Məhkəmə qərarları › İş №2-1(103)-2514/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2514/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2514/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 və iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3159/2023 saylı 30 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdən 57 yaşla pensiya təyin olunması və ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3159/2023 saylı 30 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-2396/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı “xx.xx.2017-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi” qeyd edilməklə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 269/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin təkrar apellyasiya icraatı zamanı, məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı mübahisənin məhkəmədən kənar qaydada həll edildiyini və iddiaçının tələbinin təmin edilərək, ona güzəştli şərtlərələ əmək pensiyası təyin edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 atasına pensiya təyin edilərək, ona ödəmə kartı verildiyini təsdiq edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, təqdim etdikləri sənədləri iş materialları ilə birlikdə araşdırıb belə hesab edir ki, cavabdehin ərizəsi təmin olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin ərizəsinə və ona əlavə edilmiş sənədlərə, tərəflərin izahatına, habelə, iddiaçı barəsində e-məhkəmə informasiya sistemi vasitəsilə əldə olunmuş məlumatlara (həmin sistemtən elektron çıxarışa) əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının tələbi məhkəmədən kənar qaydada təmin edilərək ona yaşa görə güzəştli şərtlərələ əmək pensiyası təyin edilmişdir və hazırda o, 363,86 manat məbləğində pensiya alır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Eyni zamanda, 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin iş üzrə icraata xitam verilməsi barədə ərizəsinin təmin olunması barədə qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin ərizəsi təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar