Məhkəmə qərarları › İş №2-1(103)-253/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-253/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-253/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı məhrum həyat yoldaşının fərdi hesabının yığım hissəsində olan vəsaitin vərəsələrinə ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2796/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2796/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim P.Hüseynov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 fərdi hesabının yığım hissəsində olan vəsaitin vərəsələrinə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X5 xx xxxxxx 1958-ci ildə anadan olmuş və pensiya yaşına çatmamış xx xxxxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Ona məxsus əmək kitabçası ilə müəyyən olunmuşdur ki, o, xx xxxxxx 1976-cı ildən əmək fəaliyyətinə başlayaraq xx xxxxxx 2017-ci il tarixinədək 39 il 3 ay 23 gün iş stajı toplamışdır. Bu iş stajının sığortalı hissəsini, yəni 11 il 07 ay 28 günü xx xxxxxx 2006-cı ildən başlayaraq vəfat etdiyi günə kimi toplamışdır. X5 pensiya yaşına çatmamış vəfat etdiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq onun fərdi hesabının yığım hissəsində toplanmış vəsait vərəsələrinə verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 18.5 maddəsinə əsasən, vəfat etmiş sığortaolunanın fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Qeyd edilənləri nəzərə alaraq iddiaçının mərhum X3 fərdi hesabının yığım hissəsində olan vəsaitin vərəsələrinə verilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciətlərinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: İddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan ünvanladığı xx.xx.2019-cu il tarixli **********7 saylı məktubunda qeyd olunur: Azərbaycan Respublikasının “Əmək pensiyaları” haqqında Qanununun 1.0.9cu maddəsinə əsasən “fərdi hesabın yığım hissəsi" sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alman könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Azərbaycan Respublikasının “Sosial sığorta" haqqında qanununa əsasən “könüllü (əlavə) sosial sığorta" sığortaçı ilə sığortaedən (olunan) arasında bağlanan sosial sığorta müqaviləsi əsasmda məcburi dövlət sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, habelə xüsusi olaraq bu məqsəd üçün yaradılmış özəl sığorta təşkilatları tərəfindən həyata keçirilir. Fərdi hesabın yığım hissəsinin tətbiq olunmasına başlamımadığından sığortaolunan X3 fərdi hesabının yığım hissəsində onun varisləri arasında bölünməli vəsait mövcud deyildir. Eyni zamanda Azərbaycan Respublikasının “Əmək pensiyaları” haqqında qanununun 1.0.8-ci maddəsinə əsasən “fərdi hesabın sığorta hissəsi” əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi fəaliyyətli dövrlərində xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində toplanmışdır. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir və vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına | çatmamış, 18 yaşma çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatan övladlarının ailə başçısmı itirməyə görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxx 1977-ci il tarixdə verilmiş 1-JQ seriyalı 447191 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X1 xx xxxxx 1977-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxx 1977-ci il tarixdə 1325 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Drojilkin, arvada Drojilkina soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11,09.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 897074 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. xx xxxx 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, fərdi hesabın yığım hissəsi-müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Göründüyü kimi, xx xxxx 2017-ci il tarixinədək fərdi hesabın yığım hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni DSMF tərəfindən məcburi tutulan subhesabdır. İddiaçının mərhum həyat yoldaşı X5 xx xxxxxx 2017-ci il tarixinədək işləmiş və 39 il 3 ay 23 gün iş stajına malik olmuşdur. Odur ki, onun fərdi hesabının yığım hissəsi xx xxxx 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9 maddəsinin tələblərinə əsasən formalaşmış və deməli həmin hissədə məcburi qaydada tutulmuş kapital mövcuddur. Lakin cavabdeh bunu inkar edərək, yeni qəbul edilmiş Qanuna istinad etməklə və birinci instansiya məhkəməsi onunla razılaşaraq iddianı rədd etməklə iddiaçının hüquqlarını kobud surətdə pozmuşdur. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apelyasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan ünvanladığı xx.xx.2019-cu il tarixli **********7 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları” haqqında qanununun 1.0.9-cu maddəsinə əsasən “fərdi hesabın yığım hissəsi" sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Azərbaycan Respublikasının “Sosial sığorta" haqqında qanununa əsasən “könüllü (əlavə) sosial sığorta" sığortaçı ilə sığortaedən (olunan) arasında bağlanan sosial sığorta müqaviləsi əsasında məcburi dövlət sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, habelə xüsusi olaraq bu məqsəd üçün yaradılmış özəl sığorta təşkilatları tərəfindən həyata keçirilir. Fərdi hesabın yığım hissəsinin tətbiq olunmasına başlamımadığından sığortaolunan X3 fərdi hesabının yığım hissəsində onun varisləri arasında bölünməli vəsait mövcud deyildir. Eyni zamanda Azərbaycan Respublikasının “Əmək pensiyaları” haqqında qanununun 1.0.8-ci maddəsinə əsasən “fərdi hesabın sığorta hissəsi” əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır və X3 əmək fəaliyyətli dövrlərində xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində toplanmışdır. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir və vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxx 1977-ci il tarixdə verilmiş İ-JQ seriyalı 447191 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X1 xx xxxxx 1977-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxx 1977-ci il tarixdə 1325 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Drojilkin, arvada Drojilkina soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 897074 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-ci maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 18.5-ci maddəsinə əsasən vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. İddiaçı vəfat etdiyi əri X3 fərdi hesabının yığım hissəsində olan vəsaitlərin vərəsələrə ödənilməsini tələb edir. Lakin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının əri X3 fərdi hesabının yığım hissəsində vəsait mövcud deyildir. X3 əmək fəaliyyəti dövrlərində xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində toplanmışdır. Qanunvericilikdə isə fərdi hesabın sığorta hissəsində olan vəsaitlərin varislər arasında bölünməsi müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsində yalnız fərdi hesabının yığım hissəsində olan vəsaitlərin qanunvericiliyə uyğun qaydada varislər arasında bərabər bölünməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək, haqlı olmuşdur və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2796/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Elşən Kazımov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar