Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-254/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2022 saylı 06 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ********** vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsi və müvafiq qeydiyyat nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət vergi ödəyicisi kimi xx.xx.2017-ci ildən qeydiyyata alınmışdır. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********3669 №-li qərarın surətindən görünür ki, “X16 X19” MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (xx.xx.2019-cu il tarixi daxil olmaqla) operativ vergi nəzərətinin həyata keçirilməsi qərara alınmışdır. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********3689 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarın surətindən görünür ki, “X16 X19” MMC-dən “Nəzarət kitabçası”, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədlərini, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompyuter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyalar götürülməsi qərara alınmışdır. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səlahiyyətli şəxsləri və “X16 X19” MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq tərtib olunmuş VN seriyalı 00253 saylı xx.xx.2019-cu il tarixli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun surətindən görünür ki, kağız formada 2 ədəd qovluqda, 2 ədəd yaddaş qurğusu, elektron fayllar və 9 ədəd notebook cəmiyyətdən götürülmüşdür. İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********139184 saylı xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın surətindən görünür ki, “X16 X19” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2017- iyun 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY201467093 saylı xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, “X16 X19” MMCdə (VÖEN **********) yoxlamanın müddəti: xx.xx.2020-xx.xx.2020; yoxlanılan dövr: xx.xx.2017-xx.xx.2020-ci il, yoxlamanın növü: növbədənkənar səyyar vergi yoxlaması, yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, VM 38.3.5-ci maddə. qeydə alınmışdır. Səyyar vergi yoxlaması haqqında **********139403 saylı xx.xx.2020-ci il tarixli aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarənin xx.xx.2020-ci il tarixli, **********13184 nömrəli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X8 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 3-cü rüb 2017- 2-ci rüb 2020 sadələşdirilmiş vergi, 4-cü rüb 2018-2-ci rüb 2019 işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər), 3-cü rüb 2017-2-ci rüb 2020 ödəmə mənbəyində tutulan vergi, 2018-ci il -2020-ci il torpaq vergisi, 1-ci rüb 2020-2-ci rüb 2020 muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), iyul 2017-iyun 2020 əlavə dəyər vergisi, 3-cü rüb 2019-4-cü rüb 2019 muzdla işləyənləri işə götürən sığortaedənlər, 4-cü rüb 2018-2-ci rüb 2019 MDSS-İşəgötürənlər–muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər, 2017-ci il -2019-cu il əmlak vergisi, iyul 2017iyun 2020 mədən vergisi, iyul 2017-iyun 2020 aksiz vergisi, 2017-ci il – 2019-cu il mənfəət vergisi, 3-cü rüb 2019-4-cü rüb 2019 muzdla işləyənləri işə götürən sığortaedənlər ilə bağlı tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergitutma və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, müəssisə yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin tədiyyəçisi, uçot metodu ilə hesablama olmuşdur. Yoxlama zamanı Cəmiyyət tərəfindən 2017, 2018 və 2019-cu illər üzrə mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. 2017-ci il üzrə mənfəətdən verginin 796,45 manat olmasını, 2018-ci ildə 14 864,52 manat zərər etməsi, 2019-cu ildə zərəri mənfəət hesabına silinməsini, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsindəki hüququndan istifadə edərək 2019-cu il üzrə mənfəət vergisinin 0 manat olmasını bəyan etmişdir. Səyyar vergi yoxlaması zamanı mənfəətini müəyyən edən zaman xərc maddələri araşdırılmış, 2017-ci ildə aktiv təsərrüfat subyekti olmadığı üçün alınmış əsas vəsaitlərə görə ödənilmiş 11 528,9 manat nəzərə alınmamış, həmçinin “Digər xərclər” (232 A4) sütununda qeyd olunan 21 000 manat sənədlərlə təsdiqini tapmadığından həmin sütundan çıxarılmışdır. 2018-ci il üzrə müəssisə tərəfindən alınmış avto nəqliyyat vasitəsi üçün ödənilmiş 5 150 manat dəyərində sığorta xərci Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasında xərc sütunundan çıxarılmışdır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyinin yarandığı vaxt nəzərə almalıdır. Müəssisə 2019-ci ildə 164316.15 manat dəyərində E-QF- təqdim etdiyindən 2019-cu il üzrə müəssisənin işlərin və xidmətlərin göstərilməsindən gəlirinin 164316.15 manat olması müəyyən edilmişdir. 2019-cu ildə bundan əlavə müəssisənin hər hansı bir icarəyə nəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 nəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacağa görə ödənilən vəsaiti xərclər sütununda qeyd etməsi müəyyən olundu. Yoxlama ilə müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində “perimum” markalı yanacaqdan istifadə olunduğundan əldə edilmiş yalnız “perimum” markalı benzin “yanacaq xərci” kimi nəzərə alınmış, “A-92” markalı yanacaq üçün ödənilən 6479.45 manat isə gəlirin əldə edilməsi ilə bağlı xərclər olmadığından xərc sütunundan çıxarılmışdır. Ümumilkdə yoxlama zamanı 2017-ci il üzrə mənfəətdən 2 050.65 manat (2 847.10- 796.45) vəsaitin hesablanmasını, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 2 050.65 manat vəsaitin 50%-i miqdarında, yəni 1 025.33 manat maliyyə sanksiyasının tətbiqi təklif olunur. Yoxlama ilə 2018-ci il üzrə zərər 24 288.57 manat, 2019cu il isə əldə edilmiş 13 029,14 manat mənfəət Vegi Məcəlləsinin 121.1-ci maddəsi əsasında kompensasiya edilmiş və mənfəətdən vergi 0 manat olmuşdur. "xxxx" MMC yoxlama ilə əhatə olunan dövrdə əlavə dəyər vergisinin tədiyyəçisi olmuşdur. Səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl etmənin düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, bir sıra aylarda həmin maddənin tələbləri pozulmuşdur. Bundan əlavə olaraq cəmiyyətin 2017-ci ldə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına baxmayaraq 2017-ci ildə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsi, müəssisənin hər hansı bir icarəyə avtonəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 avtonəqliyyat vasitəsi olmasına baxamayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacaqlara görə ödənilən ƏDV-nin əvəzləşdirməsi müəyyən olundu. Yoxlama zamanı müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində “premium” markalı yanacaqdan istifadə olunduğundan, yalnız əldə edilmiş “premium” markalı yanacaqlar üzrə ödənişlər müəssisənin xərci ikimi nəzərə alınmış, əldə edilmiş “A-92” markalı yanacaq üçün ödənilən 1595.86 manat ƏDV məbləği 2017-ci ildə alınmış əsas vəsaitlərə görə 275.2 manat ƏDV məbləği əsassız əvəzləşdirildiyindən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq 1871.06 manat ƏDV məbləği əvəzləşmədən çıxarılmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində ümumilikdə 7045.72 ƏDV məbləğinin az göstərilməsi, 4850.35 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 2195.37 manat ƏDV məbləğinin hesablanması, Vergi Məcəlləsiniin 58.1-ci maddəsinə əsasən yayındırılmış 7045.72 manat ƏDV-nin 50%-i miqdarında, yəni 3522.86 manat maliyyə sanksiyasının tətbiqi təkilf olunur. Yoxlanılan dövrdə vergi ödəyicisi əmlak vergisi mükəlləfiyyəti olmuşdur. Bundan əlavə olaraq cəmiyyətin 2017-ci və 2018-ci ilfə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına görə 2017-ci ildə alınmış əsas vəsaitlərə görə əmlaklar 2017 və 2018-ci il əmlak vergisi bəyananmələrindən çıxarılmışdır. Yoxlama ilə ümumilikdə 145.39 manat əmlak vergisi azaldılmışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi mükəlləfyyətli olmuşdur. Belə ki, aparılan yoxlama ilə manat kənarlaşma aşkar olundur. Müəssisənin rəhbərinin yoxlamaya verdiyi izahatında "xxxx" ASC-dək AZN hesabından xx.xx.2017-ci il tarixdə “təhsil haqqı” təyinatı ilə 10000 manat məxaric olan vəsaitin müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmamasını bildirmişdir. Bu da həmin vəsaitin müəssisənin rəhbərinin şəxsi mənafeyi üçün istifadə etməsi kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 98.1-ci maddəsində qeyd olunmuşdur ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Yoxlama ilə həmin 10000 manat vəsaitə görə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq muzdlu işdən gəlir vergisi hesablanmışdır. Bundan əlavə vergi orqanı tərəfindən çıxarılmış operativ vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, **********6669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11,6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən 10 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, 2018-ci il oktyabr, noyabr, dekabr ayları üzrə əmək haqqı məbləğinin 3488.50 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 9711.50 manat (13200.0-9711.50) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə 2018-ci il oktyabr, noyabr, dekabr ayları üzrə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq muzdlu işdən gəlir vergisi hesablanmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində ümumilikdə 3503.32 manat gəlir vergisinin az göstərilməsi, 462.41 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 3040.91 manat gəlir vergisinin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 3503.32 manatın 50%-i miqdarında, yəni 1751.66 manat maliyyə sanksiyasının tətbiqi təkilf olunur. Yoxlanılan dövrd vergi ödəyicisinin ödəmə mənbəyində vergi tutulan vergi üzrə mükəlləfiyyəti olmuşdur. Belə ki, sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektini (obyektini) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarə müqaviləsi əsasında aylıq icarə haqqı 200.0 manat olmaqla vergi orqanında qeydiyyata qoymuşdur. Lakin cəmiyyət ödəmə mənbəyində verginin tutulmasında Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəaları pozulmuşdur. Belə ki, hesabatda göstərilməli olan, lakin göstərilməyən 70.52 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən isə yayındırılmış 70.52 manat vəsaitin 50%-i miqdarında, yəni 35.26 manat maliyyə sanksiyasının tətbiqi təklif olunur. Həmçinin cəmiyyət icarə müqaviləsi əsasında götürdüyü obyektin qeydiyyatının ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixdə vergi oranına ərizə təqdim etməsinə baxmayaraq 2020-ci il 2-ci rüb üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına vaxtında təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsasında 40.0 manat maliyyə sanksiyasının tətbiqi təklif olunur. Müəssisənin rəhərinin yoxlamaya verdiyi izahatında "xxxx" ASC-dəki AZN hesabından xx.xx.2017-ci il tarixdə “təhsil haqqı” təyinatı üzrə 10000 manat məxaric olan vəsaitin müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmamasını bildirmişdir. Vergi Məcəlləsinin 98.1-ci maddəsində qeyd olunmuşdur ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Yoxlama ilə həmin 10000 manat vəsaitə görə məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Bundan əlavə vergi orqanı tərəfindən çıxarılmış opertiv vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2029-ci il tarixli, **********3669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il – noyabr 2019-cu il dövr üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 69637.76 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 30945.2 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 38692.56 manat (69637.76 – 30945.2) təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1.1-ci maddəsində məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərvbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilməsi qeyd olunmuşdur. Aparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 16627.39 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırmış 16627.39 manat sığorta haqqlarının 50%-i miqdarında, yəni 8313.70 manat maliyyə sanksiyasının tətbiqi təklif olunur. Yoxlanılan dövrdə müəssisə tərəfindən işsizlikdən sığorta haqları düzgün tutulmamışdır. Belə ki, vergi orqanı tərəfindən çıxarılmış operativ vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, **********3669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən 10 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il – noyabr 2019-cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 69637.76 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 30945.2 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 38692.56 manat (696xx.xx-30945.2) təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsində işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilməsi qeyd olunmuşdur. Aparılan yoxlama ilə işsizlikdən sığorta haqqı üzrə 565.10 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 565.10 manatın 50 %-i miqdarında, yəni 282.55 manat maliyyə sanksiyasının tətbiqi təkilf olunmuşdur. **********143348 saylı 29 dekabr 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçınə mənfəət vergisi üzrə (2017-ci il) 2050.65 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 2050.65 manat vəsaitin 50%-i miqdarında, yəni 1025.33 manat maliyyə sanksiyası, ödəmə mənbəyindən tutulan vergi üzrə (2019-2020) 70.52 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 70.52 manat vəsaitin 50%-i miqdarında, yəni 35.26 manat maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə (2017-2020) 2195.37 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 7045.72 manatın 50%-i miqdarında, yəni 3522.86 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə (2017-2018) 3040.91 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 3503.22 manatın 50%-i miqdarında, yəni 1751.66 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə (2017-2019) 145.39 manat verginin azaldılması, 2020-ci il 2-cü rüb üzrə ödəmə mənbəyindən tutulan vergi bəyannaməsini vergi orqanına vaxtında təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsasında 40.0 manat maliyyə sanksiyası, məcburi dövlət sosial sığorta haqqı üzrə (oktyabr 2018-noyabr 2019) 16627.39 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 16627,39 manat sığorta haqlarının 50%-i miqdarında, yəni 8313.70 manat maliyyə sanksiyası, işsizlikdən sığorta haqqı üzrə (oktyabr 2018-noyabr 2019) 565.10 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 565.10 manatın 50%-i miqdarında, yəni 282.55 manat maliyyə sanksiyasının, cəmi 29862,7 manat verginin və 14971,36 manat maliyyə sanskiyasının tətbiq olunması qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “**********143348 saylı 29 dekabr 2020-ci il tarixli qərarında azaldılmış məbləğlər, o cümlədən 2017-ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752.16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il Mənfəət vergisi üzrə 2050.65 manat, 2019-cu il ÖMV üzrə 37.36 manat, 2020-ci il ÖMV üzrə 33.16 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2017-ci il üzrə 2500 manat, MDSSişəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2018-ci il üzrə 3196.62 manat, MDSS işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2019-cu il üzrə 6381.03 manat, MDSS-Muzdla işəgötürənləri – işə götürən siğortaedənlər 2019-cu il üzrə 4549.74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127.84 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2019-ci il üzrə 255.28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019-cu il üzrə 181.98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236.60 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 1266.72 manat və ümumilikdə 14971.36 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsi barədədir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən səyyar vergi yoxlamasının baxılmasının nəticələri üzrə çıxarılmış vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********143348 saylı 29 dekabr 2020-ci il tarixli qərar qəbul edilmişdır. Həmin qərara əsasən 29862.7 manat vergi azadılmışdır və 14971.36 manat maliyyə sanksiyası müəyyən olunmuşdur. 27 noyabr 2020-ci ildə vergi orqanına müraciət məktubunda qeyd edilmişdir ki, İdarənin xx.xx.2020-ci il tarxli, **********139184 nömrəli səyyar vergi yoxlanılması haqqında qərara əsasən iyul 2017-iyun 2020-ci il dövr üzrə xx.xx.2020-xx.xx.2020-ci il tarix müddətində müəssisədə yoxlama təyin edilmışdir. Növbədənkənar səyyar vergi yoxlamasının başa çatmasına baxmayaraq bu günə qədər səyyar vergi yoxlaması aktı müəssisəyə təqdim edilməmişdir. Səyyar vergi yoxlamasının nəticəsi barədə aktın və digər sənədlərin, həmçinin səyyar vergi yoxlaması keçirilməsi üçün istifadə olunmuş sənəd və nümunə kimi əşyaların müəssisənin nümayəndəsinə təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişlər. İdarənin xx.xx.2020-cı il tarixli, **********139184 nömrəli səyyar vergi yoxlaması keçirilməsi haqqında qərara əsasən "xxxx" MMC-də X8 tərəfindən səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixində başa çatdığı, xx.xx.2020-ci il tarixində akt tərtib edildiyi göstərilmişdir. Akt xx.xx.2020-ci il tarixdə müəssisənin nümayəndəsinə təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktı qanunvericiliyə uyğun tərtib edilməmisdir. Çünki səyyar vergi yoxlaması aktı hər bir vərəqdə VÖEN qeyd olunmaqla nömrələnərək çap edillməlidir. Lakin səyyar vergi yoxlaması aktı nömrələnməmiş, A4 vərəqlərdə çap edilərək təqdim edimişdir. Səyyar vergi yoxlaması aktında göstərilir ki, operativ vergi nəzarəti nəticəsində xx.xx.2019-cu il tarixli qərara əsasən 11.6 GB elektron sənəd götürülüb. Müvafiq götürülmənin qanun əsaslarını Vergi Məcəlləsinin 43-cü maddəsində təsbit olunmuşdur. Yoxlama materiallarından da göründüyü kimi səyyar vergi yoxlaması zamanı tələb edilən sənədlər vergi orqanının yoxlayıcısına təqdim edilib. Yoxlama ilkin sənədlərlə hər hansı vergi hesablaya bilməyib. Daha sonra səyyar vergi yoxlamasına aidiyyatı olmayan başqa bir operativ vergi yoxlaması üzrə qərara və götürüldüyü qeyd edilən elektron fayllara istinad etmişdir. Halbuki, bu elektron məlumatların qanunvericiliyinə uyğun olaraq müəssisəyə aidiyyatı sübuta verilməmiş və vergi hesablamasına əsas yaratmamışdır. Çünki səyyar vergi yoxlamasına aidiyyatı olmayan bu məlumatlar Vergi Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq götürülməmiş, həmin məlumatların müəssisəyə aidiyyatı təsdiqini tapmamışdır. Vergi orqanına 28 noyabr 2020-ci il tarixli müraciətlərində bildirmişlər ki, İdarənin xx.xx.2020-ci il taixli, **********139184 nömrəli səyyar vergi yoxlaması haqqında qərara əsasən İyul 2017- İyun 2020-ci il dövr üzrə xx.xx.2020-xx.xx.2020-ci il tarix müddətində müəssisələrində yoxlama təyin edilmişdir. Qərar Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2020-ci il saat 17-50 də onlara təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktında yoxlamanın başlama tarixi xx.xx.2020, bitmə tarixi xx.xx.2020, aktın tarixi xx.xx.2020 göstərilmişdir. Vergi Məcəlləsinin 39.4-cü maddəsində vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Buradan da görünür ki, səyyar vergi yoxlaması aktı qanunvericiliyinin tələbləri pozularaq təqdim edilib. Bundan əlavə olaraq yoxlama aktında xx.xx.2019-cu il tarixli, **********3669 nömrəli qərarla müəssisədə operativ vergi nəzarəti keçirildiyi göstərilmişdir. Müəssisələrində səyyar vergi yoxlaması ilə əlaqədar operativ vergi nəzarəti keçirilməmişdir. İddiaçı MMC-nin obyektindən sənədlər götürülməyib. Müəssisəyə MDSS üzrə müəyyən hesablamalar aparılmışdır kı, bununla əlaqədar müəssisədə aparılan yoxlama zamanı heç bir dəlil və sübut təqdim edilməmişdir. Həmçinin MDSS üzrə hər hansı yoxlama keçirilməsi, yenidən hesablama və sair tədbirlər görülməsinin Vergi Məcəlləsində edilmiş 29 noyabr 2019-cu il tarixli, 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu əsasında xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə nəzərdə tutulmuşdur. MDSS hansı şəxslərə ödənilmiş əmək haqqından hesablanmışdır, bu barədə aktda heç bir məlumat yoxdur. Bütün bunlar yoxlamanın səthi keçirilməsini bir daha sübut edir. Yuxarıda göstərilən qanun pozuntularının, prosesual pozuntuların, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarının pozulması ilə əlaqədar icraçı şəxslər barədə intizam tənbehinin verilməsini və qanunsuz olaraq tərtib edilmiş aktın ləğv edilməsini və ya məsuliyyətdən imtina barədə qərar çıxarılmasını xahiş etmişlər. 19 dekabr 2020-ci il tarixli vergi orqanına müraciətlərində qeyd etmişlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən bildirirlər kı, İddiaçı MMC-də (VÖEN:**********) keçirilmiş novbəti səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün İdarə tərəfındən müəyyən edilən müddət bitdiyi qeyd edilmişdir. Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunduğu göstərilmişdir. Göstərilən səbəbdən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına onların aradan qaldırılması və müvafıq sansiyaların tətbiq edilməsi məsələsinə xx.xx.2020-cı ıl tarixdə Baş İdarədə iştirakları olmadan telefon əlaqəsi saxlanılaraq baxılacağı göstərilmişdir. Yuxarıdakıları diqqətə çatdıraraq bildirmişlər ki, VM-nin 39.5-cı maddəsi növbəti səyyar vergi yoxlaması deyil, növbədənkənar SVY ilə əlaqədar olub, müəssisələrində növbəti deyil, növbədənkənar SVY keçirilmişdir. Bütün bunları görərək məktubda da qeyd edildiyi kimi qərəzli və səthi olaraq keçirilmiş SVY yoxlamasına məktubda göstərildiyi kimi telefonla da tərs qərar veriləcəyi ehtimalını bildirmişlər. Lakin vergi orqanına tərəflərindən ünvanladıqları müraciətlərə əsaslı cavab verilməmişdir. Götürülən elektron fayllar yoxlama zamanı müəssisənin hər hansı nümayəndəsinin iştirakı ilə araşdırılmamışdır. Ümumiyyətlə hansı vergi və DSMF hesablamalarının əlavə hesablanması mənbəyi bəlli olan məlumatlara istinad edilməsi bildirilməyib. Akt təqdim edildikdən sonra vergi orqanına etdikləri çoxsaylı müraciətlərdən sonra qoşma olaraq 1 fayl göndərilib. SVY (səyyar vergi yoxlaması) ilə həmin məlumata istinad edildiyi bildirilib. Bu göstərilənlər sənəd deyil, elekton faylda göstərilən rəqəmlərin onların müəssüsəsinə aidıyyatı və bu məlumatların doğruluğu araşdırılmamışdır. SVY aktının içərisində MDSS üzrə hesablamalar aparılmışdır kı, bu hesablamalar hansı işçiyə hesablanmışdır göstərilməyib. ƏDV hesablamaları üzrə əlavə hesablamalardan görünür ki, müxtəlif aylarda ƏDV-nin az hesablanması göstərilmişdır. Buna səbəb əvəzləşmələrin düzgün verilməməsi göstərilmişdir. Lakin müvafiq əvəzləşmə sənədlərini əlavə olaraq təqdim edə bilərlər ki, bu sənədlər də SVY zamanı yoxlayıcıya təqdim edilmişdir. Mənfəət vergisi üzrə müəyyən xərclər ləğv edilmiş və nəzərə alınmamışdır. Ödəmə mənbəyində tutulan vergilərlə razı deyillər. Çünkı ödəmə mənbəyində tutulan vergi qanunvericiliyinə uyğun hesablanmış və ödənilmişdir. 20 dekabr 2020-ci il, **********2570000 məktubunda qeyd etmişlər ki, müəssisədə (VÖEN **********) keçirilmiş səyyar vergi yoxlaması nəticəsində tərtib edilən aktda əsaslandıqları 2 elekton fayl məlumatı ilə əlaqədar onu bildirirlər ki, vergi orqanı tərəfindən müəssisədə operativ vergi nəzarətinin keçirilməsi barədə qeyd edilən xx.xx.2019-cu il tarixli, **********3669 nömrəli qərarın müəssisədən sənədlərin və nümunə kimi əsyaların götürülməsi barədə qərarın və 116 GB həcmində elektron faylların gotürülməsı barədə sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə protokolun təsdiq edilmiş nüsxəsinin təqdim edilməsini xahiş etmişlər. 23 dekabr 2020-ci il tarixdə xx.xx.2019-cu il tarixli, **********3669 nömrəli qərar və sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə **********3689 nömrəli qərar və protokol vergi orqanı tərəfindən cavab məktubunda göndərimişdir. Cavabdeh tərəfindən səyyar vergi yoxlamasının baxılmasının nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb ediməsi" barədə 29 dekabr 2020-ci il tarixli, **********143348 saylı qərar qanunvericiliyinin tələblərinə zidd tərtib olduğu üçün, yəni qərarda azadılmış vergi hesablama hissəsində, yəni 29862.7 və 14971.36 manat maliyyə sanksiyası hissəsində ləğv edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********3669 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar”ı ilə “X16 X19" MMCyə (hazırki adı "xxxx" MMC) məxsus ünvan 3 ünvanda yerləşən obyektdə xx.xx.2019-cu il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və apanlması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq keçirilməsi nəzərdə tutulan yoxlamalar barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim olunmuş və sonuncu da öz növbəsində yoxlayıcı orqan olan cavabdeh tərəfindən "X16 X19" MMC-də xx.xx.2019cu ildən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə operativ vergi nəzarəti keçirilməsi barədə çıxarış vermiş və iddiaçı həmin çıxarışı imzalayaraq tanış olmuşdur. Tədbir zamanı Baş İdarənin xx.xx.2019-cu il tarixli, **********3689 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar”ına əsasən sənədlər və elektron fayllar müvafiq araşdırmaların aparılması məqsədilə götürülmüşdür. Qeyd olunanlar xx.xx.2019-cu il tarixli, VN seriyalı 000253 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri, o cümlədən sənədlərin və əşyaların götürülməsi müəssisənin rəhbəri vəzifəsində çalışmış X4 iştirakı ilə aparılmışdır. Tərtib edilmiş bütün sənədlər, o cümlədən xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar və VN seriyalı 000253 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol” X10 tərəfindən imzalanaraq bir nüsxələri qəbul edilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, hal-hazırda da qüvvədədir. İddiaçıya məxsus ofisdən götürülmüş mühasibatlıq sənədləri (elektron fayllar) araşdırılarkən həmin sənədlərin iddiaçıya aid olması aşkar edilmişdir. Həmin sənədlər (elektron fayllar) araşdırılarkən vergidən yayınma hallarının olması müəyyən edilmiş, bu səbəbdən də “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********139184 nömrəli qərar çıxarılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün iddiaçıya zəruri olan sənədlərin təqdim edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********139347 nömrəli tələbnamə təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin bir qisminin təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. Odur ki, xx.xx.2020-ci il tarixdə cəmiyyətə məxsus ofisə baxış keçirilmiş, baxış zamanı iddiaçının mühasibat sənədlərinin, əsas vəsaitlərinin mövcudluğu müəyyən olunmuş və xx.xx.2020-ci il tarixli protokol tərtib edilmişdir. Yoxlama nəticəsində iddiaçı tərəfindən yoxlanılan dövr üzrə vergilərin 12670,21 manat (mənfəət vergisi 2050,65 manat, ƏDV 7045,72 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 3503,32 manat, ödəmə mənbəyində tutulan vergi 70,52 manat) azaldıldığı, 5458,19 manat (ƏDV 4850,35 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 462,45 manat, əmlak vergisi 145,39 manat) artıq hesablandığı, eyni zamanda icbari ödənişlərin 17192,49 manat azaldıldığı aşkar edilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir. Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması zamanı müəssisənin mənfəətini müəyyən edilən zaman xərc maddələri araşdırılmış, 2017- ci ildə aktiv təsərrüfat subyekti olmadığı üçün alınmış əsas vəsaitlərə görə ödənilmiş 11528.9 manat nəzərə alınmamış, həmçinin “Digər xərclər” (232 A4) sütununda qeyd olunan 21000.0 manat sənədlərlə təsdiqini tapmadığından həmin sütündan çıxarılmışdır. 2018-ci il üzrə müəssisə tərəfində alınmış avto nəqliyyat vasitəsi üçün ödənilmiş 5150 manat dəyərində sığorta xərci Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasında xərc sütunundan çıxarılmışdır. Müəssisə 2019-cu ildə 164316.15 manat dəyərində E-QF təqdim etdiyindən 2019-cu il üzrə müəssisənin işlərin və xidmətlərin göstərilməsindən gəlirinin 164316.15 manat olması müəyyən edilmişdir. 2019-cu ildə bundan əlavə müəssisənin hər hansı bir icarəyə nəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 nəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacağa görə ödənilən vəsaiti xərclər sütununda qeyd etməsi müəyyən olundu. Yoxlama ilə müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində "perimum" markalı yanacaqdan istifadə olunduğundan əldə edilmiş yalnız "premium" markalı benzin “yanacaq xərci” kimi nəzərə alınmış, “A-92” markalı yanacaq üçün ödənilən 6479.45 manat isə gəlirin əldə edilməsi ilə bağlı xərclər olmadığından xərc sütunundan çıxarılmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cu və 108-ci maddəsinin tələbləri pozulmaqla ümumilikdə 2017-ci il üzrə mənfəətdən 2050.65 manat (2847.10-796.45) vəsaitin hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 2050.65 manat vəsaitin 50%-miqdarında, yəni 1025.33 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisinin ödəmə mənbəyində vergi tutulan vergi üzrə mükəlləfiyyəti olmuşdur. Belə ki, sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektini (obyektini) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarə müqaviləsi əsasında aylıq icarə haqqı 200.0 manat olmaqla vergi orqanında qeydiyyata qoymuşdur. Lakin cəmiyyət ödəmə mənbəyində verginin tutulmasında Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəaları pozulmuşdur. Belə ki, hesabatda göstərilməli olan, lakin göstərilməyən 70.52 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddasinə əsasən isə yayındırılmış 70.52 manat vəsaitin 50%-i miqdarında, yəni 35.26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV üzrə: Səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl etmənin düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, bir sıra aylarda həmin maddənin tələbləri pozulmuşdur. Bundan əlavə olaraq cəmiyyətin 2017-ci ildə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına baxmayaraq 2017-ci ildə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsi, müəssisənin hər hansı bir icarəyə avtonəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 avtonəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacaqlara görə ödənilən ƏDV-nin əvəzləşdirməsi müəyyən olundu. Yoxlama zamanı müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində “premium” markalı yanacaqdan istifadə olunduğundan, yalnız əldə edilmiş “premium” markalı yanacaqlar üzrə ödənişlər müəssisənin xərci kimi nəzərə alınmış, əldə edilmiş “A-92” markalı yanacaq üçün ödənilən 1595.86 manat ƏDV məbləği, 2017-ci ildə alınmış əsas vəsaitlərə görə 275.2 manat ƏDV məbləği əsassız əvəzləşdirildiyindən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq 1871.06 manat ƏDV məbləği əvəzləşmədən çıxarılmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində ümumilikdə 7045.72 ƏDV məbləğinin az göstərilməsi, 4850.35 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 2195.37 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 7045.72 manat ƏDV-nin 50%-i miqdarında, yəni 3522.86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. MÖVM üzrə: Müəssisənin rəhbərinin yoxlamaya verdiyi izahatında "xxxx" ASC-dəki AZN hesabından xx.xx.2017-ci il tarixdə “təhsil haqqı” təyinatı ilə 10000 manat məxaric olan vəsaitin müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmaması bildirmişdir. Bu da həmin vəsaitin müəssisənin rəhbərinin şəxsi mənafeyi üçün istifadə etməsi kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 98.1-ci maddəsində qeyd olunmuşdur ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Hesablanmış 3040.90 gəlir vergisi üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 3040.90 manat ƏDV-nin 50%-i miqdarında, yəni 1520.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesabatın və ya arayışın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyyası üzrə: Cəmiyyət icarə müqaviləsi əsasında götürdüyü obyektin qeydiyyatının ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixdə vergi orqanına ərizə təqdim etməsinə baxmayaraq, 2020-ci il 2-ci rüb üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına vaxtında təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsasında 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. MDSS və İşsizlikdə sığorta üzrə: Müəssisənin rəhbərinin yoxlamaya verdiyi izahatında “Amrahbank ASC”-dəki AZN hesabından xx.xx.2017-ci il tarixdə “təhsil haqqı” təyinatı ilə 10000.0 manat məxaric olan vəsaitin müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmaması bildirmişdir. Bu da həmin vəsaitin müəssisənin rəhbərinin şəxsi mənafeyi üçün istifadə etməsi kimi qiymətləndirilmiş və həmin 10000.0 manat vəsaitə görə məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Bundan əlavə vergi orqanı tərəfindən çıxarılmış operativ vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, **********3669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən 10 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il - noyabr 2019-cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 87454.76 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 30945.2 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 56509,56 manat (87454.76 -30945.2) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 16627.39 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 16627.39 manat sığorta haqqlarının 50%-i miqdarında, yəni 8313.70 manat maliyyə sanksiyası tətbiq edilmiş, işsizlikdən sığorta haqqı üzrə 565.10 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 565.10 manatın 50%-i miqdarında, yəni 282.55 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Əmlak vergisi üzrə: Cəmiyyətin 2017-ci və 2018-ci ildə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına görə 2017-ci ildə alınmış əsas vəsaitlərə görə əmlaklar 2017 və 2018-ci il əmlak vergisi bəyannamələrindən çıxarılmışdır. Yoxlama ilə ümümilikdə 145.39 manat əmlak vergisi azaldılmışdır. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması zamanı elektron daşıyıcılardakı məlumatlara istinad edilməsi vergilərin hesablanma əsası kimi qəbul edilməz. İddiaçının özü də iddia ərizəsində Vergi Məcəlləsinin və digər normativ hüquqi aktların bir sıra müddəalarına istinad etsə də yoxlama ilə və iddiaçıdan götürülmüş “elektron fayllar” ilə müəyyən edilmişdir ki, o, öz gəlirlərinin və xərclərinin uçotunu məqsədli şəkildə həmin normaların tələblərinə uyğun aparmamışdır. Buna baxmayaraq iddiaçı öz iddia ərizəsində vergilərin yalnız göstərilən normaların tələbləri əsasında rəsmiləşdirilən sənədlər əsasında hesablanmalı olmasını bildirərək, bu normaların tələblərinə riayət edilmədən gizlədilmiş əməliyyatlara dair vergilərin hesablanmasını əsassız hesab etmişdir. Götürülmüş sənədlərdən iddiaçı yoxlanılan dövrdə real gəlir həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Həmçinin operativ vergi nəzarəti zamanı iddiaçıdan götürülmüş sənədlərlə müəyyən edilir ki, iddiaçının yoxlamanın əhatə etdiyi dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları həqiqəti əks etdirməmişdir. İddiaçının ikili mühasibatlıq apararaq vergi tutulan əməliyyatları vergi orqanına bəyan etməməsi və əməliyyatların uçotunu “qara mühasibatlıq”da əks etdirməsi, iddiaçını həmin əməliyyatlara görə hesablanmalı vergiləri dövlət büdcəsinə ödəməsi vəzifəsindən azad edilməsi əsası kimi baxıla bilməz. Eyni zamanda iddiaçının ikili mühasibatlıq aparması bir daha onu sübut etmişdir ki, iddiaçının məqsədi vergidən yayınmaq olmuş, ona görə də yoxlama zamanı müəyyən edilmiş əməliyyatları qara mühasibatlıqda əks etdirərək uçotdan yayındırmış və həmin əməliyyatları bəyan etməməklə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. İddiaçının vergi tutulan əməliyyatiyyatlarını ilkin mühasibatlıq sənədlərində rəsmiləşdirməyərək, sadəcə əldə edilmiş qara mühasibatlıq sənədlərinin rəsmi sənəd olmamasını qeyd etməklə həmin əməliyyatları “qara mühasibatlıq” sənədlərində əks etdirməsi özü özlüyündə iddiaçının vergi öhdəliklərini yerinə yetirməkdən məqsədli yayındığını sübutedən faktdır. Odur ki, iddiaçının vergi tutulan əməliyyatlarını ilkin mühasibatlıq sənədləri ilə məqsədli olaraq rəsmiləşdirilməməsi, onu həmin əməliyyatlara görə vergi ödəmək vəzifəsindən azad edə bilməz. Qeyd olunan hüquq normalarına və faktlara əsaslanaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2022 saylı 06 may 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair **********143348 saylı xx.xx.2020-ci il tarixli qərarın 2017ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752.16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il Mənfəət vergisi üzrə 2050.65 manat, MDSS işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2017-ci il üzrə 2500 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2018-ci il üzrə 3196.62 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2019-cu il üzrə 6381.03 manat, MDSS-Muzdla işəgötürənləri – işə götürən siğortaedənlər 2019-cu il üzrə 4549.74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127.84 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2019-ci il üzrə 255.28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019-cu il üzrə 181.98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236.60 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 1266.72 manat və ümumilikdə 14936.10 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə, səyyar vergi yoxlaması ilə müəyyən edilən yayınmaya dair sənədlər araşdırmadan, qanunvericiliyin normalarını tətbiq etmədən, həqiqi vergi öhdəliyi müəyyən etmədən iddiaçının bəyannamələri əsasında hesablanan vergi məbləğini təsdiqləməklə dövlət büdcəsinə ödəməkdən yayınmasına şərait yaradılmışdır. Belə ki, məhkəmə mənfəət vergisi hesablamaları üzrə Vergi Məcəlləsinin 104-cu və 108-ci maddəsinin, ƏDV hesablamaları üzrə 166 və 175-ci, MÖVM hesablamaları üzrə 98.1-ci tələblərinin pozulması halları araşdırılmamış qərarda cavabdehin sübut olaraq təqdim etdiyi və vergilərin hesablanması üçün əsas olan sənədlərə münasibət bildirməmişdir. Belə ki, Cəmiyyətin rəhbərinin yoxlamaya verdiyi izahatında “Amrahbank ASC”-dəki AZN hesabından xx.xx.2017-ci il tarixdə “təhsil haqqı” təyinatı ilə 10000 manat məxaric olan vəsaitin müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmaması bildirmişdir. Bu da həmin vəsaitin müəssisənin rəhbərinin şəxsi mənafeyi üçün istifadə etməsi kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 98.1-ci maddəsində qeyd olunmuşdur ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Bundan başqa, iddiaçı balansında yalnız 1 avtonəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN:**********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacaqlara görə ödənilən ƏDV-nin əvəzləşdirməsi araşdırılmamışdır. Vergi Məcəlləsinin və vergi tənzimlənməsi ilə bağlı qəbul edilmiş huquqi normativ aktların bir məqsədi də vergidən yayınmanın qarşısını almaq və dövlət büdcəsinə çatası verginin ödənilməsini təmin etməkdir. Bundan başqa məhkəmə belə hesab etmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətən götürülmüş real əmlak haqqı məbləğləri ilə bağlı cədvəl üzrə Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis dəvət olunmalıdır. Qeyd olunan maddi hüquq normanın tətbiqi ilə bağlı bildiririk ki, operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş məlumatlarda faktiki əmək müqaviləsi olan işçilərin adları qeyd olduğu, kart və əlbə-əl alınan əmək haqqını özündə əks etdirən sənəd vergi öhdəliklərini yerinə yetirməkdən məqsədli şəkildə yayındığını sübut edən faktdır. Bundan başqa, xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar və VN seriyalı 000253 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol” X10 tərəfindən imzalanaraq bir nüsxələri qəbul edilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, hal-hazırda da qüvvədədir. Ekspertiza bəyannamə məlumatları əsasında aparıldığından həmin ekspertiza ilə iddiaçının realfaktiki dövriyyəsi müəyyən edilməmişdir. Belə ki, cəmiyyətin nümayəndəsi X10 məhkəmə iclasında 10000 manata münasibətdə cəmiyyət ilə rəhbər arasında borc müqaviləsi olduğunun bildirmişdir. Lakin, borc müqaviləsinin notarius tərəfindən təsdiq olunmasına dair sübut təqdim edə bilməmişdir. Bundan başqa əvəzsiz istifadəyə götürülmüş nəqliyyat vasitələrinin yanacaq xərcləri cəmiyyətin xərci kimi bəyan edilmiş lakin, cəmiyyətin balansında olmayan nəqliyyat vasitəsinin yanacaq xərci gəlirin əldə edilməsi ilə bağlı olduğunu sübut edə bilməmişdir. Məhkəmə də öz növbəsində əvəzsiz istifadəyə götürülmüş nəqliyyat vasitələrinin “yol vərəqəsi” tərtib olunma məsələsini araşdırmamışdır. Əlavə olaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında nəqliyyat vasitələrinin icarə müqaviləsi olduğunu və məhkəməyə təqdim olunacağını bildirmiş lakin daha sonra məhkəməyə əvəzsiz istifadə müqavilələri təqdim etmişdir. Bu məhkəmə iclas protokolunda da öz əksini tapmalıdır. Məhkəmə nəzərə almamışdır ki, sübutlar aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərkən, sübut mümkün hesab edildikdə əsaslandırılmalı, daha sonra isə həmin məlumat və ya sənədin mötəbərlik üzrə qiymətləndirilməsi həyata keçirilməlidir. Məhkəmənin bu araşdırılmaları aparmaması faktının özü də məhkəmənin ədalətli məhkəmə araşdırması hüququnu ciddi pozduğuna işarədir. Bu baxımdan hesab edirik ki, iş üzrə məhkəmənin araşdırması, cavabdehin dəlillərinə mənbəyi bəlli olan əlaqəli məlumat kimi qiymət verməməsi heç bir hüquqi və faktiki əsaslandırma aparmadan iddiaçının mülahizələrinə əsasən həyata keçirildiyi üçün əsaslı sayıla bilməz. Göründüyü kimi, məhkəmənin qərarda ifadə olunan dəlillərindən və mövqelərindən birmənalı şəkildə görünür ki, məhkəmə iş üzrə cavabdehin təqdim etdiyi və hesablamanın əsasını təşkil edən sənədlər araşdırılmamış, hesablamanın qanunvericiliyin hansı tələblərinin pozulmasını əsaslandırmamış və hüquqi əsasını əks etdirməmişdir. Əlavə olaraq Vergi Məcəlləsinin 23.1.2-ci və 43.11- cü maddəsində səyyar vergi yoxlamasının yekunlaşdırılması üçün sənədlərin tələb edilməsi cavabdehin hüquqları olaraq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən iddiaçıya bu Məcəllə ilə müəyyən edilmiş qaydada xx.xx.2020-ci il tarixli **********139347 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə göndərilmiş, lakin vergi ödəyicisi yoxlanılan dövr üzrə Tələbnamədə göstərilən sənədlərin bir qismini yoxlamaya təqdim etmiş və Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən Sənədlərin qismən təqdim olunması barədə akt tərtib olunmuşdur. Lakin, iddiaçı yoxlamaya təqdim olunmayan sənədləri məhkəməyə təqdim edərək məhkəmə ekspertizasında onun xeyrinə rəy verilməsinə nail olmuşdur. Məhkəmə də iş materiallarına əlavə təqdim olunan sənədlərin səyyar vergi yoxlamasında təqdim olunmayan sənədlər olmasını araşdırmamışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etirazda əlavə olaraq göstərilmişdir ki, bu günə qədər səyyar vergi yoxlaması aktı müəssisəyə təqdim edilməmişdir. Səyyar vergi yoxlamasının nəticəsi barədə aktın və digər sənədlərin, həmçinin səyyar vergi yoxlaması keçirilməsi üçün istifadə olunmuş sənəd və nümunə kimi əşyaların müəssisənin nümayəndəsinə təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişlər. İdarənin xx.xx.2020cı il tarixli, **********139184 nömrəli səyyar vergi yoxlaması keçirilməsi haqqında qərara əsasən "xxxx" MMC-də X8 tərəfindən səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixində başa çatdığı, xx.xx.2020-ci il tarixində akt tərtib edildiyi göstərilmişdir. Akt xx.xx.2020-ci il tarixdə müəssisənin nümayəndəsinə təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktı qanunvericiliyə uyğun tərtib edilməmisdir. Çünki səyyar vergi yoxlaması aktı hər bir vərəqdə VÖEN qeyd olunmaqla nömrələnərək çap edillməlidir. Lakin səyyar vergi yoxlaması aktı nömrələnməmiş, A4 vərəqlərdə çap edilərək təqdim edimişdir. Səyyar vergi yoxlaması aktında göstərilir ki, operativ vergi nəzarəti nəticəsində xx.xx.2019cu il tarixli qərara əsasən 11.6 GB elektron sənəd götürülüb. Müvafiq götürülmənin qanun əsaslarını Vergi Məcəlləsinin 43-cü maddəsində təsbit olunmuşdur. Yoxlama materiallarından da göründüyü kimi səyyar vergi yoxlaması zamanı tələb edilən sənədlər vergi orqanının yoxlayıcısına təqdim edilib. Yoxlama ilkin sənədlərlə hər hansı vergi hesablaya bilməyib. Daha sonra səyyar vergi yoxlamasına aidiyyatı olmayan başqa bir operativ vergi yoxlaması üzrə qərara və götürüldüyü qeyd edilən elektron fayllara istinad etmişdir. Halbuki, bu elektron məlumatların qanunvericiliyinə uyğun olaraq müəssisəyə aidiyyatı sübuta yetirilməmiş və vergi hesablamasına əsas yaratmamışdır. Çünki səyyar vergi yoxlamasına aidiyyatı olmayan bu məlumatlar Vergi Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq götürülməmiş, həmin məlumatların müəssisəyə aidiyyatı təsdiqini tapmamışdır. Vergi orqanına 28 noyabr 2020-ci il tarixli müraciətlərində bildirmişlər ki, İdarənin xx.xx.2020-ci il taixli, **********139184 nömrəli səyyar vergi yoxlaması haqqında qərara əsasən İyul 2017- İyun 2020-ci il dövr üzrə xx.xx.2020-xx.xx.2020-ci il tarix müddətində müəssisələrində yoxlama təyin edilmişdir. Qərar Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2020-ci il saat 17-50 də onlara təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktında yoxlamanın başlama tarixi xx.xx.2020, bitmə tarixi xx.xx.2020, aktın tarixi xx.xx.2020 göstərilmişdir. Səyyar vergi yoxlaması aktı qanunvericiliyinin tələbləri pozularaq təqdim edilib. Bundan əlavə olaraq yoxlama aktında xx.xx.2019-cu il tarixli, **********3669 nömrəli qərarla müəssisədə operativ vergi nəzarəti keçirildiyi göstərilmişdir. Müəssisələrində səyyar vergi yoxlaması ilə əlaqədar operativ vergi nəzarəti keçirilməmişdir. İddiaçı MMC-nin obyektindən sənədlər götürülməyib. Müəssisəyə MDSS üzrə müəyyən hesablamalar aparılmışdır kı, bununla əlaqədar müəssisədə aparılan yoxlama zamanı heç bir dəlil və sübut təqdim edilməmişdir. Həmçinin MDSS üzrə hər hansı yoxlama keçirilməsi, yenidən hesablama və sair tədbirlər görülməsinin Vergi Məcəlləsində edilmiş 29 noyabr 2019-cu il tarixli, 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu əsasında xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə nəzərdə tutulmuşdur. MDSS hansı şəxslərə ödənilmiş əmək haqqından hesablanmışdır, bu barədə aktda heç bir məlumat yoxdur. Bütün bunlar yoxlamanın səthi keçirilməsini bir daha sübut edir. Yuxarıda göstərilən qanun pozuntularının, prosesual pozuntuların, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarının pozulması ilə əlaqədar icraçı şəxslər barədə intizam tənbehinin verilməsini və qanunsuz olaraq tərtib edilmiş aktın ləğv edilməsini və ya məsuliyyətdən imtina barədə qərar çıxarılmasını xahiş etmişlər. 19 dekabr 2020-ci il tarixli vergi orqanına müraciətlərində qeyd etmişlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən bildirirlər kı, İddiaçı MMC-də (VÖEN:**********) keçirilmiş novbəti səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün İdarə tərəfındən müəyyən edilən müddət bitdiyi qeyd edilmişdir. Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunduğu göstərilmişdir. Göstərilən səbəbdən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına onların aradan qaldırılması və müvafıq sansiyaların tətbiq edilməsi məsələsinə xx.xx.2020-cı ıl tarixdə Baş İdarədə iştirakları olmadan telefon əlaqəsi saxlanılaraq baxılacağı göstərilmişdir. Yuxarıdakıları diqqətə çatdıraraq bildirmişlər ki, VM-nin 39.5-cı maddəsi növbəti səyyar vergi yoxlaması deyil, növbədənkənar SVY ilə əlaqədar olub, müəssisələrində növbəti deyil, növbədənkənar SVY keçirilmişdir. Bütün bunları görərək məktubda da qeyd edildiyi kimi qərəzli və səthi olaraq keçirilmiş SVY yoxlamasına məktubda göstərildiyi kimi telefonla da tərs qərar veriləcəyi ehtimalını bildirmişlər. Lakin vergi orqanına tərəflərindən ünvanladıqları müraciətlərə əsaslı cavab verilməmişdir. Götürülən elektron fayllar yoxlama zamanı müəssisənin hər hansı nümayəndəsinin iştirakı ilə araşdırılmamışdır. Ümumiyyətlə hansı vergi və DSMF hesablamalarının əlavə hesablanması mənbəyi bəlli olan məlumatlara istinad edilməsi bildirilməyib. Akt təqdim edildikdən sonra vergi orqanına etdikləri çoxsaylı müraciətlərdən sonra qoşma olaraq 1 fayl göndərilib. Səyyar vergi yoxlaması ilə həmin məlumata istinad edildiyi bildirilib. Bu göstərilənlər sənəd deyil, elekton faylda göstərilən rəqəmlərin onların müəssisəsinə aidıyyatı və bu məlumatların doğruluğu araşdırılmamışdır. SVY aktının içərisində MDSS üzrə hesablamalar aparılmışdır kı, bu hesablamalar hansı işçiyə hesablanmışdır göstərilməyib. ƏDV hesablamaları üzrə əlavə hesablamalardan görünür ki, müxtəlif aylarda ƏDV-nin az hesablanması göstərilmişdır. Buna səbəb əvəzləşmələrin düzgün verilməməsi göstərilmişdir. Lakin müvafiq əvəzləşmə sənədlərini əlavə olaraq təqdim edə bilərlər ki, bu sənədlər də SVY zamanı yoxlayıcıya təqdim edilmişdir. Mənfəət vergisi üzrə müəyyən xərclər ləğv edilmiş və nəzərə alınmamışdır. Ödəmə mənbəyində tutulan vergilərlə razı deyillər. Çünkı ödəmə mənbəyində tutulan vergi qanunvericiliyinə uyğun hesablanmış və ödənilmişdir. 20 dekabr 2020-ci il, **********2570000 məktubda qeyd etmişlər ki, müəssisədə (VÖEN **********) keçirilmiş səyyar vergi yoxlaması nəticəsində tərtib edilən aktda əsaslandıqları 2 elektron fayl məlumatı ilə əlaqədar onu bildirirlər ki, vergi orqanı tərəfindən müəssisədə operativ vergi nəzarətinin keçirilməsi barədə qeyd edilən xx.xx.2019-cu il tarixli, **********3669 nömrəli qərarın müəssisədən sənədlərin və nümunə kimi əsyaların götürülməsi barədə qərarın və 116 GB həcmində elektron faylların gotürülməsı barədə sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə protokolun təsdiq edilmiş nüsxəsinin təqdim edilməsini xahiş etmişlər. 23 dekabr 2020- ci il tarixdə xx.xx.2019-cu il tarixli, **********3669 nömrəli qərar və sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə **********3689 nömrəli qərar və protokol vergi orqanı tərəfindən cavab məktubunda göndərilmişdir. Ekspertiza tədqiqatından və iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC-nin 2017-ci il hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz malların təqdim ediiməsindən, (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 39.000.00 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 39.000.00 manat, birgə fəaliyyətdən əldə edilən gəlir 0.00 manat olmuşdur. Ümumi gəlirlər 39.000,00 manat, çıxılmalardan sonra ümumi gəlir 39.000,00 manat hesablanmışdır. Hesabat dövründə gəlir əldə edilməsi ilə bağlı xərclər malların təqdim edilməsi, iş görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər 12.545.32 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələr 10.100.00 manat, yerli işçilər üzrə 10.100,0 manat, sosial sığorta haqları 2.222,00 manat, bank xidməti üzrə xərclər 223,32 manat, amortizasiya ayırımları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 1.405,78 manat, digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 1.405,78 manat, sığorta üzrə xərclər 19,20 manat, ödənilmiş sığorta haqları 19,20 manat, digər xərclər 21.000,00 manat, gəlirdən çıxılan vergilər və yığımlar 47,45 manat, əmlak vergisi 47,45 manat, cəmi xərclər 35.017,75 manat, ümumi gəlirdən çıxılan xərclər 35.017,75 manat, vergiyə cəlb olunan mənfəət 3.982,25 manat, keçmiş illərin çıxılması zərəri 0.00 manat, keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət 3.982,25 manat, mənfəət vergisi 796,45 manat, ödəməli mənfəət vergisinin məbləği 796.45 manat müəyyən edilir. Göstərilənlər ilkin uçot sənədləri, 1 C mühasibat proqramından çıxarışlar, bank çıxarışları, e qaimə, e-VHF, aktlar, hesablama cədvəlləri üzrə öz təsdiqini tapmışdır. 2018-ci il mənfəət vergisinin hesabat dövrünın gəlirləri (ƏDV-siz və aksizsiz) malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 41.000,00 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 41.000,00 manat, birgə fəaliyyətdən əldə edilən gəlir 0.00 manat müəyyən edilmişdir. Ümumi gəlirlər 41.000,00 manat, çıxılmalardan sonra ümumi gəlir 41.000,00 manat hesablanmışdır. Hesabat dövründə gəlir əldə edilməsi ilə bağlı xərclər malların təqdim edilməsi, iş görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər 15.803,38 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələr 12.550,67 manat, yerli işçilər üzrə 12.550,67 manat, sosial sığorta haqları 2.823,90 manat, bank xidməti üzrə xərclər 428,81 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 1.110,00 manat, faizlə əlaqədər xərclər və ayırımlar 1.110,00 manat, faizlərlə bağlı digər xərclər 1.110,00 manat, amortizasiya ayırımları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 27.756,41 manat, maşınlar və digər avadanlıq üzrə hesablanmış amortizasiya 350,00 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 26.275,79 manat, digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 1.124,62 manat, sığorta üzrə xərclər 5.240,00 manat, ödənilmiş sığorta haqları 5.240,00 manat, digər xərclər 5.897,00 manat, gəlirdən çıxılan vergilər və yığımlar 57,73 manat, əmlak vergisi 57,73 manat, cəmi xərclər 55.864,52 manat, ümumi gəlirdən çıxılan xərclər 55.864,52 manat, zərər 14.864,52 manat müəyyən edilmişdir. Ödəməli mənfəət vergisinin məbləği 0,00 manatdır. Göstərilənlər ilkin uçot sənədləri, bank çıxarışları üzrə öz təsdiqini tapmışdır. 2019-cu il üzrə hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 162.516,15 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 162.516,15 manat, birgə fəaliyyətdən əldə edilən gəlir 0,00 manat müəyyən edilmişdir. Ümumi gəlirlər 162.516,15 manat, ümumi gəlirdən çıxılmalar 0,00 manat, çıxılmalardan sonra ümumi gəlir 162.516,15 manat hesablanmışdır. Hesabat dövründə gəlir əldə edilməsi ilə bağlı xərclər - malların təqdim edilməsi, iş görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər 52.019,08 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələr 30.629,21 manat, yerli işçilər üzrə 30.629,21 manat, sosial sığorta haqları 6.204,02 manat, icarə haqqı 1.905,26 manat, rezident şəxslər üzrə icarə haqqı 1.905,26 manat, fiziki şəxslər üzrə 1.905,26 manat, enerji xərcləri 220,47 manat, yanacaq xərcləri 11.215.00 manat, rabitə xərcləri 1.085,00 manat, bank xidməti üzrə xərclər 460,12 manat, reklam xərcləri 300,00 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 10.140.85 manat, faizlə əlaqədər xərclər və ayırımlar 10.140,85 manat, faizlərlə bağlı digər xərclər 10.140,85 manat, amortizasiya ayırımları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 20.891,34 manat, maşınlar və digər avadanlıq üzrə hesablanmış amortizasiya 284,80 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 19.706,84 manat, digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 899,70 manat, təmir xərcləri 260,38 manat, sığorta üzrə xərclər 210,60 manat, ödənilmiş sığorta haqları 210,60 manat, digər xərclər 26.249,32 manat, gəlirdən çıxılan vergilər və yığımlar 77,51 manat, əmlak vergisi 77,51 manat, cəmi xərclər 109.849,08 manat, ümumi gəlirdən çıxılan xərclər 109.849,08 manat, vergitutma məqsədləri üçün mənfəət 52.667,07 manat, mənfəət üzrə azadolmalar və güzəştlər 39.500,30 manat, mənfəət üzrə kompensasiya edilən keçmiş illərin zərəri 13.166,77 manat, 2018-ci il üzrə zərərin məbləği 13.166,77 manat müəyyən edilmiş, ödəməli mənfəət vergisi olmamışdır. Göstərilənlər ilkin uçot sənədləri bank çıxarışları üzrə öz təsdiqini tapmışdır. Beləliklə 2017-2019-cu illər üzrə vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlarla bağlı mənfəət vergisinin az hesablanması və ya kənarlaşması müəyyən edilməmişdir. Məhkəmə tərəfindən səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl etmənin düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, bir sıra aylarda həmin maddənin tələbləri pozulmuşdur. Cəmiyyətin 2017-ci ildə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına baxmayaraq 2017-ci ildə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsi, müəssisənin hər hansı bir icarəyə avtonəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 avtonəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacaqlara görə ödənilən ƏDV-nin əvəzləşdirməsi müəyyən olundu. Yoxlama zamanı müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində "premium" markalı yanacaqdan istifadə olunduğundan, yalnız əldə edilmiş "premium" markalı yanacaqlar üzrə ödənişlər müəssisənin xərci kimi nəzərə alınmış, əldə edilmiş "A- 92" markalı yanacaq üçün ödənilən 1595.86 manat ƏDV məbləği, 2017-ci ildə alınmış əsas vəsaitlərə görə 275.2 manat ƏDV məbləği əsassız əvəzləşdirildiyindən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq 1871.06 manat ƏDV məbləği əvəzləşmədən çıxarılmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində ümumilikdə 7045.72 ƏDV məbləğinin az göstərilməsi, 4850.35 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 2195.37 manat ƏDV məbləğinin hesablanması, Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən yayındırılmış 7045.72 manat ƏDV-nin 50%-i miqdarında yəni 3522.86 manat maliyyə sanksiyasının tətbiqi təklif olunmuşdur. Ekspertiza tədqiqatından və iş materiallarında olan sənədlərdən görünür ki, 2017-ci il yoxlanılan dövr üzrə ƏDV-siz dövriyyə 12000,0 manat, ƏDV-si 2160,0 manat, əvəzləşdiriiən ƏDV 275,2 manat yekun olaraq hesablanmış vergi 1884,8 manat olmuşdur. 2018-ci il üzrə ƏDV-yə cəlb edilən dövriyyə 41000,0 manat, ƏDV-si 7380,0 manat, əvəzləşdirilən ƏDV məbiəği 19613,26 manat, yekun olaraq büdcədən verilən azalma məbləği 5933,26 manat təşkil etmişdir. 2019-cu il üzrə ƏDV-yə cəib edilən dövriyyə 146546,63 manat, ƏDV-si 26378,39 manat, əvəzləşdirilən ƏDV məbləği 6955,17 manat, yekun olaraq büdcəyə hesablanan vergi məbləği 15861,36 manat təşkil edir. 2019-cu il mart və aprel ayları üzrə dəqiqləşdirilən azaldılan dövriyyə məbiəği 20000,0 manat azaldılan ƏDV məbiəği 3600,0 manat olmuşdur. xx.xx.2020-ci il tarixindən ƏDV-nin hesablanması üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə edilən dəyişikliklərə və ƏDV bəyannaməsinə dəyişikiik ediimişdir. 2020-ci ii üzrə ƏDV-yə cəlb edilən dövriyyə təqdim edilmiş iş, xidmətlər üzrə 140616,93 manat, ƏDV-si 25311,05 manat, daxil olan pul vəsaitləri üzrə əməliyyatların məbləği 113450,83 manat, ƏDV-si 20421,15 manat, əvəzləşdirilən ƏDV məbiəği 9004,3 manat, yekun olaraq büdcəyə hesablanan vergi məbləği 11416,85 manat təşkii edir. 2020-ci il üzrə ƏDVbəyannaməsində yanvar və mart aylarında ümumilikdə xx.xx.2020-ci il tarixinə olan 10000,0 manat debitor məbləğ silinmişdir. Göründüyü kimi müəssisənin 2017-ci il, 2018-ci il, 2019-cu ii və 2020-ci illər üzrə ƏDV bəyannamələrinin yoxlama nəticəsi üzrə 7045.72 manat ƏDV-nin azaldılması müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan vergi ödəyicisinin muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta haqqları və işsizlikdən sığorta haqları üzrə kənarlaşmanın müəyyən edilməsi zamanı operativ vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2029-ci il tarixli, **********3669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən rəqəmlərə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, vergi tutulan dövriyyənin və yararan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Bundan əlavə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus obyektdən götürülmüş 11.6 GB həcmində olan məlumatların məhz “X11 Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə bağlı məlumatların olmasını təsdiq edək təkzib edilməz sübutlar da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda vergi ödəyicisi cəmiyyətdə işləyən 10 nəfər işçilərə dair qeyd alınmış əmək müqavilələrini məhkəməyə təqdim etmişdir ki, həmin müqavilələrdə işçilərin əmək haqqı barədə məlumatlar qeyd edilmişdir. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatı zamanı da müəssisə tərəfindən aparılmış əməliyyatlara görə müəssisənin muzdlu işdən gəlir vergisi, MDSS üzrə borcu, həmçinin işsizlik sığortası üzrə borcu müəyyən edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edildiyi hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Mübahisələndirilən məhkəmə qərarından görünür ki, iddia qismən təmin edilmişdir. Hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin olunduğu hissədə yoxlanılır. Çünki məhkəmə qərarı iddianın təmin olunmadığı hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edildiyi üçün (qərarın iddiaçı tərəfindən nə vaxt alınması dəqiq olaraq bilinmir) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı ilə “X16 X19” MMC) faktiki olaraq auditor fəaliyyəti ilə məşğul olmuşdur. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********3669 №-li qərarına əsasən cəmiyyətdə operativ vergi nəzarəti həyata keçirilmiş və xx.xx.2019-cu il tarixli, VN 00253 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokola əsasən cəmiyyətdən sənədlər kağız formada 2 ədəd qovluqda, 2 ədəd yaddaş qurğusu, elektron faylar və 9 ədəd notebook götürülmüşdür. İdarə tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********139184 nömrəli qərara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“X16 X19” MMC) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2017-iyun 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması haqqında xx.xx.2020-ci il tarixli, **********139403 №-li akta əsasən cəmiyyət tərəfindən 2017-ci il üzrə mənfəətdən 2 050.65 manat (2 847.10-796.45) vəsaitin hesablanması, yoxlanılan dövr ərzində ümumilikdə 7045.72 ƏDV məbləğinin az göstərilməsi, 4850.35 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 2195.37 manat ƏDV məbləğinin hesablanması, yoxlanılan dövrdə ümumilikdə 145.39 manat əmlak vergisinin azaldılması, yoxlama ilə 2018-ci il oktyabr, noyabr, dekabr ayları üzrə 3040.91 manat muzdlu işdən gəlir vergisi hesablanmış, yoxlanılan dövr üzrə ödəmə mənbəyində vergi tutulan vergi üzrə 70.52 manat vəsaitin hesablanması, Aaparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 16627.39 manat vəsaitin hesablanması, aparılan yoxlama ilə işsizlikdən sığorta haqqı üzrə 565.10 manat vəsaitin hesablanması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi olaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********143348 nömrəli qərar qəbul edilərək, cəmiyyətə ümumilikdə 29862.70 manat verginin hesablanması və 14971.36 manat maliyyə sanskiyası tətbiq edilmişdir. Hazırda MMC cavabdehin “**********143348 saylı 29 dekabr 2020-ci il tarixli qərarının azaldılmış məbləğlər, o cümlədən 2017-ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752.16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il Mənfəət vergisi üzrə 2050.65 manat, 2019-cu il ÖMV üzrə 37.36 manat, 2020-ci il ÖMV üzrə 33.16 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2017-ci il üzrə 2500 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2018-ci il üzrə 3196.62 manat, MDSS işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2019-cu il üzrə 6381.03 manat, MDSS-Muzdla işəgötürənləri – işəgötürən siğortaedənlər 2019-cu il üzrə 4549.74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127.84 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2019-ci il üzrə 255.28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019-cu il üzrə 181.98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236.60 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 1266.72 manat və ümumilikdə 14971.36 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi”ni tələb edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; Həmin Məcəllənin 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar əsasında iddiaçıya 8 (səkkiz) növ vergi – ƏDV, mənfəət, əmlak, muzdlu işlərlə əlaqədar ödəmə mənbəyindən tutulan, məcburi dövlət sığorta haqqı, işsizlikdən sığorta vergisi üzrə əlavə vergi məbləğləri hesablanmış və onlara uyğun maliyyə sanskiyaları tətbiq edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən müəssisənin mənfəətini müəyyən edən zaman xərc maddələri araşdırılmış, 2017-ci ildə aktiv təsərrüfat subyekti olmadığı üçün alınmış əsas vəsaitlərə görə ödənilmiş 11528.9 manat nəzərə alınmamış, həmçinin “Digər xərclər” (232 A4) sütununda qeyd olunan 21000.0 manat sənədlərlə təsdiqini tapmadığından həmin sütündan çıxarılmış, 2018-ci il üzrə müəssisə tərəfindən alınmış avto nəqliyyat vasitəsi üçün ödənilmiş 5150 manat dəyərində sığorta xərci xərc sütunundan çıxarılmış, müəssisə 2019-cu ildə 164316.15 manat dəyərində E-QF-təqdim etdiyindən 2019-cu il üzrə müəssisənin işlərin və xidmətlərin göstərilməsindən gəlirinin 164316.15 manat olması müəyyən edilmiş, 2019-cu ildə bundan əlavə müəssisənin hər hansı bir icarəyə nəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 nəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacağa görə ödənilən vəsaiti xərclər sütununda qeyd etməsi, müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində "perimum" markalı yanacaqdan istifadə olunduğundan əldə edilmiş yalnız "premium" markalı benzinin “yanacaq xərci” kimi nəzərə alınması, “A-92” markalı yanacaq üçün ödənilən 6479.45 manat isə gəlirin əldə edilməsi ilə bağlı xərclər olmadığından xərc sütunundan çıxarılması, ona görə də vergi ödəyicisi tərəfindən ümumilikdə 2017-ci il üzrə mənfəətdən 2050.65 manat vəsaitin hesablanması nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlirmalların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli, Q-01 №li Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən X3 Qaydaları”nın 2.1.6-cı və 2.1.7-ci maddələrinin tələblərinə görə gəlir-mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır; xərc– mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan, lakin kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması, habelə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır. Kollegiya qeyd edir ki, sahibkarların müəssisə fəaliyyətində əsas məqsədi gəlir (mənfəət) əldə etməkdir. Gəlirlər mahiyyət etibarilə aktivlərin artmasına və öhdəliklərin azalmasına birbaşa təsir edir. Bu zaman kapitalın artımı baş verir və bu artımın mülkiyyətçilərin paylarına heç bir təsiri yoxdur. Müəssisənin əsas gəlir mənbəyi məhsul və xidmət satışından gəlirlərdir. Lakin bununla yanaşı valyuta mübadiləsi, icarə və s. bunun kimi sahələr də gəlir mənbəyi hesab edilir. Sahibkarlıq fəaliyyəti ilə məşqul olan vergi ödəyicisinin əldə etdiyi mənfəət iki elementin törəməsidir, gəlir çıxılsın xərclər. Milli Mühasibat Standartının Anlayış Sistemində nəzərdə tutulduğu kimi gəlir, xərc və mənfəət anlayışları daha geniş məna ifadə edirlər. Başqa sözlə desək, gəlir, bir müəssisənin fəaliyyəti nəticəsində aldığı, məsələn məhsul və ya xidmətin satdığı, lakin dolayı yolla da əldə edilə bilən ümumi pul məbləği, mənfəət və ya xalis mənfəət isə bütün xərclər çıxıldıqdan sonra qalan pul məbləğidir. Zəruri olan hal isə odur ki, gəlirdən yalnız gəlirin əldə edilməsi ilə bağlı olan xərclər (gəlirdən çıxılmayan xərclər istisna olmaqla VM-nin 109-cu maddə) çıxıldıqdan sonra mənfəət əldə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/475 №li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən **********139403 saylı xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə hesablanmış vergilərin azaldılması müəyyən edilmədi. Həmçinin iş materiallarında olan sənədlərə əsasən vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə hesablanan vergi məbləğlərində fərq aşkar edilmədi. Bundan başqa müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2019-cu il üzrə 37.36 manat, 2020-ci il üzrə 33.16 manat olmaqla, ümumilikdə 70.52 manat məbləğində ödəmə mənbəyində vergi üzrə az hesablama müəyyən edildi. Ekspertiza tədqiqatından və iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC-nin 2017-ci il hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz malların təqdim ediiməsindən, (işlərin görülməsindən, xidmətlərin göstəriiməsindən) gəlir 39.000.00 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 39.000.00 manat, birgə fəaliyyətdən əldə edilən gəlir 0.00 manat olmuşdur. Ümumi gəlirlər 39.000,00 manat, çıxılmalardan sonra ümumi gəlir 39.000,00 manat hesablanmışdır. Hesabat dövründə gəlir əldə edilməsi ilə bağlı xərclər malların təqdim edilməsi, iş görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər 12.545.32 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələr 10.100.00 manat, yerli işçilər üzrə 10.100,0 manat, sosial sığorta haqları 2.222,00 manat, bank xidməti üzrə xərclər 223,32 manat, amortizasiya ayırımları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 1.405,78 manat, digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 1.405,78 manat, sığorta üzrə xərclər 19,20 manat, ödənilmiş sığorta haqları 19,20 manat, digər xərclər 21.000,00 manat, gəlirdən çıxılan vergilər və yığımlar 47,45 manat, əmlak vergisi 47,45 manat, cəmi xərclər 35.017,75 manat, ümumi gəlirdən çıxılan xərclər 35.017,75 manat, vergiyə cəlb olunan mənfəət 3.982,25 manat, keçmiş illərin çıxılması zərəri 0.00 manat, keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət 3.982,25 manat, mənfəət vergisi 796,45 manat, ödəməli mənfəət vergisinin məbləği 796.45 manat müəyyən edilir. Göstərilənlər ilkin uçot sənədləri, 1 C mühasibat proqramından çıxarışlar, bank çıxarışları, e qaimə, e-VHF, aktlar, hesablama cədvəlləri üzrə öz təsdiqini tapmışdır. 2018-ci il mənfəət vergisinin hesabat dövrünın gəlirləri (ƏDV-siz və aksizsiz) malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 41.000,00 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 41.000,00 manat, birgə fəaliyyətdən əldə edilən gəlir 0.00 manat müəyyən edilmişdir. Ümumi gəlirlər 41.000,00 manat, çıxılmalardan sonra ümumi gəlir 41.000,00 manat hesablanmışdır. Hesabat dövründə gəlir əldə edilməsi ilə bağlı xərclər malların təqdim edilməsi, iş görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər 15.803,38 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələr 12.550,67 manat, yerli işçilər üzrə 12.550,67 manat, sosial sığorta haqları 2.823,90 manat, bank xidməti üzrə xərclər 428,81 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 1.110,00 manat, faizlə əlaqədər xərclər və ayırımlar 1.110,00 manat, faizlərlə bağlı digər xərclər 1.110,00 manat, amortizasiya ayırımları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 27.756,41 manat, maşınlar və digər avadanlıq üzrə hesablanmış amortizasiya 350,00 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 26.275,79 manat, digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 1.124,62 manat, sığorta üzrə xərclər 5.240,00 manat, ödənilmiş sığorta haqları 5.240,00 manat, digər xərclər 5.897,00 manat, gəlirdən çıxılan vergilər və yığımlar 57,73 manat, əmlak vergisi 57,73 manat, cəmi xərclər 55.864,52 manat, ümumi gəlirdən çıxılan xərclər 55.864,52 manat, zərər 14.864,52 manat müəyyən edilmişdir. Ödəməli mənfəət vergisinin məbləği 0,00 manatdır. Göstərilənlər ilkin uçot sənədləri, bank çıxarışları üzrə öz təsdiqini tapmışdır. 2019-cu il üzrə hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 162.516,15 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 162.516,15 manat, birgə fəaliyyətdən əldə edilən gəlir 0,00 manat müəyyən edilmişdir. Ümumi gəlirlər 162.516,15 manat, ümumi gəlirdən çıxılmalar 0,00 manat, çıxılmalardan sonra ümumi gəlir 162.516,15 manat hesablanmışdır. Hesabat dövründə gəlir əldə edilməsi ilə bağlı xərclər - malların təqdim edilməsi, iş görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər 52.019,08 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələr 30.629,21 manat, yerli işçilər üzrə 30.629,21 manat, sosial sığorta haqları 6.204,02 manat, icarə haqqı 1.905,26 manat, rezident şəxslər üzrə icarə haqqı 1.905,26 manat, fiziki şəxslər üzrə 1.905,26 manat, enerji xərcləri 220,47 manat, yanacaq xərcləri 11.215.00 manat, rabitə xərcləri 1.085,00 manat, bank xidməti üzrə xərclər 460,12 manat, reklam xərcləri 300,00 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 10.140.85 manat, faizlə əlaqədər xərclər və ayırımlar 10.140,85 manat, faizlərlə bağlı digər xərclər 10.140,85 manat, amortizasiya ayırımları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 20.891,34 manat, maşınlar və digər avadanlıq üzrə hesablanmış amortizasiya 284,80 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 19.706,84 manat, digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 899,70 manat, təmir xərcləri 260,38 manat, sığorta üzrə xərclər 210,60 manat, ödənilmiş sığorta haqları 210,60 manat, digər xərclər 26.249,32 manat, gəlirdən çıxılan vergilər və yığımlar 77,51 manat, əmlak vergisi 77,51 manat, cəmi xərclər 109.849,08 manat, ümumi gəlirdən çıxılan xərclər 109.849,08 manat, vergitutma məqsədləri üçün mənfəət 52.667,07 manat, mənfəət üzrə azadolmalar və güzəştlər 39.500,30 manat, mənfəət üzrə kompensasiya edilən keçmiş illərin zərəri 13.166,77 manat, 2018-ci il üzrə zərərin məbləği 13.166,77 manat müəyyən edilmiş, ödəməli mənfəət vergisi olmamışdır. Göstərilənlər ilkin uçot sənədləri bank çıxarışları üzrə öz təsdiqini tapmışdır. Beləliklə 2017-2019-cu illər üzrə vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlarla bağlı mənfəət vergisinin az hesablanması və ya kənarlaşması müəyyən edilməmişdir. Hazırki mübahisələndirilən qərardan və səyyar vergi yoxlaması aktının məzmunundan görünür ki, səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl etmənin düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, bir sıra aylarda həmin maddənin tələbləri pozulmuşdur. Cəmiyyətin 2017-ci ildə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına baxmayaraq 2017-ci ildə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsi, müəssisənin hər hansı bir icarəyə avtonəqliyyat vasitəsi götürməməsi, balansında yalnız 1 avtonəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacaqlara görə ödənilən ƏDV-nin əvəzləşdirməsi müəyyən olunmuşdur. Yoxlama zamanı müəssisənin balansında olan avtonəqliyyat vasitəsinin istifadəsində "premium" markalı yanacaqdan istifadə olunduğundan, yalnız əldə edilmiş "premium" markalı yanacaqlar üzrə ödənişlər müəssisənin xərci kimi nəzərə alınmış, əldə edilmiş "A-92" markalı yanacaq üçün ödənilən 1595.86 manat ƏDV məbləği, 2017-ci ildə alınmış əsas vəsaitlərə görə 275.2 manat ƏDV məbləği əsassız əvəzləşdirildiyindən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq 1871.06 manat ƏDV məbləği əvəzləşmədən çıxarılmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində ümumilikdə 7045.72 ƏDV məbləğinin az göstərilməsi, 4850.35 manat artıq göstərilməsi yaranmış fərqə əsasən 2195.37 manat ƏDV məbləğinin hesablanması, Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən yayındırılmış 7045.72 manat ƏDV-nin 50%-i miqdarında yəni 3522.86 manat maliyyə sanksiyasının tətbiqi təklif olunmuşdur. Ekspertiza tədqiqatından və iş materiallarında olan sənədlərdən görünür ki, 2017-ci il yoxlanılan dövr üzrə ƏDV-siz dövriyyə 12000,0 manat, ƏDV-si 2160,0 manat, əvəzləşdiriiən ƏDV 275,2 manat yekun olaraq hesablanmış vergi 1884,8 manat olmuşdur. 2018-ci il üzrə ƏDV-yə cəlb edilən dövriyyə 41000,0 manat, ƏDV-si 7380,0 manat, əvəzləşdirilən ƏDV məbiəği 19613,26 manat, yekun olaraq büdcədən verilən azalma məbləği 5933,26 manat təşkil etmişdir. 2019-cu il üzrə ƏDV-yə cəib edilən dövriyyə 146546,63 manat, ƏDV-si 26378,39 manat, əvəzləşdirilən ƏDV məbləği 6955,17 manat, yekun olaraq büdcəyə hesablanan vergi məbləği 15861,36 manat təşkil edir. 2019-cu il mart və aprel ayları üzrə dəqiqləşdirilən azaldılan dövriyyə məbiəği 20000,0 manat azaldılan ƏDV məbiəği 3600,0 manat olmuşdur. xx.xx.2020-ci il tarixindən ƏDV-nin hesablanması üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə edilən dəyişikliklərə və ƏDV bəyannaməsinə dəyişikiik ediimişdir. 2020-ci ii üzrə ƏDV-yə cəlb edilən dövriyyə təqdim edilmiş iş, xidmətlər üzrə 140616,93 manat, ƏDV-si 25311,05 manat, daxil olan pul vəsaitləri üzrə əməliyyatların məbləği 113450,83 manat, ƏDV-si 20421,15 manat, əvəzləşdirilən ƏDV məbiəği 9004,3 manat, yekun olaraq büdcəyə hesablanan vergi məbləği 11416,85 manat təşkii edir. 2020-ci il üzrə ƏDV- bəyannaməsində yanvar və mart aylarında ümumilikdə xx.xx.2020-ci il tarixinə olan 10000,0 manat debitor məbləğ silinmişdir. Göründüyü kimi, müəssisənin 2017-ci il, 2018-ci il, 2019-cu ii və 2020-ci illər üzrə ƏDV bəyannamələrinin yoxlama nəticəsi üzrə 7045.72 manat ƏDV-nin azaldılması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus, su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla); 197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla). Həmin Məcəllənin 197.2-ci maddəsinə əsasən vergitutma obyekti olan, müəssisələr və fərdi sahibkarlar tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla), bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir. Cavabdehin qənaətinə görə yoxlanılan dövrdə vergi ödəyicisi əmlak vergisi mükəlləfiyyətli olmuş, cəmiyyətin 2017-ci və 2018-ci ildə aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına görə 2017-ci ildə alınmış əsas vəsaitlərə görə əmlaklar 2017 və 2018-ci il əmlak vergisi bəyannamələrindən çıxarılmış, bununla da yoxlama ilə ümumilikdə 145,39 manat əmlak vergisi azaldılmışdır. Kollegiya qeyd edir ki, əmlak vergisinin yoxlanılması üzrə 2017-ci il üzrə əmlak vergisi hesablanmalı olmadığı halda müəssisə 52,72 manat əmlak vergisini artıq hesablamışdır. Nəticədə 2017-ci il üzrə 52,72 manat əmlak vergisinin artıq hesablanması müəyyən edilir. 2017-ci il əmlak vergisi üzrə əlavə vergi borcu müəyyən edilmir. Əmlak vergisinin yoxlanılması üzrə 2018-ci il üzrə 6,68 manat əmlak vergisi hesablanmalı olduğu halda müəssisə 57,73 manat əmlak vergisi hesablamışdır. Nəticədə 2018-ci il üzrə 51,05 manat əmlak vergisinin artıq hesablanması müəyən edilir. 2018-ci il əmlak vergisi üzrə əlavə vergi borcu müəyyən edilmir. Əmlak vergisinin yoxlanılması üzrə 2019-cu il üzrə 35,89 manat əmlak vergisi hesablanmalı olduğu halda müəssisə 77,51 manat əmlak vergisi hesablamışdır. Nəticədə 2019-cu il üzrə 41,62 manat əmlak vergisinin artıq hesablanması müəyən edilir. 2019-cu il əmlak vergisi üzrə əlavə vergi borcu müəyyən edilmir. Belə olan halda müəssisəsinin əmlak vergisi borcu olmadığı halda cavabdeh inzibati orqan tərəfindən bu hissədə əlavə əmlak vergisinin hesablanması qanunaziddir. Bilavasitə mənbədən vergitutma – verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulmasını nəzərdə tutan vergitutma formasıdır. Bu forma vergi hüquq nəzəriyyəsində avans üsülü da adlandırılır. Çünki vergi ödəyicisinin gəlir ödəmə mənbəyində, vergi agenti tərəfindən qabaqcadan cəlb edilir. Bu əlamət onun digər vergitutma forması olan bəyannamə üzrə vergitutmadan fərqləndirir. Çünki sonuncu halda vergi gəlir və ya mənfəət əldə edilməsindən sonra vergi ödəyicisinin özü tərəfindən ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1-ci maddəsinə görə aşağıdaki şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludur: -muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər; -muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar; -dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar; -hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər; - hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar; - VM-in 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar; - vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Cavabdeh inzibati orqan vergi ödəyicisinin muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta haqqları və işsizlikdən sığorta haqları üzrə kənarlaşmanın müəyyən edilməsi zamanı operativ vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2029-ci il tarixli, **********3669 nömrəli qərarı ilə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən rəqəmlərə istinad etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vergi tutulan dövriyyənin və yararan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Bundan əlavə iddiaçıya məxsus obyektdən götürülmüş 11.6 GB həcmində olan məlumatların məhz iddiaçının fəaliyyəti ilə bağlı məlumatların olmasını təsdiq edən təkzibedilməz sübutlar da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda vergi ödəyicisi cəmiyyətdə işləyən 10 nəfər işçilərə dair qeyd alınmış əmək müqavilələrini məhkəməyə təqdim etmişdir ki, həmin müqavilələrdə işçilərin əmək haqqı barədə məlumatlar qeyd edilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ekspertiza tədqiqatı zamanı da müəssisə tərəfindən aparılmış əməliyyatlara görə müəssisənin muzdlu işdən gəlir vergisi, MDSS üzrə borcu, həmçinin işsizlik sığortası üzrə borcu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu tam sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının qismən təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ekspert rəyinə müvafiq olaraq qismən ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki qaldı cavabdehin apellyasiya şikayətində qeyd edilmiş “Cəmiyyətin rəhbərinin yoxlamaya verdiyi izahatında “Amrahbank ASC”-dəki AZN hesabından xx.xx.2017-ci il tarixdə “təhsil haqqı” təyinatı ilə 10000 manat məxaric olunan vəsaitin müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmamasını bildirməsi” barədə dəlilinə, bu barədə qeyd edilməlidir ki, iş materiallarında olan (i.v.108-də olan və apellyasiya baxışı zamanı təsdiq edilmiş surəti təqdim edilən) 01/17 saylı xx.xx.2017-ci il tarixli borc müqaviləsindən görünür ki, “X16 X19” MMC tərəfindən X7 10000 manat məbləğində pul vəsaiti borc verilmişdir. Həmçinin 01 saylı aktın məzmunundan da görünür ki, xx.xx.2017-ci il tarixli borc müqaviləsinə əsasən təsisçinin müəssisəyə olan borcu 10000 manat təşkil edir. Apellyasiya şikayətində göstərilən digər- “iddiaçı balansında yalnız 1 avtonəqliyyat vasitəsi olmasına baxmayaraq "xxxx" MMC-dən (VÖEN:**********) 6 ədəd yanacaq kartı əldə etməsi, digər şəxslərə aid nəqliyyat vasitələri üçün əldə edilmiş yanacaqlara görə ödənilən ƏDV-nin əvəzləşdirməsinin araşdırılmaması” barədə dəlilə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarında olan (i.v.111-118) 001 saylı xx.xx.2018-ci il, 004 saylı xx.xx.2018-ci il, 002 saylı xx.xx.2018-ci il və 005 saylı xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqavilələrindən görünür ki, X9 məxsus “Toyota Prado” markalı 10LO014 dövlət qeydiyyat nişanlı avtomobil, X7 məxsus “Toyota Camry” markalı 90AU929, “Mercedez Benz GLC” markalı 90OM600 və “LEXUS LX 570” markalı 90HZ600 dövlət qeydiyyat nişanlı avtomobillər “X16 X19” MMC-nin əvəzsiz istifadəsinə verilmiş və həmin avtomobillərin gündəlik yanacaq xərcləri müəssisə tərəfindən ödəniləcəkdir. İşin apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi və vəkili sözügedən avtomobillərin əvəzsiz olaraq MMC-yə verildiyini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər məhkəmə qərarının iddianın təmin edildiyi hissədə ləğv edilib həmin hissədə iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-550/2022 saylı 06 may 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2022 saylı 06 may 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-254/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-254/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver