Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2516/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs: Bakı şəhər İcra Hakimiyyəti) qarşı obyektin tikintisinə icazə verilməsi barədə qərar çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Мəhkəməsinin 2-1(2)-7289/2021 saylı iş üzrə qəbul etdiyi 17 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-7289/2021 saylı iş üzrə qəbul etdiyi 17 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən obyektin tikintisinə icazə verilməsi barədə qərar çıxarılması vəzifəsinin cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. 21.10.2021-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ilə mürcaiət edərək, Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-7289/2021 saylı iş üzrə qəbul etdiyi 17 avqust 2021-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayətinin geri götürülmüş hesab olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini və şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 17 avqust 2021-ci il tarixli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsinə dair ərizəsi təmin edilməli, ona münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apelyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə görə şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindən imtina edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, apelyasiya şikayətinin geri götürülməsi qəbul edilməli və iddiaçıya münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-7289/2021 saylı iş üzrə qəbul etdiyi 17 avqust 2021-ci il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Səadət Bəktaşı
Məhkəmə qərarları › İş №2-1(103)-2516/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2516/2021
22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver