Məhkəmə qərarları › İş №2-1(103)-2531/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2531/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2531/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4676/2021 saylı 31.05.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə),açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4676/2021 saylı 31.05.2021-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadı ləğv edib, iş üzrə yeni qanuni və əsaslı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiaya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya icraatı mümkündür. İddiaçı şikayətini onunla əsaslandırılmışdır ki, o, pandemiya ilə əlaqədar bir müddət «evdə qal» çağırışına əməl etmiş, 12.04.2021-30.04.2021-ci il tarixlərində özünü pis hiss etmiş, hərarəti artmışdır. Səhhəti ilə bağlı 16.04.2021-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edə bilməmiş, lakin həmin gün dəftərxana vasitəsilə əmək kitabçasının surətini məhkəməyə təqdim etmişdir. 17.05.2021-ci il tarixli məhkəmə iclasında səhhətindəki problemləri, pandemiya vəziyəti və yaşının çox olduğunu nəzərə alaraq iştirak edə bilmədi. 31.05.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında isə mütləq iştirak etğmək istəyirdi. Ancaq 27.05.2021-ci il tarixində səhhəti yenidən ağırlaşdığını hiss edərək 4 gün sonraya təyin edilmiş təyin edilmiş iclasda iştirak edə bilməyəcəyini görüb, 27.05.2021-ci il tarixində «Azərpoçt» vasitəsilə yazılı ərizə formasında məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Həmin məktubun surətini 27.05.2021-ci il tarixində «Azərpoçt» qəbzinin və xəbərnaməni ərizəyə əlavə edir. Qərardad isə 31.05.2021-ci il tarixində qəbul edilsə də, ona gəlib çatmamış. məhkəməyə qayıtmış və o, 18.08.2021-ci il tarixində qərardadı məhkəmədən almışdır. Demək olar ki.1 ay ərzində məhkəmə iclaslarında səhhəti ilə əlaqədar iştirak edə bilməmişdir. Ancaq tələb olunan sənədləri məhkəməyə təqdim etmişdir. Hesab edir ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş. Məhkəmə gəldiyi nəticə üçün işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə kollegiyasının hazırkı iclası barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (həm də cavabdeh) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in qeyd olunan 55.3-cü maddəsinə əsasən isə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixə təyin olunmuş hazırlıq iclasınıni vaxtı barədə məhkəməsi tərəfindən 02.03.2021-ci il tarixdə xəbərdar edilmiş, lakin həmin məhkəmə iclasına gəlməmişdir (Həmin tarixdə onun adından məhkəməyə dəftərxana vasitəsi ilə əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilmişdir). Yenidən hazırlıq icraatı üzrə məhkəmə iclası 17.05.2021-ci il tarixə təyin edilmiş və iddiaçıya göndərilən məhkəmə bildirişində İPM-in 55.3-cü maddəsinin tələbi qaydasında, onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayındığı halda, iddiasının geri götürülmüş sayılması barədə xəbərdarlıq da edilmiş, lakin həmin məhkəmə iclasına da o, gəlməmişdir. Məhkəmə iclası təkrar təxirə salınaraq hazırlıq icraatı üzrə 31.05.2021-ci il tarixə məhkəmə iclası təyin edilmiş, həmin iclasa da iddiaçı gəlməmişdir. Beləliklə də, ona göndərilən bildirişdə məhkəmə icraatından yayınmanın hüquqi nəticələri barədə lazımi qaydada izah edilməsinə baxmayaraq, iddiaçı ardıcıl olaraq 30 gündən çox müddət ərzində iş üzrə məhkəmə icraatında iştirak etməkdən yaınmışdır. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən də göründüyü kimi, adıçəkilən məhkəmə iclaslarında iştirak etmədiyi onun tərəfindən etiraf olunur. Şikayətində onun bir aydan da çox müddət ərzində məhkəmə iclaslarında iştirak etəməməsini pandemiya və səhhətində baş verən problemlərlə əlaqələndirməsinə gəldikdə isə, birincisi, qeyd olunan tarixlərdə bütün məhkəməlar, o cümlədən Bakı İnzibati Məhkəməsi tam fəaliyyət göstərmiş, ikincisi səhhətində baş verən problənlərin nədən ibarət olması və hansı xəstəliyi keçirməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Onun 27.05.2021-ci il tarixində «Azərpoçt» vasitəsilə yazılı ərizə formasında məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar iştirakı olmadan işə baxılmasını xahiş etdiyi ərizəsi isə məhkəməyə 31.05.2021-ci il tarixli qərardad qəbul edildikdən bir gün sonra, yəni 01.06.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu, gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4676/2021 saylı 31.05.2021-ci il tarixli qərardadı ilə iddanın geri götürülmüş sayılmasını qanuni və əsaslı nəticə kimi qiymətləndirir və yekunda belə qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4676/2021 saylı 31.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, iddia ərizəsinin geri götürülmüş sayılması onun tərəfindən yenidən prosessual qanunvericiliyin tələbləri qaydasında inzibati məhkəmədə iddia qaldırmasına maneçilik törətmir. Qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 89, 90, 94-cü madələrinə əsasən məhkəmə kollgiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4676/2021 saylı 31.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar