Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-253/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə (Açar sözlər: diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X7 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-1(112)-553/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının adına Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-2021-ci illərdə Belarus Respublikasının Dövlət Texniki Universitetində təhsil alaraq, proqrammist-mühəndis ixtisasına yiyələnmişdir. Ona təhsili bitirməsi haqqında Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplom verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə xarici ali təhsilinin Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, NA/00003042 saylı məktubu ilə iddiaçının diplomunun tanınmasından imtina etmişdir. İmtinanın əsası kimi, iddiaçının tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasıdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-553/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, İddiaçı Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-540/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmn edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. AR Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(102)- 1659/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2- 1(103)-540/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. İnzibati icraat zamanı iddiaçının təhsil aldığı xarici ölkədə olma müddətləri onun sərhədkeçmə məlumatları əsasında aşağıdakı kimi müəyyən olunmuşdur: 2016/2017-ci il12 gün, 2017/2018-ci il-getməyib, 2018/2019-cu il-11 gün, 2019/2020-ci il-getməyib (İİ semestr pandemiya dövrünə təsadüf edir), 2020/2021-ci il-15 gün (İİ semestr) (İ semestr pandemiya dövrünə təsadüf edir). Göstərilmiş sərəhədkeçmə məlumatlarına əsasən iddiaçı cavabdeh tərəfindən pandemiya dövrünə təsadüf edən 3 semestrin güzəşt edilməsi halında belə, ilk 7 semestr üzrə kifayət qədər xarici ali təhsil aldığı ölkədə olmamış, tədrisin ikinci ilində isə ümumiyyətlə imtahanlarda iştirak üçün də həmin ölkəyə getməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın Vİ.1-Cİ bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələri”nin V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olduğu təqdirdə tanınmadan imtina edilə bilər. Məhkəmə öz qərarını əsaslandırarkən iddiaçının təhsil aldığı ali təhsil müəssisəsində qiyabi təhsilalma formasında lakin distant texnologiyaların tətbiqi ilə təhsil almasını əsaslandırmasını vurğulamışdır ki, sözügedən oxşar hallarla bağlı, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)794/2022 saylı Qərarının 36-cı bəndində qeyd edilir ki, qiyabi və distant təhsilalma formaları bir-birindən fərqləndirilən anlayışlardır və qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Qeyd olunanlar iddiaçının aldığı təhsilin həm məzmununun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Odur ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməklə qeyd edilən öhdəliyinin cavabdehin üzərinə qoymasına dair gəldiyi nəticə əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur və iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Məmmədli apellyasiya şikayinə uyğun izah verərək, təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
12. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 05 noyabr 2021-ci il tarixli, NA00003042 nömrəli Qərarından görünür ki, Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsindən imtina edilmişdir.
13. Dİ ******* nömrəli Diploma və diploma əlavə edilmiş apostilə əsasən, iddiaçı Məmmədov X4 Milli Texniki Universitetinə qəbul olub və 2021-ci ildə adıçəkilən Universitetin “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə tam kursunu bitirib.
14. Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə xx.xx.2016-cı il tarixli, 03/723-16 nömrəli müqavilədə göstərilmişdir – Bundan sonra BMTU adlandırılacaq Belarus Milli Texniki Universiteti, 01-27/82 nömrəli xx.xx.2016-cı il tarixli etibarnamə əsasında fəaliyyət göstərən Tədris işləri və informasiya texnologiyaları üzrə prorektor X2 şəxsində bir tərəfdən və bundan sonra Xarici tələbə adlandırılacaq vətəndaş İddiaçı (Belarus Respublikasında müvəqqəti yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün), ölkə: Azərbaycan, digər tərəfdən aşağıdakılar barədə hazırki müqaviləni bağladılar. Müqavilənin predmeti – Xarici tələbənin vəsaitləri hesabına ödənişli əsaslarla qiyabi (distant) təhsil forması üzrə Beynəlxalq distant təhsil institutunda Mühəndis-proqramçı peşəsinin verilməsi ilə ali təhsilli mütəxəssisin 1-40 05 01 “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə magistr pilləsində hazırlğı. Təhsil müddəti 4 il təşkil edir.
15. Belarus Respublikasının Dövlət Texniki Universitetinin Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli, xx-xx/7901 nömrəli məktubu ilə İddiaçı xx.xx.2021-ci il tarixli, 04- 23/82-k nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçı Beynəlxalq Distant Təhsil İnstitutunda xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinədək 1-40 05 01 ixtisası üzrə təhsil alıb - qiyabı (distant) formada.
16. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq, Belarus Milli Texniki Universitetinin xx.xx.2025-ci il tarixli, 01-22/647 №-li cavab məktubunda bildirilmişdir ki, xx.xx.2016-cı il tarixində Belarus Milli Texniki Universiteti (BNTU) ilə İddiaçı arasında əcnəbi mütəxəssisin pullu əsaslarla ali təhsil almasına dair bağlanmış müqaviləyə əsasən, İddiaçı göstərilən universitetdə texniki təhsilin distant (qiyabi) formasında təhsil almışdır. Belarus Respublikasının “Təhsil haqqında” Məcəlləsinin xx.xx.2011-ci il tarixli, № 243-З qanununun 17-ci maddəsinin 1-ci bəndinə əsasən, qiyabi (distant) təhsil, əyani təhsil formasından fərqli olaraq, müasir kommunikasiya və informasiya texnologiyalarından istifadə olunmaqla həyata keçirilən təhsil formasıdır. İddiaçı xx.xx.2015-ci il tarixindən (№ b/n) təhsil aldığı 1-40 05 01 ixtisası üzrə (“İnformasiya sistemləri və texnologiyaları (ixtisaslaşdırma üzrə)”) təhsil planına uyğun olaraq, təhsil forması distant (qiyabi) təhsil kimi müəyyən edilmişdir. Beləliklə, İddiaçı, 2021-ci ildə Belarus Milli Texniki Universitetini bitirərək (xx.xx.2021ci il tarixli, № ******* saylı diplomla), təhsilini Belarus Respublikasının “Təhsil haqqında” Məcəlləsinin xx.xx.2011-ci il tarixli, № 243-З qanununa uyğun olaraq distant formada almış və bu forma qiyabi təhsilin növü hesab olunur.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya məhkəməsinin icraatında olan araşdırma Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(102)- 1659/2024 nömrəli qərarında qeyd olunmuş göstərişlər əsasında aparılır.
20. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
21. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə Belarus Milli Texniki Universiteti arasında bağlanan xx.xx.2016-cı il tarixli, 03/723-16 nömrəli müqaviləyə əsasən iddiaçı 2016-ci ildə Belarusiya Milli Texniki Universitetinin “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə qiyabi (distant) təhsil forması üzrə təhsil almışdır. 2021-ci ildə adıçəkilən Universitetin “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə tam kursunu bitirmiş və Dİ ******* nömrəli diplom almışdır. Diplomun tanınması barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına istinad edərək diplomun tanınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
22. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd edilir ki, 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Həmin Qanunun 27.4-cü maddəsinə görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
23. Göründüyü kimi, qanunla qiyabi və distant (məsafədən) təhsil formaları fərqli təhsil formaları kimi müəyyən edilmişdir.
24. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21-ci (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına”nın 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İstinad edilən normaya görə mənfi rəyin verilməsi üçün üç əsasdan biri olmalıdır: 1) alınmış təhsilin normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; 2) alınmış təhsilə görə diplomda verilən hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda; 3) alınmış təhsilin forması ilə bağlı Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
26. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavabdan müəyyən edilmişdir ki, İddiaçı, 2021-ci ildə Belarus Milli Texniki Universitetini bitirərək (xx.xx.2021-ci il tarixli, № ******* saylı diplomla), təhsilini Belarus Respublikasının “Təhsil haqqında” Məcəlləsinin xx.xx.2011-ci il tarixli, № 243-З qanununa uyğun olaraq distant formada almış və bu forma qiyabi təhsilin növü hesab olunur.
27. Göründüyü kimi, Belarus Respublikasının “Təhsil haqqında” Məcəlləsinə görə qiyabi və distant təhsil fomrası eyniləşdirilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında distant və qiyabi təhsil formaları eyni anlayış deyil və biri digərini hüquqi baxımdan əvəz edə bilməz.
29. Belə ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü maddəsinə əsasən, ölkə ərazisində ali təhsil əyani, qiyabi və distant (məsafədən) təhsil formalarında həyata keçirilir. Qanunvericilikdə bu formalar arasında aydın hüquqi fərqlər müəyyən edilmişdir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qaydalarda göstərildiyi kimi, qiyabi təhsil ali təhsilin xüsusi bir formasıdır. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
31. Göstərilənlərdən belə nəticə çıxır ki, qiyabi və distant təhsil formaları Azərbaycan Respublikası qanunvericiliyində ayrı-ayrı hüquqi anlayışlar kimi tanınır və bir-birini əvəz etmir. Bu səbəbdən, hər hansı bir xarici təhsil müəssisəsi tərəfindən distant təhsil forması əsasında verilmiş diplomun, qiyabi təhsil əsasında alınmış ali təhsil kimi təqdim olunması, həmin diplomun Azərbaycan Respublikasında tanınması və hüquqi nəticələr doğurması baxımından müvafiq hüquqi şübhələrə və uyğunsuzluqlara səbəb ola bilər.
32. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-1(112)-553/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Nigar Nəbizadə