Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2534/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 011 saylı protokolundan çıxarışean görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) kooperativə üzv qəbul olunmuş və Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin payçısı olaraq təsdiq edilmişdir.
2. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzili iddiaçıya təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi, o cümlədən bu müqavilənin 03 saylı əlavəsi lə müəyyən edilmiş qaydalara əməl etməyi öhdəsinə götürmüşdür.
3. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş məbləğdə Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev (bina) № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin dəyərini tam ödəmiş və onun müqavilə üzrə borcu qalmamışdır.
4. "xxxx" MTK tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, 155 saylı mənzil mövcuddur, lakin mənzillərdən biri MTK-nın ofisi kimi binanın inzibati idarəçiliyi üçün nəzərdə tutulmuş və onun satışı nəzərdə tutulmamışdır. İddiaçıya təqdim edilən mənzil məhz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 159 saylı istismara icazə sənədində əks edilmiş 154 ədəd mənzildən biridir.
5. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra – cavabdeh) tərəfindən verilmiş imtina məktubunun surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, 155 saylı mənzilin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair elektron qaydada göndərilmiş 159 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olmamış, bundan başqa İdarənin mütəxəssisləri texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır.
6. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsini əhatə edən məhəllə ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına 20 sentyabr 2019-cu il tarixdə 159 nömrəli icazə verilmişdir (istismara icazə sənədi).
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/7067 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki: - Bakı şəhəri, Xətai rayonu, “Ağşəhər”, 1-fəvvarələr küçəsində yerləşən, "xxxx" yaşayış komleksində yerləşən 155 saylı mənzilin ümumi sahəsinin faktiki olaraq 154.35 kv.m təşkil etdiyi müəyyən edilmişdir. - ünvan 1 ünvanında yerləşən mənzilin çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə sənədində göstərilən mənzillərin sahələrinin ümumi sahəsinə aid olduğu müəyyən edilmişdir. - ünvan 1 ünvanında yerləşən mənzilin "xxxx" MTK-nın adına tərtib edilmiş memarlıqplanlaşdırma həllində (eskiz layihəsində) nəzərdə tutulduğu müəyyən edilmişdir. - ünvan 1 ünvanında yerləşən mənzilin yerləşdiyi mərtəbədə mövcud olan mənzillərin, eləcə də tədqiq olunan mənzilin giriş-çıxış qapıları ayrı-ayrılıqda olduğundan, hər bir mənzilin girişçıxış qapıları pilləkən qəfəsəsinə açıldığından, tədqiq olunan mənzilə girişçıxışın digər mənzillərə hər-hansı maneçilik yaratmadığı müəyyən edilmişdir. - ünvan 1 ünvanında yerləşən mənzil təmirsiz olduğundan (podmayak), mənzilin tikililərinin faktiki yerləşməsinin və digər texniki parametrlərinin (sahəsinin, ölçülərinin və.s) "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə uyğun olduğundan, həmin mənzil üzrə yenidənqurma işlərinin aparılmadığı müəyyən edilmişdir. Bu səbəbdən də altıcı sual üzrə tədqiqat aparılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu “Ağşəhər”, 1-ci fəvvarələr küçəsi, ev (bina) № 13, blok 11, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 158.35 m olan, 4 otaqlı, 155 saylı mənzilin iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçının nümayəndəsi (vəkili) daha sonra iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən ünvan 2 ünvanında olan 155 saylı mənzilin faktiki ölçüdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, , iddiaçının "xxxx" MTK ilə aralarında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində iddiaçı mənzilin dəyərini ödəmişdir. İddiaçının müqavilə üzrə borcunun olmaması müvafiq qəbz və maliyyə arayışı ilə təsdiq edilmişdir.İddiaçı hazırki iddia tələbi ilə eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdehin iddia tələbinə yazılı etirazında göstərilmişdir ki, 155 saylı mənzilin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair elektron qaydada göndərilmiş 159 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olmadığı müəyyən edilmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahəsinə (mənzilə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur.
14. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh iddia olunan mənzilin istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə aid olmadığını bildirsə də, ekspertiza tədqiqatı zamanı həmin mənzilin əslində memarlıq-planlaşdırma həllində (eskiz layihəsində), o cümlədən də istismara icazə sənədində göstərilən mənzillərin ümumi sahəsinə aid olduğu müəyyən olunmuşdur. Eyni zamanda "xxxx" MTK-nın özü də bu hal üzrə aydınlıq gətirmiş, 155 saylı mənzilin mövcud olduğunu, lakin mənzillərdən birinin MTK—nın ofisi kimi binanın inzibati idarəçiliyi üçün nəzərdə tutulduğu və onun satışının nəzərdə tutulmadığını, iddiaçıya təqdim edilən mənzilin məhz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 159 saylı istismara icazə sənədində əks edilmiş 154 ədəd mənzildən biri olduğunu təsdiq etmişdir.
15. Beləliklə, Məhkəmə hesab etmişdir ki, iddia olunan mənzil çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə sənədində göstərilən mənzillərin sahələrinin ümumi sahəsinə, həmçinin "xxxx" MTK-nın adına tərtib edilmiş memarlıq-planlaşdırma həllində (eskiz layihəsində) nəzərdə tutulduğundan, cavabdehin imtina əsası kimi göstərdiyi dəlil iddiaçının gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.
16. Cavabdehin irəli sürdüyü digər imtina əsası ilə bağlı Məhkəmə bildirmişdir ki, yazılı etirazda İdarənin mütəxəssislərinn texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı bildirilsə də, göstərilən bu hal “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsaslarının əhatə dairəsinə düşmür. Lakin nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı alınmış ekspert rəyində mənzilin faktiki ölçüsünün 154.35 kv.m olduğu, mənzilə giriş-çıxışın digər mənzillərə hərhansı maneçilik yaratmadığı, mənzilin tikililərinin faktiki yerləşməsinin və digər texniki parametrlərinin (sahəsinin, ölçülərinin və.s) "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə uyğun olduğu müəyyən edilmişdir.
17. Beləliklə məhkəmə qeyd etmişdir ki, mənzilə dair bağlanmış müqavilədə əmlakın ölçüləri 158.35 kv.m göstərilmişdir ki, bu da mənzil ilə bağlı hər hansı artımların olmadığını, əksinə mənzili faktiki ölçülərinin sənəd ilə müqayisə də az olduğunu göstərir. İddiaçının özü də məhz mənzilin faktiki ölçüsünə münasibətdə mülkiyyət hüquqlarının reallaşdırılmasını arzulayır ki, mənzilin faktiki ölçüsü ilə sənəddə olan ölçüdə fərqin olması onun mənzilə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə ilə oxşar məzmunda əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırılması zamanı cavabdehin istinad etdiyi hal üzrə araşdırmanın aparılması məqsədi ilə müvafiq olaraq eksprtiza təyin edilmişdir. Ekspertiza tədqiqatı nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, “Ağşəhər”, 1-fəvvarələr küçəsində yerləşən, "xxxx" yaşayış komleksində olan 155 saylı mənzil çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə sənədində göstərilən mənzillərin sahələrinin ümumi sahəsinə aid olduğu, "xxxx" MTK-nın adına tərtib edilmiş memarlıq-planlaşdırma həllində (eskiz layihəsində) nəzərdə tutulduğu, ümumiyyətlə giriş-çıxışın digər mənzillərə hər-hansı maneçilik yaratmadığı müəyyən olunmuşdur. Göründüyü kimi cavabdeh iddia olunan mənzilin istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə aid olmadığını bildirsə də, ekspertiza tədqiqatı zamanı həmin mənzilin əslində memarlıq- planlaşdırma həllində (eskiz layihəsində), o cümlədən də istismara icazə sənədində göstərilən mənzillərin ümumi sahəsinə aid olduğu müəyyən olunmuşdur. Eyni zamanda "xxxx" MTKnın özü də bu hal üzrə aydınlıq gətirmiş, 155 saylı mənzilin mövcud olduğunu, lakin mənzillərdən birinin MTK—nın ofisi kimi binanın inzibati idarəçiliyi üçün nəzərdə tutulduğu və onun satışının nəzərdə tutulmadığını, iddiaçıya təqdim edilən mənzilin məhz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 159 saylı istismara icazə sənədində əks edilmiş 154 ədəd mənzildən biri olduğunu təsdiq etmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin e-2-1(112)-773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Prosses iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 26.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarı
27.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, "xxxx" MTK ilə iddiaçı arasında imzalanmış müqaviləyə əsasən, "xxxx" MTK ünvan 2 ünvanında olan 155 saylı mənzilin İddiaçı təhvil verilməsi və iddiaçının mənzili qəbul edib haqqının "xxxx" MTK-ya ödənilməsi işin mübahisələndirilməyən halı olmaqla iş materialları ilə öz təsdiqini tapır.
38. İşin mübahisəli halı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən mənzil mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil deyildir və İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır.
39. Hazırki mübahisə predmeti olan mənzilin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair 159 nömrəli, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə (154 mənzil) daxil olmaması ilə bağlı cavabdehin apellyasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı cavabdehin istinad etdiyi hal üzrə araşdırmanın aparılması məqsədi ilə müvafiq olaraq ekspertiza təyin edilmişdir. Ekspertiza tədqiqatı nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, “Ağşəhər”, 1fəvvarələr küçəsində yerləşən, "xxxx" yaşayış kompleksində olan 155 saylı mənzil çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə sənədində göstərilən mənzillərin sahələrinin ümumi sahəsinə aid olduğu, "xxxx" MTK-nın adına tərtib edilmiş memarlıqplanlaşdırma həllində (eskiz layihəsində) nəzərdə tutulduğu, ümumiyyətlə giriş-çıxışın digər mənzillərə hər hansı maneçilik yaratmadığı müəyyən olunmuşdur.
40. Göründüyü kimi cavabdeh iddia olunan mənzilin istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə aid olmadığını bildirsə də, ekspertiza tədqiqatı zamanı həmin mənzilin əslində memarlıq-planlaşdırma həllində (eskiz layihəsində), o cümlədən də istismara icazə sənədində göstərilən mənzillərin ümumi sahəsinə aid olduğu müəyyən olunmuşdur. Eyni zamanda "xxxx" MTK-nın özü də bu hal üzrə aydınlıq gətirmiş, 155 saylı mənzilin mövcud olduğunu, lakin mənzillərdən birinin MTK—nın ofisi kimi binanın inzibati idarəçiliyi üçün nəzərdə tutulduğu və onun satışının nəzərdə tutulmadığını, iddiaçıya təqdim edilən mənzilin məhz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 159 saylı istismara icazə sənədində əks edilmiş mənzillərdən biri olduğunu təsdiq etmişdir.
41. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, idarənin mütəxəssislərinin texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı bildirilsə də, göstərilən bu hal “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsaslarının əhatə dairəsinə düşmür.
42. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə araşdırılması zamanı alınmış ekspert rəyində mənzilin faktiki ölçüsünün 154.35 kv.m olduğu, mənzilə giriş-çıxışın digər mənzillərə hər hansı maneçilik yaratmadığı, mənzilin tikililərinin faktiki yerləşməsinin və digər texniki parametrlərinin (sahəsinin, ölçülərinin və.s) "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə uyğun olduğu müəyyən edilmişdir.
43. Beləliklə, mənzilə dair bağlanmış müqavilədə əmlakın ölçüləri 158.35 kv.m göstərilmişdir ki, bu da mənzil ilə bağlı hər hansı artımların olmadığını, əksinə mənzili faktiki ölçülərinin sənəd ilə müqayisədə daha az olduğunu göstərir. İddiaçının özü də məhz mənzilin faktiki ölçüsünə münasibətdə mülkiyyət hüquqlarının reallaşdırılmasını arzulayır ki, mənzilin faktiki ölçüsü ilə sənəddə olan ölçüdə fərqin olması onun mənzilə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz.
44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı).
45. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur.
46. Belə olan halda kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışı ilə təsdiq olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahəsinə (mənzilə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur.
47. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.