Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2521/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırılması ilə bağlı hərəkətlərin etibarsız hesab edilməsi və pensiyanın bərpa edilərək ödənilməmiş pensiya məbləğinin iddiaçıya ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X7 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırılması ilə bağlı hərəkətlərin etibarsız hesab edilməsi və pensiyanın bərpa edilərək ödənilməmiş pensiya məbləğinin iddiaçıya ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1321/2024 saylı 07 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü) DSMF-nun Səbail rayon şöbəsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan tibb müəssisəsinin 27820Q3AAB6T nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında iddiaçının vəziyyəti yenidən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********9). Bundan sonra Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı 3-17-4/2-B- 11299/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Mərkəzi Filial tərəfindən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanan xx.xx.2023-cü il tarixli xidməti məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - DTSERA) 21 iyul 2023-cü il tarixli 3-17-4/3-1-17702/2023 nömrəli xidməti məruzəsinə verilmiş dərkənara uyğun olaraq Mərkəzi Filialda baxılmış və məruzəyə əlavə edilmiş cədvəldə adları qeyd edilmiş 12 şəxsdən 2-nin Mərkəzi Filialda pensiyaçı kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Onlardan birinə - İddiaçı sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənişi DTSERA-nın 16 noyabr 2022-ci il tarixli **********8 nömrəli xidməti məruzəsinə əsasən verilmiş müvafiq tapşırığa uyğun olaraq xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Fondun Səbail rayon şöbəsi tərəfindən 11 sentyabr 2012-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2- ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda iddiaçıya dair mövcud olan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (10 il 11 ay (xx.xx.1978- xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əlavə olaraq bildirilir ki, əlillik dərəcənin yenidən qiymətləndirilməsi ilə bağlı müvafiq məlumatların dəqiqləşdirilməsi üçün ona əlilliyə görə ödənilən əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən dayandırılıb. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun 2022-ci ilin dekabr ayından pensiyanın dayandırılması ilə bağlı hərəkətlərinin əsassız hesab edilməsi və iddiaçıya pensiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi, eyni zamanda yaranmış fərqin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin “cavabdeh tərəfindən İddiaçı pensiyasının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə qədər dayandırılması ilə bağlı hərəkətlərin əsassız hesab edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə qədər olan müddətdə pensiyanın bərpa edilərək ödənilməsi, xx.xx.2021ci il tarixdən ödənilməmiş qalan pensiya məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən İddiaçı pensiyasının xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü ilə qədər dayandırılması ilə bağlı hərəkətlərin əsassız hesab edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə qədər olan müddətdə pensiyanın bərpa edilərək ödənilməsi, xx.xx.2021-ci il tarixdən ödənilməmiş qalan pensiya məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçının nümayəndəsi daha sonra ərizə təqdim edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində texniki xəta olaraq “xx.xx.2023-cü il” söz birləşməsinin “xx.xx.2023-cü il” kimi oxunulmasını xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin ərizəsi qəbul olunmuşdur. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Saatlı rayonunda doğulmuşdur. İddiaçı uzun müddət dövlət qulluğunda işləmiş və xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlil kimi əmək pensiyası almışdır. Lakin 2022-ci ilin dekabr ayından etibarən iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Şifahi olaraq dəfələrlə cavabdehə və onun çağrı mərkəzinə zəng etsə də, normal cavab ala bilməmişdir. İddiaçı qeyd edir ki, ona təyin edilmiş ikinci dərəcəli əlillik hal-hazırda qüvvədədir. Yuxarıda sadaladığı hallarla bağlı rəsmi olaraq cavabdeh orqana müraciət edərək 2022-ci ilin dekabr ayında pensiyasının dayandırılması ilə bağlı hərəkətlər əsassız hesab etməklə pensiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi, eyni zamanda yaranmış fərqin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-A-100192/2023 saylı məktubla ərizədə qeyd edilənlər halların icrasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin olunmuş pensiya dayandırılarkən “İnzibati icraat haqqında” Qanunun normaları pozulmuşdur. Belə ki, həmin Qanuna əsasən cavabdeh inzibati orqanın pensiyanın dayandırılmasına yönəlmiş hərəkəti zamanı inzibati icraat başlanılmalı, bununla bağlı qərar qəbul edilməli və maraqlı şəxs kimi iddiaçı inzibati icraata cəlb edilməli idi. Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd edilən heç bir qanunvericilik normasına riayət etmədən qanuni əsaslarla təyin edilmiş pensiyanı dayandırmışdır. Bu isə iddiaçının konstitusiya ilə təsbit olunmuş sosial təminat hüququnun birbaşa pozuntusudur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən 11 sentyabr 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2- ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan müddəalarının tələbinə görə, yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda olan iddiaçıya dair mövcud olan sənədlərdə qeyd onun dövlət qulluğu stajı 15 ildən az (10 il 11 ay (xx.xx.1978-xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, cavabdeh orqan İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1321/2024 saylı 07 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyasının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə iddiaçının əmək pensiyasının bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş qalan pensiya məbləğinin İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə yanaşı əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının qərarında qeyd olunmuşdur ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:OYBTZAP) dair tibb müəssisəsinin 27820Q3AAB6T nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********9). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B-11299/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Mərkəzi Filial tərəfindən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanan xx.xx.2023-cü il tarixli xidməti məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - DTSERA) 21 iyul 2023-cü il tarixli 3-17-4/3-1- 17702/2023 nömrəli xidməti məruzəsinə verilmiş dərkənara uyğun olaraq Mərkəzi Filialda baxılmış və məruzəyə əlavə edilmiş cədvəldə adları qeyd edilmiş 12 şəxsdən 2-nin Mərkəzi Filialda pensiyaçı kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Onlardan birinə - İddiaçı sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənişi DTSERA-nın 16 noyabr 2022-ci il tarixli **********8 nömrəli xidməti məruzəsinə əsasən verilmiş müvafiq tapşırığa uyğun olaraq xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Belə ki, DTSERA tərəfindən məhkəməyə ünvanlanan “vətəndaşın əlillik vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB6T nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’yə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Daha sonra, əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Həmin Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-11299/2023 nömrəli xəbərnaməli çağırış məktubu vasitəsilə xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin cari tarixədək müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində xx.xx.2021ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək xx.xx.2023-cü il tarixdə barəsində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə iddiaçının pensiyasının bərpa edilərək ödənilməsi məhkəmə tərəfindən mümkün hesab edilməməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, iddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən 11 sentyabr 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan tibb müəssisəsinin 27820Q3AAB6T nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında iddiaçının vəziyyəti yenidən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təkrar təyin edilmişdir. Bundan sonra Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı 3-17-4/2-B-11299/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Mərkəzi Filial tərəfindən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanan xx.xx.2023-cü il tarixli xidməti məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21 iyul 2023-cü il tarixli 3-17-4/3-1- 17702/2023 nömrəli xidməti məruzəsinə verilmiş dərkənara uyğun olaraq Mərkəzi Filialda baxılmış və İddiaçı sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənişi DTSERA-nın 16 noyabr 2022-ci il tarixli **********8 nömrəli xidməti məruzəsinə əsasən verilmiş müvafiq tapşırığa uyğun olaraq xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya əvvəllər təyin edilmiş müddətsiz əlillik ləğv edilmişdir. Hazırda iddiaçı “cavabdeh tərəfindən onun pensiyasının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə qədər dayandırılması ilə bağlı hərəkətlərin əsassız hesab edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə qədər olan müddətdə pensiyanın bərpa edilərək ödənilməsi, xx.xx.2021-ci il tarixdən ödənilməmiş qalan pensiya məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı cavabdeh qurumun qeyd olunan hərəkətlərindən narazı qalaraq iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. İddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 41-ci maddəsinə əsasən Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. İş materiallarından olan çap tarixi xx.xx.2022-ci il tarixli TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası İİİ f.s diaqnozun mətni ilə ümumi xəstəlik səbəbi ilə İddiaçı müddətsiz ikinci dərəcə əlillik (təkrar) təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Heyətinin nömrəsi qeyd olunmayan xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş 3 nəfər barəsində qüvvədə olan qərarları ləğv edilmiş və “Tam reabilitasiya olunmasına dair” qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 2 nəfər şəxsin “Müalicənin davam etdirilməsinə dair qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş 1 nəfər şəxsin əlillik təyinatı barədə qərarı qüvvədə saxlanımışdır. Mövcud sənədlər üzrə aparılan araşırmaya əsasən 6 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:OYBTZAP) dair tibb müəssisəsinin 27820Q3AAB6T nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********9). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B- 11299/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanan xx.xx.2023-cü il tarixli xidməti məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-DTSERA) 21 iyul 2023-cü il tarixli 3-17-4/3-1- 17702/2023 nömrəli xidməti məruzəsinə verilmiş dərkənara uyğun olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda (bundan sonra - Mərkəzi Filial) baxılmışdır. Sözügedən məruzəyə əlavə edilmiş cədvəldə adları qeyd edilmiş 12 şəxsdən 2-nin Mərkəzi Filialda pensiyaçı kimi qeydiyyatda olduğu müəyyən edilib. Onlardan 1-nə - İddiaçı (FİN: xxxxxxx) sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənişi DTSERA-nın 16 noyabr 2022-ci il tarixli **********8 nömrəli xidməti məruzəsinə əsasən verilmiş müvafiq tapşırığa uyğun olaraq xx.xx.2022-ci il tarixindən, digərinə - X2 (FİN: 3WT28DN) isə İİ dərəcə əlilliyi ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası ödənişi DTSERA-nın 21 iyul 2023-cü il tarixli 3-17-4/3-1-17702/2023 nömrəli xidməti məruzəsinə əsasən verilmiş müvafiq tapşırığa uyğun olaraq xx.xx.2023-ci il tarixindən dayandırılıb. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan “vətəndaşın əlillik vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB6T nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Həmin Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-11299/2023 nömrəli xəbərnaməli çağırış məktubu vasitəsilə xx.xx.2023- cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin cari tarixədək müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində xx.xx.2021ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək xx.xx.2023-cü il tarixində barəsində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan “vətəndaşın əlillik vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB6T nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Sözügedən vətəndaşın xx.xx.2021-ci il tarixli “Əlavə müalicəyə ehtiyacın olması” səbəbli imtina qərarının xx.xx.2022-ci il tarixində etibarsız edilərək əlillik təyinatının bərpası işinə elektron formada baxış keçirilən zaman bu təyinatla bağlı “Əlillik” altsisteminə daxil edilmiş, xx.xx.2022-ci il tarixli, **********9 nömrəli əyani müayinə aktında X12 (FİN: 40KWSG5) barədə məlumatlar aşkar olunmamışdır. Bununla da İddiaçı (FİN: OYBTZAP) əyani müayinədə iştirak etməməsi şübhəsi yarandığından vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-11299/2023 nömrəli xəbərnaməli çağırış məktubu ilə xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin cari tarixədək müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barəsində xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək xx.xx.2023-cü il tarixində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. İddiaçı dair xx.xx.2021-ci il tarixli əlillik təyinatının ləğv edilməsinə dair tibbisosial ekspert komissiyasının qərarının surəti məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan “vətəndaşın əlillik vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB6T nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əliilik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Vətəndaşın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-11299/2023 nömrəli xəbərnaməli çağırış məktubu ilə xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin cari tarixədək müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barəsində xx.xx.2023-cü il tarixindən diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Fondun Səbail rayon şöbəsi tərəfindən 11 sentyabr 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixləri arasındakı dövrlər ərzində ödənilməmiş pensiya məbləği mövcud deyil. Bununla əlaqədar olaraq X1 X9 Sistemindən müvafiq çıxarış məhkəməyə təqdim edilmişdir. Həmçinin işin birinci instansiya məhkəməsində icraatı zamanı Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2021-xx.xx.2024-cü il tarixləri üzrə İddiaçı bank hesabından çıxarış iş materiallarına əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyası dayandırılmaqla qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçı hazırda həmçinin əlilliyin təyin edildiyi xx.xx.2021-ci il tarixindən pensiya ödənişinin əsassız dayandırıldığı xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində cavabdeh orqan tərəfindən ödənilməmiş pensiya məbləğinin də ödənilməsini tələb edir. İş materiallarında olan cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixləri arasındakı dövrlər ərzində iddiaçıya ödənilməmiş pensiya məbləğinin olmadığı bildirilmiş və X1 X9 Sistemindən Çıxarış məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən X1 X9 Sistemindən Çıxarışa əsasən müəyyən olunmuşdu ki, mübahisələndirilən 15 aylıq dövr üzrə pensiya məbləği İddiaçı tam ödənilməmişdir. Belə ki, X1 X9 Sistemindən Çıxarışdan görünür ki, mübahisələndirilən dövr ərzində təxminən 15 aylıq ödənilməli pensiya məbləğindən yalnız xx.xx.2022-ci il tarixində cari dövr - 719.61 manat, keçmiş dövr - 654.19 manat və xx.xx.2022-ci il tarixində cari dövr – 714.98 manat, keçmiş dövr – 527.34 manat, birdəfəlik 584.98 manat İddiaçı ödənilmişdir. Həmçinin Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2021-xx.xx.2024cü il tarixləri üzrə İddiaçı bank hesabından çıxarışdan da məlum olmuşdur ki, İddiaçı pensiya ödənişi yalnız xx.xx.2022-ci il (keçmiş – 654.19 manat, cari – 719.61 manat) və xx.xx.2022-ci tarixləridə (keçmiş – 527.34 manat, cari – 714.98 manat, birdəfəlik – 584,98 manat) həyata keçirilmişdir. Bu da iddiaçıya həmin dövrlər ərzində pensiyanın natamam ödənildiyini göstərir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əlilliyi mövcud olduğu halda onun pensiyasının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək natamam ödənilməsi (həmin dövr üzrə yalnız oktyabr və noyabr aylarında natamam ödənişlər də edildiyi üçün), xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə isə heç ödənilməməsi, yəni pensiyasının dayandırılması ilə bağlı hərəkətlər qanunsuz olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə iddiaçının əmək pensiyasının bərpa edilərək həmin dövr üzrə ödənilməmiş əmək pensiyasının tam, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə ödənilməmiş qalan (natamam ödənildiyi üçün) pensiya məbləğinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdeh inzibati orqan həm apellyasiya şikayətində, həm də nümayəndəsi izahatında iddaçıya münasibətdə xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarının ləğv edilərək xx.xx.2023-cü il tarixdə barəsində “diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edildiyini bildirsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçının əlilliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Heyətinin xx.xx.2023-cü il tarixli Qərarı ilə ləğv edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin iddiaçıya münasibətdə pensiyasının əsassız dayandırıldığı tarixi və pensiya ödənişinin həyata keçirilməli olan dövrlərdən birini - xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr kimi nəzərə almaqla bağlı qənaəti də düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1321/2024 saylı 07 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1321/2024 saylı 07 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2521/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2521/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver