Məhkəmə qərarları › İş №2-1(103)-2521/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2521/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2521/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili X4 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3222/2021 saylı 28.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16-18 noyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat X8 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni 10.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə 18.05.2020-ci il tarixdə Filiala müraciət etmişdir. 04.06.2020-ci il və 11.06.2020-ci il tarixlərdə sözügedən idarə ilə telefonla əlaqə saxlamışdır. Bundan sonra həmin idarə 11.06.2020-ci il tarixli, **********3 nömrəli məktubla ona cavab yazaraq bildirmişdir ki, 11.12.2020-ci il Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2020-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Yuxarıda qeyd edilən məktubu aldıqdan dərhal sonra, yəni 07.08.2020-ci il tarixdə tələb olunan sənədləri cavabdeh idarəyə şəxsən təqdim etmişdir. 10.09.2020-ci il tarixdə ilkin təqdim etdiyi sənədlər poçtla ona qaytarılmışdır. Həmin məktubu cavabdeh idarəyə şəxsən özü tərəfindən qaytarılaraq, tələb olunan əlavə sənədlərin artıq onlara təqdim etdiyini bildirmişdir. Daha sonra cavabdehin 13.10.2020-ci il tarixli, **********4 nömrəli məktubu ilə ərizənin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin həmin məktubu ona poçt vasitəsi ilə 16.11.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, ona güzəştli əmək pensiyası hüququ verən iş yerləri barədə əmək kitabçasında qeydiyyat aparılmamış, 15 ildən çox müddətdə işlədiyi həkimrengenoloq daimi iş yeri olmamış, habelə fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun deyildir. Filialın imtinası əsasız və qanunsuzdur, imtina məktubunda yazılanlar həqiqəti əks etdirmir. Belə ki, o, xx xxx 1965ci il tarixdə anadan olmuşdur. 03.09.1988-ci il tarixdən (05.09.1988-ci il tarixli 176- K saylı əmr) Respublika Klinik Xəstəxanasında həkim-inter vəzifəsinə qəbul edilmiş, 29.07.1989-cu il tarixdə ordinatura müddətinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. Daha sonra 11.12.1989-cu il tarixdən (08.12.1989-cu il tarixli, 209 saylı əmr) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan vəzifəsinə, 24.02.1994-cü il tarixdən (23.02.1994-cü il tarixli, 29 saylı əmr) diaqnostik prosesin təşkili şöbəsinə həkim-metodist vəzifəsinə keçirilmişdir. 07.09.1998-ci il tarixdən (05.09.1998-ci il tarixli, 96 saylı əmr) tutduğu vəzifədən öz xahişilə azad edilmişdir. 08.09.1998-ci il tarixdən (27.08.1998-ci il tarixli, 138-K saylı əmr) Ə.Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmiləşdirilməsi institutunda rentgenoloq kafedrasına əvəzçilik üzrə müsabiqə keçənədək assistent vəzifəsinə qəbul olunmuş, 29.12.2000-ci il tarixdən (29.12.2000-ci il tarixli, 271 saylı əmr) həmin vəzifəyə seçilmiş, 24.02.2006-cı il tarixdən (24.02.2006-cı il tarixli, 8 saylı əmr) rentgenoloq kafedrasına assistent vəzifəsinə seçilmiş, 16.04.2007-ci il tarixdən (16.04.2007-ci il tarixli, 21-K saylı əmr) müsabiqədən keçənə qədər dosent vəzifəsinə keçirilmişdir. 16.04.2007-ci il tarixdən (25.05.2009-cu il tarixli, 36 saylı əmr) rentgenoloqiya və şua diaqnostikası kafedraları birləşdirilərək şua diaqnostikası kafedrası adlandırılmışdır. 06.10.2011-ci il tarixdən (06.10.2011-ci il tarixli, 61 saylı əmr) şua diaqnostikası kafedrasının kafedra müdiri vəzifəsini icra etmiş, 29.09.2017-ci il tarixdən (29.09.2017-ci il tarixli, 290 saylı əmr) yeni müddətə həmin vəzifəyə seçilmişdir. 12.12.2018-ci il tarixli, 480 saylı əmrlə şua diaqnostikası kafedrasının adı dəyişdirilərək şua terapiyası kursu və şua diaqnostikası kafedrası adlandırılmışdır. O, hal-hazırda da Ə.Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmiləşdirilməsi İnstitutunda şua diaqnostikası kafedrasının kafedra müdiri vəzifəsində işləyir, bura onun əsas iş yeridir. Bunlardan başqa, o, 16.02.2007-ci il tarixdən 02 saylı əmrlə Angioloji və Mikrocərrahiyyə Mərkəzinə (indiki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilmişdir. 02.03.2009-cu il tarixdən isə 02 saylı əmrlə öz xahişilə həmin vəzifədən azad olunmuşdur. Qeyd olunan bu hallar onun adına olan əmək kitabçasında öz əksini tapmışdır. Yuxarıda göstərilən və əmək kitabçasında öz əksini tapan əsas iş yerlərindən əlavə olaraq o əmək qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək, 02.04.2008-ci il tarixdən 10.04.2018-ci il tarixədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X2 şöbədə şüa-diaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində, habelə 16.02.2007-ci il tarixdən 02.03.2009-cu il tarixədək Angioloji və Mikrocərrahiyyə Mərkəzində əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsində işləmişdir. Əsas iş yerindən başqa əlavə iş yerlərində işləməyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 16.09.2019-cu il tarixli, 26 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin 17 sentyabr 2019-cu il tarixli, 135 nömrəli arayışları ilə tam təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 16.09.2019-cu il tarixli, 26 nömrəli arayışında göstərilir ki, İddiaçı (yəni o) 02 aprel 2008-ci il tarixdən 10 aprel 2018-ci il tarixədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X2 şöbədə şüa-diaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı, 21.06.1993-cü il tarixli qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya əsasən pensiya çıxmaq hüququ yaranır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin 17.09.2019-cu il tarixli, 135 nömrəli arayışında isə qeyd olunur ki, İddiaçı həqiqətən də 16.02.2007-ci il tarixli 02 saylı əmrə əsasən Angioloji və Mikrocərrahiyyə Mərkəzinə (indiki Xüsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilmişdir. 02.03.2009-cu il tarixli 02 saylı əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. Respublika Müalicəvi Diaqnostika Mərkəzi” ASC-nin 28.09.2012-ci il tarixli, 134 nömrəli arayışında qeyd olunur ki, İddiaçı 11.12.1989-cu il tarixdən (08.12.1989-cu il tarixli, 209L saylı əmr) 01.10.1993-cü il tarixinə qədər tam ştat vahidində, 01.10.1993-cü il tarixdən (01.10.1993-cü il tarixli 134L saylı əmr) 01.01.2008-ci il tarixədək əvəzçilik üzrə (28.12.2007-ci il tarixli 85ş/m saylı əmr) Radioizotoplu tədqiqatlar şöbəsində həkim-radioloq vəzifəsində radioaktiv maddələrlə işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarının 19 paraqrafına əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 30.03.2007-ci il tarixli, 73 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “Respublika Diaqnostika Mərkəzi” 01.05.2007-ci il tarixindən Respublika Müalicəvi Diaqnostika Mərkəzi” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Bunlardan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən Mərkəzin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı adına verilmiş arayışda qeyd olunur ki, İddiaçı həqiqətən də 10.04.2018-ci il tarixdən (11.04.20018-ci il tarixli əmr, 61-K) bügünə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa diaqnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq radioaktiv zəhərliyinin miqdarı olan ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden-99/Texnesium-99m (Mo99/Tc99m) izotopun zəhərli təsiri zonasında işləyir. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti 23.01.2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölməyə əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. Adına olan əmək kitabçasında və əlavə iş yerləri üzrə adına verilmiş arayışlardan və digər sənədlərdən də göründüyü kimi o, 31 il 8 ay 23 gün sığorta stajına malikdir ki, onun 15 ildən çox müddəti zərərli iş yerlərinə aid olan işlər olmuşdur. Bu isə öz növbəsində onun güzəştli şərtlərlə əmək pensiya hüququnu təmin edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunan Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında onun 15 ildən çox müddətdə işlədiyi həkim-radioloq və həkim-rentgenoloq peşələri nəzərdə tutulmuşdur. Onu da qeyd edir ki, həmin siyahıda həkim-rentgenoloqun daimi və ya yarımştat olması barədə hər hansı xüsusi qeyd yoxdur. Həmçinin bir daha bildirir ki, o əlavə iş yerlərində 15 ildən çox müddətdə tam ştat üzrə həkim-rentgenoloq işləmişdir. 15 ildən çox müddətdə əlavə iş yerlərində işləməyi barədə adına olan əmək kitabçasında qeydiyyatın aparılmaması ilə bağlı isə onu qeyd edir ki, qüvvədə olan Əmək Məcəlləsində işəgötürənlə işçi arasında əmək münasibətlərinin yaranmasını təsdiq edən sənəd yalnız əmək kitabçası hesab edilmir. Əlavə iş yerləri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində 02 aprel 2008-ci il tarixdən 10 aprel 2018-ci il tarixədək Ambulator şöbədə şüadiaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə 16.02.2007-ci il tarixdən 02.03.2009-cu il tarixədək əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsində işləməyi yalnız tibb müəssisələrinin verdikləri rəsmi arayışlarla kifayətlənmir. Belə ki, həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə əlavə iş yeri üzrə işə qəbul olunarkən, işəgötürənlə onun arasında müvafiq əmək müqavilələri bağlanmışdır. Daha sonra həmin müqavilələrin bildirişləri əmək qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının, yəni Əmək Müfəttişliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada dövlət qeydiyyatına alınmışlar. Həmin iş yerləri üzrə ona əmək haqqı hesablanmış, əmək haqqından məcburi sosial ayırmalar da həyata keçirilmişdir. Əmək Müfəttişliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş informasiya cavabdeh idarə üçün aşkardır və bu məlumatları İdarə özü də əldə etmək imkanına malikdir. Ona görə də əlavə iş yerləri üzrə işlədiyi müddət də həm ümumi, həm də güzəştli əmək stajıma daxil edilməlidir. Bunlardan başqa, bildirir ki, pensiya təminatı üçün fərdi hesabında qeydə alınmış pensiya kapitalının aşağı həddi də onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə kifayət edir. Belə ki, X11 Klinikanın 10.12.2020-ci il tarixli, 337 nömrəli arayışından görünür ki, 11.2018- 10.2020-ci illər üzrə ona hesablanan əmək haqqı aşağıdakı kimi olmuşdur: 2018-ci ilin noyabr ayı-124,20 manat, dekabr ayı-124,20 manat, 2019-cu ilin yanvar ayı-124,20 manat, fevral ayı-124,20 manat, mart ayı-165,60 manat, aprel ayı-165,60 manat, may ayı-165,60 manat, iyun ayı-165,60 manat, iyul ayı261,12 manat, avqust ayı-74,52 manat, sentyabr ayı- 233,45 manat, oktyabr ayı-233,45 manat, noyabr ayı- 233,45 manat, dekabr ayı-233,45 manat, 2020-ci ilin yanvar ayı233,45 manat, fevral ayı- 233,45 manat, mart ayı-233,45 manat, aprel ayı-233,45 manat, may ayı-233,45 manat, iyun ayı-233,45 may ayı-233,45 manat, iyun ayı-233,45 manat, iyul ayı-233,45 manat, avqust ayı-233,45 manat, sentyabr ayı-368,64 manat, oktyabr ayı-106,11 manat, cəmi 4.77,99 manat. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən verilmiş 11.12.2020-ci il tarixli arayışdan görünür ki, 01.2019-11.2020-ci illər üzrə ona hesablanmış əmək haqqı aşağıdakı kimi olmuşdur: 2019-cu ilin yanvar ayı-555,43 manat, fevral ayı-55,43 manat, mart ayı-802,70 manat, aprel ayı-802,70 manat, may ayı-752,70 manat, iyun ayı-752,70 manat, iyul ayı-1570,67 manat, sentyabr ayı-838,95 manat, oktyabr ayı-897 manat, noyabr ayı-947 manat, dekabr ayı-1107 manat,2020-ci ilin yanvar ayı-897 manat, fevral ayı-897 manat, mart ayı-997 manat, aprel ayı-897 manat, may ayı-897 manat, iyun ayı-897 manat, iyul ayı-1869,52 manat, sentyabr ayı-856,22 manat, oktyabr ayı-897 manat, noyabr ayı-897 manat, cəmi 19584,02 manat. Göründüyü kimi cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3222/2021 saylı 28.07.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.(hakim: Ş.Həsənova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, 15 ildən çox müddət ərzində zərərli iş yerlərinə aid olan işlərdə əvəzçilik üzrə 0,5 ştat vahidi ilə işləsə də, onunla bağlanmış əmək müqavilələri arasında 1 gün də olsun ara verilməmiş, yəni onunla işəgötürən arasında əmək münasibətləri davamlı olmuşdur. O, işlədiyi müddətdə davamlı olaraq hər gün həmin zərərli iş yerlərində olmuş, insan orqanizmi üçün zərərli olan şüaları qəbul etmişdir. Məhkəmə isə nədənsə heç bir qanuni əsas olmadan mənim 0,5 ştat vahidi ilə zərərli işdə işləməyini qəbul etməmişdir. Bundan başqa, onun zərərli işlərdə 0,5 vahidi ilə işləməyi də onun güzəştli pensiya almaq hüqunu istisna etməməlidir. Çünki, əmək qanunvericiliyində “daimi iş yeri” ifadəsinin açıqlaması verilməsə də, keçmiş SSSR-də tətbiq edilən Dövlət Standartlarına (ГОСТ 12.1.055) görə, daimi iş yeri - işçinin öz iş vaxtının ən çox hissəsinin (50%-dən çox və ya davamlı olaraq 2 saatdan çox) olduğu yerdir. Onun yuxarıda qeyd etdiyi zərərli iş yerlərində işlədiyi iş vaxtı (0,5 ştat vahidi ilə) həmin standartlara uyğundur. Yəni, onun 31 il 8 ay 23 gün sığorta stajının 15 ildən çox müddəti zərərli iş yerlərinə aid olan işlərdir ki, bu hal onun güzəştli şərtlərlə əmək pensiya hüququnu təmin edir. Bunlardan başqa, qeyd edir ki, pensiya təminatı üçün fərdi hesabında qeydə alınmış pensiya kapitalının aşağı həddi də ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə kifayət edir. Onu da qeyd edir ki, onun əmək fəaliyyəti bügün də davam edir və hər ay fərdi hesabındakı pensiya kapitalının məbləği də artmışdır. Ona görə də hesab edirə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği cavabdeh tərəfindən düzgün müəyyən edilməmişdir. Əslində həmin məbləğ onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə kifayət edir. Apelyasiya baxışı zamanı iddiaçının vəkili X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni 10.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, məhkəmə araşdırılması zaman İddiaçı “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X9, Respublika Diaqnostika Mərkəzində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində, Xüsusiləşdirilmiş Angioloji Mərkəzində daimi deyil, əvəzçilik üzrə 0,5 ştat vahidi ilə həkim-rentgenoloq vəzifələrində işləməsi, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış 41977,16 manat pensiya kapitalının ona münasibətdə hesablanmış 43200,00 manat məbləğindən az olması, Respublika Diaqnostika Mərkəzində 11.12.1989-cu il tarixindən 01.10.1993-cü il tarixinə qədər tam ştat vahidində həkimradioloq kimi işlədiyi müddətin isə 10 ildən az olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı qanunla tələb olunan güzəştli iş stajı yaranmadığından, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan pensiya kapitalından az olduğundan cavabdeh inzibati orqan tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu tərəfindən verilmiş HB 016678 №-li, 30.06.1988-ci il tarixli fərqlənmə diplomunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1982-ci ildə həmin instituta daxil olmuş və 1988-ci ildə müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan xx.xx.1965-ci il təvəllüdlü İddiaçı məxsus əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 03.09.1988-ci ildən 29.07.1989cu ilədək M.Qasımov adına Respublika xəstəxanasının qastroentroligiya şöbəsində həkiminter, 11.12.1989-cü ildən 24.02.1994-cü ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Respublika Diaqnostika Mərkəzində həkimradioloq, 24.02.1994-cü ildən 07.09.1998-ci ilədək həmin mərkəzdə həkim-medodist, 08.09.1998-ci ildən hal-hazıradək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitunda kafedra-asisstenti, dosent, şüa diaqnostikası kafedrasının müdiri vəzifəsində işləyir . İş materiallarında olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən verilmiş 11.12.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01.01.2006cı ildə kafedra müdiri vəzifəsinə işə qəbul olunmuş və 01/2019-11/2020 üçün əmək haqqı cəmi 19.854,02 manat təşkil etmişdir. İş materiallarında olan Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş 134 №-li, 28.09.2012-ci il tarixli arayışdan görünür ki, İddiaçı 11.12.1989-cu il tarixindən (08.12.1989cu il tarixli, 209 L saylı əmr) 01.10.1993-cü il tarixinə qədər tam ştat vahidində, 01.10.1993cü il tarixindən (01.10.1993-cu il tarixli, 134 L saylı əmr) 01.01.2008-ci il tarixinə qədər əvəzçilik üzrə (28.12.2007-ci il tarixli, 85 ş/m saylı əmr) radioizotoplu tədqiqatlar şöbəsində həkim-radioloq vəzifəsində radioaktiv maddələrlə işləyib. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının §19 əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malikdirlər. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 30.03.2007 il tarixli 73 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Diaqnostika Mərkəzi 01 may 2007 il tarixindən «Respublika Müalicəvi Diaqnostika Mərkəzi» açıq səhmdar cəmiyyətinə çevrilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzi tərəfindən verilmiş 135 №-li, 17.09.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 16.02.07-ci il tarixli, № 02 əmrə əsasən Angioloji və Mikrocərrahiyyə Mərkəzinə (indiki Xüsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilib. 02.03.2009-cu il tarix, № 02 əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusiləşdirilmiş Angioloji Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 25 №-li, 17.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Angioloji və Mikrocərrahiyyə Mərkəzində (indiki Xüsusiləşdirilmiş Angioloji Mərkəz)də 16.02.07-ci il tarixli 02 № saylı və 02.03.2009-cu il tarixli 02 № saylı əmrlərinə əsasən 16.02.07-ci il tarixdən 02.03.2009-cu il tarixədək qəbul diaqnostika şöbəsində əvəzçilik üzrə əlavə 0,5 ştat vahid maaş tarifində həkim rentgenoloq vəzifəsində çalışmışdır. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölmənin 3 bəndinə əsasən radioloji şöbədə çalışan “Həkim-rentgenoloqlar” güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkologiya Mərkəzi tərəfindən verilmiş aydınlaşdırıcı arayışından görünür ki, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı həqiqətən 10.04.2018-ci il tarixdən (11.04.2018-ci il tarixli, əmr № 61-k) bu günə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa diaqnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq olan radioaktiv zəhərliyinin miqdarı olan ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden- 99/Texnesium-99m (Mo99/Tc99m) radioaktiv izotopun zəhərli təsiri zonasında işləyir. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti 23.01.2007-cu il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölməyə əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkologiya Mərkəzi tərəfindən verilmiş 10.12.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 11.04.2018-ci ildə şüa diaqnostika həkimi vəzifəsinə işə qəbul olunmuş və 11/2018- 10/2020 üçün əmək haqqı cəmi 4.770,99 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 22.02.2021-ci il tarixli, 4/113-134 №-li məktuba əlavə edilmiş aydınlaşdırıcı arayışdan görünür ki, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı həqiqətən 10.04.2018-ci il tarixdən 11.04.2018-ci il tarixli əmr № 61-k) bu günə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa diaqnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq olan radioaktiv zəhərliyinin miqdarı olan ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden- 99/Texnesium-99m (Mo99/Tc99m) radioaktiv izotopun zəhərli təsiri zonasında işləyir. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölməyə əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 01.04.2021-ci il tarixli, 4/197-142 №-li məktuba əlavə edilmiş 13.10.2019-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 11.04.2018-ci il tarixdə Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsinə əlavə iş yeri olaraq şüa diaqnostikası üzrə həkim vəzifəsinə qəbul edilibdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əvvəlki əmək haqqı 165,60 manat, hazırki əmək haqqı 233,45 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən verilmiş 26 №-li, 16.09.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 02.04.2008-ci il tarixdən 10.04.2018-ci il tarixinədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X2 şöbədə şüa-diaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya əsasən pensiyaya çıxmaq hüququ yaranır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X13 tərəfindən məhkəməyə ünvanlanmış 119 №-li, 23.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 02.04.2008-ci il tarixdən 10.04.2018-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və islahatlar Mərkəzi” X9 Ambulator şöbədə xarici əvəzçilik üzrə 0.5 ştat vahidilə şüa-diaqnostikası üzrə həkim (həkim- rentgenoloq) vəzifəsində çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X13 tərəfindən məhkəməyə ünvanlanmış 185 №-li, 30.03.2021-ci il tarixli məktuba əlavə olunmuş İddiaçı ilə bağlanmış 163 №-li, 01.04.2008-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 01.04.2008-ci il tarixdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ambulator şöbəsinə 0,5 ştat vahidi ilə əvəzçilik üzrə həkimrentgenoloq vəzifəsinə, 01.01.2009-cu il tarixdən ambilator şöbədə əvəzçilik üzrə 0,5 ştat vahidi ilə şüa-diaqnostika həkimi vəzifəsinə qəbul edillmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış 243/5 №-li, 02.04.2021-ci il tarixli məktuba əlavə edilmiş 29.09.2017-ci il tarixli, 95 №-li əmək müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 29.09.2017-ci ildən 5 il müddətinə, yəni 29.09.2022-ci il tarixədək şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Respublika Diaqnostika Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 07.04.2021-ci il tarixli, 212 nömrəli məktuba əlavə edilmiş əmək müqavilələrinin və əmrdən çıxarışların lazimi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 02.01.1999-cu ildə əvəzçilik üzrə radioizotop şöbəsinə həkim radioloq, 28.11.2003-cü ildə tarixdən müddətli əmək müqaviləsi əsasında rentgendiaqnostika şöbəsinə əvəzçilik üzrə 0,5 ştat vahidi həkim-rentgenoloq, 01.04.2005-ci ildən radioizotopli tədqiqatlar şöbəsinə əvəzçilik üzrə 0,5 ştat vahidi ilə həkim-radioloq vəzifələrinə qəbul edilmiş, 28.12.2007-ci il tarixli, 85 ş/m №-li əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə 01.01.2008-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Filial tərəfindən məhkəməyə ünvanlanmış **********0 №-li, 08.06.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12924,97 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 29052,19 manat olmaqla cəmi pensiya kapitalı 41977,16 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 43200,00 manat məbləğində hesablanmışdır. İş materiallarında olan Filial tərəfindən iddiaçının ərizəsinə cavab olaraq ünvanlandığı 13.10.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) həkim-rentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 30 iyun 1989-cu il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında 24.02.1994- 07.09.1998-ci il tarixləri arasındakı dövr ərzində Respublika Diaqnostika mərkəzində həkimmetodist, 08.09.1998-16.04.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin mərkəzdə asistent işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə və vəzifələr yuxarıda göstərilən sahə və vəzifələrə uyğun deyil. Eyni zamanda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ona dair 16 sentyabr 2019-cu il tarixli 26 nömrəli arayışında qeyd olunmuş 02.04.2008-10.04.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən mərkəzdə şüa-diaqnostikası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində işləməyi faktı əmək kitabçasında öz əksini tapmamışdır. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38330,26 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi və fərdi sığorta hesabında toplanmış pensiya kapitalı müəyyən edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 55 yaşına çatması; b)İddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması d)Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə kollegiyası tərəfindən bu istiqamətdə aparılmış araşdırmalardan müəyyən olunur ki, iddiaçı yaş və ümumi stajla ilə bağlı şərtləri ödəmişdir. Belə ki, iddiaçı xx.xx.1965ci il tarixdə anadan olmuş və onun 55 yaşı 10.05.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı 1982-ci ildən 1988-ci ilədək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir Əmək kitabçasına əsasən iddiaçı 03.09.1988-ci ildən 29.07.1989-cu ilədək M.Qasımov adına Respublika xəstəxanasının qastroentroligiya şöbəsində həkiminter (10 ay 26 gün), 11.12.1989-cü ildən 24.02.1994-cü ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Respublika Diaqnostika Mərkəzində həkimradioloq (4 il 2 ay 13 gün), 24.02.1994cü ildən 07.09.1998-ci ilədək həmin mərkəzdə həkim-medodist (04 il 06 ay 13 gün), 08.09.1998-ci ildən hal-hazıradək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitunda kafedra-asisstenti, dosent, şüa diaqnostikası kafedrasının müdiri vəzifəsində işləyir (10.05.2020-ci il tarixədək 21 il 8 ay 2 gün) . Göründüyü kimi iddiaçının təhsil müddəti nəzərə alınmaqla, onun 55 yaşı tamam olduğu 10.05.2020-ci il tarixədək 37 il 3 ay 24 gün ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar isə qeyd edir ki, işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X9, Respublika Diaqnostika Mərkəzində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində, Xüsusiləşdirilmiş Angioloji Mərkəzində daimi deyil, əvəzçilik üzrə 0,5 ştat vahidi ilə həkim-rentgenoloq vəzifələrində işləməsi, Respublika Diaqnostika Mərkəzində 11 dekabr 1989-cu il tarixindən 01.10.1993-cü il tarixinə qədər tam ştat vahidində həkimradioloq kimi işlədiyi müddətin isə 10 ildən az olması müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 41977,16 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün ümumi və xüsusi stajla yanaşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının 55 yaşının 10.05.2020-ci il tarixdə tamam olduğunu nəzərə alsaq, onun həmin tarixədək xüsusi stajı olmadığından, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Bu səbəblərdən də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3222/2021 saylı 28.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar