Məhkəmə qərarları › İş №2-1(103)-2528/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2528/2022

20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2528/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatların təkzib olunması, Ə- 746 №-li, 09 sentyabr 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin növündə intizam tənbehinin ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “onun işgüzar nüfuzunu ləkələyən Daxili Tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək üçün cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, 09 sentyabr 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65ci bəndlərin növündə intizam tənbehinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7170/2022 saylı 04 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işgüzar nüfuzunu ləkələyən Daxili Tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək üçün cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, 09 sentyabr 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin növündə intizam tənbehinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7170/2022 saylı 04 may 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, qanunsuz olaraq idarənin operatoru vəzifəsinə təyin edilməsi ilə bağlı dəfərlərlə iradını bildirmişdir. xx.xx.2014-cü ildə Kriminalistik Tədqiqatlar İdarəsində baş verən qanun pozuntuları ilə bağlı raport yazmış və Daxili Tədqiqatlar İdarəsinin əməkdaşlarına izahat vermişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçı iddia ərizəni və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə iddiaçının cavabdehə qarşı tələbi “onun işgüzar nüfuzunu ləkələyən Daxili Tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək üçün cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, 09 sentyabr 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin növündə intizam tənbehinin ləğv olunması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının mümkün sayılmaması qənaətinə gəlmiş, həmçinin məhkəmə tərəfindən iddiaçıya hazırki iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququnun olduğu da izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 0xx/xx-5636-1221 saylı xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10 avqust 2001-ci il tarixli 1298ş/h №li əmrində göstərilmişdir ki, polis sıravisi X2 “20” iyul 2001-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekspert-Kriminalistika İdarəsinin kiçik inspektoru, o da dəftərxana müdiri vəzifəsindən azad edilib, “10” avqust 2001-ci il tarixdən Kriminalistik Tədqiqatlar İdarəsinin dəftərxanasının operatoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 09 sentyabr 2014-cü il tarixli Ə746- 001-14 №li əmrində göstərilmişdir ki, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1,2,9,14,17 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərinin tələblərini pozaraq mütəmadi olaraq üzərinə düşən vəzifələrin icrasından yayınaraq katibliyin işinə müdaxilə etdiyinə, idarə və şöbə rəhbərliyinin tələblərinə məhəl qoymayaraq polis geyim formasını daşımaqdan imtina etdiyinə, üzürsüz səbəbdən xidmətdən yayındığına və işə gecikdiyinə, iş yoldaşları ilə münasibətdə qeyri-etik hərəkətlərə yol verdiyinə, xidməti peşə hazırlığı dərslərində iştirak etmədiyinə, xx.xx.2014cü il tarixdə İdarə rəisi Gündüz Sadıxovun xidməti otağında intizamsızlıq göstərərək İdarə rəisinin xidməti otağını tərk etməkdən imtina etdiyinə, yol verdiyi qəbahətlərə görə rəhbərliyin irad və tənqidini qərəzli mövqe kimi qəbul edərək fəaliyyətində əsaslı dönüş yaratmaq əvəzinə İdarə rəhbərliyinin barəsində DİN-in rəhbərliyinə bilərəkdən qərəzli və həqiqətəuyğun olmayan məzmunda şikayət etdiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərərək, yol verdiyi qəbahətləri təkzib etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in KTİ-nin Kriminalistika şöbəsinin kiçik inspektoru polis baş serjantı X3 “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə ”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hazırki işdə iddiaçının verdiyi izahatlardan və təqdim etdiyi ərizələrin, o cümlədən apellyasiya şikayətinin məzmunundan görünür ki, onun hüquqi marağı onun barəsində cavabdeh orqanın qəbul etdiyi 09 sentyabr 2014-cü il tarixli əmrin ləğv edilməsinə, həmçinin göstərdiyi rəyin məzmununda qeyd olunan məlumatların təkzib olunmasına yönəlmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Hazırki işdən görünür ki, iddiaçının barəsində həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi barədə cavabdehə qarşı irəli sürdüyü iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin tələblərinə uyğun olaraq baxılmalıdır. Bu səbəbdən də hazırki iddiaya inzibati icraat qaydasında baxılması yolverilməzdir. Digər tərəfdən, iddiaçının mübahisələndirdiyi intizam tənbehi 09 sentyabr 2014-cü il tarixli əmrdə qeyd olunsa da, həmin əmrin qəbulundan artıq uzun müddət keçmişdir ki, bu müddət ərzində də iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmədiyi üçün qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə iddia müddətinin tərəfindən ötürülmədiyi qənaətində olan iddiaçı həmin müddətin bərpa olunması ilə bağlı məhkəmələrin göstərdiyi hüquqi yardımlara baxmayaraq həmin müddətin bərpasına dair də ərizə verməmiş, ötürülmüş müddətin üzrlü səbəblərlə əlaqəli olmasını əsaslandırmamışdır. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Ona görə də iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər iddianın mahiyyəti ilə bağlı olub, iddianın özü isə inzibati məhkəmə icraatında baxılması qeyri-mümkün olduğundan həmin dəlillər məhkəmə qərardadının ləğv edilib iddianın mümkün sayılması üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7170/2022 saylı 04 may 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7170/2022 saylı 04 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar