Məhkəmə qərarları › İş №2-1(103)-2529/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2529/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2529/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X23 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X8 ibarət tərkibdə, Ləman Ceyhun qızı Şükürovanın katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 saylı 05 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 1332 saylı xx.xx.2022-ci il tarixdə İddiaçı verilmiş arayışa əsasən o, həqiqətən ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 909 saylı xx.xx.2022-ci il tarixli İddiaçı verilmiş arayışa əsasən o, 1992-ci il təvəllüdlü X24, 1996-cı il təvəllüdlü X9 və 1993-cü il təvəllüdlü X15 həqiqətən Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 ünvanında Sabunçu rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadırlar. X1, X16 və X30 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən onlar qonşuları İddiaçı, həyat yoldaşı X4 həqiqətən 1987-ci ildən etibarən ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşadıgını, qanunsuz tikili adlanan fərdi yaşayış evinin 2006-cı ildə Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən qeydiyyata alındıgını təsdiq etmişlər. İddiaçı qeyd olunan ünvana (özbaşına tikiliyə) qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, o və ailə üzvləri X11, X24, X15, X9, X17, X28, 2009-cu il təvəllüdlü X18, X17, X28, 2014-cü il təvəllüdlü X5, 2015-ci il təvəllüdlü X19, 2019-cu il təvəllüdlü X20, 2016-cı il təvəllüdlü X25, 2016-cı il təvəllüdlü X12, 2019-cu il təvəllüdlü X12, 2016-cı il təvəllüdlü X13, 2021-cı il təvəllüdlü X21 qeydiyyatsız yaşadığından, ünvana qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlərin) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından ünvana qeydiyyata alınması imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı şəhər İnzibatı məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı və qeyriləri cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, onların ünvan 3 ünvanına qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə qərar çıxarılmasını xahiş etmişlər. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-ci ildən ünvan 3 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Ailə tərkibi on altı nəfərdən ibarətdir. Özü Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin inzibati binası üzrə Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 ünvanda, həyat yoldaşı X11 və kiçik qızı X18 isə Xaçmaz rayonunda pasport qeydiyyatındadırlar. Ona məxsus olan fərdi yaşayış evinin torpaq vergisini Bakı şəhəri Sabunçu rayonu, Sabunçu bələdiyyəsinə ödəyir, qaz, su, elektrik enerjisindən istifadəyə görə və sair digər kommunal xərcləri vaxtlı-vaxtında ödəyir. Qeyd edir ki, ünvan 9 ünvanda yerləşən qanunsuz tikili hesab edilən və ona məxsus olan fərdi yaşayış evinin xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonu üzrə Sabunçu bələdiyyəsi tərəfindən qiymətləndirməsi işi aparılmış və o, bağlanmış əməkdaşlıq müqaviləsindən irəli gələn bütün vəzifələri yerinə yetirir. Fərdi yaşayış evinin müqavilə sənədinin bələdiyyə tərəfindən bağlanması üçün cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Elə bu səbəbdən də hal-hazırda 35 ildən artıq müddətdir ki, 16 nəfərlik ailə üzvləri ilə birlikdə fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Böyük oğlu, baş çavuş X24 2013-cü ildən etibarən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə başlamış və hərbi qulluqçu olaraq 44 günlük müharibədə ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında xüsusi igidlik və şücaət göstərərək Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə işğal altında olan ərazilərin Fizuli, Cəbrayıl, Şuşa və Kəlbəcərin azad olunmasında iştirakına görə medallarla təltif olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsi və 53.3-cü maddəsinə uyğun olaraq onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsində birlikdə yaşayır və ailə üzvləri ilə birlikdə ümumi təsərrüfat aparırlar. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 saylı 05 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçılar X4, X10. X6, X7, X14 və X2 iddiasının mümkün sayılmaması qərara alınmışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 saylı 05 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı iddiasının təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 saylı 05 noyabr 2022-ci il tarixli qərardadından apelyantların apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış və qərardad 2-1(103)-1034/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadla dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 saylı 05 noyabr 2022-ci il tarixli qərarından narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Tərəflərin izahatları: xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı faktiki olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsi ünvanında yerləşən 38 nömrəli evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Kollegiya qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakda yaşadığını irəli sürərək, faktiki yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb edirsə, bu halda onun bu iddiasının sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Lakin, iddiaçı qeyd edilən maddənin 2-ci bəndində nəzərdə tutulan sənədləri, yəni yaşayış sahəsinə köçmək üçün əsas verən mülkiyyət hüququna dair sənədi təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onun tərəfindən yerinə yetirilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvalanmış 018-28795B3222 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 10 ünvanı üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yeni yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının sahəsi verən şəxsin ərizəsi əsasında həyata keçirildiyindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədi təqdim edə bilmədiyi üçün yaşadığı ünvana qeydiyyata alınması mümkün olmamışdır. Faktiki yaşadığı sənədsiz evin sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına və ya sözügedən evə qeydiyyata alınma tələbi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq inzibati qaydada məhkəməyə müraciət edilməsi məqsədə müvafiqdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi ünvanda yerləşən evə dair onun əmlak hüquqlarının mövcudluğunu təsdiq edən hər hansı hüquqi sənədi nə cavabdeh orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10558/2022 saylı 05 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 saylı 05 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar