Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-252/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3116/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı paylı mülkiyyətlə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv/m, yaşayış sahəsi 43 kv/m, yardımçı sahəsi 40.1 kv/m olan evə görə ədalətli kompensasiya ödənilməsi, eyni zamanda ailəyə məxsus mənzilin yardımçı sahəyə görə ödəniş edilməsi, eyni zamanda, evin altındakı torpaq sahəsinin dəyərinin ödənilməsi, ödənilməmiş 20% məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı poçt vasitəsilə Bakı şəhər Cavabdehnə ərizə ilə müraciət edərək, həmin ünvanda yerləşən ona məxsus, ümumi sahəsi 83.1 kv/m, yaşayış sahəsi 43 kv/m, yardımçı sahəsi 40.1 kv/m olan 4 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus 2 y/o 20.0 kv/m, k/s-21.8 kv hissəni Azərbaycan Respublikası İcra Hakimiyyətinə 71140.00 manat qiymətinə satmağa məcbur olmuşdur. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən mülkiyyətimdə olan ev məcburi məndən alınması məsələsi gündəmə gəlləmiş, seçimsiz qalıb evin mənə məxsus hissəsinin mənimlə razılaşdırılmadan aşağı qiymətə hesablanaraq məndən məcburi şəkildə alınıb. Həmin ərəfədə artıq o ərazidə olan evlər ağır texnikalar vasitəsi ilə sökülürdü. Mənə heç bir seçim qalmamışdır. Halbuki, mövcud qaydalara görə qiymətləndirmə düzgün aparılmamış, bazar qiyməti ilə ona daha yüksək məbləğdə ödəniş ödənilməli idi. Eyni zamanda yaşadığı evin yerləşdiyi torpaq sahəsinin də ödənişi edilməmiş və və həyətdə ailəsinə məxsus yardımçı sahənin də ödənişi edilməmiş, məcburi satışa görə 20 % kompensasiya məbləği də ödənilməmişdir. Bütün bunları nəzərə alaraq ona edilən ödənişin ədalətli məbləğinin qalan hissəsinin və kompensiyamn tam şəkildə ödənilməsini xahiş edir. Lakin cavabdeh onun həmin müraciətini 26 sentyabr 2021-ci il tarixdə imtina məktubu ilə cavablandırmış, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Evin həyətində olan yardımçı otaqdan ailəsilə birgə həmişə istifadəsində olub lakin, evin alqısatqısı zamanı həmin yardımçı sahə ümumiyyətlə saya sayılmayıb. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, “Torpaqların dövlət ehtiyacları uçun alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 261 dekabr 2007- ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə, köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq iddiaçı ilə Yasamal Rayon İH arasında bağlanılmış 31 oktyabr 2018-ci il tarixli AN-İ № ******* alqı-satıq müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan payını 71140 manat ödənilməsi müqabilində Yasamal Rayon İH-nin mülkiyyətinə vermişdir. İddiaçı öz payının satılmasına etiraz etməməsinə dair notarial qaydada razılıq vermişdir. Bundan əlavə onun həmin ünvanda qeydiyyatda olan ailə üzvləri tərəfindən də əmlakın satılmasına etiraz etməmələrinə dair 30 oktyabr 2018-ci il tarixdə notarıal qaydada razılıq ərizələri verilmişdir. Bundan əlavə iddiaçının yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə ona 16.352 manat məbləğində kompensasiya şəklində əlavə maddi yardım göstərilmiş və bu haqda iddiaçı ilə əlavə maddi yardım haqqında razılaşma, müqaviləsi imzalanmış, beləliklə də ümumilikdə 87492.00 manat (71140.00+16352.00) məbləğində ona kompensasiya ödənilmişdir. Əmalakın satın alınması zamam qanunvericilikdə nəzərdə tutulmuş bütün əlavələr nəzərə alınmaqla yekun kompensasiya məbləği müəyyən edilərək ödəniş həyata keçirilmişdir. Mövcud inzibati praktikaya əsasən əsas və köməkçi sahələrin hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506- VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir (AR Ali Məhkəməsinin inzibatı Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2348/2019 nömrəli qərarı). iddiaçı kompensasiya ödənilməsini tələb etdiyi torpaq üzərindəm mülkiyyət, istifadə, icarə hüququnun qeydə alınmasına həmin torpağın ona ayrılmasına dair; sərəncam və ya digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmədiyi üçün və qeyd edilən torpaq iddiaçının mülkiyyətində olmadığı üçün iddiaçının torpaqla bağlı kompensasiya tələb etmək hüququ mövcud deyildir ( Mülki Məcəlləsinin 245-ci maddəsinə istinad olunur) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3116/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir,apelyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim qərarı əsaslandırarkən ödəniləcək 20% kompensasıyanın hansı qaydada ödənilib-ödənilmədiyi barədə heç bir münasibət bildirməmiş, digər məsələyə münasibət bildirərkən, bu hissəni rədd etdiyini əsaslandırmamışdır. Alqı-satqı müqaviləsinin predmeti ev olmuş evin dəyəri 71.140.00 manat qiymətləndirilmişdir. Ödəniləcək olan 20% kompensasiya alqı-satqı müqaviləsinin predmeti deyildir. Hakim mülkiyyətdə olmayan torpaqla bağlı kompensasiya almaq hüququnun olmadığını qeyd etmiş, lakin evin dövlət ehtiyacları üçün satılarkən ödənilməli olan 20 % kompensasiya ilə bağlı heç bir münasibət bildirməmişdir və qərar tam əsaslandırılmamışdır. Hakim 20 faizin hansı qaydada hesablanmalı olduğuna özü də bir qərara qələ bilməmiş və həmin hissəni ötürmüşdür. Belə ki mülki məcəllənin və hüququn prinsiplərini əsas götürüldükdə müqavilədə göstrərilən əmlakın dəyəri 71.140.00 manat təşkil etmişdir ki, 20% kompensasiyanı bu məbləğə aid etmək qeyri qanunidir. Belə olan təqdirdə,hansı əsasla 20 % kompensasiyanı ödəməməmələri sual altındadır. O, qanundan kənar heç nə tələb etmir, yalnız qanunla mənim haqqıma çatan haqlarımın bərpa edilməsini tələb edir. İddia ərizəsində də qeyd etmişdir ki, onun və ailə üzvləri evi satmaq niyyəti olmayıb. Evlərdə yaşamaq üçün şəraitin pozulması yəni, kommunal xidmətlərin dayandırımasından sonra, Nazirlər kabinetinin qərında göstərilən 20 faiz kompensasiyanı da nəzərə alaraq məhkəmə qərarı olmadan alqı-satqı etməyə məcbur oldular. Lakin gözlənilən nəticə olmadı mənzilin alqı satqı predmetində göstərilən məbləğ ödənilsə də, əlavə yardım ödənilsə də 20 % kompensasiya ödənilməmişdir. Cavabdeh bu hissə heç bir tutarlı əsas gətirə bilməmiş məhkəmə isə bu hissəni boş saxlamışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi İ.Mustafayev apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılıq əsasında evin alqı-satqısına dair münqavilə bağlanaraq iddiaçıya 71.140,00 manat ödənilmiş, əlavə razılaşma ilə ona 16.352 manat əlavə də ödənildiyini və iddiaçı razılaşaraq aldığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşıdırıb hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının tələbindən göründüyü kimi öhdəliyin icrası haqqında iddia vasitəsilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv/m, yaşayış sahəsi 43 kv/m, yardımçı sahəsi 40.1 kv/m olan əmlak payına görə ona aşağıdakı tələbləri üzrə ədalətli kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir : 1) ailəyə məxsus mənzilin yardımçı sahəyə görə ödəniş edilməsi; 2) evin altındakı torpaq sahəsinin dəyərinin ödənilməsi, 3) ödənilməmiş 20% məbləğin ödənilməsi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Həmin Məcəllənin 247.1.1-ci maddəsinə əsasən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə tədbirlər həyata keçirir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının əmlak payının mövcud olduğu - ünvan 1 ünvanında yerləşən evin torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan ərazidə yerləşdiyi işin tərəflər arasında mübahisələndirilməyən halını təşkil edir. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 24 saylı mənzil İddiaçı və X1 paylı mülkiyyətindədir.Həmin çıxarışla İddiaçı payı 2 yaşayış otağı 20 kv.m, köməkçi sahə 21,8 kv.m reyestrdə xx.xx.2011ci il tarixdə qeydə alınmışdır. Həmçinin, iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən olunan, işin mübahisələndirilməyən halllarına görə tərəflər arasında torpaqların dövlət ehtiyacları üçün geri alınması çərçivəsində könüllü olaraq alqı-satqı müqaviləsi və əlavə razılaşma imzalanmışdır. Belə ki, işə əlavə olunmuş xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 41 saylı notariat kontorunda tərəflər arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən (AN-İ № 0733071) görünür ki, iddiaçı ona məxsus ünvan 3 ünavnında yerləşən 24 saylı mənzildə olan payını (2 y/o, 20,0 kv.m, k/s- 21.8 kv.m hissəni) 71140 (yetmiş bir min bir yüz qırx) manata cavabdehə satmışdır (Müqavilədən əvvəl ailə üzvlərinin razılıq ərizələri notarial qaydada təsdiq olunmuşdur). İşə əlavə olunmuş qiymətləndirmə cədvəlinə əsasən iddiaçıya məxsus mənzil payının satınalma dəyəri müqavilə bağlanmasından əvvəl, müstəqil qiymətləndirici (Azər Ekspert) tərəfindən aşağıdakı kimi müəyyən olunmuşdur: 31,76 kv.m əsas və 15 kv m köməkçi sahənin 1 kv 1500 (20 faiz əlavə ilə birlikdə) manatdan olmaqla, cəmi, 70140 manat hesablanmış, 2 aylıq kirayə haqqı üçün 1000 manat da nəzərə alınmaqla, ümumilikdə əmlakın 71140 manat satınalma qiyməti müəyyən edilmişdir ki, qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı həmin satınalma qiyməti ilə razılaşaraq əmlak payını, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdehə (“alan orqan”) satmışdır. Bundan əlavə, iş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixində tərəflər arasında əlavə Razılşama da imzalanmaqla cavabdeh tərəfindən iddiaçıya 16352 (on atlı min üç yüz əlli iki) manat məbləğində kompensasiya şəklində əlavə olaraq maddi yardım da göstərilmişdir. Beləliklə də iddiaçıya mübahisəli ünvanda yerləşən evdən əmlak payına görə 87492.00 manat məbləğində pul ödənilmişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Beləliklə də, cavabdeh (“alan orqan”), iddiaçıya məxsus mübahisəli ünvanda yerləşən daşınmaz əmlak payını, qanunvericiliyin tələbləri qaydasında müəyyən edilən satınalma qiyməti müəyyənləşdirildikdən sonra, iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi və əlavə razılaşma əsasında sonuncudan aldığı sübuta yetirilir. Lakin konkret halda, iddiaçı cavabdehə qarşı hazırkı iddiasında, həmin həmin ünvanda onun yardımçı sahəsinin nəzərə alınmadığını iddia edərək həmin sahəyə görə, eyni zamanda, evin altındakı torpaq sahəsinə görə də ona kompensasiya ödənilməsini, eləcə də ona ödənilməmiş 20% əlavənin də ödənilməsini yenidən tələb etmişdir. Halbuki, yuxarıda işin qeyd olunan halarından göründüyü kimi, tərəflər arasında mübahisəli ünvanda yerləşən daşınmaz əmlak payının alqı-satqısı barədə bağlanmış müqavilə, habelə həmin əmlakla əlaqədar imzalanmış əlavə Razılaşma hal-hazırda ləğv olunmamışdır, qüvvəsindədir. Mülki Məcllənin 245-ci maddəsi isə nəzərdə tutur ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Beləliklə də iddiaçının hazırkı iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlər mövcudluğu sübuta yetirilmir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərarın əsaslandırılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3116/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən, qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinin tələbindən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3116/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-252/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-252/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver