Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2525/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (oğlu) X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5878/2021saylı, 14.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 14.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddianın əsaslarına görə iddiaçı 01.01.1991-24.04.1999-cu illərdə Beyləqan rayon X4 Bazasında anbardar işləmişdir. Bu fakt əmək kitabçasının qeydləri ilə təsdiq olunur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etsə də sonuncu tərəfindən i16.02.2021-ci il tarixli cavab məktubu ilə imtina olunmuşdur. İmtinanın əsaslarına görə Mərkəzi Filial tərəfindən iddiaçının 01.01.1991-24.04.1999cu illərdə Beyləqan rayon X4 Bazasında anbardar işlədiyi iş stajı və adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilmədiyinin dəqiqləşdirilməsi üçün verilmiş sorğuya cavab olaraq həmin müəssisənin hazırda fəaliyyətinin olmadığı, 1999-cu il tarixdə ləğv edildiyi sənədlərin dövlət arxivinə təhvil verilmədiyi bildirilmişdir. Eyni zamanda əmək kitabçasının üçüncü səhifəsinin oxunmasının mümkün olmaması onun həqiqiliyinə şübhə salır. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minmum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, 36.000,00 manat tələb olunduğu halda 15.865,59 manat təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15.865,59 manat olduğu haldpa, əmək pensiyasının minmum məbləğindən aşağı olmayan pensiya təminatı üçün 36.000,00 manat tələb olunur bu da “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi baxımından onun pensiya təminatına imkan vermir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında eyni əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdtir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4759/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (17.08.2020-ci il) əvvəlki üç il üçün, yəni 17.08.2017-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılmaqla qeyd olunmuşdur ki, «…iddiaçının əmək kitabçası 01 may 1999-cu il tarixində doldurulmuşdur. 10.09.1978-24.04.1999-da, xüsusilə də 1991-1999-cu illərdə Beyləqan (Jdanov) rayon X4ı bazasının fəaliyyət göstərib-göstərmədiyini müəyyənləşdirmək mümkün deyildir. Həmin müəssisəyə aid sənədlər arxivə təhvil verilməyib. İddiaçının güzəştli iş stajını təsdiq edən sənəd işə əlavə olunmayıb…» Məhkəmə kollegiyasının 21.10.2021 və 25.11.2021-ci il tarixlərində keçirilən iclaslarında iştirak edən cavabdehin nümayəndəsi vəkil D.Novruzov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi C.İbrahimov onunla razılaşmamış, iddiaçının iddiaçının 1999-cu ilə kimi çalışdığı kənd kimya bazasının hal-hazıra kimi gəlib çatan qalıq tikilarının əks olunduğu fotoşəkilləri və onun 2000-ci ildən sonrakı əmək fəaliyyətinə dair sənədləri məhkəməyə təqdim edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədən qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir(Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, döktoanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarına əsasən 01.01.2006-cı il tarixinə aşağıdakı iş stajının mövcudluğu müəyyən olunur: - 03 iyul 1978-ci il tarixdə X3 Texnikumu tərəfindən verilmiş 1961 qeydiyyat nömrəsi ilə qeydə alınmış AT seriyalı 005134 №li diplomun notarial qaydada təsdiq olunmuş surətinə əsasən 1975--1978-ci illərdə həmin Texnikumun aqronomluq ixtisası üzrə tam kursunu bitirmiş (3 il); - 01.05.1999-cu il tarixdə doldurulmasına gəldikdə isə iddiaçının qeyd olunan tarixdə li İT-İ seryalı ******* №li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən 10.09.1978 - 24.04.1999-cu illərdə Beyləqan (Jdanov) rayon Kənd Kimya təchizatı bazasında anbardar vəzifəsində çalışmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının Beyləqan (Jdanov) rayon Kənd Kimya təchizatı bazasında anbardar kimi çalışdığı dövrün 1978- 1991-ci illəri əhatə edən 13 il 3 ay 21 günü (1991.12.31 –1978.09.10.) vəzifəsində çalışdığı müddəti onun əmək stajı kimi qəbul edir. Lakin onun 1991-ci ildən sonra, 24.04.1999-cu ilə qədər olan qədər çalışdığı dövrün ( 7 il 3 ay 23 gün), həmin müəssisəyə aid hər hansı sənəd dövlət arxivinə təhvil verilmədiyi və həmin dövrdə fəaliyyət göstərib-göstərmədyinin müəyyənləşdirmək mümkün olmadığı əsas gətirilməklə ümumi iş stajına daxil edilməsi mümkünsüz sayır. Bu zaman həm də mübahisələndirir ki, əmək kitabçasının 01.05.1919-cu il tarixində doldurulmuş və ona vurulmuş möhür oxunmur. Apellyasiya mərhələsində mərhələdə buna aydınlıq gtirilməsi üçün Beyləqanda yerləşən 8 saylı Ərazi Vergilər İdarəsinə və Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinə müvafiq sorğular göndərilmiş, birinci halda müvafiq məlumat əldə olunmasa da, 2-ci halda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sorğuya verilmiş 26 noyabr 2021-ci il tarixli cavabda bildirilmişdir ki: - «…1985-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında Kənd təsərrüfatı aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi fəaliyyət göstərmiş, Nazirlər Sovetinin 1985ci il 3 dekabr 392 №-li qərarı ilə, o cümlədən, həmin birlik də ləğv edilərək Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsi yaradılmışdır. Həmin Komitənin 1986-cı il 21 aprel 205 №-li əmrinin 2 №-li əlavəsinə əsasən Beyləqan əKənd Kimya Birliyi «Azərkəndkimya» Respublika İstehsalat-Elm Birliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 1997-ci il 17 mart 04 №-li sərəncamı ilə nazirliyin tərkibində «Azərkəndkimya» Respublika İstehsalat Elm Birliyi ləğv edilmişdir…» Qeyd olunanlar, habelə, iddiaçının əmək kitabçasının 1-ci səhfəsinə vurulmuş möhürün oxunan fraqmentləri (məs.. «kənd kimya..», 2..istehsalat–elm və s.) eləcə də, iddiaçının nümayəndəsinin izahatına və onun məhkəməyə mübahisəli Beyləqan kənd kimya bazasının bu günə olan qalıq görüntüləri - bütün bunlar onu deməyə əsas verir ki, iddiaçının çalışdığı həmin bazanın 1991-1999-cu illərdə həmin müəssisənin fəaliyyəti mövcud olmuşdur. Əmək kitabçasının 01.05.1999-cu il tarixdə doldurulmasına gəldikdə, birincisi, iddiaçı həmin kənd kimya bazasında tutduğu anbardar vəzifəsindən 24.04 1999-cu il tarixində azad olunduqdan bilavasitə sonra əmək kitabçasının doldurularaq ona təqdim olunması heç də onun iradəsindən asılı olan məsələ deyil, bu çalışdığı həmin müəssisənin qüsuru kimi yalnız qiymətləndirilə bilər. Digər tərəfdən, ümümiyyətlə, onun 1978-ci ildən etibarən, SSRİ məkanında əmək fəaliyyətinə başlamış olduğu və həmin İttifaq dağılanadək, yəni 1991-ci ilin sonundak çaldışdığı bir müəssisədə də 1999-cu ilədək fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmişdir. Hər bir halda, bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməməsi və konkret halda məhkəmə araşdırması zamanı da əmək kitabçasınının həmin qeydlərində təsbit olunan məlumatların həqiqəti əks etdirmədiyini təsdiq edə bilən tutarlı sübuitetmə vapsitələri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-2-ci bəndlərinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İddiaçının əmək kitabçasınının qeydlərindən də məhz görünür ki, qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələn rekvizitlərə uyğun şəkildə doldurulmuş, qaralamalar və yazıların tamlığını pozan digər əlamətlər mövcud deyil. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 8-ci hissəsindən görünür ki, 1 yanvar 2002-ci il tarixinədək əmək fəaliyyəti göstərən şəxslərə münasibətdə məcburi dövlət sosial sığorta haqları nəzərə alınmır. Eyni zamanda, «Əmək pensiyaları haqqında» Qanunun 23.2-ci maddəsindən görünür ki, SSRİ məkanında qazanılmış əmək stajı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Beyləqan (Jdanov) rayon Kənd Kimya təchizatı bazasında anbardar vəzifəsində çalışdığı dövrün ən azından, SSRİ məkanına təsadüf edən 1978-1991-ci illəri üzrə 13 il 3 ay 21 gündən ibarət olan müddət onun əmək stajı kimi qəbul edilməlidir. Həm də onun anbardar kimi çalışdığı həmin vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısında “Kənd təsərrüfatında aqrokimya xidməti. Heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsi adlanan 30-cu bölməsinin 2350200a- 12759» koduna, həmin qərar qüvvədən düşdükdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın eyni adlı 31-ci bölməsinin 31.2-ci (pestisidlərin saxlanılması) )yarımbölməsinin 5-ci sətrində güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının çalışdığı həmin müəssisənin 20 ildən bundan əvvəl ləğv edilməsi üzündən güzəştli arayışın alınması mümkünsüz olduğunı, lakin hər bir halda, iddiaçının əmək kitabçasının qeydlərində çalışdığı sahənin və tutduğu vəzifənin qeyd olunan Siyahıda göstərilən güzəştli pensiya hüququ verən sahənin və vəzifənin adları ilə üst-üstə düşdüyünü nəzərə alan məhkəmə kollegyası hesab edir ki, onun 1978-1991-ci illərdə Beyləqan (Jdanov) rayon Kənd Kimya təchizatı bazasında anbardar vəzifəsində çalışdığı müddət (13 il 3 ay 21 gün) ona güzəştli pensiya hüquq verən iş stajı kimi qiymətləndirilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli iş stajını təsdiq edən sənədin işə əlavə olunmadığını mübahisələndirən dəliləri ilə razılaşmır. İddiaçının əmək kitabsasının qeydlərindən həmçinin görünür ki, 10.01.2000-ci il tarixindən Beyləqan rayonu İkinci Şahsevən kənd Bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmişdir. Hazırkı apellyasiya mərhələsində onqun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə, habelə, məhkəmə sorğuları əsasında AR ƏN İmişli Regional ədliyyə idarəsinin (2008-ci ildə təşkil olunmuşdur) 26.11.2021-ci il tarixli sorğuya cavab məktubu ilə əldə olunmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı, Beyləqan rayon İkinci Şahsevən kənd bələdiyyə üzvlərinin 29 yanvar 2000-ci il, 12 yanvar 2005-ci il 01 aprel 2010-cu il tarixli 01.04.2015-ci il tarixli və 12.02.2020-ci il tarixli iclaslarında həmin bəldiyyənin sədri seçilmiş və həmin dövrlərdə qeyd olunan həmin vəzifədə çalışmışdır. Belə olan halda, Beyləqan RPŞ tərəfindən 12.09.2008-ci il tarixdə verilmiş 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən müəyyən olunan xx.xx.1958-ci il təvəllüdü nəzərə alınmaqla, onun 57 yaşının tamam olduğu 16.01.2015-ci il tarixinə 25 ildən də çox ümumi iş stajı mövjud olur. O cümlədən: -1975-1978-ci illərdə texnikumda təhsil müddəti – 3 il; -Beyləqan (Jdanov) rayon Kənd Kimya təchizatı bazasında ssri məkanı dövründə (1978-1991) anbardar- vəzifəsində çalışdığı müddət - 13 il 3 ay 21 günü; - 57 yaşının tamam olduğu 16.01.2015-ci il tarixinədək Beyləqan rayon İkinci Şahsevən bələdiyyəsində sədr kimi çalışdığı müddət – 15 il Beləliklə də 57 yaşının tamam olduğu 16.01.2015-ci il tarixinədək iddiaçının 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajı toplanır. Belə olan halda, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qeyd olunan normada pensiya kapitalının mövcudluğu da tələb olunmur ki, belə olan halda cavabdehin bu sarıdan olan dəlillərinin də əsassız olduğu aydın görünür. Beləliklə də Qanunun qeyd olunan tələbləri baxımından, ən azından,cavabdeh tərəfindən mübahisələndirilən 1991—1999-cu illər üzrə əmək stajı nəzərə alınmadan da iddiaçının 57 yaşının tamam olduğu 16.01.2015-ci il tarixinə güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə işin qeyd olunan halları və qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçıya cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla pensiya təyin edilməsi həvalə edilmişdir. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5878/2021saylı, 14.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5878/2021saylı, 14.07.2021-ci il il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2525/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2525/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver