Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2535/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndələri X5 və X7 iştirakları ilə, İddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2624/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Wertex” nişanına dair şəhadətnamənin ləğv edilməsi haqqında A224-7/22 nömrəli, xx.xx.2023-cü il tarixli və “Cuatro” nişanına dair şəhadətnamənin ləğv edilməsi haqqında A223-7/22 nömrəli, xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2624/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2624/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarından narazı qalan iş üzrə iddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilmişdir. Qeyd olunan apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə məhkəmə baxışı zamanı iş üzrə iddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2624/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin verilmə müddəti ötürüldüyündən, şikayətin qeyri-mümkün hesab edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X8 apellyasiya şikayətinin verilmə müddəti ötürüldüyündən, şikayətin qeyri-mümkün hesab edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 apellyasiya şikayətinin verilmə müddəti ötürüldüyündən, şikayətin mümkün sayılmaması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2624/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərarı xx.xx.2025-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2025-ci il tarixdə başa çatmış, apelyasiya şikayəti isə elektron qaydada 23 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası iddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, müddətin ötürülməsinə əsas olan sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı elektron sistemdə yaranmış xəta ilə bağlı apellyasiya şikayətinin müddət ötürülməklə verilməsini qeyd etsə də, məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemində xətanın 3 gün davam etməsi ağlabatan deyil. İddiaçı tərəfindən verilmiş ərizədə prosessual müddətin 1 gün ötürüldüyü qeyd edilsə də, işin hallarından göründüyü kimi, iddiaçı apellyasiya şikayətini son tarix olaraq xx.xx.2025-ci il tarixdə verə biləcəyi halda, 23 fevral 2025-ci il tarixdə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsində göstərilən hallar buraxılmış müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2624/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı «Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2624/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2535/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2535/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver