Məhkəmə qərarları › İş №2-1(103)-2512/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2512/2024

17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2512/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və tərcüməçi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizənin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, İQ-45/3 nömrəli qərarının ləğv edilməsi və qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməsi, iddiaçıya və onun ailə üzvlərinə (xx.xx.2003-cü il təvəllüdlü İmsal Raheel və xx.xx.2009-cu il təvəllüdlü İsaiah Raheel) qaçqın vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş, bununla da qaçqın statusunun verilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv olunmalı, onun vəsatəti təmin olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12281/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1631/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12281/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilmişdir. Bundan sonra iddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək ötürülmüş prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpasına dair ərizə mümkün sayılmamlıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12281/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qərarından apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1631/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə apelyasiya şikayəti qanunla şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyi üçün mümkün sayılmamışdır. Məhkəmənin sözügedən qərarına nəzər yetirdikdə görünür ki, Məhkəmə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək iddiaçıya hüquqi yardım mahiyyəti daşıyan bildiriş ünvanlayaraq müddətin üzürlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizənin verilməsini təklif etmiş və apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılmasını xx.xx.2024cü il tarixə təyin etmişdir. Lakin iddiaçı tərəfindən hər hansı ərizə verilməmiş və nəticədə yuxarda qeyd edildiyi kimi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, şikayətin qəbulundan imtina edilmişdir. Hazırda iddiaçı prosessual müddətin bərpa edilməsini, apelyasiya şikayətinin mümkün sayılmasını xahiş edir. Kollegiya qeyd edir ki, iddiaçının prosessual müddətin bərpasına dair ərizəsi mümkün hesab edilə bilməz. Yuxardada qeyd edildiyi kimi prosessual müddətin ötürülməsi səbəbindən iddianın mümkünlüyü məsələsinə xx.xx.2024-cü il tarixdə baxılmış və müvafiq qərardad qəbul edilmişdir. Odur ki, iddiaçı tərəfindən prosessual müddətin bərpasına dair ərizə apelyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün təyin edilmiş iclasadək və ya iclas zamanı təqdim edilmədiyindən və bununla bağlı məhkəmə aktı qəbul edildiyindən, hazırkı halda iddiaçının ərizəsi mümkün hesab edilə bilməz. Əlavə olaraq iddiaçıya izah olunur ki, əgər iddiaçı Bakı Apellyasiya Məhkəməsinin “iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilməsi” ilə nəticələnən 2-1(103)-1631/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə razılaşmırsa, iddiaçı həmin qərardaddan kassasiya şikayəti verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə mümkün sayılmasın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar