Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2537/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, vəkili X1 və cavabdehin nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)- 4051/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 52 yaşının tamam olması ilə əlaqədar olaraq 26 iyun 2015-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olması ilə əlaqədar olaraq 26 iyun 2020-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1963-cü ildə Lerik rayonunda anadan olmuşdur və ərizədə göstərdiyi ünvanda yaşayır. 01 sentyabr 1980-ci ildən 13.07.1981-ci ilə kimi ünvan 2iki Peşə məktəbinin elektrik qanaqçısı peşəsi (ixtisası) üzrə təhsil almışdır. Təhsil müddəti 11 ay 12 gün davam etmişdir. Əmək fəaliyyəti ilə əlaqədar olaraq bildirmişdir ki, 24 iyul 1981-ci ildən 22 sentyabr 1981-ci ilə kimi Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 1 saylı Trestinin 16 saylı İxtisaslaşdırılmış İdarəsində elektrik qaynaqçısi peşəsində işləmişdir. Əmək stajı 1 ay 28 gün. 13 oktyabr 1981-ci ildən 26 noyabr 1983-cü ilə kimi keşmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur, xidmət müddəti 2 il 1 ay 13 gün. Hərbi xidmətdən sonra 11 yanvar 1984-cü ildən 12 iyun 1984-cü ilə kimi Sənayetikinti Nazirliyinin 16 saylı İxtisaslaşdirılmış İdarəsində elektrik qaynaqçısi peşəsində işini davam etmişdir. Əmək stajı 5 ay 1 gün. 18 iyun 1984-cü ildən 30 oktyabr 2009-cu ilə kimi “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisədə elektrik qaynaqçısı peşəsində - əmək stajı 15 il 4 ay 12 gün. Bundan sonra fasiləsiz olaraq 06 noyabr 2009-cu ildən 05 yanvar 2012-ci ilə kimi “STP Tikinti” Lahiyyəsinin “Tikinti” sahəsində, 05 yanvar 2012-ci ildə STP AM və EAS Departamentinin tərkibinə keçirildikdən sonra da 29 dekabr 2012-ci ilə kimi həmin departamentin 25 və 1 saylı tikinti sahələrində elektrik qaynaqçısı peşəsində işləmişdir. Əmək stajı - 3 il 1 ay 23 gün. 30 dekabr 2012-ci ildən hazıra kim "xxxx" MMC-də elektrik qaynaqçısi peşəsində işini davam edir. Əmək stajı-8 ildən artıqdir. Etdiyi müraciət əsasında “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi tərəfindən verilmiş 10 avqust 2017-ci il tarixli, 09124 saylı arayışında 18 avqust 1984-cü ildən 30 oktyabr 2009-cu ilədək həmin müəssisədə işlədiyi elektrik qaynaqçısı peşəsinin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olması bildirilmişdir. Hal-hazıra kimi onun ümumilikdə 40 ildən artıq ümumi əmək stajı vardır, ondan 38 il işlədiyi elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı vardır. Ona görə də güzəştli şərtlər əsası ilə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq Filiala müraciət etmişdir. Həmin idarənin 13.11.2020-ci il tarixli **********8 saylı məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40552,37 manat təşkil edir. 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4051/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 26.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, pensiyanın təyin edilməsindən imtina üçün kapitaldan başqa dəlilləri yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. O, 01.09.1980-cı ildən 13.07.1981-ci ilədək elektrik qaynaqçısı peşəsi üzrə təhsil almış, 23.10.1981-ci ildən 26.11.1983-cü ilə qədər (2 il 1 ay 23 gün) hərbi xidmətdə olmuşdur. O, 01.09.1980-ci ildən 13.07.1981-ci ilə qədər Sumqayıt şəhəri Peşə məktəbində təhsil (10 ay 13 gün), 24.07.1981-ci ildən 22.09.1981-ci ilə qədər Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 1 saylı Trestinin 16 saylı İxtisaslaşdırılmış İdarəsində elektrik qaynaqçısı (1 ay 29 gün), 11.01.1984-cü ildən 12.06.1984-cü ilə qədər Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 1 saylı Trestinin 16 saylı İxtisaslaşdırılmış İdarəsində elektrik qaynaqçısı (5 ay 2 gün), 18.06.1984-cü ildən 01.06.1986-cı ilə qədər SUM-23 2 №-li Trestində (Azərsənayetikinti SC-də) qaynaqçı (1 il 11 ay 14 gün), 02.06.1986-cı ildən 02.01.1989-cu ilə qədər SUM-24 2 №-li Trestində (Azərsənayetikinti SC-də) elektrik qaynaqçısı (2 il 7 ay 1 gün), 02.01.1989-cu ildən 01.06.1992-ci ilə qədər Sumqayıt şəhəri PMK-2 2 №-li Trestində (Azərsənayetikinti SC-də) 4-cü dərəcəli elektrik qaynaqçısı (3 il 5 ay), 01.06.1992-ci ildən 30.10.2009-cu ilə qədər 2 №-li Trestdə elektrik qaynaqçısı, 5-ci dərəcəli elektrik qaynaqçısı (17 il 5 ay), 06.11.2009-cu ildən 29.12.2012-ci ilə qədər "xxxx" ASC-də 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir (3 il 1 ay 24 gün), 30.12.2012-ci ildən hal-hazıradək "xxxx" MMC-də 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləyir. Cavabdeh inzibati orqanın iddiaçının 07.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 13.11.2020-ci il tarixli, **********8 №-li məktubdan görünür ki, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37699,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Filial tərəfindən məhkəməyə ünvanlanan 25.02.2021-ci il tarixli, **********9 №-li məktubdan görünür ki, İddiaçı 1992-ci ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 7707,10 manat, 1992-2006-cı illər arasındakı dövr ərzində 10668,90 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 21039,98 manat olmaqla cəmi pensiya kapitalı 39415,98 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46800 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1. İddaçının 57 yaşının tamam olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajına malik olduğundan. Göründüyü kimi, iddiaçıya məxsus atestat, diplom, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 25 il 27 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
Güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 №-li müəssisəsinin 09121 №-li, 10.08.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı 18.06.1984-cü ildən 30.10.2009-cu ilədək Azərsənayetikinti SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Bu peşə 23.01.2007-ci il Nazirlər Kabinetinin qərarının 35-ci bölməsi üzrə güzəştli şərtlərlə pensiya çıxmaq hüququ vermişdir. - "xxxx" ASC-nin 01-FA/245 №-li, 19.04.2021-ci il tarixli işin xarakteri haqqında arxiv arayışından görünür ki, İddiaçı 06.11.2009-cu ildə (əmr AF 79/2 İ-kş, 06.11.2009-cu il) "xxxx"ASC-nin Sumqayıt Texnologiyalar Parkının Tikinti Layihəsinin tikinti sahəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və 29.12.2012-ci ildə (əmr AF 48/6kş. 29.12.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Zərərli iş şəraitində işlədiyi üçün İddiaçı 06.11.2009-cu ildən 29.12.2012-ci ilədək işlədiyi müddətdə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin ATÜ/442№-li, 28.12.2015-ci il tarixli əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququ malikdir. Güzəştli pensiya üçün staj: 03 il 01 ay 23 gün təşkil edir. Məlumat üçün bildirilir ki, Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il, 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. "xxxx" MMC-nin SMS-0050-OL/21 №-li, 14.04.2021-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı 04.11.2020-cı il tarixindən 14.04.2021-ci ıl tarıxınədək "STP Metal Structures” MMC-nin Qaynaq Quraşdırma zavodunun Qaynaq sexinin Yüngül konstruksiyaların hazırlanması sahəsində əl ilə aparılan qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 35-ci fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəşt pensiya üçün staj: 5 (beş) ay 10 (on) gün təşkil edir. "xxxx" MMC-nin 16 №-li, 14.04.2021-ci il tarixli güzəştli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 30.12.2012-ci il tarixindən 03.11.2020-ci il tarixinədək "xxxx" MMC-nin Qaynaq quraşdırma zavodunun qaynaq sexinin Yüngül konstruksiyaların hazırlanması sahəsində əl ilə qaynaq aparan 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007- cİ il tarixli 12 №-li qərarının 35-ci fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 7 (yeddi) il 10 (on) ay 4 (dörd) gün təşkil edir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının işlədiyi “elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr” adlanan 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olmaqla sonuncunun 01.01.2006-cı ilə qədər 21 il 6 ay 14 gün güzəştli iş stajı mövcuddur. Bu hal da cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Beləliklə də, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 26.06.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 01.01.2006-cı il tarixədək zəruri iş stajına malik olduğundan, bu zaman fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunmadığından iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə pensiya hüququnun yaranmadığı barədə cavabdehin dəlili əsaslı sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (26.06.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 26.06.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4051/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov