Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2535/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi 1 nömrəli Poliklinika) «əlilliyin təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1471/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür (i.v 179). İddianın əsaslarına görə 2008-ci il tarixdə döyüş bölgəsində yaralanması nəticəsində iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. O, xəstəliyi ilə əlaqədar daimi müalicələr almış, lakin sonuncu dəfə onun müraciəti əsasında tibbi göndəriş əsasında xəstəliyi qiymətləndirilərkən cavabdeh tərəfindən əlavə müalicəyə ehtiyacı olması əsası ilə müraciətimin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh iddia əriəzsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının aidiyyəti tibb müəssisəsində bərpa müalicə etdirməsi, tam reabilitasiya olmadığı halda, əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1471/2022 saylı xx.xx.2022-il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.3, 2.5-2.6-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.3-cü bəndlərinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmn etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış əsassız olaraq əlillik dərəcəsi verilməsindən imtina etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə Daxıili İşlər Nazirliyinin Bakı 1 saylı Poliklinikasının xx.xx.2021-ci il tarixli 4399003AAAKV saylı göndərişi (Forma 088) əsasında iddiaçının xəsətəliyinin qisəmtələndirilməsi aparılımış və aşağıda göstərilən səbəblə əlillik təyin edilməsindən imtina olunmuşdur: “X2: İX Sinif-Qandövranı xəstəlikləri=> l11-l15 –Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => l11- Ürəyin hipertenziv xəstəliyi (başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni:Əsas diaqnoz l11 Ürəyin hipertenziv xəstəliyi.Hipertoniya xəstəliyi İİİ dərəcə, vaxtaşırı krizlərlə Ü.İ.X. Gərginlik stenokardiyası funksional sinif İİİ=İV dərəcə tez-tez baş verən tutmalarla Ürək çatışmazlığı İİİ dərəcə. Səyrici arıtmiya. Ağırlaşma 149.0 Mədəciklərin fibrrilyasiyası və titrəməsi, Səyrici aritmiya.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəsdədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşdırılmış müalicə kursu yetərli deyil, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var” Birinci instansiya məhkəməsi araşdırma nəticəsində iddianı təmin edərkən qeyd etmişdir ki, “iddiaçıya əlilliyin təyin edilməməsi formal əsaslarla bağlıdır. Bu zaman iddiaçının 12 yanvar 2021-ci il tarixli adıçəkilən İnstitutun arayışı, göndərişdə əksini tapan ambulator müalicə ilə bağlı müraciətləri və stasionar aldığı müalicə, sağlamlıq vəziyyəti barədə məlumatlar nəzərə alınmamıışdır. Eyni zamanda, məhkəmənin inzibati araşdırması nəticəsində əldə edərək tətqiq edə bildiyi poliknikanın iddiaçı barəsində tibbi sənədləri inzibati icraat qaydasında tətqiq edilməmiş, iddiaçının sağlamlıq vəziyyəti nəzərə alınmadan müraciətin təminindən imtina edilmişdir.” Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayan cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilir ki, Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qanunvericiliyə uyğun qiymətləndirmə aparmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə nəzərdə tutulur ki: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər...” İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq 2004-cü ildə tibbi nəzarətə götürülmüş, xəstəliyinin başlanma tarixi xx.xx.2007-ci ilə təsadüf edir. Belə ki, həmin tarixdə onun xəstəliyi DİN-in 1 saylı Poliklinikasının 088 saylı formalı göndərişi əsasında DİN DQ Hərbi-həkim komissiaysnının qərarı ilə “Hipertoniya xəstəliyi Ü.İ.X. Gərginlik stenokardiyası İİİ dərəcə, Xroniki ürək çatışmazlığı İ mərhələ.İ funksional sinif Sol qulağın keçirilmiş kontuziyasından sonrakı vəziyyət“ diaqnozu ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmiş, daha sonra, ona 3 nömrəli Zona TSEK-in müayinə aktına əsasən 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Cavabdehin qeyd olunan sonuncu qiymətləndirilməsindən göründüyü kimi, iddiaçının xəstəliyi 2021-ci ilə kimi davam edən eyni diaqnozla davam etmiş, səhhətində ağırlşmalar yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə AR Səhiyyə Nazirliyi MTE və PAB” PHŞ tərəfindən xx.xx.2021-ci il tarixli T283/2021 saylı ekspert rəyi ilə də təsdiq olunur ki, iddiaçıda mövcud xəstəliklər həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5.1-ci bəndinin tələbləri nəzərə alınmadığı üçün ona əlillik dərəcəsi təyin edilməmişdir. Ümumiyyətlə, qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıda aşkar olunan xəstəliyin qanuvericiliklə müəyyən olunan əlillik meyarlarına uyğun gəldiyi mübahisələndirilmir. İddiaçının müvafiq müalicələr almasına gəldikdə isə sözügedən ekspert rəyində, onun 06.012020-xx.xx.2020 tarixlərində X1, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində müalicələr aldığı və bu zaman onun həkim diaqnozlarında səhhətində düzəlişlərin mövcud olmadığı, əksinə ağırlaşmaları ilə davam etdiyi aydın surətdə təsbit olunmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının “diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşdırılmış müalicə kursu yetərli olmadığını və ixtisslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicəyə ehtiyacının olmasını” əsas gətiriən formal xarakterli səbəblərlə, ona əlillik dərəcəsi təyin edilməsindən imtina olunması əsassızdır. Çünki, sözügedən Qaydanın qeyd olunan 1.5.1-ci və 1.5.3-cü bəndlərinin mənasından göründüyü kimi, şəxsin şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının əlillik müddəti bitdikdən də sonra davam etməsi əliliyin təyin edilməsi üçün əsas verir. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin iddiaçının xəstəliyinin qanunvericiliyə uyğun qiymətləndirməsi aparıldığını vurğulamaqla, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini qanunsuz hesab edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1471/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1471/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2535/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2535/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver