Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2528/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1248/2025 saylı 14 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2023-cü il tarixdə verilmiş CP8104192 nömrəli Pakistan İslam Respublikasının pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Quetta, Pak rayonunda anadan olmuşdur, milliyyəti pakistanlıdır. Pasport xx.xx.2033-cü il tarixədək etibarlıdır. İddiaçı və onun əri X12 xx.xx.2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının etnik mənşəyi pəncabidir. Heç bir siyasi, dini, ictimai partiyanın partiyanəın üzvü olmamışdır. Ölkəni tərk etməsinin səbəbi kimi göstərmişdir ki, bacısının əri Shahid Kəraçidə hospitalda işləyirdi və 3 il əvvəl oraya Məhəmməd Axtar adlı bir inzibatçı təyin edilmiş və o, qadağan etmişdir ki, orada səhər işə başlamazdan əvvəl xristianları dəhlizə yığıb dua-falan qılmasın. İddiaçının əri Johnson da oraya hərdən bir Shahidin dəvəti ilə gedib xəstələrə baxmış və bunun müqabilində pul almışdır. Ancaq bu həmişə olmamış, ərinın öz ərzaq dükanı olmuş, onu işlətmişdir. X10 Shahiddən bərk narazı olmuşdur ki, onun dediyinə əməl etmirdi. O, elə bilmişdir ki, Shahid hospitalda müsəlmanlara da xristianlığı təbliğ edir. Amma əslində belə olmamış, Shahid hətta 1 oktyabr 2023-cü il tarixdən işində növbəsini də dəyişmişdir ki, Məhəmməd Axtrarın gözünə dəyməsin, onu bir daha narazı etməsin. X7 deyirmişdir ki, özünü yığışdırmasa, arvadlarını da oğurlayacaqdır. Bu təhdidlərdən sonra iddiaçı ailəsi ilə xx.xx.2023-cü il tarixdə Driq Roaddakı evi tərk edib ərinin qohumunun elə Kəraçinin özündə Maripur adlı məhəllədə yerləşən evinə getmiş və xx.xx.2023-cü il tarixədək orada qalmışlar. Oradan da xx.xx.2023cü il tarixdə Bakıya gəlmişlər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli, MŞ-04-2024 nömrəli arayışmüvəqqəti şəhadətnamədən görünür ki, Johnson Meher ailə üzvü (arvadı xx.xx.1978-ci il təvəllüdlü İddiaçı) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 10 yanvar 2024-cü il tarixdə adına 04- 2024 saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən xx.xx.2024-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi və arvadı vəsatətlərinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli, İQ-19/2 saylı qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı Johnson Meherə və ailə üzvü İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.2024-cü il tarixdə vəfat edənədək ünvan 3 ünvanında müvəqqəti yaşamış, 21 fevral 1970-ci il təvəllüdlü Johnson Meher (Pasport: № BC0123022) və ailə üzvü (arvadı - xx.xx.1978-ci il təvəllüdlü İddiaçı) 10 yanvar 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 04-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. Johnson Meher qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Sind vilayətinin Kəraçi şəhərində anadan olduğunu, dini etiqadına görə xristian (katolik) olduğunu, Kəraçi şəhərində "Methodist Secondary high school adlı orta məktəbdə 10-cu sinfi 1989-cu il tarixdə bitirdiyini, 1991-ci il tarixdə 2 illik özəl kollecdə humanitar elmlər üzrə təhsil aldığını, 1992-1993-cü illərdə Kəraçi şəhərində “AG” elektrik şirkətində texniki işçi, 1993-2000-ci illərdə “Security- 2000" təhlükəsizlik şirkətində gözətçi, 2003-2023-cü illərdə ərzaq dükanında satıcı işlədiyini və eyni zamanda “Liaqat Hospital"da dəvət əsasında tibb qardaşı işlədiyini söyləmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, arvadı İddiaçı ilə birlikdə Azərbaycan Respublikasına gəldiklərini, valideynlərinin və 1 qardaşının vəfat etdiyini, 1 bacı və 2 qardaşının Kəraçi şəhərində yaşayıb işlədiklərini bildirmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən ərizəçi Kəraçi şəhərində "Liaqat” hospitalında işləyən bacanağı X11 dəvəti ilə oraya gedib tibb qardaşı kimi işlədiyini və 3 il bundan əvvəl hospitala təyin edilmiş Muhammad Axtar adlı yeni inzibatçı ilə bacanağının dini zəmində problemlərinin başladığını, həmin şəxsin ona səhər işə başlamazdan əvvəl hospitalın dəhlizində düzülüb xristian əməkdaşlarla birlikdə dua etməyi qadağan etdiyini, onun inzibatçının bu tələbinə məhəl qoymaması səbəbindən inzibatçı və onun adamları tərəfindən təhdid edildiyini, özünün isə həmin hospitalda xristian xəstələrə İncil payladığına görə bacanağı vasitəsilə inzibatçının ona irad tutduğunu, bacanağına qarşı polisdə islamı təhqir etdiyinə görə saxta əsaslarla cinayət işinin açıldığını, həmin ilk məlumat raportunda (first information report) onun adının da qeyd edildiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və arvadınin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bununla belə ərizəçinin verdiyi məlumatlarda bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi ərizə-anketinin qeydiyyatı zamanı bacanağının oğlunun təhdid olunması faktı ilə bağlı bildirmişdir ki, onları təhdid edənlər əvvəlcə bacanağının evinə getmiş, onları evdə tapmayıb uşağın məktəbinə gedib, onu orada təhdid etmişlər. Müsahibəsi zamanı isə həmin şəxslərin birbaşa məktəbin həyətində uşağı saxlayıb təhdid etdiklərini bildimişdir. Bundan əlavə, ərizəçi ərizə-anket qeydiyyatı zamanı onun hospitalın inzibatçısı ilə heç bir münaqişəsinin olmadığını bildirsə də, müsahibəsi zamanı isə bacanağı vasitəsilə onun da təhdid edildiyini qeyd etmişdir. Bundan əlavə, bacanağına təqdim edilmiş fətva və ilk məlumat raportunda (“first information report") qeyd edildiyi vaxt onun Pakistanda olduğu və Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixdə gəldiyini bildirmiş və bu dövrdə fətvada və FİR-da (ilkin məlumat raportu) onun da adının qeyd edilməsinə baxmayaraq nə polis, nə də fətva verən radikal islamçılar tərəfindən axtarılmadığı faktı müəyyən şübhələr doğurmuşdur. Bütün yuxarıda qeyd edilən faktların inandırıcılıq baxımından ərizəçinin xeyrinə qəbul edilə bilmədiyini qeyd etmək olar. Həmçinin, ərizəçi və arvadı ölkə daxilində alternativ yerdəyişmə imkanından istifadə etmiş və Azərbaycan Respublikasına gəlməzdən əvvəl daimi yaşadığı Kəraçi şəhəri yaxınlığındakı Maripur kəndində qaldığı dövrdə heç bir təhdidlə üzləşməmişdir. Johnson Meherin və arvadının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, siyasi əqidələrinə görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin özü və ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Ərizəçinin dini zəmində təqib olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, ərizəçinin və arvadının da müsahibələr zamanı bildirdiklərindən məlum olur ki, onlar əvvəllər heç vaxt dini zəmində təqibə məruz qalmamış və əksinə yaşadıqları məhəllədə və iş yerində müsəlmanlarla yaxşı münasibətdə olmuş, hospitalın inzibatçısı ilə onun birbaşa heç bir münaqişəsi olmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Johnson Meherin şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvünün gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvünə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 3 aprel 2024-cü il tarixli, 08 saylı protokolu). Bundan sonra İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, İQ-18/5 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməsi və ona qaçqın vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o və əri Johnson Meher (xx.xx.2024-cü il tarixdə vəfat etmiş) 10 yanvar 2024-cü il tarixdə, “Qaçqın statusu verilməsi haqqında” vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək vətəndaşı olduğu Pakistan İslam Respublikasında ailəsinin həyat təhlükəsizliyinin təminatına inamsız olduğunu bildirmişlər və göstərmişlər ki, xristianlarla yaxınlıq etdiyinə görə Pakistanda söz sahibi olan molla rejimi bütün ailəni təqibə məruz qoymuşdur. Pakistanın bir neçə şəhərinə getsələr də, təqibdən yaxa qurtara bilməmişlər. Pakistan polisi isə dini rejimə münasibətdə hər-hansı müqavimət göstərə bilmir və aşkar surətdə şifahi olaraq təhlükəsizliklərinə təminat verilmədiyi etiraf olunur. Ona görə də həyati təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan dövlətinə sığınmışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vəsatətini təmin etməmiş və bu barədə 03 aprel 2024-cü il tarixli İQ-19/2 nömrəli qərar qəbul etmişdir. Qərar belə əsaslandırılmışdır ki, radikal islamçılar tərəfindən təqibə məruz qalmasını sübut edən hallar mövcud deyil. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərilmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı əri Meher Johnson ilə birlikdə onlara qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-19/2 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Azərbaycan Respublikasına gələnədək dövlət hər hansı təqibə və təhdidə məruz qalmamış; 2. Müsahibəsində məlum şəxs tərəfindən yalnız bacanağının təqibə məruz qaldığını bildirmişdir. Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1248/2025 saylı 14 fevral 2025-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir və şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Pakistan İslam Respublikasının vətəndaşıdır. İddiaçı və onun əri X12 xx.xx.2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının etnik mənşəyi pəncabidir. Heç bir siyasi, dini, ictimai partiyanın partiyanəın üzvü olmamışdır. Ölkəni tərk etməsinin səbəbi kimi göstərmişdir ki, bacısının əri Shahid Kəraçidə hospitalda işləyirdi və 3 il əvvəl oraya Məhəmməd Axtar adlı bir inzibatçı təyin edilmiş və o, qadağan etmişdir ki, orada səhər işə başlamazdan əvvəl xristianları dəhlizə yığıb dua-falan qılmasın. İddiaçının əri Johnson da oraya hərdən bir Shahidin dəvəti ilə gedib xəstələrə baxmış və bunun müqabilində pul almışdır. Ancaq bu həmişə olmamış, ərinın öz ərzaq dükanı olmuş, onu işlətmişdir. X10 Shahiddən bərk narazı olmuşdur ki, onun dediyinə əməl etmirdi. O, elə bilmişdir ki, Shahid hospitalda müsəlmanlara da xristianlığı təbliğ edir. Amma əslində belə olmamış, Shahid hətta 1 oktyabr 2023-cü il tarixdən işində növbəsini də dəyişmişdir ki, Məhəmməd Axtrarın gözünə dəyməsin, onu bir daha narazı etməsin. X7 deyirmişdir ki, özünü yığışdırmasa, arvadlarını da oğurlayacaqdır. Bu təhdidlərdən sonra iddiaçı ailəsi ilə xx.xx.2023-cü il tarixdə Driq Roaddakı evi tərk edib ərinin qohumunun elə Kəraçinin özündə Maripur adlı məhəllədə yerləşən evinə getmiş və xx.xx.2023-cü il tarixədək orada qalmışlar. Oradan da xx.xx.2023cü il tarixdə Bakıya gəlmişlər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli, MŞ-04-2024 nömrəli arayışmüvəqqəti şəhadətnamədən görünür ki, Johnson Meher ailə üzvü (arvadı xx.xx.1978-ci il təvəllüdlü İddiaçı) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 10 yanvar 2024-cü il tarixdə adına 04- 2024 saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən xx.xx.2024-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi və arvadı vəsatətlərinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli, İQ-19/2 saylı qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı Johnson Meherə və ailə üzvü İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.2024-cü il tarixdə vəfat edənədək ünvan 3 ünvanında müvəqqəti yaşamış, 21 fevral 1970-ci il təvəllüdlü Johnson Meher (Pasport: № BC0123022) və ailə üzvü (arvadı - xx.xx.1978-ci il təvəllüdlü İddiaçı) 10 yanvar 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 04-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. Johnson Meher qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Sind vilayətinin Kəraçi şəhərində anadan olduğunu, dini etiqadına görə xristian (katolik) olduğunu, Kəraçi şəhərində "Methodist Secondary high school adlı orta məktəbdə 10-cu sinfi 1989-cu il tarixdə bitirdiyini, 1991-ci il tarixdə 2 illik özəl kollecdə humanitar elmlər üzrə təhsil aldığını, 1992-1993-cü illərdə Kəraçi şəhərində “AG” elektrik şirkətində texniki işçi, 1993-2000-ci illərdə “Security- 2000" təhlükəsizlik şirkətində gözətçi, 2003-2023-cü illərdə ərzaq dükanında satıcı işlədiyini və eyni zamanda “Liaqat Hospital"da dəvət əsasında tibb qardaşı işlədiyini söyləmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, arvadı İddiaçı ilə birlikdə Azərbaycan Respublikasına gəldiklərini, valideynlərinin və 1 qardaşının vəfat etdiyini, 1 bacı və 2 qardaşının Kəraçi şəhərində yaşayıb işlədiklərini bildirmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən ərizəçi Kəraçi şəhərində "Liaqat” hospitalında işləyən bacanağı X11 dəvəti ilə oraya gedib tibb qardaşı kimi işlədiyini və 3 il bundan əvvəl hospitala təyin edilmiş Muhammad Axtar adlı yeni inzibatçı ilə bacanağının dini zəmində problemlərinin başladığını, həmin şəxsin ona səhər işə başlamazdan əvvəl hospitalın dəhlizində düzülüb xristian əməkdaşlarla birlikdə dua etməyi qadağan etdiyini, onun inzibatçının bu tələbinə məhəl qoymaması səbəbindən inzibatçı və onun adamları tərəfindən təhdid edildiyini, özünün isə həmin hospitalda xristian xəstələrə İncil payladığına görə bacanağı vasitəsilə inzibatçının ona irad tutduğunu, bacanağına qarşı polisdə islamı təhqir etdiyinə görə saxta əsaslarla cinayət işinin açıldığını, həmin ilk məlumat raportunda (first information report) onun adının da qeyd edildiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və arvadınin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bununla belə ərizəçinin verdiyi məlumatlarda bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi ərizə-anketinin qeydiyyatı zamanı bacanağının oğlunun təhdid olunması faktı ilə bağlı bildirmişdir ki, onları təhdid edənlər əvvəlcə bacanağının evinə getmiş, onları evdə tapmayıb uşağın məktəbinə gedib, onu orada təhdid etmişlər. Müsahibəsi zamanı isə həmin şəxslərin birbaşa məktəbin həyətində uşağı saxlayıb təhdid etdiklərini bildimişdir. Bundan əlavə, ərizəçi ərizə-anket qeydiyyatı zamanı onun hospitalın inzibatçısı ilə heç bir münaqişəsinin olmadığını bildirsə də, müsahibəsi zamanı isə bacanağı vasitəsilə onun da təhdid edildiyini qeyd etmişdir. Bundan əlavə, bacanağına təqdim edilmiş fətva və ilk məlumat raportunda (“first information report") qeyd edildiyi vaxt onun Pakistanda olduğu və Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixdə gəldiyini bildirmiş və bu dövrdə fətvada və FİR-da (ilkin məlumat raportu) onun da adının qeyd edilməsinə baxmayaraq nə polis, nə də fətva verən radikal islamçılar tərəfindən axtarılmadığı faktı müəyyən şübhələr doğurmuşdur. Bütün yuxarıda qeyd edilən faktların inandırıcılıq baxımından ərizəçinin xeyrinə qəbul edilə bilmədiyini qeyd etmək olar. Həmçinin, ərizəçi və arvadı ölkə daxilində alternativ yerdəyişmə imkanından istifadə etmiş və Azərbaycan Respublikasına gəlməzdən əvvəl daimi yaşadığı Kəraçi şəhəri yaxınlığındakı Maripur kəndində qaldığı dövrdə heç bir təhdidlə üzləşməmişdir. Johnson Meherin və arvadının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, siyasi əqidələrinə görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin özü və ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Ərizəçinin dini zəmində təqib olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, ərizəçinin və arvadının da müsahibələr zamanı bildirdiklərindən məlum olur ki, onlar əvvəllər heç vaxt dini zəmində təqibə məruz qalmamış və əksinə yaşadıqları məhəllədə və iş yerində müsəlmanlarla yaxşı münasibətdə olmuş, hospitalın inzibatçısı ilə onun birbaşa heç bir münaqişəsi olmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Johnson Meherin şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvünün gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvünə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 3 aprel 2024-cü il tarixli, 08 saylı protokolu). “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Pakistan İslam Respublikasına qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin olduğunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X3rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini həyatı üçün təhlükə olması ilə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1248/2025 saylı 14 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1248/2025 saylı 14 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2528/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2528/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver