Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2534/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6437/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR ƏN PXnin Bakı İstintaq Təcridxanasmda xx.xx.2019-xx.xx.2020-ci il müddətində saxlanmaqla azadlıqdan məhrum edildiyinə görə, ona cəza çəkməkdən azad edilən şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi vəzifəsi cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun (sədrlik edən) qəbul etdiyi 4(011)-564/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Xətai rayon prokurorluğunun AR CM-nin 120.2.1, 120.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamına əsasən iddiaçı barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi İbrahim İbrahimlinin (sədrlik edən) qəbul etdiyi 4(011)-42/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 , 120.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihama əsasən, iddiaçı barəsində həbsdə saxlama müddəti 03 (üç) ay olmaqla 07 (yeddi) ayadək, yəni 28 aprel 2020-ci ilədək uzadılmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Hüseyn Cavidin (sədrlik edən) qəbul etdiyi 4(011)-261/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihama əsasən, iddiaçı barəsində seçilmiş həbsdə saxlama müddəti 01 (bir) ay olmaqla 08 (səkkiz) ayadək, yəni 28 may 2020-ci ilədək uzadılmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fərid Yaqubovun (sədrlik edən) qəbul etdiyi 4(011)-344/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə AR Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihama əsasən, iddiaçı barəsində seçilmiş həbsdə saxlama müddəti 02 (iki) ay olmaqla 10 (on) ayadək, yəni 28 iyul 2020-ci ilədək uzadılmışdır. Bakı şəhərinun Xətai rayon prokurorluğu “təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixdə AR Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.2.1-ci maddələri ilə iddiaçıya elan olunmuş ittiham dəyişdirərək, ona AR Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə yeni ittiham elan olunmuşdur. AR CPM-in 159.7 və 159.7.2-ci maddələrin tələbinə əsasən , cinayət işinin məhkəməyədək icraatı zamanı az ağır cinayətlər üzrə təqsirləndirilən in həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq 7 (yeddi) aydan artıq ola bilməz. Qeyd edir ki, ona elan edilmiş əsassız ittihama əsasən, xx.xx.2020-ci il tarixdə 10 ay həbsdə saxlanma müddətim tamamlanmış, bu isə AR CPM-nin 159.7. 159.7.2 və 159.8-ci maddələri ilə nəzərdə tutlmuş cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin son həddidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən, iddiaçı AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və həmin cəza ibtidai istintaq zamanı AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasmda saxlandığı 10 (on) ay müddəti ilə əvəzlənmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-960/2022 saylı xx.xx.2022ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 65/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünü dəyişdirərək, iddiaçının təqsirləndirildiyi AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə mənə cəza təyin edilməmiş və cəza təyin edilməsinə dair göstərişlər hökmdən xaric edilmişdir. Artıq qeyd edildiyi kimi AR Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə mənə elan edilmiş ittihama əsasən, cinayət işinin məhkəməyədək icraatı zamanı az ağır cinayətlər üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmanın son həddi 10 (on) aydır. Məlum cinayət işinin ibtidai istintaqı davam etdiyindən xx.xx.2019-xx.xx.2020-ci il müddətində AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasmda saxlandıqdan sonra, barəsində “polisin nəzarətinə verilmə” haqqında qətimkan tədbiri seçilmişdir. Yuxarıda qeyd edilmiş faktları nəzərə alaraq, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 14.1-ci maddəsinin tələbinə əsasən, AR ƏN PXnin Bakı İstintaq Təcridxanasmın təqdim etdiyi xx.xx.2020-ci il tarixli 15 saylı arayışın sürətini və aidiyyəti digər sənədlər əlavə etməklə 3 saylı Bakı DOST Mərkəzi vasitəsi ilə cavabdeh-AR ƏƏSMN-nin tabeliyyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial) müraciət etmiş və həmin Filial birdəfəlik müavinətin təyin olunmasından imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla cavab vermişdir. Bildirir ki, adıçəkilən məktub 3 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixində mənə təqdim edilmişdir. Məlumat üçün bildirilir ki, adıçəkilən məktubda cavabdeh “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” AR 31 may 2007-ci il tarixli Qanunun 1.0.1 , 1.0.2-ci, AR Cinayət-Prosessual Məcəlləsinin 7.0.38 , 7.0.40-cı və AR Cinayət Məcəlləsinin 41.1, 83.1-ci maddələrinə istinad edərək, birdəfəlik müavinətin təyin olunmasından imtina edilməsi haqqında mövqeyinin qanuna uyğunluğunu sübut etməyə cəhd etmişdir. Hesab edir ki, cavabdehin birdəfəlik müavinətin təyin olunmasından imtina edilməsi barədə öhdəliyin icrası haqqında hərəkəti aşağıdakı arqumentlərə görə əsassız və qanunsuzdur. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmaqla azadlıqdan məhrum edildiyinə görə ona cəzaçəkməkdən azad edilən şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsini edir. Qeyd edilir ki, İddiaçı barəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 10 ay müddətində AR Cinayət Məcəlləsinin 120.2.1; 120.2.2; 221.2.1-ci maddələri ilə elan edilmiş ittihama əsasən (4(011)-564/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarla 04 ay; 4(011)-42/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarla 03 ay; 4(011)-344/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarla 01 ay olmaqla) həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı AR Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən İddiaçı ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 10 ay müddətində həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla İddiaçı cəzasını çəkmiş hesab olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-960/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı təqsirləndirildiyi AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edilməsin və cəza təyin edilməsinə dair göstərişlər hökmdən xaric edilsin. Müvafiq qərarın əsaslandırma hissəsindən aydın olduğu kimi AR CM-nin 128-ci maddəsi ilə olan cinayət əməlləri İddiaçı tərəfindən törədilməsi sübuta yetirilmiş, lakin həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır). “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Həmin Qanuna əsasən, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə əsasən, penitensiar müəssisə-Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 6.1.7-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı barəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 10 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən, qətimkan tədbiri təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsində qeyd edilmişdir ki, həbs qətimkan tədbiri təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. Beləliklə, həbs qətimkan tədbiri cəza növü olmadığından, İddiaçı istintaq təcridxanasında saxlanıldığından, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi səbəbindən cəza təyin edilmədiyindən İddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid deyil. Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Bildiririk ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı sosial adaptasiyaya, tibbi və sosial yardıma ehtiyac duyması istisna edilir. Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı əsassız şəkildə 10 ay müddətində istintaq təcridxanasında saxlanıldığını iddia edirsə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56.0.3-cü maddəsinə əsasən 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11 -ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən ve haqqında cinayət təqibi davam etdirilən şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın vəzifəsi deyildir. Beləliklə qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən və iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından, ona bu müavinətin ödənilməsi mümkün deyildir. Buna görə də qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı "birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6437/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsi, AİHM-nin presedent hüququna əsasən 6-cı maddəsinin 1-ci bəndinə istinad edir və eyni zamanda bu hüquqi normaların tələblərini nəzərə almır. Belə ki, bu hüquqi normaların tələbinə görə, “hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir” və “insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz”. Məhkəmə onun hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatını təmin etməmiş və ya onun insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasının qarşısını almamışdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsi ilə qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdınlmasına dair tələblərin anlayışı verilmişdir. Hesab edir ki, Konstitusiya Qanununun 3-cü maddəsinin hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Daha sonra hakim məlum qərardadında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə bağlı АМ-in presedent hüquqlarının hamı üçün eyni hüquq və vəzifələr yaradan ümumi normalarına istinad edir, bu isə adıçəkilən qərardadın əsaslandırılması demək deyildir. Hakim Plenum qərarının 2.3-cü bəndinə istinad edərək hesab edir ki, onun məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə bağlı subyektiv hüququ yoxdur. Yəni başqa sözlə onun məlum iddia tələbi ilə bağlı hüquq və azadlıqları pozulmamışdır. Hakimin bu qanunsuz və əsassız arqumenti ilə bağlı aşağıdakı faktları xüsusi vurğulamaq istəyir: Əvvəla, hakim adıçəkilən bəndə istinad edərək, həmin qərarın 2.2-ci bəndinin tələbini yerinə yetirməmişdir. Belə ki, hakim onun təqdim etdiyi sübutlarla və ya istinad etdiyi hüquqi normalarla, habelə işdə olan digər materiallarla kifayətlənməyərək , mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir və həmin qərarın 3.4-cü bəndinin tələbinə əsasən “birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Hakim məlum qərardadı qəbul edərkən , Plenum qərarının 3.3-cü bəndinin “yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasma səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir” tələbini pozmuşdur. Qərardad qəbul edilərkən məhkəmə Plenum qərarının 7-ci bəndinin “iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər” tələbini yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən , bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda , inzibati münasibətlərə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müddəları tətbiq oluna bilər. AR Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin tələbinə görə isə “mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.” Hakim yuxanda qeyd edilmiş hüquqi normaların tələbini yerinə yetirməyərək AR Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin tələbinə əsasən analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etməmişdir. Hakim öz təşəbbüsü ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” AR 31 may 2007-ci tarixli Qanunun 1.0.1 , 1.0.2 və 6.1.7-ci maddələrinə hazırkı inzibati mübahisəyə münasibətdə şərh edilməsinə dair müvafiq sorğu ilə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinə müraciət edə bilərdi, lakin o yardım etməklə bağlı vəzifəsini yerinə yetirməmişdir. Beləliklə, cavabdeh-Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” AR 31 may 2007-ci il tarixli Qanunun 1.0.1 və 1.0.2-ci maddələrinə əsasən, xahişinin təmin edilməməsini əsassız və qanunsuz hesab edir. Belə ki, Bakı İstintaq Təcridxanası istənilən Cəza çəkmə müəssisəsi kimi AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə aiddir. O, Bakı İstintaq Təcridxanasında Bakı şəhəri Xətai rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarlarına əsasən, 10 (on) ay müddətinə insan hüquq və azadlıqları pozulmuşdur. Cavabdehin mövqeyinə görə bu qərarlar əsassızdırlarsa, onda Penitensiar Xidmətinin aidiyyəti dövlət məmurları cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmələr müvafiq qərarlar qəbul edir və onun azadlığı 10 (on) ay müddətinə məhdudlaşdırılır və bu müddət sonradan məhkəmə hökmündə azadlıqdan məhrumetmə cəzası ilə günə-gün əvəzlənir. Yəni, məhkəmənin müvafiq hökmünə əsasən, o, 10 (on) ay müddətinə azadlıqdan məhrum edilmiş və bu müddət Bakı İstintaq Təcridxanasında saxlandığı müddətlə əhatə edilmişdir. Başqa sözlə, onun Bakı İstintaq Təcridxanasında 10 (on) ay müddətinə azadlığı məhdudlaşdırıldığına görə yenidən azadlıqdan məhrumetmə cəzasının icrası ilə bağlı həbs edilməmişdir. Sual olunur ki, Bakı İstintaq Təcridxanasında saxlandığı 10 (on) ay müddət azadlıqdan məhrumetmə deyilsə, onda həmin müddət nəyə görə günə-gün azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənir?! Qərardadı qəbul edərkən məhkəmə iddiaçının təqdim etdiyi sübutları araşdırır, proses iştirakçıları bu faktlar barədə öz mülahizələrini bildirir, lakin həmin faktları hazırki mübahisənin həlli ilə bağlı sübut kimi qiymətləndirməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmadığından “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, birdəfəlik müavinət ödənilməsi hüququ yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kollegiya qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, penitensiar müəssisə-Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. İş materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək 10 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən, qətimkan tədbiri təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsində qeyd edilmişdir ki, həbs qətimkan tədbiri təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. Qüvvədə olan məhkəmə qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli 1(101)-65/2022 nömrəli hökmü dəyişdirilmiş, İddiaçı təqsirləndirildiyi AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edilməmiş və cəza təyin edilməsinə dair göstərişlər hökmdən xaric edilmişdir. Beləliklə, həbs qətimkan tədbiri cəza növü olmadığından, iddiaçı istintaq təcridxanasında saxlanıldığından, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi səbəbindən ona cəza təyin edilmədiyindən o, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid deyil. Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Odur ki, iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmadığından “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, onun birdəfəlik müavinət ödənilməsi üçün müraciət etməyə subyektiv hüququ olmamışdır. Qeyd olunanlara əsasən hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6437/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2534/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2534/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver