Məhkəmə qərarları › İş №2-1(103)-2517/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2517/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2517/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi və Məmmədov Mehman Dəmir oğlu) “icra sənədinin icrasının təmin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)-5071/2021 saylı qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə 12 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən borclu şəxs Məmmədov Mehman Dəmir oğluna təyin edilmiş pensiyadan, məhkəmə qətnaməsinə əsasən ½ hissəsi miqdarında alimentin tutularaq, tələbkarın (onun) hesabına köçürülməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon şöbəsi tərəfindən borclu şəxs Məmmədov Mehman Dəmir oğluna təyin edilmiş pensiyadan məhkəmə qətnaməsinə əsasən ½ hissəsi miqdarında alimentin tutularaq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon şöbəsini göstərməklə, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən borclu şəxs Məmmədov Mehman Dəmir oğluna təyin edilmiş pensiyasından, məhkəmə qətnaməsinə əsasən ½ hissəsi miqdarında alimentin tutularaq, tələbkarın (onun) hesabına köçürülməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon şöbəsi tərəfindən borclu şəxs Məmmədov Mehman Dəmir oğluna təyin edilmiş pensiyasından məhkəmə qətnaməsinə əsasən ½ hissəsi miqdarında alimentin tutularaq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianı dəyişdirərək (tələbini dəqiqləşdirərək), cavabdehlər qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını göstərməklə, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi və Məmmədov Mehman Dəmir oğlu üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, məhkəmədən cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş məhkəmə qətnaməsi üzrə tələbin icra sənədi üzrə X7 Dəmir oğlunun pensiyasına yönəldilməsi barədə 20.08.2020-ci il tarixli bildirişlərinin icra olunmasından imtina olunması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli məhkəmə qətnaməsi üzrə tələbin icra sənədi üzrə X7 Dəmir oğlunun pensiyasına yönəldilməsi barədə 20.08.2020-ci il tarixli bildirişlərinin icra olunmasının həvalə edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi **********4 №-li 22 aprel 2021-ci il tarixli etirazda göstərmişdir ki, iddiaçı 30 oktyabr 2020-ci il və 07 dekabr 2020-ci il tarixlərində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Mərkəzi Filiala Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin 20 avqust 2020-ci il tarixli 17/68-40029-7 nömrəli məktubu ilə ünvanlanmış Binəqədi Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(001)-3811/2019 nömrəli icra sənədi X3 əmək pensiyasından tutulmanın təmin edilməsi üçün müvafiq banka yönləndirilməsi məqsədilə aidiyyəti sənədlərlə birlikdə İdarə tərəfindən 21 sentyabr 2020-ci il tarixli **********5 nömrəli məktubla geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yerli icra qurumlarının müraciətləri əsasında müvafiq məhkəmə qərarlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müəyyən hallarda tələbin borclunun pensiyasına və digər sosial ödənişlərinə yönəldilməsi kimi məcburi icra tədbiri həyata keçirir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10-1.1-ci maddəsinə əsasən müavinətlər tam məbləğdə ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində də analoji tənzimləmə müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur”. Banklar və digər kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmin edilməsi isə həmin Qanunun 5-ci maddəsi ilə müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 5.1-ci maddəsinə uyğun olaraq, bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan İcra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir, yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur. Bu səbəbdən də Qanunun qeyd olunan tələblərini rəhbər tutaraq cari ilin may ayından etibarən Ədliyyə Nazirliyinin yerli icra qurumları tərəfindən Mərkəzi Filiala göndərilən, tələbin borclunun əmək pensiyasına yönləndirilməsi ilə bağlı icra sənədləri İdarə tərəfindən icra olunmadan aidiyyəti sənədlərlə birlikdə geri qaytarılır. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının təqdim olunan sosial ödənişlərdən tutulmalarla bağlı icra sənədlərini həmin ödənişlərə yönəltmək səlahiyyəti yalnız Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 175-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq işçilərin əmək haqqından tutulmalara və İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinə uyğun olaraq pensiyaçının əmək pensiyasından inzibati cərimənin tutulmasına şamil olunur. X10 əmək pensiyası ödədiyi şəxslərin digər şəxslərə, o cümlədən kredit təşkilatlarına olan borclarını, yaxud aliment tutulmalarını onların pensiyasını ödəyərkən tutmaq hüququ yoxdur. Yuxarıda qeyd olunduğu kimi, bu cür səlahiyyət “İcra haqqında” Qanuna uyğun olaraq ödəniş xidmətlərini həyata keçirən kredit təşkilatlarının vəzifəsi kimi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)-5071/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tələbkar qismində çıxış edərək Məmmədov Mehman Dəmir oğluna qarşı “aliment” tələbinə dair iddiası Binəqədi Rayon Məhkəməsinin 2(001)-7139/2018 nömrəli qətnaməsi ilə təmin olunmuşdur. X7 Dəmir oğluna “Sosial müavinətlər haqqında” AR Qanununa əsasən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün Fondun Binəqədi Rayon Şöbəsi tərəfindən AR Prezidentinin təqaüdü təyin olunmuşdur. Həmçinin, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də, 20.08.2020-ci il tarixli məktubla Binəqədi rayon İcra və probasiya şöbəsi icra vərəqəsi üzrə ödənilməli olan aliment borcunun həm Fondun Binəqədi rayon şöbəsi tərəfindən, həm də Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müştərək qaydada X7 Dəmir oğlundan tutularaq, tələbkar İddiaçı hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən ünvanlanmış 20.08.2020-ci il tarixli məktubu icra olunmadan geri qaytarılaraq aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət edilməsi tövsiyə edilmişdir. Belə ki, “sosial müavinətlər haqqında” AR Qanunun 10-1.1-ci maddəsinə əsasən müavinətlər tam məbləğdə ödənilir. Həmçinin, “Əmək pensiyaları haqqında” AR Qanunun 37-ci maddəsində də analoji tənzimləmə müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur”. Banklar və digər kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmin edilməsi isə həmin Qanunun 5-ci maddəsi ilə müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 5.1-ci maddəsinə uyğun olaraq, bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan İcra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir, yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur. Məmmədov Mehman Dəmir oğluna “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən müharibə əlillərinə təqaüd 2-ci qrupa görə sosial müavinət təyin edilmişdir. Məmmədov Mehman Dəmir oğlunun sosial müavinətinin məbləği 230 manat təşkil edir və ödəniş "xxxx" ASC vasitəsilə həyata keçirilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehlər və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehlər və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)- 5071/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İşə baxan birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə görə ilkin olaraq iddianın mümkünlük şərtlərini yoxlamalı olduğu halda bunu etməmiş, işə mahiyyəti üzrə baxıb iddianın əsaslılığına qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icra sənədinin icrası ilə bağlı cavabdehlərin hərəkətlərini mübahisələndirir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3811/2019 saylı iş üzrə qəbul etdiyi 21 may 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(001)-7139/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 20 sentyabr 2009-cu il təvəllüdlü X1, 17 iyun 2011-ci il təvəllüdlü X4 və 02 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Məmmədov Mehman Dəmir oğlundan hər ay aylıq qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının qətnamə qanuni qüvvəvə mindiyi gündən hesablanması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və DSMF Binəqədi rayon şöbəsinə ünvanlanmış 17/68-40029-7 saylı 20.08.2020-ci il tarixli məktublarda (Bildiriş) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3811/2019 saylı iş üzrə qəbul etdiyi 21 may 2019-cu il tarixli qətnaməsinin icrasının təmin olunması məqsədilə “Borclu” Məmmədov Mehman Dəmir oğlunun pensiyasından ½ hissəsi miqdarında alimentin tutularaq, tələbkar İddiaçı məktuba əlavə edilmiş hesabına köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə 17/68-40029-7 saylı 20.08.2020-ci il tarixli məktuba cavab olaraq ünvanlanmış məktubda göstərilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10-1.1-ci maddəsinə əsasən müavinətlər tam məbləğdə ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində də analoji tənzimləmə müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur”. Banklar və digər kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmin edilməsi isə həmin Qanunun 5-ci maddəsi ilə müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 5.1-ci maddəsinə uyğun olaraq, bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan İcra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir, yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur. Məmmədov Mehman Dəmir oğluna “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən müharibə əlillərinə təqaüd 2-ci qrupa görə sosial müavinət təyin edilmişdir. Məmmədov Mehman Dəmir oğlunun sosial müavinətinin məbləği 230 manat təşkil edir və ödəniş "xxxx" ASC vasitəsilə həyata keçirilir. Qeyd olunan məktubla idarə tərəfindən icra sənədi icra olunmadan aidiyyəti sənədlərlə birlikdə geri qaytarılaraq, qeyd olunan məsələ ilə bağlı "xxxx" ASC-yə müraciət olunması tövsiyə olunmuşdur. Məktubda həmçinin bildirilmişdir ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının təqdim olunan sosial ödənişlərdən tutulmalarla bağlı icra sənədlərini həmin ödənişlərə yönəltmək səlahiyyəti yalnız Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 175-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq işçilərin əmək haqqından tutulmalara və İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinə uyğun olaraq pensiyaçının əmək pensiyasından inzibati cərimənin tutulmasına şamil olunur. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən **********8 №li 18.12.2020-ci il tarixli məktubla, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17/68-40029-7 saylı 20.08.2020-ci il tarixli məktubuna cavab olaraq verilmiş məktubla eyni məzmunlu cavab verilmişdir. - DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 19.01.2021-ci il tarixli **********6 №-li məktubda müraciətçiyə bildirilmişdir ki, Məmmədov Mehman Dəmir oğlunun "xxxx" ASC vasitəsilə 230,00 manat sosial müavinət alması barədə 27.10.2020-ci il tarixli **********3 saylı məktubla Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" ASC-yə müraciət olunmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Həmin qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02.09.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Hazırkı qərarda göstərilən normalardan, eləcə də beynəlxalq və milli məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən isə görünür ki, icra sənədlərinin icrasına həmin sənədi qəbul etmiş məhkəmə tərəfindən nəzarət olunmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsində təsbit edilmiş icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə məhkəmənin öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirilməli olduğuna dair normanın tələbinə əsasən icraya nəzarət etməli olan məhkəmə məhz icra sənədini vermiş məhkəmədir. Buna görə də, icra sənədini hansı məhkəmə (ümumi, kommersiya və ya inzibati) vermişdirsə, icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi ilə bağlı, eləcə də icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından verilmiş şikayətlərə, icra işi üzrə məhkəmə qaydasında həll edilməli olan məsələlərlə əlaqədar icra məmurunun müraciətlərinə, həmçinin Mülki Prosessual Məcəllənin 231-ci maddəsində nəzərdə tutulmuş məsələlərə icraya nəzarətlə bağlı səlahiyyətlər çərçivəsində məhz həmin məhkəmə tərəfindən baxılmalıdır. İcra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, şikayət verməklə mübahisələndirə bilərlər. Hazırkı işdə də iddiaçının tələbi icra sənədinin icrası ilə bağlı olduğundan onların tələbinə inzibati məhkəmə icraatı qaydasında yox, müvafiq qətnaməni qəbul etmiş məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5811/2020 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)-5071/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi və Məmmədov Mehman Dəmir oğlu) “icra sənədinin icrasının təmin olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar