Məhkəmə qərarları › İş №2-1(103)-2538/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2538/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2538/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarların ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2540/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********451 nömrəli və xx.xx.2022-ci il tarixli **********8459 nömrəli qərarlarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 006170 nömrəli AKT və onun əsasında Baş İdarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********8451 saylı qərar ilə 18000 (on səkkiz min) manat məbləğində maliyyə sanksiyasının, eləcə də, xx.xx.2022-ci il tarixli DVX seriyalı 016565 nömrəli Akt əsasında Baş İdarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********8459 saylı qərarı ilə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etmişdir. Apellyasiya Şurasına 25 avqust 2023-cü il tarixli 51 №-li qərarı ilə inzibati şikayəti təmin edilməmişdir. Məhkəmənin nəzərinizə çatdırır ki, o, İddiaçı (VÖEN **********), 24 avqust 2022-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Sabunçu ŞTQ Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesini (**********- 18001) icarəyə götürmüşdür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X20 xx.xx.2022-ci il tarixli **********8459 saylı qərarı ilə “Ocaq” kafesində X19 həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. OVN **********8451 saylı qərarı ilə 18000 manat və OVN **********8459 saylı qərarı ilə isə 1000 manat, ümumilikdə 19000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd edəcəyi arqumentlərə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********8451 saylı və xx.xx.2022-ci il tarixli **********8459 saylı maliyyə sanksiyaları ləğv edilməlidir. Belə ki, 11 gün kiçik sahibkarlıqla məşğul olan fiziki şəxsə qarşı Bakı şəhəri Sabunçu rayonu Sabunçu ŞTQ Ə. Məmmədəliyev 11 ünvanında yerləşən Ocaq kafesindəki Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində operativ vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilməsi ciddi qanun pozuntusudur. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, araşdırma zamanı vergi orqanının xx.xx.2022-ci il tarixli **********8459 nömrəli “X19 həyata keçirilməsi haqqında Qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Ə.Məmmədəliyev 11ünvanında yerləşən obyektə keçirilmiş X32 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus obyektə keçirilmiş X32 tədbiri zamanı müştəri tərəfindən nahar yeməyi üçün ödənilmiş 20 manat məbləğində pulun nəzarət-kassa aparatının yaddaşına mədaxil olunmadığı, obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığı aşkar edilmiş və bu səbəbdən də dövriyyədən yayındırılmış məbləği nəzarət-kassa aparatının fiskal yaddaşına bərpa etmək mümkün olmamışdır. Məlum olduğu kimi, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilməməsi isə göstərilmiş xidmətlərə görə ödənilmiş məbləğlərin vergidən yayındırılması deməkdir. Faktla bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 016565 nömrəli "Nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” aktın tərtib edilmiş, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********8459 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 ( bir min min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2002-ci il tarixli **********783100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə oxunduğu müəyyən edilmişdir. Həmçinin X32 zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 (doqquz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixli DVX seriyalı 006170 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X19 nəticəsi haqqında" akt tərtib edilmiş, o cümlədən aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********8451 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 18000 (on səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə iddiaçının vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********770300 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-cü il tarixdə oxunduğu müəyyən edilmişdir. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə bağlı isə məhkəmənin nəzərinə çatdırırlar ki, X32 tədbiri zamanı vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin yazılı izahatları alınmışdır. Belə ki, işçi X28 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesində işlədiyini, İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Nurlan və Rəna adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. İşçi X25 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesində işlədiyini, İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Zamin və Sənan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X2 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesində işlədiyini, İddiaçı tərəfindən inzibatçı vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 10 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Əlzamin və Rəsul adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X8 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesində işlədiyini, İddiaçı tərəfindən xadimə vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Zamin adlı şəxsi tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X15 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq" kafesində işlədiyini, İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Zamin və Cahangir adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq" kafesində işlədiyini, İddiaçı tərəfindən dönərçi vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 20 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Rəsul və Kənan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X13 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq" kafesində işlədiyini, İddiaçı tərəfindən kuryer vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 10 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Rəsul və Əlzamin adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X6 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesində işlədiyini, İddiaçı tərəfindən kababçı vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 20 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Əlzamin və Cahangir adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X7 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq" kafesində işlədiyini, İddiaçı tərəfindən qabyuyan vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 13 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Nuran və Sənan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. İddiaçı isə X19 əvvəlində iştirak etmiş, qərar və çıxarışla tanış olmuş, lakin yoxlamanın sonuna yaxın şəxsi işinin olmasını bildirərək obyektdən getmiş və buna görə də tərtib edilmiş sənədləri imzalamaqla 1 nüsxəsini təqdim etmək və izahatını almaq mümkün olmamışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı sözügedən obyektdə işləyən 6 nəfər fizki şəxslə (X9, X29, X25, X18, X10 və X17) nəzarət tədbirindən sonra əmək müqaviləsi bağlayaraq elektron əmək müqaviləsi bildirişini qeydiyyata almışdır. İddiaçı tərəfindən hazırda mübahisələndirilən qərarlardan inzibati qaydada xx.xx.2022-ci il tarixli **********687600 nömrəli şikayət verilmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli **********687000 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir.İnzibati şikayətin araşdırılması zamanı İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli DVX seriyalı 016565 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktın nəticələrindən narazı olmaması bir daha həmin obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərmişdir. Həmçinin vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********8451 nömrəli qərarının ləğv olunması ilə əlaqədar araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar həm əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktını, həm də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 (doqquz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını bir daha sübut edir. Bundan əlavə, X32 zamanı video çəkiliş həyata keçirilmişdir və video material etiraza əlavə edilərək məhkəməyə təqdim edilir. Beləliklə, X32 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. İddiaçı isə öz ərizəsində həyata keçirilmiş X19 və mübahisələndirdiyi qərarların əsassız olduğunu bildirsə də, bunu sübut edən hallar barədə hər hansı məlumat verməmiş, özünün qanun pozuntusuna haqq qazandırmaq üçün müxtəlif arqumentlər irəli sürmüşdür. Eyni zamanda prosessual qanunvericiliyin tələblərinə əməl edilməsinin yoxlanılması baxımından məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarların ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8451 nömrəli qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə saat 18:43:33-də, xx.xx.2022-ci il tarixli **********8459 nömrəli qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə saat 18:43:27-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Bununla da, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktı təsdiqlənmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(112)-2540/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8451 nömrəli və xx.xx.2022-ci il tarixli **********8459 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən obyektdə fəaliyyət göstərən əvvəlki vergi ödəyicisi X11 (VÖEN: **********) təsərrüfat obyekti xx.xx.2022-ci il tarixində vergi orqanında qeydiyyatdan çıxarılmışdır. Həmin obyekti İddiaçı xx.xx.2022-ci il tarixində vergi orqanında qeydiyyata aldırmışdır. Obyekt vergi orqanında qeydiyyata alınmasına, vergi ödəyicisinin fəaliyyətinin aktiv olmasına, fəaliyyət növünün “kafelərin fəaliyyəti” olmasına baxmayaraq, vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan nəzarət-kassa aparatının olmadığı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasından alınmış məlumata əsasən vergi ödəyicisinin hüquqi qüvvəyə minmiş əmək müqaviləsinin olmaması müəyyən edilmişdir. Nəticədə qeyd olunan hallar vergi nəzarət tədbirinin keçiriliməsinə əsas vermişdir. Belə ki, iddiaçıya məxsus obyektə keçirilmiş X32 tədbiri zamanı müştəri tərəfindən nahar yeməyi üçün ödənilmiş 20 manat məbləğində pulun nəzarət-kassa aparatının yaddaşəna mədaxil olunmadığı, obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığı aşkar edilmiş və bu səbəbdən də dövriyyədən yayındırılmış məbləği nəzarət-kassa aparatının fiskal yaddaşına bərpa etmək mümkün olmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Ağalarov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - xx.xx.2022-ci il tarixli **********8459 nömrəli “X19 həyata keçirilməsi haqqında” Qərara əsasən İddiaçı (VÖEN **********) məxsus obyektdə, ünvan: AZ1043, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Ə.Məmmədəliyev (Sabunçu) 11; obeyktin adı: “Ocaq” Kafesi (**********-18001); fəaliyyət növü: kafelerin fəaliyyəti; yoxlamanın keçirilməsinin məqsədi – nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (Kontarktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (Xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; yoxlamanın müddəti - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 05 sentyabr 2022-ci il tarixli Ky221774091 nömrəli çıxarışa əsasən İddiaçı xx.xx.2022xx.xx.2022-ci il tarixləri üzrə X32 yoxlaması reyestrdə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan kemişdir. Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas – Vergi orqnaları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2-yə istinad edilmişdir. - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X19 nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli DVX 006170 nömrəli akta əsasən X32 nəticəsində İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən Ocaq Kafesində İddiaçı iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 14:20-də təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surəti, izahatlara, saat 16:20- də işə təqdim edilmiş çap tarixi xx.xx.2022-ci il saat 15:35, 15:43 və 15:45 olan 3 əmək müqaviləsi bildirişinə əsasən ofisiant, xadimə, dönərçi, inzibati və sair xidmətlərin göstərilməsinə cəlb olunmuş 9 (doqquz) nəfər şəxsdən 9 (doqquz) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdişdir. İşçilərin siyahısı akta əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 (doqquz) nəfər fiziki şəxslərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təkif olunmuşdur. - 9 (doqquz) nəfər şəxslərin izahatları təqdim edilmişdir. - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında xx.xx.2022-ci il tarixli DVX seriyalı 016565 nömrəli akta əsasən İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən Ocaq Kafesində İddiaçı iştirakı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına X32 həyata keçirilərkən müəyyən olunmuşdur ki, “Ocaq” kafesində X30raşdırılmamışdır. xx.xx.2022-ci il tarixdə saat 14:05-də müştəri tərəfindən nahar yeməyinə görə 20 AZN ödəniş olunmuşdur. Lakin ödəniş müqabilində X52 təqdim olunmamışdır. X32 zamanı müəyyən olunmuşdur ki, İddiaçı obyektdə X30raşdırmadan əhali ilə nağd pul hesablaşmalarını həyata keçirir. X5madığından yayındırılmış məbləği bərpa etmək mümkün olmamışdır. Nəticədə İddiaçı Azərbaycan Respubliksaı Vergi Məcəlləsinin 16.1.8- 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də, İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8459 nömrəli qərara əsasən İddiaçı Düyamin oğlunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılmsası qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğində büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8451 nömrəli qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10- cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 18000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 18000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - Yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə **********030800 nömrəli məlumata əsasən X19 aparılmasına əsas verən səbəblər qismində Baş İdarənin xx.xx.2022-ci il tarixli **********804400 nömrəli xidməti məruzəsi göstərilmişdir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 25 avqust 2023-cü il tarixli 51 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 oktyabr 2022ci il tarixli **********8451 nömrəli və İnzibati şikayətlərə baxılması Baş İdarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 4 noyabr 2022-ci il tarixli **********687000 nömrəli qərarlarından verilmiş inzibati şikayətlərinə toplanmış sənədlər əsasında baxaraq, İddiaçı inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli **********8451 nömrəli və İnzibati şikayətlərə baxılması Baş İdarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 04 noyabr 2022-ci il tarixli **********687000 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir.

11. 06 sentyabr 2024-cü il tarixdə X32 tədbiri zamanı vergi ödəyicisi tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və yazılı izahat vermiş işçilər X9 və X34 03 sentyabr 2024-cü il tarixdə keçiriliən məhkəmə iclasına şahid qismində dindirilmişlər. X1 ifadəsində, “Ocaq” Kafesinə X32 keçirilən gün iş axtardığı üçün kassada işləmək üçün gəldiyini, lakin kassa aparatının olub-olmadığını xatırlamadığını, iş saatlarını və əmək haqqını razılaşdırmadıqlarını və izahatın özü tərəfindən yazılıb, imzalandığını bildirmişdir. X14 ifadəsində, “Ocaq” Kafesinə X32 keçirilən gün ofisiant olaraq işləmək üçün gəldiyini, iş saatlarını və əmək haqqını razılaşdırmadıqlarını, elə həmin gün işdən çıxdığını, müqavilə bağlamadığını, digər ofisiantın da olduğunu və izahatın özü tərəfindən yazılıb, imzalandığını bildirmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X32ni keçirmək; Həmin Məcəllənin 50-ci maddəsinə (X32) əsasən: 50.1. X32 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. X19 həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.10 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

14. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(112)- 2540/2024 qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi rədd edilməlidir.

15. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdehin “X19 həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş (50-ci maddəyə ümumi şəkildə istinad edilmiş), bundan əlavə, reyestrdə 50.2.2cü maddəyə istinad edilsə də, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri hansı məlumatlar əsasında həmin qərarın qəbul edilməsi əsaslandırılmamışdır. Məhkəməyə yalnız, operativ vergi yoxlamasının keçirilməsinə əsas olmuş sənəd qismində Baş İdarənin xx.xx.2022-ci il tarixli **********804400 nömrəli xidməti məruzəsinin olması barədə qeyd təqdim edilmişdir, həmin xidməti məruzənin özü ümumiyyətlə təqdim edilməmişdir. Bununla da, vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumat və bu məlumatın məzmunun nədən ibarət olması barədə əsaslandırılmış hərhansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, cavabdeh X19 həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, başqa sözlə, 50.2.2-cü maddəyə sadəcə istinad etməklə kiyafətlənmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

17. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsinin X19 keçirilməsi haqqında **********8459 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Ə.Məmmədəliyev (Sabunçu) 11 ünvanında yerləşən “Ocaq” kafesində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) X19 həyata keçirilməsi qərara alınmışdır.

18. Həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə xx.xx.2022-ci il tarixdə KY221774091 nömrə ilə qeydə alınmış və onun keçirilməsinin əsası kimi “vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; VM-nin 50.2.2-ci maddəsi” göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş X19 keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********8467 saylı tələbnamə İddiaçı xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur.

19. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” vətəndaş İddiaçı iştirakı ilə DVX seriyalı 004567 saylı xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək, “əmək müqaviləsinin bildirişləri” adlı sənədlər götürülmüşdür.

20. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı 016565 saylı xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, cavabdeh vergi orqanının əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli qərara əsasən f/ş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Ə.Məmmədəliyev (Sabunçu) 11 ünvanında yerləşən “Ocaq” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına X32 həyata keçirilərkən xx.xx.2022-ci il tarixdə saat 14:05-də yemək müştəri tərəfindən nahar yeməyinə görə 20,0 manat pul ödənilmiş, lakin bunun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. X32 zamanı müəyyən edilmişdir ki, İddiaçı obyektə nəzarət-kassa aparatı quraşdırmadan əhali ilə nəğd pul hesablaşmaları həyata keçirdir. Obyektə nəzarət-kassa aparatı olmadığından yayındırılmış məbləği bərpa etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8459 №-li qərarla vergi ödəyicisi İddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunaraq, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1.000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi tərəfindən müvafiq sənədlər xx.xx.2020-ci il tarixdə yoxlamaya təqdim olunmuş və bu hərəkət sonuncu tərəfindən protokollaşdırılmışdır. Belə protokolun tərtib edilməsi vergi ödəyicisi tərəfindən başqa sənədlərin yoxlamaya təqdim edilməsinin qarşısını alan hal kimi qəbul edilə bilməz, belə ki, əgər vergi ödəyicisinin başqa hər hansı sənədi təqdim etmək istəyi olardısa, onun həmin sənədi istər əvvəl təqdim etdiyi sənədlərlə, istərsə də sonradan yoxlamaya təqdim etmək imkanı məhdudlaşdırılmamışdır. Lakin bu barədə vergi ödəyicisinin iradə ifadəsinin mövcudluğu işin faktiki halları ilə sübuta yetirilmir. Həmçinin X32 tədbiri zamanı iddiaçı izahat verərək, yoxlama zamanı obyektdə olan 9 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanmadığını, lakin qısa müddət ərzində bağlanacağını bildirmişdir.

22. Məhkəmə Kollegiyası tərəfindən müəyyən edilmişdir ki, DVX seriyalı 016565 saylı xx.xx.2022-ci il tarixli Akta əsasən X32 həyata keçirilərkən xx.xx.2022-ci il tarixdə saat 14:05-də yemək müştəri tərəfindən nahar yeməyinə görə 20,0 manat pul ödənilmiş, lakin bunun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. X32 zamanı müəyyən edilmişdir ki, İddiaçı obyektə nəzarət-kassa aparatı quraşdırmadan əhali ilə nəğd pul hesablaşmaları həyata keçirir.

23. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8451 №-li qərarla vergi ödəyicisi X12 “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 9 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” ilə bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 18000 (on səkkiz min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 9 nəfər fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə “ofisiant” və s. vəzifələrdə işləyirlər. Belə olan halda həmin şəxslərin vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin “kafe” fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə “ofisiant” və s. işlərin icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə “əmək müqaviləsi” bağlamalı idi.

24. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin təqdim etdiyi müqavilələr operativ vergi yoxlamasından sonra tərtib edilmişdir. Odur ki, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8451 №-li qərarla “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 9 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktına görə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 18.000 (on səkkiz min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi düzgün olmuşdur. (istinad edilmişdir AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2179/2021 saylı, xx.xx.2021 tarixli Qərarına) 25.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 26.Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(112)-2540/2024 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. 27.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(112)-2540/2024 nömrəli nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar