Məhkəmə qərarları › İş №2-1(103)-2538/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2538/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2538/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində soyadının dəyişdirilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1242/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İ. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadının “Nurəliyeva”dan “Abbasova”ya soyadına dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, X1 ilə 1999-cu ildə nikaha daxil olmuşdur. Həmin nikah haqqında şəhadətnaməyə əsasən soyadı dəyişdirilmişdir. Nikahın pozulması haqqında məhkəməyə müraciət edən zaman məlum olmuşdur ki, X1 onu aldatmışdır. Nikah haqqında şəhadətnamə saxtadır. Onun soyadının dəyişdirilməsi də qanunsuz olmuşdur. Ona görə “Abbasova” ata soyadına qayıtmaq üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1242/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş və məhkəmə sorğuları nəticəsində əldə edilmiş sənədlərə dizgün qiymət verilməmişdir. Halbuki, həmin sənədlərdə nikah haqqında şəhadətnamənin saxta olmasını sübut edən kifayət qədər əsaslar var. Məhkəmə tərəfindən müvafiq orqanlara göndərilmiş sorğular nəticəsində X1 ilə 1999-cu ildə bağlanmış nikahın bağlanmasını sübut edən hər hansı bir cavab məhkəməyə daxil olmamışdır.İddia ərizəsində soyadının “Nurəliyeva” deyil, ata soyadı olan “Abasova”soyadına dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliyin edilməsi qərar qəbul edilməsi xahiş edilsə də, məhkəmə qərardadada Bakı şəhəriYasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində soyadının dəyişdirilinnə dair” iddianın mümkün sayılmaması qeyd olunub. İddia ərizəsində doğum haqqında akt qeydində dəyişdirilməsi tələbi qoyulmadığı aşkar şəkildə görünür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin olumasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasını iclası barədə məlumat verilmiş cavabdeh xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət edərək iş yükünün çox olması ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 35.1ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri ödənilmir. Belə ki, iddiaçının cavabdeh qeydiyyat orqanına qarşı iddia tələbindən göründüyü kimi, soyadının “Nurəliyeva”dan “Abasova”ya dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliyin edilməsini tələb etmişdir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, akt qeydində iddiaçının soyadı “Nurəliyeva” deyil, dəyişdirilməsini tələb etdiyi kimi “Abasova” soyadı qeydə alınmışdır. Belə ki, cavabdeh Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubuna və ona əlavə edilmiş xx.xx.1959-cu il təvəllüdlü Nurəliyeva (Abasova) İradə Tofiq qızının nikah pozulması haqqında akt qeydlərinin surətinə əsasən müəyyən olunur ki, İddiaçı doğumu “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlanılmış və heç bir məlumat aşkar edilməmişdir. Onun nikahı xx.xx.1982-ci il tarixində Bakı Nikah Evi tərəfindən qeydə alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna və iddiaçının doğumu, nikahl və nikahının pozulması haqqında akt qeydlərinin kserosurətlərinə, o cümlədən, “doğum haqqında akt qeydi”nin surətinə” əsasən müəyyən olunur ki, X3 xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur. Soyadının dəyişməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Tədqiq olunan sənədlərdən göründüyü kimi, iddiaçı barəsində akt qeydlərində onun “Abasova” soyadının dəyişdirilməsi ilə bağlı heç bir qeydin mövcud olduğu görünmür. Belə olan halda, iddiaçının məhkəməyə təqdim etdiyi 31 iyul 1999-cu il tarixli 398772 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə, əri kimi göstərilmiş “X4” oğlunun soyadını (Nurəliyeva) qəbul etməsi ilə bağlı qeydlərin mötəbərliyi istisna olunur. Əslində, iddiaçı özü də iddia ərizəsində qeyd edir ki, sonradan ona məlum olmuşdur ki, X1 onu aldatmış, şəhadətnamə saxtadır. Həmin şəhadətnamənin etibarsızlığı ilə bağlı məsələ mülki-prosessual qanunvericiliyin tələbləri qaydasında həll edilməli məsələ olduğunudan, konkret halda, inzibati məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının, onun soyadının “Nurəliyeva”dan “Abasova”ya soyadına dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliyin edilməsi barədə” olan hazırkı iddiası əsasslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsinın qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, məhkəməyə təqdim edilmiş və məhkəmə sorğuları nəticəsində əldə edilmiş sənədlərə düzgün qiymət verilmədiyini vurğulamaqla, qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1242/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, iddiaçıya izah olunur ki, mülki prosessual qanunvericiliyin tələbləri qaydasında qeyd olunan nikahın bağlanması haqqında şəhadətnamə etibarsız hesab edildikdən sonra, “Abasova” soyadını təsdiq edən akt qeydi, eləcə də, qeydiyyat orqanının müvafiq arayışı da əlavə edilməklə, həmin soyadı ilə ona yeni şəxsiyyət vəsiqəsi verilməsi üçün, yaşaydığı yer üzrə polis orqanuna müraciət edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1242/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar