Məhkəmə qərarları › İş №2-1(103)-2519/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2519/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2519/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “özünün ailə üzvləri nəzərə alınmaqla Azərbaycan Respublikası ərazi bütövlüyü və mülki müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (mənzil növbəsinə götürülmə) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “özünün ailə üzvlərinin nəzərə alınmaqla Azərbaycan Respublikası ərazi bütövlüyü və mülki müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-3157/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, özünün və ailə üzvlərinin nəzərə alınmaqla Azərbaycan Respublikası ərazi bütövlüyü və mülki müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs kimi mənzil növbəsinə götürülməsi xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, mövcud mənzil qanunvericiliyinə əsasən iddiaçı son 5 il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “özününün və ailə üzvlərinin nəzərə alınmaqla Azərbaycan Respublikası ərazi bütövlüyü və mülki müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. 44 gün davam edən İİ Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak etmiş və 2021-ci ildə İİİ dərəcəli əlillik almışdır. xx.xx.2011-ci ildə həyat yoldaşı X5 ilə nikaha daxil olmuş və onların 3 övladı var. O, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşamaq üçün 2024-cü ilin avqust ayında mənzil sahibi olan X6 razılığı ilə ünvan 1 ünvanında rəsmi qeydiyyata alınmışdırlar. Daha sonra isə İİ Qarabağ müharibəsi zamanı yaralanan müharibə veteranı olaraq mənzillə təmin olunmaq məqsədi ilə Cavabdehnə müraciət etmişdir. Cavabdeh isə iddiaçının mənzil növbəsinə götürülməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2-1(112)-3157/2025 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilərək, İddiaçı ailə üzvlərinin (yoldaşı və 3 uşaq) nəzərə alınmaqla Azərbaycan Respublikası ərazi bütövlüyü və mülki müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2- 1(112)-3157/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin: 4.6.9-cu bəndinə əsasən əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 1-ci bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir; 2-ci bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər; 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər; 6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər; Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır; 8-ci bəndinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Müəyyən edilmişdir ki, iddiaçı İİİ qrup Qarabağ müharibəsi əlili kimi Sabirabad rayonunda pasport qeydiyyatında olmuşdur. Eyni zamanda iddiaçı Bakı şəhərində (Yasamal rayonunda) xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüşdür. Beləliklə iddiaçının daimi olaraq 7 il müddətində Bakı şəhərinin Yasamal rayonu ərazisində yaşaması öz təsdiqini tapmır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin hakimi məhkəmə qərarında iddiaçının xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1054 məhəlləsi, ev, mənzil 71 ünvanına qeydiyyata düşməsinə yəni, yeni qeydiyyat olmasına hər hansı münasibət bildirməmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2- 1(112)-3157/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2-1(112)-3157/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. .... Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). ... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. ... Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı mənzil növbəsinə götürülməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan tələbin təmin edilməsindən imtina edərkən iddiaçının beş ildən az müddətdə Bakı şəhəri, Yasamal rayonu ərazisində qeydiyyatda olmasını əsas götürmüşdür. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daimi yaşama müddətinin Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilməsini məhkəmə hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından öz əhəmiyyətini itirməsi və hazırkı işin faktiki hallarına münasibətdə tətbiq edilməməsi qənaətindədir. Belə ki, hal-hazırda qüvvədə olan qanunvericilik Azərbaycan SSR dövründə qüvvədə olan qanunvericilikdə fərqli olaraq yaşayış yerinə münasibətdə yeni tənzimləmə müəyyən etmişdir. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixindən etibarən rəsmi olaraq Bakı şəhərində yerləşən ünvanda yaşayış yeri üzrə qeydiyyata alınsa da, faktiki olaraq həmin tarixdən xeyli əvvəl Bakı şəhərində yaşamışdır. Belə ki, məhkəmə icraatı çərçivəsində təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, iddiaçı 2015-ci ildən BUE Caspian Şirkətinə məxsus gəmilərdə matros vəzifəsində çalışır və onun övladları Bakı şəhərində yerləşən 51 nömrəli orta məktəbdə təhsil alırlar. Göründüyü kimi, iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınma tarixindən etibarən Bakı şəhərində fasiləsiz beş il yaşadığı rəsmən təsdiq edilməsə də, onun 2015-ci ildən etibarən burada işləməsi və övladlarının burada təhsil alması, faktiki olaraq, onun artıq on ilə yaxın müddətdir Bakı şəhərində yaşadığını sübut edir. Bu baxımdan, məhkəmə hesab edir ki, cavabdehin imtina üçün göstərdiyi əsaslar formal xarakter daşıyır və iddiaçının mənzil növbəsinə qəbul edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “...iddiaçı İİİ qrup Qarabağ müharibəsi əlili kimi Sabirabad rayonunda pasport qeydiyyatında olmuşdur. Eyni zamanda iddiaçı Bakı şəhərində (Yasamal rayonunda) 2024-cü ildə qeydiyyata düşmüşdür. Beləliklə, iddiaçının daimi olaraq 7 il müddətində Bakı şəhərinin Yasamal rayonu ərazisində yaşaması öz təsdiqini tapmır. ...”. Məhkəmə tərkibi birinci instansiyasının hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı adına ümumi birgə mülkiyyət hüququ ilə Sabirabad rayonu, Cəngən kəndində yerləşən 0,6801 ha, 0,9884 ha kənd təsərrüfatı təyinatlı və 0,33 ha həyətyanı torpaq sahəsi, onun yoldaşı X1 adına ümumi birgə mülkiyyət hüququ ilə Sabirabad rayonu, Cəngən kəndində yerləşən 2,27 ha, 1,13 ha kənd təsərrüfatı təyinatlı və 0,30 ha həyətyanı torpaq sahələri qeydiyyatdan keçmiş və hazırda mülkiyyətlərindədir. (i/v 16, 33-53) Bundan başqa, Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilən 23 iyun 2025-ci il tarixli məktubda bildirilmişdir ki, Sabirabad rayonu, Cəngən kənd sakini Vəliyev X3 rayon İcra Hakimiyyəti başçısının 21 noyabr 2022-ci il tarixli, 224 saylı sərəncamı ilə 3-cü qrup Qarabağ əlili olaraq mənzil növbəsinə götürülmüş və hazırda sözügedən sərəncam qüvvədədir. Eyni zamanda işdə olan Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilən 03 sentyabr 2025-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1054 məhəlləsi, mənzil 71 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq qeyd edir ki, Bakı şəhəri Cavabdeh İddiaçı mənzil növbəsinə götürülməsindən imtinası qanuni, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə isə əsassızdır. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçı Sabirabad rayon İcra Hakimiyyəti başçısının 21 noyabr 2022-ci il tarixli, 224 saylı sərəncamı ilə 3-cü qrup Qarabağ əlili olaraq mənzil növbəsinə götürülmüş və hazırda da sözügedən sərəncam qüvvədədir. Məhkəmə tərkibi hesab edir ki, qeyd olunan inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının eyni zamanda digər inzibati orqan tərəfindən mənzil növbəsinə götürülməsi, yəni iddiaçının eyni anda iki inzibati orqanda yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ədalət, bərabərlik, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə ziddir. Digər tərəfdən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının ümumi birgə mülkiyyət hüquqi ilə həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Məhkəmə tərkibinin qənaətinə görə, bu hal da iddiaçını yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasını istisna edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1877/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da eyni hüquqi mövqe ifadə edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, “...iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınma tarixindən etibarən Bakı şəhərində fasiləsiz beş il yaşadığı rəsmən təsdiq edilməsə də, onun 2015-ci ildən etibarən burada işləməsi və övladlarının burada təhsil alması, faktiki olaraq, onun artıq on ilə yaxın müddətdir Bakı şəhərində yaşadığını sübut edir”. Halbuki, iddiaçı məhkəmə iclasındakı izahatında bildirmişdir ki, o, 2015-ci il tarixdən “BUE Caspian” şirkətində işləyir. Belə ki, o, 40 gün gəmidə işdə olmuş, növbəti 40 gün isə evdə, yəni Sabirabad rayonunda qalmışdır. Daha sonra isə səhhətindəki problemlərə görə onu gündəlik rejimli və fiziki ağır olmayan işlə təmin etmişlər. Bu səbəbdən ailəsi ilə birlikdə 2020-ci ildən sonra Bakı şəhərində kirayədə yaşamağa başlamışdır. Beləliklə, məhkəmə kollegiyası qənaətin ondan ibarətdir ki, hazırkı halda iddiaçının ailə vəziyyəti və əlilliyi nəzərə alınaraq mənzil növbəsinə götürülməsi üçün əsas yoxdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 2-1(112)-3157/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar