Məhkəmə qərarları › İş №2-1(103)-2525/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2525/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2525/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizadənin katibliyi ilə, İddiaçı iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2562/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ona əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar verilən bülletenlərin hesablanaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və ona əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə ödənilməli olan müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cÜ il tarixli, 2-1(112)-2562/2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, istehsalatda baş vermiş qəza nəticəsində sağlamlığını itirmişdir. Sol diz oynağının deformasiyaedici ortrozu, kəskin ağrı sindromu, sol budun 1/3-nin və sol diz oynağının ön səthinin köhnə çapıqları, sol aşağı ətraf funksiyasının hissəvi pozulması diaqnozu, ağ ciyərində ləkələr, böyrəkdə kəskin ağrılardan əziyyət çəkir.O, sol diz nahiyyəsindən cərrahi əməliyyat olunmuşdur, ayağına protez qoyulub və əməliyyatdan sonra bu günədək həkim nəzarəti ilə yaşayır.O, xəstəlikiəri ilə bağlı əmək qabiliyyətini müvəqqəti itirməyinə görə tibb müəssisəsinin ona verdiyi bülletenləri təqdim etməyinə baxmayaraq, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən ona bülletenlərin pulu ödənilməmişdir. İmtina məktubunda Soyadını unutduğu ƏƏSMN-nin Xəqani adlı əməkdaşı (tel.070 510-10-52) tərəfindən ona bildirilmişdir ki, guya onun aldığı xəsarətlər istehsalatda baş verməmişdir. Halbuki onun iş yerində xəsarətlər almağını təsdiq edən sübutları və şahidləri vardır. Çox əsəbi olduğundan həmin imtina məktubunu cırıb atmışdır. Həmin cavabdan şikayət vermək üçün Bakı İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin məhkəmə onun qanuni tələblərini yerinə yetirməyərək iddianı təmin etməyərək, hətta iddianı mümkünsüz hesab etmişdir. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2562/2023 tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birici instansiya məhkəməsinin iddianın mümükünsüz sayılması barədə mövqeyi ondan ibarət olmuşdu ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “ona əmək müqavilələrinin müvəqqəti itirilməsi vərəqələrinə əsasən müavinətin ödənilməsi ilə bağlı” deyil, iş vaxtı xəsarət alması ilə bağlı pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etmiş və onun müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən cavablandırılmışdır. Cavab məktubunda aldığı xəsarətin istehsalat travması olması barədə iş yerindən poliklinikaya aktın daxil olmadığı bildirilmişdir. Hazırda iş üzrə cavabdehlik daşıyan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına is müraciəti isə ümumiyyətlə daxil olmamış və hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilməmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, neçə ki, iddiaçı iddia edir ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etmiş və onun müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən cavablandırılmışdır və həmin imtina cavabını mübahisələndirir, odur ki, ona hüquqi yardım göstərilməli və iddiaçının bunun üçün prosessul imkanı təmin edilməlidir. İş materiallarında məhkəmə iclas protokolundan göstərilən halların müzakirə olunduğu müəyyən edilmir. Bu baxımdan təkrar apellyasiya baxışında iddiaçının tələbi dəqiqləşməli-iddiaçının istəyinə uyğun olaraq və bununla əlaqədar olaraq İPM-in 13-cü maddəsinin tələblərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2562/2023-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar