Məhkəmə qərarları › İş №2-1(103)-2518/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2518/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2518/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərovdan və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2656/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1576/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün Prezident təqaüdünün hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da, “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də, 67.5- 67.13-cü maddələrinin müddəaları baxıxmından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

2. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-292390/2/2024 nömrəli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2010-cu il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, pensiyası 2019-cu il üzrə indeksləşdirilərkən yaşa görə əmək pensiyasının sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən 120 manat əlavə pensiyasının sığorta hissəsinin tərkibinə daxil edilərək illər üzrə indeksləşdirilmişdir. Bu səbəbdən, Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il taixinədək əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən xx.xx.1973cü il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də, nəzər alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 il 7 ay 2 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixindək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4125,91 manat (2010-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək qeydə alınmış 14385.22 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmənin aşkar edildiyi tarixdən 3 il əvvəl) 634,61 manat müəyyən edilmişdir. Qanunun 29.1- ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 656.19 manata çatdırılmışdır. Qanunun 26.4-cü maddəsinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 672,85 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 771,76 manata, xx.xx.2024- cü il tarixindən 858,19 manata çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmıış, elmi dərəcəsi olan, işləməyn, əmək pensiaysı hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. Sözügedən Fərmanın 2.1-ci yarımbəndinə əsasən təqaüd 2021-ci il yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hisəssinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. Qeyd olunanlara əsasən bildirirlər ki, ona xx.xx.2021-ci il tarixindən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmiş, hazırda 300 manat məbləğində olmaqla ödənişi davam etdirilir

3. Cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablama nəticəsində 858.19 manat müəyyən edilmişdir. Daxili nəzarət və audit şöbəsi tərəfindən elektron poct vasitəsi ilə göndərilmiş akta əsasən araşdırma zamanı məlum olmuşdur ki, vətəndaşın pensiyası illər üzrə indeksləşdirilərkən elmlər namizədinə görə verilən əlavə sığorta hissəyə daxil edərək indeksləşdirilmişdir. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə xx.xx.2021-xx.xx.2024- cü il tarixinədək 6015.80 manat artıq vermə aşkar edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərmanına uyğun olaraq əmək pensiyasının və prezident təqaüdünün tam məbləğdə bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, qanunla müəyyən edilmiş hüquqlarını kobud pozan təqsirli şəxslərin intizam məsuliyyətinə cəlb olunmaları məqsədilə barələrində xüsusi qərardad çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsindən məlum olduğu kimi qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda hər kəs sosial təminat hüququna malikdir. Məhz bu hüququndan istifadə edərək 2011-ci ildə 63 yaşı tamam olduqdan sonra yaş həddinə görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət edərək həmin vaxtdan etibarən hər ay əmək pensiyası almışdır. Təyin olunmuş əmək pensiyasının tərkibinə qanunla müəyyən olunmuş bütün əlavələr daxil edilmiş və 2012-ci ildən etibarən hər hansı bir mübahisəli vəziyyət mövcud olmamışdır. Əmək pensiyasının tərkibinə digər əlavələrlə yanaşı kimya üzrə fəlsəfə doktoru ali elmi dərəcəsinə görə hər ay 60 AZN (altmış manat) məbləğin edilmiş əlavə də, daxil edilmişdir. 2012-ci ildən etibarən əmək pensiyası almaqla yanaşı 2017-ci ilin may ayınadək Bakı Dövlət Universitetinin tədris hissəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin may ayından etibarən təqüdçüddür. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixdə imzaladığı 1229 nömrəli Fərmana əsasən 2021-ci ilin yanvar ayının 1-dən etibarən fəlsəfə doktoru ali elmi dərəcəsinə görə hər ay 120 AZN (bir yüz iyirmi manat) məbləğində, 2022-ci ilin yanvar ayının 1-dən etibarən hər ay 200 AZN (iki yüz manat) məbləğində, 2023-cü ilin yanvar ayından hal-hazıradək isə hər ay 300 AZN (üç yüz manat) məbləğində təsis edilmiş prezident təqaüdü almışdır. Hazırki iş üzrə cavabdeh qismində işdə iştiraka cəlb edilmiş cavabdeh tərəfindən 2021-ci ilin 17 oktyabr – 2022ci il 07 aprel tarixlərini əhatə edən dövr ərzində pezident təqaüdünün ona ödənilməsindən imtina edilmiş, bununla bağlı, məhkəmə mübahisəsi yaranmış, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(112)- 1576/ 2023 nömrəli qərarı ilə öhdəliyin icrası cavabdehə həvalə edilmiş və cavabdeh tərəfindən öhdəliyin icrası təmin edilərək qeyd olunan dövr üçün prezident təqaüdü ayrı-ayrı vaxtlarda hissəhissə ödənilmişdir. Lakin, cari ilin iyun ayından başlayaraq hazırki iş üzrə cavabdeh yenidən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli,1229 nömrəli Fərmanını mübahisələndirərək onun aylıq əmək pensiyasını 190 AZN məbləğində azaltmışdır. Bunun səbəbləri ilə bağlı tərəfindən 22 iyul 2024-cü il tarixdə cavabdehə rəsmi müraciət olunmuşdur. Eyni zamanda məsul vəzifəli şəxslərin də, rəsmi qəbulunda olmuşdur. Şifahi şəkildə ona bildirilmişdir ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə ona prezident təqaüdünün verilməsi səbəbindən 2012-ci ildən etibarən onun aylıq əmək pensiyasına fəlsəfə doktoru elmi dərəcəsinə görə edilmiş əlavə dayandırıldığından hər ay ona əmək pensiyası 190 AZN məbləğində kəsirlə ödəniləcəkdir. Qeyd etdiyi bu məlumatlar ona şifahi şəkildə bildirilmiş olsa da, bunun qanuni əsasları barədə ona məlumat verilməmiş, yazılı müraciətini isə cavabdeh cavablandırmamışdır. 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş və Azərbaycan Respublikası Prezidentinin 10 mart 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklikdən görünür ki, bu Qanunun19-cu maddəsinin 2-ci hissəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyalarının sığorta hisəssinə fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 AZN məbləğində əlavə hesablanmışdır. Məhz istinad olunan bu maddi hüquq normasının tələbi əsasında cavabdeh inzibati orqan onun aylıq əmək pensiyasına hər ay 120 AZN məbləğində əlavə ödəniş etməklə 2024-cü ilin iyul ayınadək bu ödənişi icra etmişdir (2017-2024-cü illəri əhatə edən müvafiq dövrdə). 30 dekabr 2020-ci il tarixdə isə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1229 nömrəli Fərman əsasında isə cavabdeh inzibati orqan hər ay ona 120, 200, 300 AZN məbləğlərində ayrı-ayrı vaxtlarda Prezident təqaüdünü ödəməkdədir. Qeyd olunan faktlardan görünür ki, Azərbayan Respublikası Prezidenti tərəfindən imzalanmış 1229 saylı, 30 dekabr 2020- ci il tarixli Fərmanla təsis edilmiş prezident təqaüdü onu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş əlavəni almaq hüququndan məhrum etmişdir. Məhz bu səbəbdindən hazırki iş üzrə cavabdeh hesab etmişdir ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə prezident təqaüdü olması ilə bağlı onun aylıq əmək pensiyasının sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə edilmiş əlavə ləğv olunmalıdır. Cavabdehin bu mövqeyindən fərqli olaraq Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İV hissəsində xüsusilə qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Bununla yanaşı, cavabdehin faktiki hərəkətlərindən görünür ki, 2024-cü ilin iyul ayından etibarən onun aylıq əmək pensiyasının 190 AZN məbləğində azaldılması ilə cavabdehin onun əmək pensiyasını birtərəfli qaydada yenidən hesablayaraq belə qənaətə gəlmişdir. Cavabdehin bu mövqeyindən fərqli olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 1-ci hissəsində birmənalı şəkildə qeyd olunur ki, 2017-ci ilin iyul ayının 1dək təyin edilmiş əmək pensiaysının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılmaqla əmək pensiyası yenidən hesablana bilər. Bundan əlavə, həmin maddənin 2-ci hissəsində də, aydın şəkildə qeyd olunur ki, 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hisəssinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınmalıdır. İstinad olunan hər iki maddi hüquq normasının tələblərindən göründüyü kimi, qanunverici orqan 2017-ci ilin iyul ayının 1dək əmək pensiyasının istər baza hissəsinə, istər sə də, sığorta hisəssinə yenidən hesablama zamanı əlavə və dəyişikliklərin edilməsinin mümkünlüyünü nəzərdə tutmamışdır. Belə olduğu halda, 2012-ci ildən etibarən 63 yaşlı əmək pensiyaçısı kimi onun əmək pensiyası hansı qanuni əsaslarla birtərəfli qaydada yenidən hesablanaraq cavabdeh tərəfindən 190 AZN məbləğində azaldılmışdır. Prezident təqaüdünün təsis edilməsi ilə əmək pensiyaçısının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hüquqları məhdudlaşdırıla bilərmi?. Nəticələrin təhlili üzrə cavabdehin mövqeyindən belə görünür ki, Azərbaycan Respublikası Prezidenti fəlsəfə doktoru elmi dərəcəsinə görə işləməyən vətəndaşa 2021-ci ilin yanvar ayının 1- dən başayaraq 120, 200 və 300 AZN məbləğlərində aylıq təqaüdün verilməsini təsis edir. Cavabdeh inzibati orqan isə bunun qarşılığında 2012ci ildən etibarən əmək pensiyasının 190 manatını kəsir, əldə olunan məbləğ isə 110 AZN təşkil etmiş olur. Real vəziyyəti vətəndaşın sosial rifah hallarının yaxşılaşdırılması kimi qəbul etmək olarmı?. Cavabdehin rəsmi mövqeyindən belə nəticə yaranır ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərman izmalanmış olmasa idi, o, hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə müvafiq olaraq 120 AZN məbləğində əlavə əmək pensiyası almalı idi. Görünən odur ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı 30 dekabr 2020ci il tarixli 1229 saylı Fərman onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Cavabdehin bu mövqeyindən fərqli olaraq Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hisəssindən məlumdur ki, fiziki şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktlar geriyə şamil edilmir. Belə olduğu halda, hansı qanuni əsaslarla cavabdeh qeyd edilən Fərmanı əsas götürərək 2012-ci ildən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə əmək pensiyası alan şəxsin pensiyasını 190 manat kəsir. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-1576/2023 saylı iş üzrə 14 fevral 2023-cü il tarixli qərar qəbul edildikdən sonra hazırki iş üzrə cavabdehin ona qarşı qərəzli münasibəti davam etmiş, bununla bağlı bir tərəfdən qeyd edilən prezident təqaüdünün verilməsindən imtina edilmiş, digər tərəfdən isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu mübahisələndirərək 2012-ci ildən etibarən aldığı əmək pensiyasının məbləğini azaltmışdır. Cavabdehin bu hərəkəti qərəzli və məqsədyönlü xarakter daşıyır. Bu səbəbdən də, cavabdehin faktiki hərəkətlərinin əsaslılığı və qanuniliyi Azərbaycan Respublikasının Konstitusiyasının, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020- ci il tarixli, 1229 nömrəli Fərmanının müddəaları ilə müqayisəli şəkildə məhkəmə qaydasında yoxlanılmalı, yoxlamanın nəticələrindən asılı olaraq aylıq əmək pensiyasının tam məbləğdə ödənilməsi təmin edilməli, bununla bağlı cavabdehin üzərinə öhdəlik qoyulmalı və təqsirkar – cavabdeh şəxslərin intizam məsuliyətinə cəlb olunmaları məqsədilə barələrində xüsusi qərar qəbul edilməlidir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, 2019-cu il üzrə İddiaçı yaşa görə əmək pensiyası indeksləşdirilərkən pensiyanın sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən 120 manat əlavə onun yaşa görə əmək pensiyasının sığorta hissəsinin tərkibinə daxil edilmişdir və illər üzrə indeksləşdirilmişdir. Bu səbəbdən, Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək pensiyasının məbləğində artıq ödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən İddiaçı pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixdə ona dəvət məktubu göndərilmişdir (3-17- 1/2-İ-117250/2024) və xx.xx.2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən Fondun inzibati binasına (qəbul şöbəsinə) gəlməsi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməsi xahiş olunmuşdur. Lakin, yuxarıda qeyd olunan tarixdə İddiaçı və ya nümayəndəsi qəbula gəlməmişdir. İddiaçı əmək fəaliyyəti dövrü, o cümlədn xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də, nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 38 il 7 ay 2 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4125,91 manat (2010-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2010-cu il tarixdən işdən çıxdığı tarixədək 14385.22 manat (2017-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmışdır və xx.xx.2021-ci il tarixdən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 634.61 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı yaşa görə əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 656.19 manata, xx.xx.2023-cü il tarixdən 771.76 manata və xx.xx.2024-cü il tarixdən 858.19 manata çatdırılmışdır. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salınsa, həmin hüququn da, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də, pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzər aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da, ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən, dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2656/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. İddiaçı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1229 №- li, 30 dekabr 2020-ci il tarixli Fərmanın:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.

4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 17.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

20. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh orqan tərəfindən qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini tələb edir.

21. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya 15 may 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Pensiya” altsisteminə inteqrasiyası zamanı İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən əlavə texniki səhv nəticəsində pensiyasının baza hissəsinə əlavə kimi deyil pensiyanın tərkib hissəsi kimi daxil edilmişdir. Bu səbəbdən sözügedən əlavə əmək pensiyası ilə birgə sistem tərəfindən indeksləşdirilmişdir. Mərkəzi filial tərəfindən pensiya işinin inventarlaşdırılması həyata keçirilərkən əlavə pensiyanın tərkibindən çıxarılaraq əmək pensiyası yenidən hesablanmışdır.

22. İş materiallarına əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2010-cu il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçısı kimi iddiaçının pensiyasının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanmışdır. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının pensiyası 2019-cu il üzrə indeksləşdirilərkən yaşa görə əmək pensiyasının sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən 120 manat əlavə pensiyasının sığorta hissəsinin tərkibinə daxil edilərək illər üzrə indeksləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də, nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 il 7 ay 2 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixindək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4125,91 manat (2010-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək qeydə alınmış 14385.22 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmənin aşkar edildiyi tarixdən 3 il əvvəl) 634,61 manat müəyyən edilmişdir. Qanunun 29.1- ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirildiyindən, qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 656.19 manata çatdırılmışdır. Qanunun 26.4-cü maddəsinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 672,85 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 771,76 manata, xx.xx.2024-cü il tarixindən 858,19 manata çatdırılmışdır.

23. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır.

24. Həmin Fərmanın 2.1-ci yarımbəndinə əsasən təqaüd 2021-ci il yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hisəssinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilməsi nəzərdə tutulmuşdur.

25. Odur ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmiş, hazırda 300 manat məbləğində olmaqla ödənişi davam etdirilir.

26. Həmçinin iş materiallarından görünür ki, mübahisəli qərarla iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı aparılmış inzibati icraat barədə iddiaçı məlumatlandırılmış və bununla bağlı təsdiqedici sənədlər (poçt xəbərnaməsi, iddiaçının iştirak etməməsi barədə akt və s.) iş materiallarına əlavə edilmişdir. 27.Odur ki, cavabdehin iddiaçı barəsində “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarının qanunvericliyin tələblərinə uyğun olmaqla qəbul edilməsi iş materialları ilə sübut olunur.

28. Göründüyü kimi, İddiaçı məhkəməyə cavabdeh orqanın qəbul etdiyi qərarın qanunazidd olması barədə hər hansı bir sübut təqdim edə bilməmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 30.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 31.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2656/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2656/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar