Məhkəmə qərarları › İş №2-1(103)-2519/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2519/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2519/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2519/2023 (Açar sözlər: “arayışın verilməsi”) Bakı şəhəri 07 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Üçüncü şəxs X5 və onun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1204/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən müvafiq fərdi yaşayiş evinə dair hüquqların X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət edilmişdir.

2. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir o əsasla ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiya və qiymətləndirilməsinə aid pasportun”da payçı kimi digər fiziki şəxsin adı (soyad, ata adı yoxdur) da qeyd edilmişdir. Lakin, həmin payçıya dair hər hansı əlaqəli sənədlər təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda torpaq sahəsinin ölçüsü qeyd olunan müvafiq bölmədə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir.

3. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiya və qiymətləndirilməsinə aid pasportun”da payçı kimi yazılmışdır “X9 Arif”, yəni iddiaçının atası kimi hazırkı tələbində iddia etdiyi “X4” yazılmamışdır, həmçinin, digər fiziki şəxsin adı “Arif“ adı da qeyd edilmişdir, lakin soyadı, ata adı qeyd edilməmişdir.Eləcə də, həmin payçıya dair hər hansı əlaqəli sənədlər təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda torpaq sahəsinin ölçüsü qeyd olunan müvafiq bölmədə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir, yəni “427,2 ” “434,4 ” kimi düzəliş olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi ” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Ə.Hümmətovdan miras qalmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsassız olmuşdur. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq hüquqmüəyyənedici sənəd mövcuddur.

7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ½ hissəsinə mülkiyyət hüquqlarının X3 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

8. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiya və qiymətləndirilməsinə aid pasportun”da payçı kimi digər fiziki şəxsin adı (soyad, ata adı yoxdur) da qeyd edilmişdir. Lakin, həmin payçıya dair hər hansı əlaqəli sənədlər təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda torpaq sahəsinin ölçüsü qeyd olunan müvafiq bölmədə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1204/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin ½ hissəsinə mülkiyyət hüquqlarının X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, nəzərə alınmalıdır ki, digər payçı ilə bağlı hər hansı əlaqəli sənədin olub-olmaması o halda əhəmiyyət daşıyar ki, iddiaçı həmin əmlaka münasibətdə də mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı müraciət etmiş olsun.Digər iddiaçının adı mövcud olsa da, ata adı və soyadının olmaması barədə də məhkəmə araşdırma aparmış və müəyyən etmişdir ki, həmin şəxs iddiaçının əmisi, yəni mərhum Ə.Hümmətovun qardaşı Arif Hümbətov olmuşdur. Hazırkı halda həmin şəxsə məxsus hissə mübahisə predmeti təşkil etmədiyindən həmin şəxsin vərəsələrinin müəyyən edilməsi və məhkəmə icraatına cəlb edilməsi zərurəti mövcud olmadığından, tələb yalnız ½ hissə ilə bağlı olduğundan məhkəmə hazırkı araşdırma materiallarının təqiqini kifayət hesab edərək qeyd edir ki, iddianın təminini istisna edən hal mövcud olmamışdır.

11. Belə ki, əmlakda iki payçının, yəni iddiaçının mərhum atası X4 və digər şəxsin olması iş materialları ilə müəyyən edilir. Əksi sübuta yetirilmədiyindən məhkəmə müəyyən edir ki, həmin əmlak ½ hissə olmaqla hər iki payçı arasında bölünmüşdür ki, iddiaçı da məhz atasına məxsus olan hissəyə məxsus olması haqqında arayışın verilməsini tələb edir.

12. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.8-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SİYAHİSİ”nın1.11-ci bəndinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1204/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir o əsasla ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiya və qiymətləndirilməsinə aid pasportun”da payçı kimi digər fiziki şəxsin adı (soyad, ata adı yoxdur) da qeyd edilmişdir. Lakin, həmin payçıya dair hər hansı əlaqəli sənədlər təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda torpaq sahəsinin ölçüsü qeyd olunan müvafiq bölmədə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .

16. Apellyasiya baxışı zamanı X6 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

e) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

18. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs X6 izahatında bildirmişdir ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiya və qiymətləndirilməsinə aid pasportu”nda payçı kimi göstərilən digər fiziki şəxs Arif onun atasıdır, iddiaçının iddia ediyi Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi isə miras əmlak olmaqla mübahisə mülki qaydada həll olunmamışdır.Onun hazırkı inzibati mübahisədən məlumatı olmamışdır.Odur ki, cavabdehin apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs X5 vəkili və nümayəndəsi Vəkil də miras əmlakla bağlı vərəsələrin dairəsi və payları, sənədin məxsus olması faktı mülki icraat qaydasında həll edilməli olduğundan cavabdehin apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

20. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Cavabdehin nümayəndəsi məhkəmə Kollegiyasının sonuncu iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SİYAHİSİ”nın: 1.11-ci bəndinə görə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.

28. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı tərəfindən müvafiq fərdi yaşayiş evinə dair hüquqların X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh İdarəyə müraciət edilmişdir.

29. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir o əsasla ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiya və qiymətləndirilməsinə aid pasportun”da payçı kimi digər fiziki şəxsin adı (soyad, ata adı yoxdur) da qeyd edilmişdir. Lakin, həmin payçıya dair hər hansı əlaqəli sənədlər təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda torpaq sahəsinin ölçüsü qeyd olunan müvafiq bölmədə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir.

30. Cavabdehin iddia ərizəsinə etirazının və apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiya və qiymətləndirilməsinə aid pasportun”da payçı kimi yazılmışdır “X9 Arif”, yəni iddiaçının atası kimi hazırkı tələbində iddia etdiyi “X4” yazılmamışdır, həmçinin, digər fiziki şəxsin adı “Arif“ adı da qeyd edilmişdir, lakin soyadı, ata adı qeyd edilməmişdir.Eləcə də, həmin payçıya dair hər hansı əlaqəli sənədlər təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda torpaq sahəsinin ölçüsü qeyd olunan müvafiq bölmədə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir, yəni “427,2 ” “434,4 ” kimi düzəliş olunmuşdur.

31. Baxmayaraq ki, iddiaçının təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiya və qiymətləndirilməsinə aid pasportun”da payçı kimi yazılmışdır “X9 Arif”, yəni iddiaçının atası kimi hazırkı tələbində iddia etdiyi “X4” yazılmamışdır, həmçinin, digər fiziki şəxsin adı “Arif“ adı da qeyd edilmişdir, lakin soyadı, ata adı qeyd edilməmişdir, habelə texniki pasportda torpaq sahəsinin ölçüsü qeyd olunan müvafiq bölmədə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir, yəni “427,2 ” “434,4 ” kimi düzəliş olunmuşdur birinci instansiya məhkəməsi bunları nəzərə almayaraq iddianı təmin etmişdir.

32. Beləliklə, birinci instansiya məhkəməsi miras əmlaka vərəsələrin dairəsini və payların həcmini müəyyən edərkən mövqeyini ehtimallarla əsaslandıraraq qeyd etmişdir ki, əksi sübuta yetirilmədiyindən məhkəmə müəyyən edir ki, həmin əmlak ½ hissə olmaqla hər iki payçı arasında bölünmüşdür ki, iddiaçı da məhz atasına məxsus olan hissəyə məxsus olması haqqında arayışın verilməsini tələb edir.

33. Halbuki, iddiaçının təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiya və qiymətləndirilməsinə aid pasportun”da payçı kimi yazılmışdır “X9 Arif”, yəni iddiaçının atası kimi hazırkı tələbində iddia etdiyi “X4” yazılmamışdır, həmçinin, digər fiziki şəxsin adı “Arif“ adı da qeyd edilmişdir, lakin soyadı, ata adı qeyd edilməmişdir.

34. Bundan başqa apellyasiya baxışı zamanı X6 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

35. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs X6 izahatında bildirmişdir ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiya və qiymətləndirilməsinə aid pasportu”nda payçı kimi göstərilən digər fiziki şəxs Arif onun atasıdır, iddiaçının iddia ediyi Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi isə miras əmlak olmaqla mübahisə mülki qaydada həll olunmamışdır.Onun hazırkı inzibati mübahisədən məlumatı olmamışdır.Odur ki, cavabdehin apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

36. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər.İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.

37. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs X5 vəkili və nümayəndəsi Vəkil də miras əmlakla bağlı vərəsələrin dairəsi və payları, sənədin məxsus olması faktı mülki icraat qaydasında həll edilməli olduğundan cavabdehin apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. 38.Məhkəmə Kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

39. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mülki icraat qaydasında baxılmalı olan miras əmlaka dair sənədlin məxsus olması faktını, miras əmlaka payçıların dairəsini və əmlaka paylarının həcmini hazırkı icraatda həll etməklə maddi və prosessual hüquq normasının pozuntusuna yol vermişdir.

40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1204/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1204/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar