Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-253/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 2881/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Rusiya Federasiyası Prezidenti yanında X4 və X2 tərəfindən iddiaçıya təqdim olunmuş, 107724 ******* saylı, qeydiyyat nömrəsi 455-149/08 və verilmə tarixi xx.xx.2020-ci il olan bakalavr diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək, cavabdeh tərəfindən qəbul olunmuş 06 sentyabr 2021-ci il tarixli, NA00002589 saylı Qərarın əsassız və qanunsuz hesab edilməklə ləğv edilməsi və Rusiya Federasiyasının Prezidenti yanında "X3 və X2" tərəfindən iddiaçı-İddiaçı adına verilmiş, "hüquqşünaslıq" ixtisası üzrə 27 oktyabr 2020-ci il tarixli, 455- 149/08 qeydiyyat nömrəli, 107724 ******* saylı bakalavr diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ikinci ali təhsilini “Rusiya Federasiyası yanında X3 və X2”nın “hüquqşünaslıq" ixtisası üzrə almış və 2020-ci il tarixində oranı bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə, 107724 ******* saylı, qeydiyyat nömrəsi 455-149/08 və verilmə tarixi xx.xx.2020-ci il olan bakalavr diplomu iddiaçıya təqdim olunmuşdur. Sonradan 26 fevral 2021-ci il tarixində elm və ali məktəb Komitəsi tərəfindən 548381 nömrəli Təhsil müəssəsinin rəhbəri qismində çıxış edən Şamaxov V.A tərəfindən imzalanaraq həmin diplom Apostil olunmuşdur. Ali professional təhsil üzrə X5 təhsil müəssəsi “Rusiya Federasiyası Prezidenti yanında X4 və X2”nın möhür/ştampı ilə tikilərək bakalavr diplomunu 2021-ci il tarixində əldə etmişdir. Tədris dövründə hər dəfə akademiyaya gedərək təhsil almaqla məşğul olmuş və akademiyanın professor və müəllimləri tərəfindən verilən bütün tapşırıqları yerinə yetirmişdir. xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 13 saylı Vəkil Bürosunda istehsalat təcrübəsi (praktika) keçmişdir. İddiaçı rus dilində orta səviyyədə danışmaq, yazmaq və öz fikrini anlatmaq bacarığına malikdir. Odur ki, oxuduğu akademiyada keçirilən bütün fənnlər üzrə təhsil alaraq, bütün sessiya imtahanlarını müvəffəqiyyətlə başa vurmuş və “hüqüqşünaslıq” ixtisası üzrə diploma yiyələnmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtina üçün əsas kimi gətirdiyi hallar maddi hüquq normaları ilə nəzərdə tutulmuş hallardan fərqli olduğundan, bu normalarla nəzərdə tutulmadığından, cavabdeh inzibati orqanın iddiaçının mütəxəssis diplomunun tanınmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2881/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən iddia tələblərinin təmin olunmasını və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq, iddia tələbindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddia tələbindən imtina edilməsi barədə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. AR İPM-in 12.-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. AR İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, iddia tələbindən imtina edilmə barədə ərizə qəbul edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 87, 88 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı iddia tələbindən imtina edilmə barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-253/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-253/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver