Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2517/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa edilmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3908/2023 saylı 17 mart 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Gömrük Komitəsində tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülməsi barədə 1000/360Ş nömrəli 18 may 2021-ci il tarixli və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə 1000/42 2Ş nömrəli, 21 iyun 2021-ci il tarixli əmrlərinin qanunsuz hesab edilərək ləğv edilməsi və tutduğu vəzifədən azad edilərək, Komitənin sərəncamına götürülənədək tutduğu vəzifəyə bərpa edilməsini və xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi ona çatası olan əməkhaqqının ona ödənilməsini barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3908/2023 saylı 17 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülməsi barədə 1000/360Ş saylı 18 may 2021-ci il tarixli və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə 1000/422Ş saylı 21 iyun 2021-ci il tarixli əmrlərinin İddiaçı aid olan hissədə qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının Komitənin sərəncamına götürülənədək tutduğu vəzifəyə bərpa edilməsi və xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi ona çatası olan əmək haqqının ona ödənilməsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin sonradan xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmənin elekton kabinetinə daxil olmuş məktubda Komitə tərəfindən apellyasiya şikayətinin geri götürüldüyü bildirilmiş və bununla da apellyasiya şikayəti üzrə icraata xitam verilməsi xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətindən imtina edildiyini və bununla da apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı təqdim edilmiş ərizənin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, inzibati məhkəmə icraatının iştirkçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın şikayətin geri götürülməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək cavabdehin hüququ olduğundan və hazırki iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Ona görə də, şikayətdən imtina barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa edilmə” tələbinə dair iddiası üzrə cavabdehin apellyasiyadan imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət verilməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2517/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2517/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver