Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2530/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4759/2021 saylı, 25.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 14.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddianın əsaslarına görə iddiaçı hərbi xidmətdən tərxis oluncuqdan sonra. 29.07.1981-ci il tariindən 01.01.1999-ci il tarixinə qədər "xxxx" ASC-də, 08.01.2001- 17.10.2008-ci illlərdə "xxxx" ASC-də, 15.12.2008-ci ildən 01.11.2019-cu ilə kimi "xxxx" MMC-də işləmişdir. Bundan başqa, 26.11.1993-cü il tarixindən 23.09.1994-cü il tarixinə kimi birinci Qarabağ Müharibəsində iştirak etmişdir. Beləliklə də ümumilikdə onun 40 ilə kimi əmək stajı var. Bunun da 17 il 6 ayını "xxxx" ASC-də işləmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. O, bu hüququndan istifadə edərək 05.10.2020-ci il tarixində cavabdeh ƏƏSMN DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin sonunucu tərəfindən 20.11.2020-ci il tarixli məktubu ilə ona imtina cavabv verilmişdir. İmtinanın əsaslarına görə iddiaçının 01 yanvar 2006-cı il tarixinədək olan ümumi stajı 25 ildən az təşkil edir. Eyni zamanda, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (24.916,66 manat) qanunvericilikdə nəzərdə tutulmuş minimum əmək pensiyasının ümumi məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4759/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 14.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, imtinanın əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. Ona pensiya təyin edilməsi üçün ən azı 41.200,00 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin onun pensiya kapitalı cəmi, 24.916,66 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil D.Novruzov apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin nümayəndəsi ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etimişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədən qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, döktoanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən 01.01.2006-cı il tarixinə aşağıdakı iş stajının mövcudluğu müəyyən olunur: - 20.04.1979-18.05.1981 hərbi xidmət (2 il 28 gün); - 29.07.1981-01.03.1987 “Mərkəzielektrotökmə” zavodunda metal tökmələrin nəqledicisi ( 5il 7 ay 2 gün (2 № -li Siyahı, kod « 92 2150100a – 19219)); - 02.03.1987-01.03.1992 “Mərkəzielektrotökmə” zavodunda 2 saylı tökmə sexində nəzarətçi usta ( 4 il 11 ay, 29 gün (2№-li Siayhı, kod 2150100b - 23428); - 02.03.1992 - 01.01.1999 “Mərkəzielektrotökmə” zavodunda tökmə sexində usta kimi işləmişdir (6 il 9 ay 29 gün). İşə əlavə olunmuş AR Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri suraxanı rayon İdarəsinin 02.02.2021-ci il tarixli 279 saylı arayışına və Bakı şəhəri Suraxanı rayonu Hərbi Komissarlığı tərəfindən 19.12.1999-cu il tarixində verilmiş müharibə veteranı vəsiqəsinə əsasən isə müəyyən olunur ki, iddiaçı 26.11.1993-cü il tarixindən 25.09.1994-cü il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir (1 il 1 ay 29gün ). Belə olan halda, həm də «Əmək pensiyaları haqqında» Qanunun 22.2-ci maddəsinin tələbi baxımından iddiaçının “Mərkəzielektrotökmə” zavodunda tökmə sexində usta (2150100b - 23428); kimi işlədiyi müddət faktiki olaraq 5 il 8 ay (6 il 9 ay 29 gün-1 il 1 ay 29gün) təşkil etmiş olur (2№-li Siayhı, kod 2150100b - 23428); Bununla yanaşı, iddiaçının 26.11.1993-cü il tarixindən 25.09.1994-cü il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyi 1 il 1 ay 29gün iki qat ölçüdə sığorta stajı kimi nəzərə alınmalıdır (yəni, 2 il 3 ay 28 gün ). Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti Həmin Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə hesablanır. Eyni zamanda, iddiaçının əmək kitabçasına əsasən 08.01.2001-31.12.2005 «Lukoyl Azərbaycan” QSC-də operator ( 4 il, 11 ay 23 gün ) kimi işləmişdir. Beləliklə də iddiaçının əmək fəaliyyəti üzrə 25 il 7 ay 20 gün əmək stajı müəyyən olunur ki, həmin müddətin də 12 il ay daydan çoxunu o, “Mərkəzielektrotökmə” zavodunda metal tökmə istesalında tetal tökmə nəqledicisi, nəzarətçi usta, usta kimi vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısında «Metal İstehsalı» bölməsində həmin peşə və vəzifələr müvafiq olaraq - «92 2150100a – 19219», 2150100b – 23428, 2150100b – 23428 kodlar aldtında güzəştli pensiya hüququ verən göstəricilər sırasında təsbit olunmuşdur. İşə əlavə olunmuş “Bakı Elektrotökmə ASC-nin 17.07.2020-ci il tarixli 10 saylı izpşlı arayışından da görünür ki, iddiaçının zavodda çalışdığı həmin peşə və vəzifələr metal tökmə istehsalındə güzətli pensiya hüququ verən xüsusilə zərərəli iş şəraitinə aid edilən peşə və vəzifələr kimi qeyd olunmuşdur. Cavabdehin işə əlavə olunmuş 21 aprel 2021-ci il tarixli, **********3 nömrəli məktubundan, habelə və onun hazırkı apellyasiya şikayətinin dəlillərindən də görünür ki, 01.012006-cı il tarixinədək iddiaçının 25 ildən çox ümumi iş stajına və bu stajın 12 il 6 aydan çoxunu güzəştli pensiya hüququ verən peşə və vəzifələrdə çalışdığı mübahisələndirilmir Belə olan halda, “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, iddiaçı 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq iddiaçının 57 yaşının tamam olduğu 05.10.2017-ci il tarixindən güzəştli şərtlərlə pensiya hüququ yaranır və bu halda artıq onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci ildən qüvvədə olan redaksiyasına görə fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olması artıq tələb olunmur (şəxsiyyət vəsiqəsinə əsasən ( Asan 4; 03.05.2016) xx.xx.1960-cı ildə anadan olmuşdur). Beləliklə də, cavabdehin apellyasiya şikayətinin iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün onun fərdi hesabınada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq minimum pensiya təminatına imkan verən pensiya kapitalının mövcud olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçıya 57 yaşının tamam olduğu 14.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehə həvalə etməklə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4759/2021 saylı, 25.06.2021-ci iltarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4759/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2530/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2530/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver