Məhkəmə qərarları › İş №2-1(103)-2541/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2541/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2541/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X6 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4703/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.

2. Diplomun surətindən görünür ki, iddiaçı 1988-ci ildən 28 iyun 1994-cü il tarixədək “Neft və qaz quyularının qazılması” ixtisasında təhsil almışdır.

3. Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmət keçmişdir.

4. İddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki: -xx.xx.1983-cü il tarixdən “Xəzərdənizneftqazsənaye” Ümumİttifaq Sənaye Birliyinin dənizdə geoloji kəşfiyyat kontorunun partiyasına qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdən radiolektrik aparatlarının və cihazlarının tənzimləyicisi peşəsinə keçirilmiş və xx.xx.1992-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir; (08 il 01 ay 16 gün) -xx.xx.1992-ci il tarixdə X12 Kəşfiyyat İdarəsinin “Kəşfiyyatçı” kiçik müəssisəsinə müdir vəzifəsinə işə qəbul olunmuş və xx.xx.1996-cı il tarixdə işdən azad edilmişdir; (04 il 02 ay 05 gün) -xx.xx.1996-cı il tarixdə kəşfiyyat partiyasına 4-cü dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə 8-ci dərəcəli dispetçer vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdə Texniki İstehsalat şöbəsinə mühəndis-texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə Maddi-texniki təchizat şöbəsinə şöbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə Təchizat şöbəsinə 14-cü dərəcəli şöbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə X8 Xidmətə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə həmin xidmətə rəis müavini keçirilmiş və xx.xx.2012-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir; (16 il 04 ay 23 gün) -xx.xx.2012-ci il tarixdən Geofizika və geologiya İdarəsinin Kompleks Mühəndisi X5 mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına 12-ci dərəcəli buruq ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə mədən-geofiziki dəstəsinə mühəndis keçirilmiş, xx.xx.2017-ci il tarixdən böyük mühəndis, xx.xx.2019-cu il tarixdə mühəndis vəzifəsinə keçirilmiş və xx.xx.2021-ci il tarixdə işdən azad edilmişdir; (08 il 11 ay 23 gün) -xx.xx.2022-ci il tarixdə yüksək təzyiqli quyularda tədqiqatlar dəstəsində geofiziki vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə mədən geofiziki dəstəsinə geofizik keçirilmişdir. (xx.xx.2023-cü il tarixədək: 11 ay 1 gün) Məhkəmə diqqətə çatdırır ki, iddiaçının təhsil aldığı müddət onun əmək fəaliyyəti ilə məşğul olduğu dövr ilə üst-üstə düşdüyündən, “Əmək pensiyaları haqqında Qanunun” 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının razılığı əsasında iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövr iş stajına daxil edilir.

5. İddiaçının təhsil aldığı müddət onun əmək fəaliyyəti ilə məşğul olduğu dövr ilə üstüstə düşdüyündən, “Əmək pensiyaları haqqında Qanunun” 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının razılığı əsasında iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövr iş stajına daxil edilir.

6. Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1988-ci il tarixinə kimi “Xəzərdənizneftqazsənaye” X14 Birliyinin dənizdə geoloji kəşfiyyat kontorunun kəşfiyyat partiyasına qazmaçı köməkçisi (4 il 11 ay 26 gün), xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinə qədər qazma qurğusunun maşinisti (28 gün), xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinə qədər Geofizika və geologiya İdarəsinin Kompleks X3 Müfəssəl mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına buruq ustası, xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinə qədər X2 X11 Ekspedisiyasının mədən-geofiziki dəstəsinə mühəndis, xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinə qədər böyük mühəndis, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə mühəndis (8 il 11 ay 23 gün), xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsasən X2 Səngəçal-Şirvan mədən geofiziki ekspedisiyasının Yüksək təzyiqli quyularda tədqiqatlar dəstəsinə geofizik (1 il 3 ay 5 gün) vəzifəsində çalışıb. Onun cəmi güzəştli iş stajı 15 il 3 ay 21 gün təşkil edir.

7. Arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı güzəştli iş stajı xx.xx.1983-cü il tarixindən (179-k nömrəli əmr) xx.xx.1988-ci il tarixinə kimi Xəzərdənizneftqazsənaye Ümumİttifaq Sənaye Birliyinin dənizdə geoloji kəşfiyyat kontorunun kəşfiyyat partiyasında qazmaçı köməkçisi (4 il 11 ay 26 gün), xx.xx.1996-cı il tarixindən (28-k nömrəli əmr) xx.xx.1996-cı il tarixinə qədər qazma qurğusunun maşinisti (28 gün), xx.xx.2012-ci il tarixindən (83-k nömrəli əmr) xx.xx.2015-ci il tarixinə qədər Geofizika və Geologiya İdarəsinin Kompleks X3 Müfəssəl mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında buruq ustası, xx.xx.2015-ci il tarixindən (SOCAR/15-12xx/xx-02000756 nömrəli əmr) xx.xx.2017-ci il tarixinə qədər X2 X11 Ekspedisiyasının mədən-geofiziki dəstəsində mühəndis, xx.xx.2017-ci il tarixindən (20B00643 nömrəli əmr) xx.xx.2021-ci il tarixə mühəndis (8 il 11 ay 23 gün), xx.xx.2022-ci il tarixindən (20B00365) xx.xx.2024-cü il tarixinə qədər əsasən X2 Səngəçal-Şirvan mədən geofiziki ekspedisiyasının yüksək təzyiqli quyularda tədqiqatlar dəstəsində geofizik (1 il 3 ay 5 gün) vəzifəsində çalışıb. Halhazırda həmin vəzifədə işləyir. Cəmi güzəştli iş stajı 15 il 3 ay 21 gündür. İddiaçı çalışdığı qazmaçı köməkçisi, qazma qurğusunun maşinisti, buruq ustası vəzifəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısında 1.3. kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü)– ekspedisiyaların, qrupların, dəstələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirir. İddiaçı çalışdığı mühəndis, böyük mühəndis, geofizik vəzifəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın ********. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000b bəndinin 17541 kodunda göstərilmişdir.

8. Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş əmək müqaviləsinin rəsmiləşdirilməsi haqqında 21 oktyabr 2019-cu il tarixli əmrlə (**********070020B00643) Geofizika və Geologiya İdarəsinin X2 Qazma vaxtı karotaj ekspedisiyasının Qazma prosesində mədən-geofiziki tədqiqatlar dəstəsində çalışan işçi İddiaçı vəzifəsi böyük mühəndis vəzifəsindən mühəndis vəzifəsinə keçirilmişdir.

9. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15925,63 manat, həmin tarixdən sonra isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 75324,69 manat olmaqla cəmi pensiya kapitalı 91250,32 manat təşkil edir. Eyni zamanda onun təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 33 il 5 ay 11 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 2 ay 11 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1992-ci il, xx.xx.1996-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 3 ay), güzəştli iş stajı isə 9 il 8 ay 18 gün (xx.xx.2012-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2023- cü il tarixləri arasındakı dövrlər) təşkil edir.

10. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15.925,63 manat, həmin tarixdən sonra isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 82.612,13 manat olmaqla cəmi pensiya kapitalı 98.537,76 manat təşkil edir. MEİS-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən təqdim edilmiş 2016-cı il üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) oktyabr ayı və 2017-ci ilin İİİ rübü üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabatda avqust ayı üçün İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri qeyd olunmamışdır. Eyni zamanda bildiririk ki, MEİSdə Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən 2023-cü ilin İV rübü üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatda oktyabr-dekabr ayları üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar İddiaçı və digər sığortaolunanların fərdi şəxsi hesablarında öz əksini tapmışdır.

11. İddiaçı 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün bir əsas gətirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan azdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 60 yaşı tamam olduğu 2023-cü ilin 04 sentyabr tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının kifayət qədər olmadığını qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışlar mövcuddur.

14. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, SOCAR “Geofizika və geologiya idarəsi”nin 30 oktyabr 2023-cü il tarixli İddiaçı dair arayışında xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqazsənaye” X14 Birliyinin dənizdə geoloji kəşfiyyat kontorunun kəşfiyyat partiyasında qazmaçı köməkçisi, xx.xx.1988- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində radioelektrik aparatlarının və cihazlarının tənzimləyicisi, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində X12 Kəşfiyyat İdarəsinin Kəşfiyyatçı kiçik müəssisəsində müdir, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində qazma qurğusunun maşinisti, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində dispetçer, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Texniki istehsalat şöbəsində mühəndis-texnoloq, xx.xx.2001-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində madditexniki təchizat şöbəsində şöbə rəisi, xx.xx.2012-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində mühəndis, xx.xx.2012-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini, xx.xx.2012-xx.xx.2015-ci il il tarixləri arasındakı dövr ərzində isə Geofizika və geologiya idarəsinin Kompleks X3 Müfəssəl mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında buruq ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahının dağ mədən işləri bölməsinin geologiya kəşfiyyat işləri (yerüstü) bəndində nəzərdə tutulan ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər vəzifəsinə aid edilsə də, həmin dövrlər üzrə çöl iş şəraitində işlədiyi vəzifələr üzrə çöl iş günlərinin sayı barədə hər-hansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrlər üzrə güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixdən bugünədək İddiaçı münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində 2016-cı ilin oktyabr, 2017-ci ilin avqust və 2023-cü ilin oktyabr, noyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (ümumilikdə 4 ay) sığorta stajına aid edilmədiyi üçün (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 8 ay 10 gün (xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri tarixləri arasındakı dövrlər) təşkil edir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4703/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ( hakim O.Həsənov) iddia tələbi təmin edilmiş, İddiaçı 04 sentyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4703/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdehin apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun iddiaçıya ünvanladığı imtina məktubunun, birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə əsasən iddiaçıya 60 yaşından pensiya təyin olunması üçün əsas 25 il sosial sığorta stajına malik olma və bu müddətin azı 12 il 6 ayını Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərdə işləməsidir.

19. Cavabdehin apellyasiya şikayətində çöl iş günlərinin sayı barədə hər hansı məlumatın göstərilməməsi ilə əlaqədar olaraq işlədiyi Geofizika və geologiya İdarəsinin Arxiv arayışından görünür ki, iddiaçının güzəştli iş stajı 15 il 2 ay 17 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü bəndində konkret olaraq ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və biriqadaların çöl geoloji kəşfiyyat, axtarış işlərində çalışan işçilərin güzəştli pensiya almaq hüququ yaranır. Həmin Siyahıda ümumiyyətlə adıçəkilən vəzifələr üzrə çöl iş günlərinin sayında bəs edilmir.

Tərəflərin iştirakı:

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərfli araşdırmamış, bununla da prosessual normaların tələblərini pozularaq nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək Bakı İnzibati Məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» (13 may 2022-ci il tarixədək qüvvədə olan): Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd 2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: ... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

25. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtinasında, iddiaya etirazında və apellyasiya şikayətinin dəlillərində əsas gətirmişdir ki, SOCAR “Geofizika və geologiya idarəsi”nin 30 oktyabr 2023-cü il tarixli, 14-2-4/2-C-xxxx/2023-83 nömrəli İddiaçı dair arayışında xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqazsənaye” X14 Birliyinin dənizdə geoloji kəşfiyyat kontorunun kəşfiyyat partiyasında qazmaçı köməkçisi, xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində radioelektrik aparatlarının və cihazlarının tənzimləyicisi, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində X12 Kəşfiyyat İdarəsinin Kəşfiyyatçı kiçik müəssisəsində müdir, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində qazma qurğusunun maşinisti, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində dispetçer, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Texniki istehsalat şöbəsində mühəndis-texnoloq, xx.xx.2001-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində maddi-texniki təchizat şöbəsində şöbə rəisi, xx.xx.2012-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində mühəndis, xx.xx.2012-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini, xx.xx.2012-xx.xx.2015-ci il il tarixləri arasındakı dövr ərzində isə Geofizika və geologiya İdarəsinin Kompleks X3 Müfəssəl mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında buruq ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahının dağ mədən işləri bölməsinin geologiya kəşfiyyat işləri (yerüstü) bəndində nəzərdə tutulan ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər vəzifəsinə aid edilsə də, həmin dövrlər üzrə çöl iş şəraitində işlədiyi vəzifələr üzrə çöl iş günlərinin sayı barədə hər hansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrlər üzrə güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır.

31. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixdən bu günədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində 2016-cı ilin oktyabr, 2017-ci ilin avqust və 2023-cü ilin oktyabr, noyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (ümumilikdə 4 ay) sığorta stajına aid edilmədiyi üçün (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 8 ay 10 gün (xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017- xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olur. Bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyasında nəzərdə tutulan şərtlər əsasında müəyyən edilməlidir.

33. Odur ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; (2023-cü ildə kişilərdə yaşa həddi – 65 yaş olduğundan) b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının pensiya hüququnun yarandığı tarix və ümumi iş stajı mübahisələndirilməmişdir.

35. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü topladıqda müəyyən olunur ki, iddiaçının 60 yaşının tamam olduğu vaxtadək ümumi iş stajı 25 ildən çox təşkil edir.

36. Cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti ödəmişdir.

37. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

38. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

39. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

40. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

41. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyasının qənaətinə əsasən cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın (1) geologiya kəşfiyyat işləri (yerüstü) bəndində (1.3) ekspedisiyalarının, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqafiya, meşə quruluşu və axtariş işlərində çalışan işçilər vəzifəsinə aid etsə də, həmin dövrlər üzrə çöl iş şəraitində işlənilən müddəti, yəni çöl iş günlərinin sayının qeyd olunmamasını əsas götürmüşdür.

42. İddiaçının işlədiyi vəzifələr güzəştli pensiya hüququ verdiyi halda iddiaçının çöl iş günlərinin nə qədər təşkil etməsi ilə bağlı məlumatın olması onun güzəştli iş stajının müəyyən edilməsinə maneə yaratmır. Çünki, bu vəzifələrin güzəştli vəzifələr olması çöl iş günlərinin sayından asılı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü bəndində konkret olaraq ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərin güzəştli pensiya hüququ almaq hüququ yaranır. Həmin Siyahıda ümumiyyətlə adıçəkilən vəzifələr üzrə çöl iş günlərinin sayından bəhs olunmur.

43. İddiaçının işlədiyi vəzifələrin güzəştli pensiya hüququna imkan verən vəzifələrə aid olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Geofizika və geologiya İdarəsi təqdim etdiyi güzəştli arayışda iddiaçının işlədiyi qazmaçı köməkçisi, qazma qurğusunun maşinisti, buruq ustası vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1.3. kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyası ilə eyni olduğunu; eyni zamanda mühəndis, böyük mühəndis, geofizik vəzifəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın ********. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000b bəndinin 17541 kodunda göstərildiyi təsdiq etmişdir.

44. Apellyasiya şikayətinin digər dəlilinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1542/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə: “... 45. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin aylıq məcburi sosial sığorta məbləğlərinin cavabdehə ödənilməməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, cavabdehin üzərində olan bilavasitə vəzifəsidir. Buna görə də, həmin məsələyə dair iddiaçıya iradlar bildirilməsi qanuna uyğun deyildir.”

45. Qeyd edilən məsələlər aşağı instansiya məhkəmələrində icraat zamanı kifayət qədər ətraflı araşdırılmış, cavabdehin dəlillərinin əsassız olması sübuta yetirilmişdir. Belə ki, iddiaçının işlədiyi müəssisələrdən verilmiş arayışlar, vəzifə təlimatları və s. sübutlar onun 12 il 06 aydan artıq güzəştli iş stajına malik olması barədə qənaətə gəlməyə əsas verir.

46. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənildiyindən, cavabdehin ona güzətli şərtlərlə əmək pensiyası təyin olunmasından imtinası əsassız olmuşdur.

47. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(112)-4703/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar