu arayışda da təqdim olunan məlumatların mənbəsi göstərilməmiş, vətəndaşın işləmiş olduğu peşənin qüvvədə olmuş və olan güzəştli siyahılara uyğunluğu tam əsaslandırılmamışdır. Belə ki, arayışda vətəndaşın işləmiş olduğu peşənin əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 12 saylı qərarının 35- ci “Ümumi peşələr” bölməsinə uyğun olması göstərilsə də həmin peşənin qeyd olunan qərarda, həmçinin 1 və 2 №-li siyahılarda ümumiyyətlə mövcud olmadığı və ya nəzərdə tutulmadığı aşkar edilmişdir. Məhkəmə instansiyaları tərəfindən bu xüsusatlar heç bir halda araşdırılmamışdır. Ümumiyyətlə, pensiya işinə tikilmiş və notarial qaydada təsdiq edilmiş İT-İ seriyalı ******* №-li əmək kitabçasının əsli və surətində qeyd olunanlara əsasən ardıcıllıq nəzərə alınmaqla İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Bakı Baş Tikinti İdarəsinin tədris kursunda təhsil almışdır, xx.xx.1983xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Bakı Baş Tikinti İdarəsinin “Bölmətikinti” (Otdelstroy) X14 zavodunun ağacdoğrama-ötürmə sexində müxtəlif dərəcəli qülləli kran maşinisti peşəsində işləmişdir. .09.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti əmək kitabçasında rus dilində yazılmışdır. Pensiya işinə tikilmiş hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-xx.xx.1980- ci il tarixləri arasındakı dövr ərzində hərbi xidmətdə olmuşdur. Vətəndaş Goranboy rayonunda doğulsa da əvvəlki adı Xanlar, indiki adı Göygöl rayonundan hərbi xidmətə çağırılmışdır. Ehtimal olunur ki, Bakı şəhərində işə qəbul edildiyi tarixədək Xanlar rayonunda yaşamış və işləmişdir. Pensiya işində vətəndaşın ali və orta ixtisas təhsil alması barədə sənədlər aşkar edilməmişdir. Şöbə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş müvafiq qərarın ləğv edilməsi bağlı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə 2- 1 (103)- 2099/2017 şöbənin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2782/17 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə 2- 1 (102)-87/2018 Azərbaycan Respublikası İPM-nin 96 və 98-ci maddələri rəhbər tutularaq şöbənin şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qərarında qeyd olunanlara əsasən iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmışdır. Lakin Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının şöbəyə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunanlardan məlum olmuşdur ki, şöbəni həmin məhkəmədə Bakı şəhəri 9 saylı hüquq məsləhətxanasının əməkdaşı X5 təmsil etməli olduğu halda həmin şəxs məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, məhkəmə qərarlarında qeyd olunanlardan məlum olmuşdur ki, hər 3 instansiyada yuxarıda qeyd olunan qanunazidd hallar araşdırılmamışdır. Ümumiyyətlə, hər 3 instansiya məhkəməsi tərəfindən verilmiş qərarlarda vətəndaşın istinad edilən iş yerlərindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, insan orqanizminə zərər vuran ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarlarda xüsusi vurğulanan zərərli şəraitdə işləməsi barədə əsaslı sənədlər olmadan vətəndaşın iddiasında qeyd olunanlara və "xxxx" ASC xx.xx.2017-ci il tarixli 01/005 №-li arayışına istinad etməklə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının işlədiyi peşə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 12 saylı qərarının 35-ci “Ümumi peşələr” bölməsinə uyğun olan peşə hesab olunmuş, 2-ci və 3-cü instansiya məhkəmələri əvvəlki instansiya məhkəmələrinin mövqeləri ilə razılaşmış, hüquqi mübahisələndirmə aparılmadan və əsaslı sənədlərlə sübuta yetirilmədən ümumi mülahizələr əsasında qərarlar qəbul edilmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası da birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları təkrarlamaqla şöbənin apellyasiya və kassasiya şikayətlərini əsaslı hesab etməyərək vətəndaşın xeyrinə müvafiq qərarlar qəbul etmişdir. Göstərilənlərlə yanaşı, İddiaçı iddiasında qeyd olunanların heç bir dəyişiklik olunmadan eynilə birinci instansiya məhkəməsinin qərar hissəsinə köçürüldüyü aşkar edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, vətəndaşın əmək şəraiti ağır və zərərli hesab edilən iş yerindən nə şöbə, nə də məhkəmə instansiyaları zəruri olan güzəştli arayışı almadan və yerində ilkin sənədlərlə düzgünlüyünü qarşılıqlı yoxlamadan vətəndaşa müvafiq pensiya təyinatının aparılmasına şərait yaratmışlar. Göstərilənlər təsdiq etmişdir ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, qərarların tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmişdir. Ehtimal edilir ki, ümumiyyətlə vətəndaş, onun adından verilmiş iddia üzrə keçirilmiş məhkəmə proseslərindən məlumatsız olmuşdur. Məhkəmə iclaslarında cavabdeh şöbə tərəfindən vətəndaşın iddiasına qarşı etibarlı müdafiə təşkil edilməmiş, məhkəmələrə qanunvericiliyin şərtləri təqdim və ətraflı izah olunmamışdır. Araşdırma zamanı, şöbə tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə vətəndaşın şöbəyə 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət sənədi (ərizəsi), vətəndaşın məhkəməyə müraciət etməsini təsdiq edən iddianın surəti, məhkəmələrin şöbə ilə yazışmaları, şöbənin məhkəmələrə göndərdiyi müvafiq etiraz və şikayət sənədləri aşkar edilməmişdir. Fond tərəfindən yerli qurumlara mütəmadi olaraq pensiya işlərinin inventarizasiyasının aparılması barədə verilmiş ciddi tapşırıqlara baxmayaraq İddiaçı aid işə tikilmədiyi qeyd edilən zəruri sənədlərlə əlaqədar şöbənin məsul işçiləri tərəfindən heç bir tədbir görülməmişdir. Göstərilənlərdən əlavə, "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 01/005 №- li arayışında vətəndaşın həmin müəssisədə müvafiq peşədə işləməsi faktı, habelə keçmiş SSRİ-nin dağılmasından sonra yaranmış iqtisadi böhran, xammal çatışmazlığı, dövlət sifarişlərinin məhdudluğu və digər səbəblərdən təsərrüfat fəaliyyətlərini dayandırmış və ya fasilələrlə qismən fəaliyyət götərmiş idarə-müəssisələr kimi işçilərini müddətsiz ödənişsiz məzuniyyətə buraxmış "xxxx" ASC-nin 1993-2006-cı il tarixləri arasındakı dövr ərzində əməkhaqlarnın hesablanması, ödənilməsi, həmin əməkhaqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi səhəsində şöbə tərəfindən heç bir araşdırma aparılmamış, bununla da şöbə tərəfindən həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 4.2.7-ci bəndinin tələbləri icra olunmamış (Pensiya (Pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 1 yanvar 2006-cı il tarixinədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir.), həmçinin Qanunun 1.0.2-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddənin tələblərinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin, Qanunun 21.1ci maddəsinin tələblərinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eyni zamanda, Qanunun 25-ci maddəsinin tələblərinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Araşdırma tədbirlərinin davamı olaraq səlahiyyətləri daxilində yuxarıda qeyd olunanlar nəzərə alınmaqla XŞTMF tərəfindən İddiaçı ümumi və xüsusi (güzəştli) iş stajınin yerində qarşılıqlı yoxlanılması və dəqiqləşdirilməsi məqsədilə qurumun əməkdaşlarının "xxxx" ASC-nin hüquqi ünvanına dəfələrlə gedilmələrinə və həmin ASCnin maddi-məsul şəxslərindən biri olan İsmayıl vasitəsilə əlaqə saxlanılmasına baxmayaraq sonuncu telefon zənglərinə cavab verməmişdir. Adıçəkilən şəxs birinci dəfə ona edilən zəngə cavab verməklə əməkdaşlarla görüşəcəyini və İddiaçı aid tələb olunan sənədləri təqdim edəcəyini vəd etsə də, sonradan ona edilən bütün zənglərə cavab verməmiş və sənədləri təqdim etməkdən yayınmış, bu hərəkətlər nəzərə alınmaqla XŞTMF- nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Beləliklə, araşdırma ilə təsdiq edilmişdir ki, İddiaçı heç bir dövrdə Nazirlər Kabinetinin qüvvədə olmuş xx.xx.1993-cü il tarixli 320 №-li qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 №-li siyahılarında, habelə güzəşli siyahıda nəzərdə tutulmuş zərərli, ağır şəraitdə və peşələrdə işləməmiş, "xxxx" ASC-nin təqdim etdiyi arayışlarında qeyd edilənlərin düzgünlüyü öz təsdiqini tapmamış, bununla da vətəndaşın 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyənləşdirilmişdir. Sonuncu məhkəmənin, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1 (102)- 87/2018 №-li qərarı həmin məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə şöbəyə göndərilmiş, məktub üzərinə şöbənin daxilolma ştampı vurulmaqla xx.xx.2018-ci il tarixdə 815 №-si ilə qeydiyyata alınmışdır. Məhkəmələrdə proseslər İddiaçı xeyrinə başa çatdırıldıqdan dərhal sonra məhkəmə qərarları və digər sənədlər, o cümlədən əmək kitabçası, hərbi bilet üzrə xx.xx.2006-cı il tarixədək hesablanmış iş stajı nəzərə alınmaqla, həmçinin Fondun keçmiş Sabunçu rayon şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-1644 №-li fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışında qeyd olunanlar (4 №-li əlavə) əsas götürülməklə şöbənin Pensiya üzrə komissiyasının xx.xx.2018-ci il tarixli 325 №-li qərarı ilə (imtina qərarına verilmiş nömrə təkrarlanmaqla) xx.xx.2017-ci il tarixindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edilməsi barədə şöbənin 325 №-li qərar layihəsi şöbənin Pensiya sektorunun məsləhətçisi, X4 İdarəsində işləyərkən yol verdiyi korrupsiya faktına görə hazırda həbs olunmuş X7 tərəfindən hazırlanmış və imza edilmiş, qərarı isə şöbənin Pensiya üzrə komissiyasının sədri, eyni zamanda şöbənin müdiri olmuş X2, komissiya üzvləri - Pensiya sektorunun müdiri X6, Mühasibat uçotu sektorunun müdiri X8 tərəfindən imza edilməklə şöbənin möhürü ilə təsdiqlənmişdir. Qeyd olunan qərarın arxasına tikilmiş vərəqdə vətəndaşın iş stajının və pensiya məbləğinin hesablanması aparılmış, həmin hesablamaya uyğun olaraq onun xx.xx.2006-cı il tarixinədək sosial sığorta stajının 24 il 08 ay və ona müvafiq hesablanmış pensiya məbləğinin 173,16 manat, pensiya kapitalına müvafiq hesablanmış sığorta hissənin 8,54 manat, cəmi pensiya məbləğinin 181,70 manat olduğu qeyd olunmuşdur. xx.xx.2017- ci il tarixindən təyin edilməsi və hesablanması barədə məlumatlar şöbənin qərarında deyil, uçot vərəqinin daxili hissəsində qeyd edilmiş, riyazi hesablamalar aparılmış vərəq pensiya işinə şöbənin qərarından sonra tikilmişdir. Uçot vərəqində qeyd edilənlərə görə xx.xx.2017- ci il tarixindən 181,70 manat məbləğində müəyyən edilmişpensiyanın aylıq məbləği 2017- ci il tarixləri üzrə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməklə xx.xx.2018-ci il tarixindən 192,05 manata çatdırılaraq xx.xx.2018-ci il tarixində ödənişə göndərilmişdir. Şöbə tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək olan dövr üzrə 2756,55 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği ayda 183,77 manat olmaqla aylıq pensiyanın üzərinə əlavə edilərək xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr, 15 ay ərzində vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Nazirliyin əvvəlki pensiya proqramında və hazırki PAS proqramında (“Pensiya” altsistemi) mövcud olan məlumatlara əsasən xx.xx.2018-ci il tarixindən 178,43 manat məbləğində müəyyən edilmiş vətəndaşın pensiyanın aylıq məbləği avtomatlaşdırlımış qaydada müvafiq dövrlər üzrə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməklə xx.xx.2019-cu il tarixindən 197,81 manat, xx.xx.2019-ci il tarixindən 200,0 manat, xx.xx.2020-ci il tarixindən 233,20 manat müəyyən edilmiş və ödənilmişdir. Yuxarıda qeyd olunduğu kimi, araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixindən İddiaçı pensiyasının ödənişi dayandırılmışdır. Bununla da məhkəmə qərarları və əmək kitabçasına əsasən xx.xx.2017-ci il tarixindən təyin edilərək ödənişin başlanıldığı tarixdən xx.xx.2020-ci il tarixinədək vətəndaşın plastik kart hesabına köçürülmüş cəmi vəsait 9197,24 manat təşkil etmişdir. Göstərilənlərlə yanaşı ehtimal olunur ki, pensiya təyin edilməsindən, pensiyasının aylıq məbləğinin və ötən dövrlərə görə hesablanmış fərq məbləğlərinin pensiya plastik kartına köçürülməsindən vətəndaş məlumatlı olmamış, habelə, pensiyanın alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində İddiaçı özündə olmamış, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Qeyd olunanlardan əlavə məlum olmuşdur ki, İddiaçı fiziki şəxs X1 yanında 2013-cü il tarixində 12 ay ərzində sığortaolunan kimi çalışmış, həmin dövrdən sonra özü ********** №-li VÖEN almaqla fiziki şəxs kimi hazıradək müəyyən fasilələrlə əmək fəaliyəti ilə məşğuldur. Araşdırma nəticəsində məhkəmə qərarları istisna olunmaqla İddiaçı ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranmadığı, bununla da onun sosial ödəniş almaq hüququnun 65 yaşından, yəni 01.01,2025-ci il tarixindən olduğu müəyyən edilmişdir. Beləliklə, ötən dövrlərdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda məhkəmə qərarları əsas götürülməklə İddiaçı Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixinədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 9197,24 manat təşkil etmişdir. Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2023-cü il tarixli 2- 2-02/2/2-923/2023 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dairqərar qəbul olduğu bildirilib (surəti əlavə olunur). Həmçinin, qeyd edirik ki, hazırki iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2782/2017 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2782/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki və inzibati mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ərizənin mümkünlüyünə qiymət verilməlidir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-2782/2017 nömrəli qərarı xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş, qərar cavabdeh quruma rəsmi qaydada təqdim edilmişdir. Lakin, hazırkı ərizə məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra təqdim edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin mümkün sayılmaması qənaətinə gəlmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2782/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.