Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2524/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Cavabdehna qarşı “öhdəliklərini yerinə yetirməməsi və məhkəmə qərarının icra edilməməsindən şikayəti üzrə” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6304/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işçilərini barədə məhkəmə qərarının irası illə bağlı öhdəliklərinin yerinə yetirmədiyinə görə tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehin əməkdaşları onun şikayəti üzrə müvafiq araşdırma aparılmır, məhkəmənin qərarının icra edilməsi ilə bağlı istiqamətində müvafiq prosessual hərəkətlər etmir, üzərlərinə düşən öhdəliyini yerinə yetirmir, onun hüquqlarını pozurlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6304/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və cavabdehə qarşı işə baxılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə və ona əlavə edilmiş əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh istintaq orqanının əməkədaşları tərəfindən onun şikayətinin araşıdırılmaması və məhkəmə qərarının icra edilməməsinə görə müvafiq tədbir görülməmə ilə bağlı hərəkətsiyliyi mübahisələndirilir. Lakin cinayət təqibini həyata keçirən cavabdeh istintaq orqanın və onun vəzifəli şəxsinin cinayət prosesual fəaliyyət dairəsinə aid olduğuna görə, onun qeyd olunan iddia tələbinə inzibati məhkəmə icraatında baxılması mümkünlüyü istisna edilir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinin mənasından isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının hazırkı iddia tələbinin başqa aidiyyət qaydası müəyyən edildiyindən, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən İPMin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir . Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6304/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6304/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2524/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2524/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver