Məhkəmə qərarları › İş №2-1(103)-2512/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2512/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2512/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2741/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçu X7 yaşayış yeri üzrə mənzil növbəsində dayandığı növbəliliyin uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adına keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 172 saylı sərəncamı ilə qızının əri X13 4 nəfər (özü, arvadı, oğlu və qızı) olmaqla yaşayış yeri üzrə ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülmüş və aylıq 375 (üç yüz yetmiş beş) manat məbləğində kirayə haqqı ödənilməsi qərara alınmışdır. X13 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və çoxsaylı güllə yarası almışdır. Əməliyat olunmuşdur. Əlilliyin müəyyən olunması ilə bağlı müraciət etmişdir. Müharibədən sonra onda psixoloji problemlər yaranmışdır. Bir müddət sonra o psixoloji vəziyyəti ilə əlaqədar arvadı X2 daha sonra özünü odlu silahdan atəş açaraq öldürmüşdür. Onların birgə nikahlarından 2 uşaqları var idi. Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 139 saylı sərəncamı ilə nəvələri xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. Hazırda uşaqlara o baxır. Baş vermiş hadisə ilə əlaqədar uşaqlar çox pis sarsıntı keçirmişlər. Belə ki, bədbəxt hadisə qız nəvəsinin gözü qarşısında baş vermişdir. X7 Xətai rayon İcra Hakimiyyətində durduğu mənzil növbəsinin onun övladlarının adına keçirilməsi ilə bağlı həmin icra hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli, A-168-068 saylı məktubda heç bir əsaslandırma olmadan qüvvədə olan qanunvericiliyə əsasən tələblərinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2741/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi 0növbəsində dayandığı növbəliliyin uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adına keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2741/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 139 nömrəli, 18 may 2022-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, A-111-099 saylı ərizə ilə Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyada olan nəvələri xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X4 üzərinə qəyyum təyin edilməsini xahiş etmişdir. Komissiyaya təqdim edilmiş sənədlərə əsasən yetkinlik yaşına çatmayan X9 və X4 anası X5 və atası X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. X1 və X10 nənələri İddiaçı ilə birlikdə yaşayır və hərtərəfli qayğı ilə əhatə olunurlar. İddiaçı xx.xx.1687-ci il təvəllüdlüdür və tam sağlamdır. Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında İddiaçı X9 və X4 üzərində qəyyum təyin edilməsinə razılıq verilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 33-35-ci maddələrini rəhbər tutaraq, İddiaçı xx.xx.2015- ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 172 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, X13 Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 52, inzibati binada qeydiyyatdadır. 1978-ci il təvəllüdlü mayor X13 xx.xx.1996-cı ildən xx.xx.2017-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 0307 nömrəli 05.052017-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. X13 xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Vətən Müharibəsi zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmət haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbərlikdən tərxis olunmuşdur. X13 xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə hərbi eydiyyatdadır. X13 ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınmasını xahiş edir. Qeyd olunanları nəzərə alaraq, X13 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınsın və ehtiyatda olan zabit kimi güzəştli siyahıya daxil edilsin. - 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 112935 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il təvəllüdlü olmaqla, ata qrafasında X13, ana qrafasında X5 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin 04 ayının 24-ü günündə 2327 nömrə ilə qeyd edilmişdir. - 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 563022 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015ci il təvəllüdlü olmaqla, ata qrafasında X13, ana qrafasında X5 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2015-ci ilin 06 ayının 13-ü günündə 3596 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 265339 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 04-cü ayının 14-cü günündə 675 nömrəsi ilə qeyd edilmişdir. - 4 saylı Bakı “Asan xidmət” X6 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, 05/Q-441-69 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” X6 tərəfindən 316 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, A- 168-068 nömrəli imtina məktubunun surətindən görünür ki, ərizəsində kürkəninin mərhum X7 ehtiyatda olan hərbiçi kimi Xətai rayon İcra Hakimiyyətinə güzəştli mənzil növbəsinə götürüldüyünü və hazırda onun vəfatı ilə əlaqədar adına olan mənzil növbəsinin adına keçirilməsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən yalnız hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq xahişin təmin edilməsi imkan xaricindədir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmadığı təqdirdə vəfat etmiş hərbi qulluqçunun ailəsi onun istifadə etdiyi güzəştlərə hüququ saxlayır. Cavabdeh isə qanunvericilikdə göstərilən hər hansı başqa hala istinad etməmiş, belə bir halın mövcudluğu işə məhkəmə tərəfindən baxılarkən də, müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12.10-cu maddəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Hazırkı işin hallarından müəyyən edilir ki, 1978-ci il təvəllüdlü mayor X13 xx.xx.1996-cı ildən xx.xx.2017-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 0307 nömrəli, xx.xx.2017-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. R.Xəlilov xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Vətən Müharibəsi zamanı Müdafiə Nazirinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmət haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbəlikdən tərxis olunmuşdur. X13 xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində hərbi qeydiyyatda olmuşdur. X13 ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 172 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən X13 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınmış və ehtiyatda olan zabit kimi güzəştli siyahıya daxil edilmişdir. xx.xx.2022-ci il tarixdə X13 və arvadı X5 ölmüşlər. Ölümləri barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydlər aparılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 139 nömrəli, 18 may 2022-ci il tarixli sərəncamı ilə yetkinlik yaşına çatmayan X9 və X11 üzrəində valideynləri vəfat etdikləri üçün nənələri İddiaçı qəyyum təyin edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, mərhum kürəkəni X7 ehtiyatda olan hərbiçi kimi Xətai rayon İcra Hakimiyyətində güzəştli mənzil növbəsinə götürüldüyünü və hazırda onun vəfatı ilə əlaqədar adına olan mənzil növbəsinin uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adına keçirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilərək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə (yalnız hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir) istinad edilməklə imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, iddiaçının mərhum kürəkəni X13 xx.xx.1996-cı ildən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxılmışdır. xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Vətən Müharibəsi zamanı Müdafiə Nazirinin N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmət haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbərlikdən tərxis olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 172 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nəvələrinin atası X7 mənzillə təmin olunmaq hüququ olsa da, vəfat edənə qədər mənzillə təmin olunmamışdır. Belə olan təqdirdə yuxarıda göstərilən qanunvericiliyin normalarında göstərilən qaydaya uyğun olaraq mərhum X7 mənzillə təmin olunmaq hüququndan hazırda onun ailəsinin istifadə etmək imkanı vardır. Cavabdehin imtinasına və apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vəfat etmiş hərbi qulluqçunun ailə üzvünün onun istifadə etmədiyi mənzillə təmin olunma hüququnu məhdudlaşdıran hər hansı qadağanedici hüquq normasına istinad etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmadığı təqdirdə vəfat etmiş hərbi qulluqçunun ailəsi onun istifadə etdiyi güzəştlərə hüququ saxlayır. Cavabdeh isə qanunvericilikdə göstərilən hər hansı başqa hala istinad etməmiş, belə bir halın mövcudluğu işə məhkəmə tərəfindən baxılarkən də, müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2741/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2741/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar