Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2521/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi (mütəxəssis) X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması tələbi”nə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-263/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı qanunamüvafiq qaydada və məbləğdə (bütün mükafat/əlavələr nəzərə alınmaqla) pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı təyin edilmiş pensiyanın qanunamüvafiq qaydada və məbləğdə (bütün mükafat, əlavələr nəzərə alınmaqla) yenidən heablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla 2020-ci ilin iyun ayından “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasına çıxmış və ona pensiya məbləği müəyyən edilmişdir. Hazırda onun 66 yaşı var və pensiya alır. Bununla belə, ona təyin edilmiş pensiya məbləği ilə razı olmayaraq hesab edir ki, ona qulluq illəri ərzində əlavə mükafatlar ödənilsə də, lakin bu məbləğlər pensiya təyin edilərkən nəzərə alınmamış və ona gözləniləndən az pensiya təyin edilmişdir. Ona pensiya hesablanarkən nəzərə alınan əmək haqqı 86.010,85 (səksən altı min on manat səksən beş qəpik) olmuşdur. Lakin, bu məbləğə qulluq illəri ərzində ona ödənilmiş mükafatlar, əlavələr daxil edilməmişdir. Bu səbəbdən, xx.xx.2021-ci il tarixdə vətəndaş X1 təyin edilmiş pensiya məbləğinin ona mükafat, əlavə kimi ödənilmiş bütün məbləğlər nəzərə alınmaqla yenidən hesablanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialından xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2021-ci il tarixli, **********0 saylı “Əmək pensiyasının məbləği haqqında” cavab məktubunda qeyd edilir ki, “vətəndaş İddiaçı Mərkəzi Filial tərəfindən 01 iyun 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı - 2130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 639,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi - 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi - 1313,50 manat olmaqla orta aylıq əmək haqqı 4212,50 manat təşkil etmişdir. Bununla əlaqədar, adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212,50 manat) 80 faizi - 3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür”. Qeyd edilənlərlə razı olmayaraq bildirilmişdir ki, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə görə dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə görə dövlət məvacibi - dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır (Maddə 22.1). Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir (Maddə 22.2.). Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. İş materiallarına əlavə edilmiş, Fərdi şəxsi hesabı barədə elektron sistemdən çıxarış Sosial arayışdan görünür ki, İddiaçı pensiyaya çıxdığı xx.xx.2020-ci ilədək son on iki ay ərzində dövlət məvacibinin orta aylıq məbləği təxminən - 9311 (doqquz min on bir) manat olmuşdur. Belə ki, sosial arayışda İddiaçı son on iki ay üzrə gəlirləri aşağıdakı kimi qeyd olunmuşdur: 2019-cu ilin müvafiq ayları üzrə (manatla) iyun – 6591.0; iyul – 6406.4, avqust 5781.6; sentyabr 6818.2; oktyabr 7201.6; noyabr 11385.8; dekabr 27692.2; 2020-ci ilin müvafiq ayları üzrə - yanvar 5689.3; fevral – 5327.2; mart – 14536.27; aprel – 5485.68, may – 8820.4. Məvacibinin bir illik ümumi məbləği – 111.735,65 manat, məvacibin orta aylıq məbləği – 9311.3. Qeyd olunanlara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə görə qulluq stajına (33 il 3 ay 29 gün) uyğun olaraq məvacibin 80 faizi – təxminən 7449 (yeddi min dörd yüz qırx doqquz) manat təşkil edir. Göründüyü kimi, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə uyğun pensiya hesablanaraq təyin edilməmiş və müvafiq orqana bununla bağlı müraciət edilsə də, imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı Filiala xx.xx.2021-ci il tarixdə müraciət edərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli **********0 nömrəli cavab məktubunda "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddələrinə uyğun olaraq hesablanması barədə məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Göründüyü kimi, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı xx.xx.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 639.00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1313,50 manat olmaqla orta aylıq əmək haqqı 4212,50 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212,50 manat) 80 faizi-3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 3707 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tepminə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyası xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4251,93 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-263/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-263/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iş üzrə ekspertiza təyin etsə də, sonradan ekspertiza rəyi olmadan iş üzrə cavabdehin əsassız və yarımçıq izahatlarını dinləyib qərar qəbul etmişdir. Halbuki, cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatının əsas mahiyyətini o təşkil etmişdir ki, güya ölkədə heç bir kəs 6000-7000 manatdan artıq pensiya almır və İddiaçı da bunu tələb etməklə haqlı deyil və tələbi əsassızdır. Cavabdeh tərəfin qeyd edilən izahatı qanuna əsaslanmır və məhkəmənin iş üzrə ekspertiza rəyi olmadan bu cür izahatlara əsaslanaraq qərar qəbul etməsi kobud hüquq pozuntusudur. Qeyd edilən normaların tələblərinə zidd olaraq birinci instansiya məhkəməsi vəzifə səlahiyyətlərindən istifadə edərək iddiaçıya təyin edilmiş pensiyanın ekspertiza tərəfindən yoxlanılaraq rəy verilməsini təmin etməmiş və bununla onun hüquqlarını, həmçinin ədalətli və tam məhkəmə araşdırılması prinsiplərini pozmuşdur. Məhkəmə tərəfindən ekspertiza təyin edilərək sonradan onun rəyini almadan qərar qəbul edilməsi iş üzrə tam araşdırma aparılmadan qərar qəbul edilməsini sübut edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının böyük mütəxəssisi X5 veridiyi izahatında göstərmişdir ki, Dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı xx.xx.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 639.00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1313,50 manat olmaqla orta aylıq əmək haqqı 4212,50 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212,50 manat) 80 faizi-3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 3707 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tepminə uyğun təqdim edilmiş əmək kitabçasına əsasən pensiya təyin edirilir. Vətəndaşın təqdim etdiyi əmək haqqı son 24 ayındır və əmək haqqının son 24 ayına əsasən pensiya təyin edilmişdir. Vətəndaşın təqdim etdiyi son 24 ayın əmək haqqısı 2018-2020-ci illəri əhatə edən dövrdür. 2020-ci ildə olan vətəndaşın maaşına nəzər salınsa, görünər ki, vətəndaş yenidən müraciət etsə pensiyasında 100-150 manat artım müşahidə olunacaq. 2022-ci ildə maaşda artım olmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0*******4 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ona Filial tərəfindən 1 iyun 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 639,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1313,50 manat olmaqla orta aylıq əmək haqqı 4212,50 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212,50 manat) 80 faizi - 3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən 02 sentyabr 2021-ci il tarixli, **********1 nömrəli məktubla iddiaçıya məxsus pensiya işinə dair sənədlərin surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun ümumi iş stajı 48 il, 2 ay, 50 gün, dövlət qulluğu stajı 33 il, 3 ay, 29 gün, xx.xx.1992-ci ilə kimi iş stajı 4 il 10 ay, 29 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə kimi iş stajı 14 il. Son 24 ayın əmək haqqısı – 2018-ci il üzrə - 6 ay, 2019-cu il üzrə - 12 ay, 2020ci il üzrə - 6 ay götürülmüş, vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin baş məsləhətçisi – 2130.00 manat, qulluq stajına görə əlavə 30% - 639.00 manat, hakimiyyət səlahiyyətlərinə görə əlavə – 0 manat, mükafat və müavinət 1480 % - 1313.50, dövlət məvacibi 4212.50 manat, pensiya faizi 80 faiz – 3370.00 manat hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən 2 nömrəli Əlavə - əmək haqqının aylar üzrə məbləği təqdim edilmişdir. Həmin əlavədə də, iddiaçının pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı məbləği 86010,85 manat təşkil etmişdir. İşdə olan “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən İddiaçı xx.xx.2018-xx.xx.2020-ci il tarixləri əhatə edən dövr ərzində əmək haqqı barədə məlumat təqdim edilmiş, cəmi məbləğ 86010, 85 (səksən altı min on manat 85 qəpik) təşkil etmişdir. 2018-ci il iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə cəmi – 10994,11 manat; 2019-cu il yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə - 20508,20 manat; 2020-ci il yanvar, fevral, mart, aprel, may ayları üzrə - cəmi 11205,33 manat. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 dekabr 2022-ci il tarixli, 9/6664 nömrəli məlumat təqdim edilərək bildirilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə vəsatətlə müraciət olunmuş, vəsatətin təmin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli məktubu xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuşdur. Həmin məktub əsasında xx.xx.2022-ci il tarixdə DSMF-nin XŞTMF-nin baş mütəxəssisi X6 Məhkəmə Ekspertizası Mərkəzində ekspertiza tədqiqatında iştirak etmiş və protokol tərtib olunmuşdur. Lakin, protokolun tərtib olunduğu tarixdən bir aydan artıq keçməsinə baxmayaraq, DSMF-nin XŞTMF-nin mütəxəssisi tərəfindən mütəxəssis rəyi təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 04 oktyabr 2022-ci il tarixində keçirilmiş iddiaçının pensiyasının hesablanması zamanı yaranmış sualların cavablandırılması üçün ekspertiza tədqiqatında mütəxəssis kimi iştirak etmiş Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mütəxəssisi Elşən Həsənlinin tədqiqata dair rəyindən görünür ki, İddiaçı Mərkəzi Filial tərəfindən 1 iyun 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 639,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1313,50 manat olmaqla orta aylıq əmək haqqı 4212,50 manat təşkil etmişdir. Bununla əlaqədar adı çəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212,50 manat) 80 faizi- 3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 3707 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 4251,93 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2.2.5-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, habelə onların ailə üzvləri istisna olmaqla) bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq müvafiq dövlət orqanının təqdim etdiyi forması bu Qaydaya 3 nömrəli Əlavə ilə müəyyən edilmiş arayış əmək pensiyasının təyin edilməsi üçün müraciətə əlavə edilməlidir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçıya qanunvericiliyin yuxarıda sadalanan normalarına müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən ümumi iş stajı 48 il, 2 ay, 50 gün, dövlət qulluğu stajı 33 il, 3 ay, 29 gün, xx.xx.1992-ci ilə kimi iş stajı 4 il 10 ay, 29 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə kimi iş stajı 14 il olmaqla, son 24 ayın əmək haqqısı – 2018-ci il üzrə - 6 ay, 2019-cu il üzrə - 12 ay, 2020-ci il üzrə - 6 ay əsas götürülməklə həmin dövrlər üzrə iddiaçının işlədiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin verdiyi əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayış - 3 nömrəli əlavəyə əsasən, vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin baş məsləhətçisi – 2130.00 manat, qulluq stajına görə əlavə 30% - 639.00 manat, hakimiyyət səlahiyyətlərinə görə əlavə – 0 manat, mükafat və müavinət 1480 % - 1313.50 manat olmaqla orta aylıq əmək haqqı 4212.50 manat təşkil etmişdir. Onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 33 il 3 ay 29 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4212.50 manat) 80 faizi – 3370,00 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən etibarən 3707 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tepminə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 4251,93 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edildiyindən qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-263/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2521/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2521/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver