Məhkəmə qərarları › İş №2-1(103)-2523/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2523/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2523/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, cavabdehin nümayəndəsi X8, üçüncü şəxs X7, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X12) “sərəncamın ləğv edilməsi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1539/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin X12 tərəfindən özəlləşdirilməsinin etibarsız hesab edilməsi, X7 adına verilmiş xx.xx.2002-ci il tarixli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamənin, həmin qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2002-ci il tarixli texniki pasportun, həmin sənədlər əsasında verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportun və çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində hazırki inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 15,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi barəsində ünvan 1 ünvanında yerləşən və Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın yarımzirzəmisi kimi daşınmaz dövlət əmlakı haqqında registrdə ***-*******1-013 nömrə ilə aparılmış qeydin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli 175 saylı sərəncamının, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsi ilə X12 arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 1902 nömrəli xx.xx.2002-ci il tarixli İcarə müqaviləsinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamının, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə X12 arasında bağlanmış xx.xx.2002-ci il tarixli 866 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli, 001951 qeydiyyat nömrəli Şəhadətnamənin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli Texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01***-*******-05101-083025 reyestr nömrəli texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışın ona aid (15.1 kvm olan hissədə) olan hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında, doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 69.8 kv.m qeyri-yaşayış sahəsini 2000-ci ildə almışdır. Həmin obyekt hal-hazırda "xxxx"ın filialı kimi fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi yer səthindən hündürdə olduğu üçün obyektə giriş-çıxış üçün Xətai Rayon İcra Hakimiyyəti başçısının razılığı ilə öz hesabına pilləkan tikmişdir. Pilləkanı tikəndən sonra pilləkanaltı sahəni 20.5 kv.m sahəni təmir edib, istifadə üçün yararlı vəziyyətə gətirmişdir. 22 ildən artıqdır ki, həmin sahədən sahibkarlıq fəaliyyəti üçün istifadə edir, bələdiyyəyə əmlak vergisini ödəyir. Qeyd etdiyi tikili M.Hadi küçəsi, 73 nömrəli binanın ilkin layihəsindən kənar tikilmişdir. Xətai Rayon İcra Hakimiyyəti, 97 nömrəli MKİS, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və digər orqanlar “KapitalBank” kimi fəaliyyət göstərən obyektin qarşısındakı pilləkanların altındakı sahənin iddiaçının istifadəsində olmasını təsdiq edirlər. Qonşu obyektin sahibi X12 M.Hadi küçəsi, 73 nömrəli binanın yarımzirzəmisində olan 34.7 kv.m qeyri-yaşayış sahəsini 01 iyul 2002-ci il tarixdə özəlləşdirmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməsini almışdır. Həmin qeyri-yaşayış sahəsi doqquzmərtəbəli binanın yarımzirzəmisində yerləşir və dövlət hesabına tikilmişdir. X12 özünə məxsus qeyri-yaşayış sahəsinə texniki pasport alarkən qanunsuz olaraq onun istifadəsində olan 20.5 kv.m qeyri-yaşayış sahəsinin 11.5 kv.metr hissəsini öz ərazisinə aid etmiş və texniki pasportda qeyd edilmişdir. X12 özünə məxsus sahəyə çıxarış alarkən qanunsuz və əsassız olaraq iddiaçıya məxsus sahənin 11.5 kv.m hissəsini də texniki pasportda öz sahəsi kimi göstərmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi 20 ildən artıqdır ki, iddiaçının istifadəsindədir. Ona görə də qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hazırkı iddia üzrə subyektiv hüququ vardır. İddiaçı yuxarıda qeyd etdiyi tələblə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə dəfələrlə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin yazılı cavabında göstərilir ki, Xidmətin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş, baxış zamanı X12 tərəfindən özəlləşdirilmiş 11.5 kv.m qeyri-yaşayış sahəsinin cizgidə göstərilmiş daxili ölçüləri ilə faktiki ölçülər arasında uyğunsuzluq olduğu, həmçinin həmin sahəyə cizgidə giriş qapısının mövcud olmadığı və giriş qapısının isə pəncərə boşluğu kimi göstərildiyi məlum olmuşdur. Eyni zamanda Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktubları ilə həmin sahənin dövlət tərəfindən layihə əsasında inşa olunan Xətai rayonu, M.Hadi küçəsi, ev 73 ünvanında yerləşən yaşayış binasının tikinti layihəsinə aid olmadığını və dövlət vəsaiti hesabına inşa edilmədiyini bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətininin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın pilləkənaltı sahəsinin özəlləşdirilməsi ilə bağlı bildirilir ki, pilləkanlar və pilləkanaltı sahələr ümumi istifadə təyinatlı olduğu üçün onların özəlləşdirilməsinə yol verilmir. Yaranmış mübahisə inzibati orqan tərəfindən həll olunmadığı üçün məhkəməyə müarciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-1539/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X12) iddia tələbi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsi ilə X12 arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 1902 nömrəli xx.xx.2002-ci il tarixli İcarə müqaviləsinin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə X12 arasında bağlanmış xx.xx.2002-ci il tarixli 866 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01001 1000178-05101-083025 reyestr nömrəli texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışın ona aid (15.1 kv.m olan hissədə) olan hissəsinin ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-1539/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 15,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi barəsində “Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın yarımzirzəmisi” kimi dövlət əmlakının Registrində ***- *******1-013 nömrə ilə aparılmış qeyd ləğv edilmiş, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli 175 saylı sərəncamı ləğv edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamı ***- *******1-013 registr nömrəli ünvan 1 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə ləğv edilmiş, Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli Texniki pasport ***-*******1-013 registr nömrəli ünvan 1 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə ləğv edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli, 001951 qeydiyyat nömrəli Şəhadətnamə ***-*******1-013 registr nömrəli ünvan 1 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hazırda həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli 232 saylı sərəncamına əsasən M.Hadi küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 19,5 kv.m olan Xətai rayon MKTB-nin balansındakı 9 mərtəbəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsi, Departamentin xx.xx.2002-ci il tarixli, 175 saylı sərəncamına əsasən isə Hadi küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 15.1 kv.m olan Xətai rayon MKTB-nin balansındakı 9 mərtəbəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsinin X9 icarəyə verilməsi qərara alınmışdır. Dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2001-ci il tarixli 652 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti) xx.xx.2001-ci il tarixli 232 saylı sərəncama əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 (registr №***-*******1- 002) ünvanında yerləşən ümumi sahəsi 19,5 kv.m təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin (X12) müddətli istifadəsinə vermişdir. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti) xx.xx.2002-ci il tarixli, 175 saylı sərəncama əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 (registr №***-*******1-013) ünvanında yerləşən ümumi sahəsi 15.1 kv.m təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin (X12) müddətli istifadəsinə vermişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2002-ci il tarixli texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 3,6 kv.m dəhliz, 19.6 kv.m boş otaq və 11.5 kv.m anbar olmaqla, ümumilikdə 34.7 kv.m sahədən ibarətdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə» xx.xx.2001- ci il tarixli 23 nömrəli Qərarına uyğun qiymətləndirilmiş MKTB-nin balansında olan M.Hadi küçəsi, ev 73 ünvanında yerləşən 9 mərtəbəli binanın y/zirzəmisində yerləşən xx.xx.2001-ci il tarixli 652 nömrəli və xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqavilələri əsasında X7 icarəsinə verilmiş 34.7 kv.metr qeyri-yaşayış sahəsinin 100% dəyəri ilə icarəçiyə satın alınmaq üçün təklif edilməsi, həmin icarə müqavilələrinin ləğv edilmiş hesab olunması qərara alınmış və Əqdlərin qeydiyyatı və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi şöbəsinə tapşırılmışdır ki, icarəçilər icarəyə götürülmüş qeyri-yaşayış sahəsini və daşınmaz dövlət əmlakını almağa razılıq verdikləri halda, onlarla Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti arasında birbaşa alqı-satqı müqaviləsi bağlanmaqla 30 gün ərzində əmlakın dəyərinin ödənilməsini təmin etsin. xx.xx.2002-ci il tarixli 866 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti xx.xx.2001-ci il tarixli 652 nömrəli və xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqavilələri əsasında X7 icarəsinə verilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 ünvanında yerləşən 34.7 kv.metr qeyri yaşayış sahəsini X1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli 001951 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, X12 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən doqquzmərtəbəli binanın yarımzirzəmisindəki 34.7 kv.m qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Məhkəmə üçüncü şəxsin Konstutisiya ilə qorunan və dövlət təminatı altında olan mülkiyyət hüququnu əlindən almışdır. Onun qanunvericiliyə uyğun olaraq əldə etdiyi mülkiyyətə sahib olmaq, mülkiyyət üzərində sərəncam vermək hüququnu qorumalı olan məhkəmə, əksinə bu hüququnu pozmuşdur. Məhkəmə qərarda iddianın mümkünlük şərtlərinə cavab verməsini əsaslandırsa da və iddia müddətinə əməl edilməsi ilə bağlı İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə istinad etsə də, bunun hansı mötəbər sübuta əsasən baş verməsini əsaslandırmamışdır. Belə ki, inzibati işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsindən və yuxarı instansiya məhkəmələrinin qətnamə və qərarından görünür ki, hazırki iş üzrə üçüncü şəxs X4 Rayon Məhkəməsində cavabdeh X14 qarşı iddia qaldıraraq, cavabdehin ona məxsus olan ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən dəymiş zərərə görə 3.600 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ruhin Abbasov isə məhkəmədə Fərman Abbasova qarşı qarşılıqlı iddia verərək, sözügedən qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda hazırki iş üzrə İddiaçı “Müstəqil tələb irəli sürən üçüncü şəxs” qismində Fərman Abbasova qarşı iddia verərək, qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli çıxarışın ləğv edilməsi, çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə Fərman Abbasovun iddiası qismən təmin edilərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə X13 və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı və cavabdeh X13 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməyərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçı X9 məxsusdur. 01 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən X7 qeyri-yaşayış sahəsinin üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı hazırda mübahisələndirdiyi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli, 001951 qeydiyyat nömrəli Şəhadətnamədən və həmin Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərdən məlumatı olmuşdur. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli Şəhadətnamədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki 69.8 kv.m qeyriyaşayış sahəsi İddiaçı satılmışdır. X9 məxsus qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə (xx.xx.2002), İddiaçı məxsus qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi (xx.xx.2002) arasında 4 gün fərq olmuşdur və onun mübahisələndirdiyi 15.1 kv.m sahənin Fərman Abbasovun qeyri-yaşayış sahəsinə daxil edilməsindən məlumatı olmaya bilməzdi və o, özü həmin sahənin ona məxsus olması ilə bağlı həmin tarixdə Əmlak Komitəsinə müraciət etməmişdir və həmin sahəni mübahisləndirməmişdir. Bundan başqa, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin X7 adına özəlləşdirilməsinə dair sənədləri əldə etdikdən sonra, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin və Abbasov Fərmanın adına verilmiş Şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, müxtəlif dövlət qurumlarına, o cümlədən də 01 iyul 2002-ci il tarixdə bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər etmişdir, Xidmətin səlahiyyətli şəxslərinin qəbulunda olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli yazılı cavab məktubunda Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin X7 adına özəlləşdirilməsi və satılması haqqında Şəhadətnamənin ləğv edilməsi barədə ərizəsinə baxıldığı, sözügedn əmlaka baxış keçirildiyi bildirilmişdir və mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi qeyd edilmişdir. Abbasov X5 Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktdan 30 gün müddətində məhkəmədə iddia qaldırmaq yerinə, bundan iki il sonra, yəni xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X12) “qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, texniki pasportun və şəhadətnamənin ləğv edilməsi barədə” iddia qaldırmışdır. Bu da qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi deməkdir. Belə olduğu təqdirdə onun iddiası mümkün sayıla bilməz. Məhkəmə iş üçün əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Birinci instansiya məhkəməsi Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020ci il tarixli, 624 saylı arayışını və İddiaçı (icarəyə verən) ilə X18 (icarəçi) arasında bağlanmış xx.xx.2008-ci il tarixli sadə əllə yazılmış müqaviləni sübut kimi tanıyaraq, heç bir hüquqi qüvvəsi olmayan həmin sənədlərə əsasən mübahisəli 15.1 kv.metr sahənin iddiaçıya məxsus olduğu və buna görə də onun subyektiv hüququnun olması qənaətinə gəlmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə daxil olmuş etirazda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia tələbi qismən təmin edilmişdir. Adıçəkilən qərardan iş üzrə 3-cü şəxs X12 apellyasiya şikayəti vermişdir. İş üzrə 3-cü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilənlər əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb ediməsinə dair cavabdehin vəsatəti təmin edilməmişdir. Adıçəkilən qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 7492/2022 saylı qərardadı ləğv edilmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddianın mümkünlüyünə artıq hüquqi qiymət vermişdir. Mübahisə predmeti ünvan 11 ünvanında yerləşən 15.1 kv.m sahəsi olan əmlak dövlət əmlakı olmamışdır. Qeyd edilən hal Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrəüfat Birliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə də öz təsdiqini tapır. Belə ki, adıçəkilən məktubda ünvan 11 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki dərzi sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin dövlət vəsaiti hesabına tikilmədiyi üçün Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balanasında olmadığı qeyd edilmişdir. Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda pilləkanlar və pilləkanaltı sahələr ümumi istifadə təyinatlı olduğu üçün onun özəlləşdirilməsinə yol verilmədiyi qeyd edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi inzibati işə baxan zaman haqlı olaraq ünvan 12 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki dərzi sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin dövlət əmlakı kimi qeydə alınmasını və özəlləşdirilməsini haqlı olaraq qanunsuz hesab etmişdir. Bundan başqa, işə baxan məhkəmə haqlı olaraq qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi faktiki olaraq 20 ildən artıq iddiaçının istifadəsində olmuş və iddiaçı həmin qeyri-yaşayış sahəsini sahib kimi digər şəxsə icarəyə vermişdir. Göründüyü kimi, üçüncü şəxs Fərman Abbasovun subyektiv hüquqla bağlı qeyd etdiyi halların da heç bir əsası yoxdur. Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xətai Rayon MKTB-nin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın yarımzirzəmisində yerləşən sahəsi 19,6 kv.m qeyri-yaşayış sahəsi ***- *******1-002 nömrə ilə, sahəsi 15.1 kv.m olan qeyri-yaşayış sahəsi ***-*******1-013 nömrə ilə registrdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli 232 saylı sərəncamına əsasən M.Hadi küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 19,5 kv.m olan Xətai rayon MKTB-nin balansındakı 9 mərtəbəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsi, Departamentin xx.xx.2002-ci il tarixli, 175 saylı sərəncamına əsasən isə Hadi küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 15.1 kv.m olan Xətai rayon MKTB-nin balansındakı 9 mərtəbəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsinin X9 icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2001-ci il tarixli 652 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti xx.xx.2001-ci il tarixli 232 saylı sərəncama əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 (registr № ***-*******1-002) ünvanında yerləşən ümumi sahəsi 19,5 kv.m təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçi X7 müddətli istifadəsinə vermişdir. İş materiallarında olan Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti xx.xx.2002-ci il tarixli, 175 saylı sərəncama əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 (registr № ***-*******1-013) ünvanında yerləşən ümumi sahəsi 15.1 kv.m təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçi X7 müddətli istifadəsinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş ünvan 8 ünvanında yerləşən qeyriyaşayış sahəsinin xx.xx.2002-ci il tarixli texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 3,6 kv.metr dəhliz, 19.6 kv.metr boş otaq və 11.5 kv.metr anbar olmaqla, ümumilikdə 34.7 kv.metr sahədən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə» xx.xx.2001- ci il tarixli 23 nömrəli Qərarına uyğun qiymətləndirilmiş MKTB-nin balansında olan M.Hadi küçəsi, ev 73 ünvanında yerləşən 9 mərtəbəli binanın y/zirzəmisində yerləşən xx.xx.2001-ci il tarixli 652 nömrəli və xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqavilələri əsasında X7 icarəsinə verilmiş 34.7 kv.m qeyri-yaşayış sahəsinin 100% dəyəri ilə icarəçiyə satın alınmaq üçün təklif edilməsi, həmin icarə müqavilələrinin ləğv edilmiş hesab olunması qərara alınmış və Əqdlərin qeydiyyatı və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi şöbəsinə icarəçilər icarəyə götürülmüş qeyriyaşayış sahəsini və daşınmaz dövlət əmlakını almağa razılıq verdikləri halda onlarla Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti arasında birbaşa alqı-satqı müqaviləsi bağlanmaqla 30 gün ərzində əmlakın dəyərinin ödənilməsini təmin etsin. İş materiallarında olan xx.xx.2002-ci il tarixli 866 saylı icarəyə verilmiş əmlakın alqısatqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti xx.xx.2001-ci il tarixli 652 nömrəli və xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqavilələri əsasında X7 icarəsinə verilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 ünvanında yerləşən 34.7 kv.metr qeyri yaşayış sahəsini X1. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli 001951 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, X12 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən doqquzmərtəbəli binanın yarınızirzəmisindəki 34.7 kv.m qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 15 ünvanında yerləşən 97.9 kv.m qeyriyaşayış sahəsinə xüsusi mülkiyyət hüququ X7 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi:**********, reyestr nömrəsi:**********78-05101-083025). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin:

1. Bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.

4. Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti) dövlət əmlakının mərkəzi registri, onun yerli bölmələrində — dövlət əmlakının yerli registrləri aparılır.

7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır.

8. Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Dövlət Xidməti tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir.

9. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (bundan sonra — qeydiyyat obyektləri) mövcud olmasının, yaranmasının, ona əşya hüquqlarının keçməsinin, öhdəliklərlə yüklənməsinin, onlara xitam verilməsinin, həmin əmlakla bağlı əqdlər də daxil olmaqla qeydə alınması üçün aşağıda göstərilən sənədlər əsas hesab olunur: bu Əsasnamənin 7-ci bəndində göstərilən subyektlər tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri aktlar; daşınmaz dövlət əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər; daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr); qanuni qüvvəyə minmiş məhkəmə qərarları; daşınmaz dövlət əmlakı üzərində hüquqların keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın:

1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın (bundan sonra - İİ Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyri-yaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir.

2. Qeyri-yaşayış sahələrinə aşağıdakılar aiddir: ayrıca tikilmiş qeyri-yaşayış binaları; yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri; mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri.

4. Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 4.1. özəlləşdirilən dövlət müəssisələri (obyektləri) tərəfindən icarəyə götürülmüş və onlar tərəfindən istehsal, ticarət, ictimai-iaşə, məişət xidməti və digər məqsədlər üçün istifadə edilən qeyri-yaşayış sahələri qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həmin müəssisələr (obyektlər) ilə birlikdə özəlləşdirilir. 4.2. qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra - icarəçi) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Dövlət Xidməti) təqdim edilir. 4.2.1. İcarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Dövlət Xidməti arasında alqı-satqı müqaviləsi bağlanılır. 4.2.2. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Dövlət Xidməti tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na müvafiq olaraq özəlləşdirilir. İşin faktiki hallarından görünür ki, iddiaçı Abbasov X6 Hadi küçəsi 73 ünvanında 9 mərtəbəli binanın yarımzirzəmisində yerləşən üçüncü şəxs F.Abbasova məxsus 97.9 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin 15.1 kv.m hissəsinin dövlət əmlakı olmadığını, onun tərəfindən inşa edildiyini iddia edərək, həmin hissədə əmlakın özəlləşdirilməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən dövlət əmlakının registrində yalnız daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. Həmçinin qanunverici yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsini nəzərdə tutur. Hazırkı işin materiallarından isə görünür ki, cavabdeh tərəfindən ***-*******1-013 nömrə ilə dövlət əmlakının Registrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən, 15.1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi dövlət əmlakı olmamışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2021-ci il tarixli A-36 nömrəli məktubunda göstərilmişdir ki, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki (pilləkənlərin altında) dərzi sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi dövlət vəsaiti hesabına tikilmədiyi üçün Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında deyildir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2022-ci il tarixli A-23 nömrəli məktubundan görünür ki, Məhəmməd Hadi küçəsi 73 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində "xxxx" filialının yerləşdiyi qeyri-yaşayış sahəsinin qarşısında olan pilləkanların altında fəaliyyət göstərən dərzi sexinə vizual baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Məhəmməd Hadi küçəsi 73 saylı yaşayış binasının 1-ci girişinin arxasında istifadəsində olan qeyri-yaşayış sahəsinə həmin binanın çöl tərəfindən bitişik pilləkən meydançası və marşları, o cümlədən pilləkanın altında olan 20,5 kv.m sahə dövlət tərəfindən layihə əsasında inşa olunan Məhəmməd Hadi 73 saylı ünvanda olan yaşayış binasının tikinti sahəsinə aid deyildir və dövlət vəsaiti hesabına tikilməmişdir. Həmin məktubda həmçinin qeyd edilir ki, Məhəmməd Hadi 73 saylı binaya aid olmayan pilləkanlar və onun altında olan 20,5 kv.m qeyri-yaşayış sahəsi 2000-ci ildə özbaşına tikilmiş və hal-hazırda həmin qeyri-yaşayış sahəsində dərzi fəaliyyət göstərir. Beləliklə, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan dövlət əmlakı kimi dövlət əmlakının Registrinə daxil etsə də, balanssaxlayıcı olan Birlik həmin əmlakın onun balansında olmadığını bildirmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********02 nömrəli məktubundan görünür ki, Xidmətin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş, baxış zamanı X12 tərəfindən özəlləşdirilmiş 11.5 kv.m qeyri-yaşayış sahəsinin cizgidə göstərilmiş daxili ölçüləri ilə faktiki ölçülər arasında uyğunsuzluğun olduğu, həmçinin həmin sahəyə cizgidə göstərilmiş giriş qapısının mövcud olmadığı və giriş qapısının isə pəncərə boşluğu kimi göstərildiyi məlum olmuşdur. Həmin məktubda həmçinin qeyd olunur ki, Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi xx.xx.2021-ci il tarixli, A-36 və xx.xx.2022-ci il tarixli, A-23 nömrəli məktubları ilə həmin sahənin dövlət tərəfindən layihə əsasında inşa olunan Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 ünvanında yerləşən yaşayış binasının tikinti layihəsinə aid olmadığını və dövlət vəsaiti hesabına inşa edilmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-A-0008/15-8/2023 nömrəli məktubundan görünür ki, pilləkanlar və pilləkənaltı sahələr ümumi istifadə təyinatlı olduğu üçün onların özəlləşdirilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçının barəsində registrdə dövlət əmlakı kimi aparılmış qeydin və özəlləşdirilməsinin ləğv edilməsini xahiş etdiyi qeyri-yaşayış sahəsi pilləkanaltı sahədir, yaşayış binasından kənarda yerləşir, dövlət əmlakı olmamışdır, yaşayış binasının tikinti sahəsinə aid deyildir və dövlət vəsaiti hesabına tikilməmişdir, dövlət vəsaiti hesabına tikilmədiyi üçün Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd olunan məktubundan da göründüyü kimi, pilləkanlar və pilləkənaltı sahələr ümumi istifadə təyinatlı olduğu üçün onların özəlləşdirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 15 ünvanında yerləşən pilləkanaltı sahə olan 15.1 kv.metrdən ibarət özbaşına inşa edilmiş qeyri-yaşayış sahəsinin dövlət əmlakı kimi qeydə alınması və özəlləşdirilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüquqa malik olmaması və qanunla müəyyən edilmiş iddia müddətini ötürməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 624 saylı arayışından görünür ki, Xətai rayonu, M.Hadi küçəsi 73 saylı ünvanda yerləşən "xxxx" ASC-nin 30 kv.m-lik pilləkan altı qəfəslik sahəsi İddiaçı məxsusdur. 2000-ci ildən hal-hazıradək həmin yer dərzi sexi kimi fəaliyyət göstərir. X2 (icarəyə verən) ilə X18 (icarəçi) arasında bağlanmış xx.xx.2008ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən 20 kv.m qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X12 məhkəmədə cavabdeh X14 qarşı iddia qaldıraraq, cavabdehin ona məxsus olan ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən dəymiş zərərə görə 3.600 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ruhin Abbasov isə məhkəmədə Fərman Abbasova qarşı qarşılıqlı iddia verərək, sözügedən qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs İddiaçı isə məhkəmədə Fərman Abbasova qarşı iddia verərək, qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-cu il tarixli qətnaməsi ilə Fərman Abbasovun iddiası qismən təmin edilərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Eyni zamanda Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə X3rşı “qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” iddiasına, habelə Tərahim X11rşı “qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” iddiasına dair hissələrdə işin icraatına işə ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilmişdir. Həmin Qətnamədən üçüncü şəxs İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Fərman Abbasov apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Üçüncü şəxs İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ruhin Abbasov kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı və cavabdeh X13 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməyərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)-8657/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan sənədlərdən məlum olur ki, mübahisəli qeyri-yaşayış sahəsi faktiki olaraq 20 ildən artıq iddiaçının istifadəsində olmuş, hətta həmin qeyri-yaşayış sahəsinin sahibi kimi digər şəxsə icarəyə vermişdir. Buna görə də iddiaçının sahibliyində olmuş əmlakın başqasının adına özəlləşdirilməsi ilə bağlı hazırkı məzmunda iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsə münasibətdə inzibati akt ona məlumat verildiyi (yaxud məlum olduğu) andan qüvvəyə minir, yəni əgər inzibati akt şəxsə təqdim edilməyibsə, şəxs həmin aktdan xəbərsizdirsə, onun qəbul edilmə vaxtından asılı olmayaraq şəxs üçün hüquqi qüvvəsi yoxdur. İş materiallarından mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı inzibati aktın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Eyni zamanda həmin sahənin 20 ildən artıq iddiaçının istifadəsində olması və başqa şəxsə icarəyə verərək gəlir əldə etməsi iddiaçının həmin sahənin üçüncü şəxsin adına özəlləşdirilməsindən xəbərsiz olmasını ağlabatan edir. İddiaçı mübahisəli sahənin onun tərəfindən inşa edildiyini, həmişə istifadəsində olduğunu bildirir, yalnız üçüncü şəxs mülki mühakimə icraatı qaydasında iddia qaldırdıqda həmin sahənin özəlləşdirilməsindən məlumatlı olduğunu qeyd edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün prosessual müddəti ötürməmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1539/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar